Məhkəmə qərarları › İş №2(107)-959/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-959/2020

21.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-959/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 2952 (iki min doqquz yüz əlli iki) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsindən xx xxxxxx 2020-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermiş, apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət həmin tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadı ilə vəsatət təmin edilərək, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadından İddiaçı şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasından şikayətin təmin edilməs barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan başqa izahatına davam edərək bildirmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra onların ünvanın göndərilmiş və o, həmin qətnaməni almışdır. Lakin əri xəstə olduğundan qətnaməni ona göstərməkdən imtina etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadı ləğv edilməli müddətin bərpası barədə vəsatət rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268-ci mаddəsinə əsаsən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiyanın iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iş üzrə bütün məhkəmə proseslərinə rəsmi qaydada dəvət edilsə də, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırki vəsatətə əlavə edilmiş və məhkəməyə təqdim edilmiş pasportun surətindən də onun xx xxxxxx 2018-ci il tarixdə ölkədən kənara çıxdığı və bundan sonra Azərbaycan Respublikası ərazisinə qayıtmadığı görünür. Məhkəmənin xx xxxx 2019-cu il tarixli 2 (054) - 92 / 2019 nömrəli qətnaməsi də Cavabdeh onun qeydiyyatda olduğu ünvan 1 mənzil 3 ünvanı üzrə rəsmi qaydada göndərilmiş və cavabdehin arvadı həmin qətnaməni almışdır. Lakin əri xəstə olduğundan qətnaməni ona göstərməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadı ləğv edilməli, müddətin bərpası barədə vəsatət rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-92/2019 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Müddətin bərpası barədə vəsatət rədd edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar