Məhkəmə qərarları › İş №2(107)-955/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-955/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-955/2023 19.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X7 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X9 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X7 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)- 124/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı müqaviləyə 440,61 ABŞ dolları əsas, 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılması barədə ərizəsində cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 440,61 ABŞ dolları əsas və 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Cavabdeh1 cavabdeh siyahısından çıxarılmışdır. İddiaçı “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinə əsasən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmişdir. X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin zaminliyə dair hissəsi Cavabdeh1 tərəfindən imzalanmış və zamin Cavabdeh1 X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən üzərinə düşən öhdəliyə əməl edilərək kredit məbləğinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdehlər X10 və Cavabdeh1 kredit sazişi üzrə üzərlərinə düşən öhdəliyə əməl etməyərək kredit borcunun ödənilməsini təmin etməmişlər. X10 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X6 ondan qalmış mirası qəbul edən qanun üzrə vərəsəsi kimi cavabdeh X11 qalmışdır. Ona görə də mərhum oğlunun İddiaçı ASC-nə olan 440,61 ABŞ dolları əsas və 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcu və 39 manat məbləğində ödənilmiş dövlət rüsumu X3 qalmış mirası qəbul edən qanun üzrə vərəsəsi kimi cavabdeh X2 tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Bu səbəbdən də bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdeh X2 440,61 ABŞ dolları (749,04 manat), ödənildiyi zaman Azərbaycan manatının məzənnəsi ilə və 39 manat ödənilən dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı ASCdən, 50 manatı isə Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinə əsasən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmişdir. X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin zaminliyə dair hissəsi Cavabdeh1 tərəfindən imzalanmış və zamin Cavabdeh1 X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən üzərinə düşən öhdəliyə əməl edilərək kredit məbləğinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdehlər X10 və Cavabdeh1 kredit sazişi üzrə üzərlərinə düşən öhdəliyə əməl etməyərək kredit borcunun ödənilməsini təmin etməmişlər. Hazırda İddiaçı ASC 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı sazişə əsasən X6 borcunun ödənilməsini Cavabdeh2 tələb edir və İddiaçı ASC-nin zamin Cavabdeh1 qarşı tələbi yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh X10 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X1 birinci dərəcəli vərəsələri kimi qızları X11, X12 və X4 qalmışdır. X12 və X4 08 fevral 2019-cu il tarixdə yazdıqları və notarial qaydada təsdiq edilmiş ərizələrində 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras əmlakdan onlara çatası paydan imtina etdiklərini bildirmişlər.Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh2 qalmış və Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etdiyindən İddiaçı ASC 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı sazişə əsasən X6 borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 birinci dərəcə üzrə vərəsəsi olduğu X6 iddiaçı İddiaçı ASC-nə 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə iddia tələbində göstərilən məbləğdə borcu qalmamışdır. Göründüyü kimi İddiaçı ASC ilə X10 nun arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı ASC-nə borcun azaldılmasına yönəldilmiş hissə də nəzərə alınmaqla xarici valyutada olan əsas kredit borcu manat hesabı ilə (1 ABŞ dollarının Azərbaycan manatına 1,70 manat məzənnəsi ilə) 749,04 manat təşkil etmişdir. Lakin İddiaçı ASC iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı İddiaçı ASC-nə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Lakin, İddiaçı ASC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək cavabdeh X6 İddiaçı ASC-nə yaranmış 749,04 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda İddiaçı ASC-nin cavabdeh X3 749,04 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Bütün bunları diqqətə alaraq birinci instansiya məhkəməsi məhkəmə cavabdeh X6 İddiaçı ASC-nə 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə üzrə cəmi 440,61 ABŞ dolları borcu, yəni 1 ABŞ dollarının Azərbaycan manatına 1,70 manat məzənnəsi ilə 749,04 manat borcunun qalmasını qəbul edir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 440,61 ABŞ dolları (749,04 manat) borc və 39 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı ASCdən, 50 manatı isə Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 427, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 472.1, 739, 465.2, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1159.1.2, 1160, 1243.3, 1306.1 və 1307-ci maddələri, “Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 7.1, 6, 8.7, 8.9-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3, 6.3,6.9 və 6.15-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2635 saylı rəyində ekspert cavabdehin 29 iyun 2018-ci il tarixə 557,73 ABŞ dolları əsas və 669,03 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra, yəni 14 oktyabr 2022-ci il tarixə 426,47 ABŞ dolları əsas və 1155,84 ABŞ dolları faiz borcu olduğunu qeyd etmişdir. Ekspert rəyində borca dair faiz məbləğinin olduğu aydın şəkildə göstərilmişdir. Həmçinin hesab üzrə aparılan əməliyyatların sübuta yetirilməsi yalnız hesabdan çıxarış vasitəsilə mümkün olduğundan iddiaçı tərəfindən təqdim olunan sənəddən də kredit borcu üzrə faiz məbləği bəlli olur. Lakin məhkəmə bunları nəzərə almayaraq iddianı faiz hissədə təmin etməmişdir. İddianın qismən təmin olunması işin faktiki və hüquqi hallarına nəzərən əsassızdır. Belə ki, kredit restrukturizasiya olunmadığı üçün faiz hissə borc məbləğindən silinməməlidir. Buna görə də, Bank öz tələb hüququndan istifadə edərək əsas və faiz borcu cavabdehdən tələb edir. Qeyd olunanlara əsasən, onlar, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə-ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinə əsasən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmişdir. X10 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X1 birinci dərəcəli vərəsələri kimi qızları X11, X12 və X4 qalmışdır. X12 və X4 08 fevral 2019-cu il tarixdə yazdıqları və notarial qaydada təsdiq edilmiş ərizələrində 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras əmlakdan onlara çatası paydan imtina etdiklərini bildirmişlər.Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh2 qalmış və Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etdiyindən İddiaçı ASC 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı sazişə əsasən X6 borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2635 saylı rəyində ekspert cavabdehin 29 iyun 2018-ci il tarixə 557,73 ABŞ dolları əsas və 669,03 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra, yəni 14 oktyabr 2022-ci il tarixə 426,47 ABŞ dolları əsas və 1155,84 ABŞ dolları faiz borcu olduğunu qeyd etmişdir. Ekspert rəyində borca dair faiz məbləğinin olduğu aydın şəkildə göstərilmişdir. Həmçinin hesab üzrə aparılan əməliyyatların sübuta yetirilməsi yalnız hesabdan çıxarış vasitəsilə mümkün olduğundan iddiaçı tərəfindən təqdim olunan sənəddən də kredit borcu üzrə faiz məbləği bəlli olur. Lakin məhkəmə bunları nəzərə almayaraq iddianı faiz hissədə təmin etməmişdir. İddianın qismən təmin olunması işin faktiki və hüquqi hallarına nəzərən əsassızdır. Belə ki, kredit restrukturizasiya olunmadığı üçün faiz hissə borc məbləğindən silinməməlidir. Buna görə də, Bank öz tələb hüququndan istifadə edərək əsas və faiz borcu cavabdehdən tələb edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, 9/2635 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən. hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə X10 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin qeyd olunan şərtləri nəzərə alınmaqla X6 İddiaçı ASC-nə müqavilə bitən müddətə, yəni 29 iyun 2018-ci il tarixə 557,73 ABŞ dolları əsas və 669,03 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra, yəni 14 oktyabr 2022-ci il tarixə 426,47 ABŞ dolları əsas və 1155,84 ABŞ dolları faiz borcu təşkil edir. Kollegiya qeyd edir ki, İddiaçı ASC qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Lakin, İddiaçı ASC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək cavabdeh X6 İddiaçı ASC-nə yaranmış 749,04 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda İddiaçı ASC-nin cavabdeh X3 749,04 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində göstərilmişdir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında 29 mart 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(075)-124/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar