Məhkəmə qərarları › İş №2(107)-957/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-957/2025

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-957/2025 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma, zərərin əvəzinin ödənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı Iddiaçı, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər cavabdeh1 və cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh1 və cavabdeh2 ona vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu kimi ödədiyi 143 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ismayıllı şəhərində yaşayır. 2002-ci ilin sonlarında Ismayıllı rayon Ismayıllı kənd sakini X1 ona müraciət edərək anası X3 özlərinə məxsus ümumi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 hektar bağ sahəsini satmaq istədiyini bildirmişdir.O,da həmin sahəni onlardan satın almaq istəmişdir. Ancaq torpaq sahəsinin onun adına rəsmiləşdirilməsində olan problemlərin necə həll olunacağını soruşduqda Gəray ona bildirdi ki, narahat olma bütün yaranacaq problemləri özü həll edəcəkdir. O, Gəraya və onun ailə üzvlərinə inanaraq onların mülkiyyətində olan pay torpaq sahəsinin 0,10 hektar bağ altı hissəsini o zaman mövcud olan bazar qiyməti ilə 250000 manata şifahi alğı-satqı yolu ilə satın almışdır. Torpaq sahəsini onlar naturada ölçərək onun faktiki mülkiyyətinə verdilər və o da razılaşdırılmış qiyməti, yəni 250000 manat pulu onlara ödəmişdir. Həmin vaxt ailədə olan yetkinlik yaşına çatmış şəxslər, ailə başçısı X3,X8, X1 və cavabdeh1 imzaladıqları iltizamlar tərtib edilmişdir. Həmin iltizam onun tərəfindən X3 evində adları iltizamda olan şəxslərin iştirakı ila yazılmışdır və həmin şəxslər iltizama imza edərək torpaq sahəsinin ona satıldığını həm yazılı, həmdə şifahi olaraq təsdiq etmişlər. Həmin vaxtdan torpaq sahəsi onun faktiki mülkiyyətində olmaqla onun tərəfindən əkilib-becərilmişdir və torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Az vaxtdan sonra Çiçək Kərimova, sonra Bayalı Kərimov, daha sonra isə Gəray Kərimov vəfat etmişlər. Bu müddət ərzində o dəfələrlə hələ Gəray sağ olan vaxt torpaq sahəsini qanuni yolla onun adına rəsmiləşdirməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə bu prosesi uzatmış və 2024-cü ildə onun xəbəri olmadan onlar torpaq sahəsinin hələdə sənəd üzrə onların mülkiyyətində olmasından istifadə edərək şumlayaraq onun əlindən almışlar. Sonradan yəni 2024-cü ildə Gərayda vəfat etdi və onun arvadı cavabdeh1, oğlu cavabdeh2 torpaq sahəsini ona qaytarmaqdan imtina etdilər və bildirirlər ki,vaxtında adına keçirmədiyi üçün onlar öz adlarına olan torpaq sahəsini indi ona vermirlər. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsini 22 il öz mülkiyyəti kimi o əkibbecərmişdir,torpağın münbüt olması üçün ona aqrotexniki qaydada qulluq edərək kifayət qədər vəsait xərcləmişdir, torpaq sahəsinin vergilərini o ödəmişdir və ərizəsinə əlavə etdiyi qiymətləndirmə haqqında olan rəydən göründüyü kimi həmin torpaq sahəsinin hazırkə bazar qiyməti 17500 manat təşkil edir. 22 il öz mülkiyyəti kimi istifadə etdiyi torpaq sahəsini cavabdehlər sənəd üzrə onların mülkiyyəti sayılmasından istifadə edərək geri almaları ona həm maddi, həmdə mənəvi ziyan vurmuşlar. O, dəfələrlə cavabdehlərlə ya torpaq sahəsini boşaltmalarını, ya da ona vurulmuş ziyanın pul formasında geri qaytarılmasını onlardan istəsə də cavabdehlər ona bildirirlər ki, torpaq sahəsini ona satanlar artıq ölüblər və onlar ölülərin yerinə məsuliyyət daşımırlar. Cavabdehlər aldığı torpaq sahəsini ona vermədiklərindən məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 143 manat dövlət rüsumu ödənilmişdir.O, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu kimi ödənilmiş 143 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı Iddiaçı və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Cavabdeh cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Ismayıllı rayonu, Ismayıllı kəndində yaşayır. Mülkiyyətlərində olan Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisində yerləşən 0.10 hektar bağaltı torpaq sahəsi iddiaçıya satılmamışdır.Həmin torpaq sahəsi iddiaçıya əri Gəray tərəfindən uzun müddətə icarəyə verilmişdir. Belə ki, mərhum əri Gəray vəfat etməmişdən əvvəl iddiaçıdan nisyə 24 şirvana matapila zabçastı almış, əvəzində isə mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsini iddiaçıya uzun müddətə icarəyə vermişdir ki, torpaq sahəsini istifadə edib nisyə verdiyi zapçastın pulunu çıxarsın. Iddiaçı torpaq sahəsini icarəyə götürmək üçün yaşadıqları evə gələrək onlara ağ kağıza qol çəkdirmişdir. Iddiaçı mülkiyyətlərində olan torpaq sahəsini uzun müddət əkib-becərərək gəlir əldə etmişdir. Əri Gəray vəfat etdikdən sonra iddiaçıya müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsini özləri əkibbecərəcəklərini bildirmişlər. Lakin iddiaçı bununla razı olmayaraq əri Gərayın torpaq sahəsini ona satdığını bildirdirmişdir. Iddiaçı mülkiyyətlərində olan torpaq sahəsini ona qaytarmadığından məcbur qalaraq həmin torpaq sahəsini təmizləyərək özləri əkmişlər. Iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsi iddiaçıya satılmamış, uzun müddətə icarəyə verilmiş, eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir yaxşılaşdırma işləri aparılmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir.

5. Cavabdeh cavabdeh2 məhkəmə iclasında cavabdeh cavabdeh1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Əhmədşah qonşusudur. 30 ildən çoxdur ki, Əhmədşahı tanıyır. Əhmədşahla birlikdə mübahisəli torpaq sahəsində kartoçka əkmişlər. Eşitdiyinə görə Əhməşdah əkdikləri 0.10 hektar torpaq sahəsini Çiçək adlı şəxsdən pulunu verib satın almışdır. Çünki həmin torpaq sahəsi təxminən 2000-ci ildən Əhmədşahın istifadəsindədir. Sonuncu dəfə mübahisəli torpaq sahəsi Əhmədşah tərəfindən əkilmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Əhmədşah qonşusudur. Eşitdiyinə görə 20 ildən çoxdur ki, Əhmədşah mübahisəli torpaq sahəsinin pulunu verib satın almışdır. Hazırkı vaxtadək həmin torpaq sahəsi Əhmədşah tərəfindən istifadə edilmişdir. Eşitdiyinə görə Əhmədşah mübahisəli torpaq sahəsini Çiçək adlı şəxsdən satın almışdır.

8. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu olaraq ödənilmiş 143 manat məbləği alınaraq iddiaçı Iddiaçı verilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

12. Hazırki tələb üzrə iddianın 17500 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehlərdən alınması ilə bağlı mübahisə təşkil edir.

13. Tərəf və şahid ifadələrindən də göründüyü kimi, 2002-ci ildə Çiçək Kərimova və ailə üzvləri özlərinə məxsus 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 hektar bağaltı sahəsi hissəsini yerində ölçərək iddiaçıya təhvil vermişlər, əvəzində isə iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı üçün 250000 manat məbləğində pul almışlar. Cavabdehlər sonradan iddiaçıya satılmış 0.10 hektar bağaltı torpaq sahəsini icarəyə verdiklərini əsas göstərərək həmin torpaq sahəsini ondan geri almışlar. 2002-ci ildə iddiaçıya təhvil verilmiş 0.10 hektar bağaltı təyinatlı torpaq sahəsinin hazırda həmin ərazi üzrə mövcud bazar qiyməti 17500 manat təşkil edir. Iddiaçı cavabdehlərdən 2002-ci ildə təhvil verilmiş 0.10 hektar bağaltı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 17500 manat məbləğini tələb edir. Cavabdehlər mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsini iddiaçıya satmadıqlarını, uzun müddətə icarəyə verildiyini, eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir yaxşılaşdırma işləri aparılmadığını bildirirlər və iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir.

14. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir.

15. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır.Belə ki,tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir.

17. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur.Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur.

18. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir.

19. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir.

20. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. Ikinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir.

21. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir.

22. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər iddiaçıdan mübahisəli torpaq sahəsinin satışından pul aldıqları halda həmin torpaq sahəsini iddiaçıya verməməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. Cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduqlarından məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə,iddia tələbi həmin hissədə təmin olunaraq 0.10 hektar bağaltı torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 17500 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.

23. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat məbləği alınıb iddiaçı Iddiaçı verilməlidir.

24. Məhkəmə qərara gəlmişdir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 143 manat məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir.

25. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 21.1, 21.2, 144.1, 337.1, 337.4, 337.5, 386.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5, 402.6, 439.4, 646.2, 1091.1, 1091.2, 1092.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

28. Birinci instansiya məhkəməsi AzərbaycanRespublikası MM-nin 144, 337, 402 və digər maddələrinin müddəalarını sitat gətirərək, onları düzgün şərh etməmişdir.

29. Belə ki, imkansız ailədirlər, üç nəfər azyaşlı uşaqları var və onları böyük çətinliklə saxlayırlar. Iddiaçının dediyinə görə, o 2002- ci ildə köhnə pulla 250 min manat verib. Yeni kursla bu məbləğ 50 manat təşkil edir. O, 20 ildən çox torpağı istifadə edərək varlanmışdır. X3 dediyinə görə, iddiaçı onlara nağd pul yox, əvəzində motomişar üçün ehtiyat hissələri vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samir Əliyev göstərdi ki, Iddiaçı onunla birlikdə mübahisəli torpaq sahəsində kartof əkirdilər. Iddiaçı da bunu inkar etmir. Bu isə bir də onu sübut edir ki, onların hesabına varlanan iddiaçının özü olub. Beləliklə, məhkəmə əqdin olmadığını təsdiq edərək, bununla belə, qeyri-legitim sənədə (iltizama) əsaslanaraq, 250 min manatın əvəzinin ödənilməsi barədə qərar çıxarır və bununla da əqdin mövcudluğunu tanıyır. Beləliklə,məhkəmə qərarının bir hissəsi digər hissəsinə ziddir, bu da bütövlükdə məhkəmə qərarının qanunsuz olması nəticəsinə gəlmək üçün əsasdır. Həmçinin, məhkəmə əqdin olmamasını təsdiqləyərkən, bununla belə, ilkin müqavilənin (razılaşmanın) müddəalarını sitat gətirir, baxmayaraq ki, onların hamısı iddianı təsdiq etmir və təkzib edir.

30. Iş materiallarından görünür ki, bir tərəfdən X1 ilə X3, digər tərəfdən Iddiaçı arasında 10 sot torpaq sahəsi hissəsində dəyərsiz əqd bağlanmışdır. cavabdeh1 və cavabdeh2 bu “əqdin” iştirakçıları, və həmçinin Gəray Kərimovun və Çiçək Kərimovanın varisləri deyillər, onlardan miras almamışdılar, onların hərəkətlərinə görə cavabdeh ola bilməzlər. Qeyd edilən hala məhkəmə tərəfindən məhəl qoyulmamışdır və nəzərə alınmamışdır.

31. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin dəyəri müəyyən edilərkən “xxxx” MMC-nin arayışını əsas kimi götürüb, baxmayaraq ki, KIV-lərin (qəzet elanları və s.) verdiyi məlumata görə, göstərilən müddətdə və hazırda Ismayıllı kəndində torpaq sahəsinin qiyməti qat-qat aşağıdır. Məhkəmə tərəfindən torpağın həqiqi dəyərini müəyyən etmək üçün əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir.

32. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına formal yanaşaraq ancaq iddiaçının mənafeyini nəzərə almış, məhkəmə işin faktiki hallarını düzgün araşdırmadan qanunsuz,əsassız və ədalətsiz qərar qəbul etmişdir.

33. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Iddiaçı Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsi, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilərək Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrınəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1.-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaonun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnızbaşqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfingüvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmayahaqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyatorlar Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə rədd edilməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə Ismayıllı rayonu Ismayıllı kənd sakinləri X3, X9,X2,cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh2 ümumi birgə mülkiyyətlərinə Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisindən 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2002-ci ilin sonlarında X1 anası X3 özlərinə məxsus ümumi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 hektar bağ sahəsini satmaq istədiyini bildirmişdir. Bundan sonra iddiaçı şifahi razılıq əsasında Gəraya və onun ailə üzvlərinin mülkiyyətində olan pay torpaq sahəsinin 0,10 hektar bağ altı hissəsini 250000 manata şifahi alğı-satqı yolu ilə satın almışdır. Torpaq sahəsinin mülkiyyətçilərindən olan X3 iltizam yazaraq ona məxsus olan əmlak payına düşən 10 sota içində 3 ədəd alma ağacı 1 ədəd qoz ağacı olan bağ sahəsini özü və ailəsinin razılığına əsasən 250.000 manata Iddiaçı satılmasına razılıq verdikləri qeyd edilərək özü və ailə üzvləri tərəfindən imza edilmişdir. 2002-ci ildə Çiçək Kərimova və ailə üzvləri özlərinə məxsus 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 hektar bağaltı sahəsi hissəsini yerində ölçərək iddiaçıya təhvil vermişlər, əvəzində isə iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı üçün 250000 manat məbləğində pul almışlar. Cavabdehlər sonradan iddiaçıya satılmış 0.10 hektar bağaltı torpaq sahəsini icarəyə verdiklərini əsas göstərərək həmin torpaq sahəsini 2024-cü ildə ondan geri almışlar.Iddiaçı 0.10 hektar bağaltı təyinatlı torpaq sahəsinin hazırda həmin ərazi üzrə mövcud bazar qiyməti 17500 manat təşkil etməsini əsas gətirərək ona dəymiş ziyanın cavabdehlərdən tutularaq ödənilməsini tələb etmiş, cavabdehlər isə mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsini iddiaçıya satmadıqlarını, uzun müddətə icarəyə verildiyini, eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir yaxşılaşdırma işləri aparılmadığını bildirərək iddianı qəbul etməmişlər.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilənin forma şərtinin pozulması ilə şifahi qaydada bağlanması, bu səbəbdən həmin razılaşmanın hüquqi nəticə doğurmaması, iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranmadığı işi mübahisəsiz halıdır.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının onların torpağını 20 ildən çox torpağı istifadə edərək varlanması, iddiaçının onlara nağd pul deyil, əvəzində motomişar üçün ehtiyat hissələri verməsi, birinci instansiya məhkəməsi əqdin olmadığını təsdiq edərək, bununla belə, qeyri-legitim sənədə (iltizama) əsaslanaraq, 250 min manatın əvəzinin ödənilməsi barədə qərar çıxarması, məhkəmə əqdin olmamasını təsdiqləyərkən, bununla belə, ilkin müqavilənin (razılaşmanın) müddəalarını sitat gətirməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2002-ci ildə Çiçək Kərimova və ailə üzvləri özlərinə məxsus 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 hektar bağaltı sahəsi hissəsini iddiaçıya təhvil vermişlər, əvəzində isə iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı üçün 250000 manat məbləğində pul almışlar. Cavabdehlər sonradan iddiaçıya satılmış 0.10 hektar bağaltı torpaq sahəsini icarəyə verdiklərini əsas göstərərək həmin torpaq sahəsini 2024-cü ildə ondan geri almışlar.

48. Iddiaçı 0.10 hektar bağaltı təyinatlı torpaq sahəsinin hazırda həmin ərazi üzrə mövcud bazar qiyməti 17500 manat təşkil etməsini əsas gətirərək ona dəymiş ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi həmin vəsaiti əsassız varlanma qaydasında cavabdehlərdən tutulması qənaətinə gəlmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına dair mövqeyi əsaslı olsada, tutulan məbləğin torpağın bugünkü bazar dəyəri ilə müəyyənləşdirilməsi qanuni və əsaslı olmamışdır. Başqa sözlə, mübahisə həll edilərkən hüququn tətbiqində səhvə yol verilmişdir.

50. Təbii ki, əhəmiyyətsiz əqd əsasında qazanılmış əmlak müqavilə və ya qanuni əsas olmadan əldə edildiyi üçün əsassız varlanma təşkil edir. Etibarsız əqd əsasında əldə edilənlər qaytarılmaqla tərəflər qarşılıqlı olaraq əvvəlki vəziyyətə gətirilməlidirlər (ikitərəfli restitusiya). Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsində göstərilmişdir ki, “Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

51. Hazırkı işdən görünür ki, torpaq sahəsi cavabdehlər tərəfindən iddiaçıdan geri qaytarılmış, yəni iddiaçı tərəfindən əhəmiyyətsiz əqd əsasında sahibliyinə aldığı torpaq sahəsinin geri qaytarılması təmin edilmişdir.

52. Belə olan halda cavabdehlər də eyni keçərsiz razılaşma əsasında əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarılmalıdır.

53. Bununla belə, kollegiya hesab edir ki, iddiaçıya tutulan pul məbləği müəyyənləşdirilərkən tətbiq olunan hüquq normalarının şərtləri nəzərdən keçirilməlidir.

54. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

55. Normanın məzmunundan göründüyü kimi, tələbin əsassız varlanma qaydasında təmin edilməsi üçün tərəfin əmlak əldə etməsi, həmin əmlakı digər tərəfin əmlakı hesabına əldə edilməsi və bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması zəruridir.

56. Kollegiya cavabdehlərin iddiaçının hesabına torpaq sahəsinin hazırkı dəyəri həcmində varlanması barədə birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmır.

57. Ona görə ki, əvvəla, belə yanaşma sözügedən torpaq sahəsini əldə etmiş şəxsə əşyanın itgisinə görə bərabər dəyərdə kompensasiya verilməsinə dəlalət edir. Halbuki, torpağa dair iddiaçı bağladığı razılaşma etibarsız olduğundan o, həmin əşyanın mülkiyyətini əldə etməmişdi. Mülkiyyəti qazanılmamış predmetin geri qaytarılmasına görə onun bugünkü dəyərinin qarşı tərəfdən tutulması, dolaylı da olsa həmin əmlakın hüquqi baxımdan qazanılması nəticəsinə bərabər olur. Sadəcə olaraq, əşyanın özü deyil, mövcud bazar dəyəri pulla əldə edilir. Belə yanaşma əhəmiyyətsiz əqdin heç bir hüquqi nəticə yaratmaması barədə əsas qayda ilə uzlaşmır.

58. Digər tərəfdən, torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmədiyi üçün onun geri qaytarılması nəticəsində cavabdehlər həmin sahə və ya onun dəyəri həcmində (üstəlik iddiaçının hesabına) varlanmış olmur. Tərəflər arasında bağlanmış əqd, etibarsız olması səbəbindən hüquqi nəticə yaratmadığına görə torpaq onsuz da cavabdehlərin əmlak aktivində qalmışdı. Iddiaçı əşyaya sadəcə sahiblik edirdi. Nəticə etibarilə, cavabdehlər onsuz da öz əmlakında olan torpaq sahəsinin sahibliyinin özünə qaytarılmasına nail olmuşdur. Qeyd edilənlər cavabdehlərin torpaq sahəsini (və ya onun dəyərini) iddiaçının hesabına qazanmadığını aydın şəkildə ortaya qoyur.

59. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən torpaq sahəsinin hazırkı dəyərinin əsassız varlanma qaydasında cavabdehlərdən tutulması Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmamışdır.

60. Bununla belə kollegiya qeyd edir ki, torpaq sahəsinin əldə edilməsi qarşılığında iddiaçı tərəfindən verilmiş 250000 (o vaxtkı məzənnə ilə) manat cavabdehlərin ailə üzvlərinin əmlakı olmuş və ailə üçün sərf olunmuşdur. Bu baxımdan, cavabdehlər hüquqi əsas olmadan əldə etdikləri həmin vəsaitin əsassız varlanma təşkil etməsi şübhə doğurmur.

61. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflər 2002-ci ildə etibarsız da olsa razılaşma yolu ilə əllərindəki əmlak dəyərlərini qarşılıqlı olaraq dəyişmiş, cavabdehlər torpağı iddiaçının sahibliyinə və istifadəsinə vermiş, əvəzində isə pul vəsaiti almışlar. Bu formada sövdələşmə mülki qanunvericiliyimizə görə bağlandığı andan keçərsiz olduğu üçün (əhəmiyyətsiz əqd) arzuedilən hüquqi nəticələr meydana gəlməmişdir. Yəni, iddiaçı pul ödəsə də torpağın mülkiyyətini qazanmamışdır. Hüquqi baxımdan etibarsız əqd bağlandığı andan hər iki tərəf əldə etdiklərini bir-birinə qaytarmalı idilər. Başqa sözlə, iddiaçı torpağı qaytarmaq öhdəliyi kimi, cavabdeh də onun qarşısında qanundan irəli gələn, icra edilməmiş pul öhdəliyi olmuşdur. Iddiaçı uzun illər ərzində həmin sahəyə öz əmlakı kimi etirazsız sahiblik etmişdir.

62. Odur ki, torpaq sahəsi cavabdehlərə geri qaytarıldığı halda iddiaçı əvvəlki rəftarına etimad edərək verdiyi pul məbləğini vaxtında geri alıb dəyərləndirə bilməmiş, nəticədə sonuncuya maddi ziyan dəymişdir.

63. Mülki Məcəllənin 16.1-ci və 560.3.4-cü maddələrinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

64. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

65. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ## ##### 2025-ci il tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. Inflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı”.

66. Konstitusiya Məhkəməsi həmin qərarında şərh etmişdir ki, Konstitusiyanın 13cümaddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

67. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərə ödənilmiş pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəticəsində meydana gələn zərəri tələb etməkdə haqlı olmuşdur.

68. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul vəsaitinin dəyərində (alıcılıq qabiliyyətində) hazırkı vaxtadək azalmanın olub-olmamasının aydınlaşdırılması məqsədilə kollegiyanın ## ###### 2026-cı il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.

69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, **/*** nömrəli rəyindən görünür ki, istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla 250.000,00 manat məbləğində pul vəsaitinin 2002-ci ilin dekabr ayından 2006-cı ilin yanvar ayınadək olan dövr ərzində hesablanmış cari dəyəri (ekvivalenti) aşağıdakı kimi müəyyən edilir: -2002-ci ilin dekabr ayından 2006-cı ilin yanvar ayınadək olan dövr ərzində 250.000,00 manat pul vəsaiti istehlak qiymətləri indeksinin 22,2% artması nəzərə alınmaqla 250.000,00*22,2%=55.500,00 manat -Ümumilikdə 250.000,00 manat+55.500,00 manat=305.500,00 manat -Qeyd edilir ki, 2006-cı il ######ın #-dən etibarən yeni manata keçidlə əlaqədar 305.500,00 manat məbləğində pul vəsaiti bugünki tarixə əsasən (305.500,00:5000=61,10) 61.10 manat təşkil edir. -61,10 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında olan məlumatlarında öz əksini tapmış istehlak qiymətləri indeksinə əsasən 2006-cı ilin yanvar ayından 2025-ci ilin may ayınadək olan dövr ərzində istehlak qiymətləri indeksi 362,50 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3.6 dəfə artması müəyyənləşdirilmişdir. -2006-cı ilin yanvar ayından 2025-ci ilin may ayınadək olan dövr ərzində 61,10 manat pul vəsaiti istehlak qiymətləri indeksinin 3.6 dəfə artması nəzərə alınmaqla 61,10*362,5%=221,49 manat müəyyən edilir.

70. Kollegiya qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, **/*** nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

71. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, torpağı qaytaran iddiaçı 2002-ci ildən bəri cavabdehlərdə qalan pulunun alıcılıq qabiliyyətinin azalmasına görə düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır. Həmin zərər isə ümumilikdə 282.59 manat təşkil edir.

72. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.

73. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

74. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

75. Iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

76. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

77. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17217,41 manat məbləğində pul vəsaiti və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 113 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə rədd edilməli, qətnamə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat ekspertiza xərci cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X13, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BIK CTREAZ22 hesaba), 300 manat qiymətləndirmə xərci isə iddiaçı X6 tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC X1 201218, VÖEN **********, Müxbir hesab AZ37NABZ01350100000000001944 SWIFT AIIBAZ2X, VÖEN **********, Hesab AZ64AIIB400900C9443414466208), ödənilməlidir.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı təmin edilmiş 17217,41 manat məbləğində pul vəsaiti və 113 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17217,41 manat məbləğində pul vəsaiti və 113 manat dövlət rüsumunun tutulub iddiaçı Iddiaçı verilməsi” hissəsində rədd edilsin. Qətnamə cavabdehlər cavabdeh1 və cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X13, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BIK CTREAZ22 hesaba), 300 manat qiymətləndirmə xərci isə iddiaçı Iddiaçı tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC X1 201218, VÖEN **********, Müxbir hesab AZ37NABZ01350100000000001944 SWIFT AIIBAZ2X, VÖEN **********, Hesab AZ64AIIB400900C9443414466208) ödənilsin. Qətnaməyə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar