Məhkəmə qərarları › İş №2(107)-96/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-96/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-96/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh, X12, X16 və X9 qarşı “xx.xx.2014-cü il tarixli, **********59914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişdən irəli gələn iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC “xxxx” Bankı və cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: ASC “xxxx” Bankın nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********59914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsinə, mənzilin açıq hərracda satılmasına və xx.xx.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə cavabdeh X6 iddiaçı ASC «xxxx» Bankı qarşısında 21 958,92 ABŞ dolları məbləğində əsas borc, 2 975,62 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 24 934,54 ABŞ dolları və xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulmasını, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh, X12, X16 və X15, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5ci bəndində qeyd olunmuş likvid dəyəri 40 500 (qırx min beş yüz) manat məbləğində təyin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli (hаkim Ə.Hüseynov ) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X5 21 958.92 ABŞ dolları məbləğdə əsas, 2 745.62 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 24 704.54 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə və xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC «xxxx» Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 43000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X6 banka olan borcu ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum X5 alınıb ASC «xxxx» Bankının hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 (yüz) manat cavabdehlərdən alınıb “xxxx” MMC-nin büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ASC “xxxx” Bankı və cavabdeh X12 həmin qətnаmədən аpelyаsiyа şikаyətləri vermişlər. İşin faktiki halları: İddiaçı ASC «xxxx» Bankın etibarnamə üzrə nümayəndəsi X13 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini artıraraq verdiyi izahatında göstərmişdir ki, X12 ASC “xxxx” Bankla xx.xx.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, 19 faiz illik dərəcəsi olmaqla 25 000 ABŞ dolları məbləğdə kredit almışdır. Eyni zamanda Cavabdeh xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin bazar qiyməti müqavilədə 40500 manat qiymətləndirilmişdir. Ə.Kərimov kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir və kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişdir. Cavabdeh X7 dəfələrlə xəbərdarılıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Buna görə də xx.xx.2014-cü il tarixli, **********59914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsinə, mənzilin açıq hərracda satılmasını və xx.xx.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə cavabdeh X6iddiaçı ASC «xxxx» Bankı qarşısında 21 958,92 ABŞ dolları məbləğində əsas borc, 10 022,03 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 31 980,92 ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «xxxx»Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh, X12, X16 və X15, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5ci bəndində qeyd olunmuş likvid dəyəri 40 500 (qırx min beş yüz) manat məbləğində təyin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ASC “xxxx” Bankı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnаməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X12 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, bank tərəfindən borc məbləği, o cümlədən tələbin faizlə bağlı hüssəsi şişirdilmiş şəkildə yazılmışdır. Ona görə də məhkəmə- mühasibatlıq ekspertizası təyin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnаməsinin ləğv edilərək, ekspert rəyinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə isə etiraz edərək, sonda özləri tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə, həmçinin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsindən görünür ki, X12 ASC «xxxx» Bankı ilə müqavilə bağlayaraq 25000 ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 19 faiz əlavəsi ilə, 48 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, **********59914/ip saylı ipoteka müqaviləsindən görünür ki, ASC «xxxx» Bankının Mingəçevir filialı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********59914 №-li kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilini ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsində mənzilin bazar qiyməti 40500 manat müəyyən olunmuşdur. “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli ML-024/2018 saylı rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixə X6 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 22023,98 ABŞ dollarıəsas kredit borcu 2745.62 ABŞ dolları faiz borcu olmaqla cəmi 24769,60 ABŞ dolları məbləğində müəyyən edilir. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 0059/19 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin bazar dəyəri 43000 manat məbləğdə qiymətləndirilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzili yuxarıda qeyd olunan **********59914 /ip saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxx 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Apelyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, № 23694 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli **********59914 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh «xxxx» Bankı ASC-nə maliyyə arayışında göstərilən xx xxxxxx 2017-ci il tarixə olan borcu ümumilikdə 24.908,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə ------------------ 21.940,00 ABŞ dolları - faiz borcu üzrə ------------------ 2.968,75 ABŞ dolları; Apelyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, LF№ 07 saylı rəyindən görünür ki, Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin 36 saylı mənzilinin xx xxxx 2020-ci il tarixinə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli qətnaməsi “xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC «xxxx» Bankına verilməsi” hissəsində ləğv edilərək, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə qarşı tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdeh X3 müqaviləsi əsasında iddiaçı ASC “xxxx” Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh X12 iddiaçı Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan əsas və faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçı ASC “xxxx” Bankın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apelyasiya şikayətində mübahisələndirilən dəlillər əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, X14 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki işə əlavə olunmuş ərizələrin (səhifə 33-35) surətindən göründüyü kimi X12, X16 və X15 ipoteka predmeti olan evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin evin qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürüblər. Kollegiya apelyasiya şikayəti ilə bağlı araşdırmanı davam etdirərək qeyd edir ki, “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, LF№ 07 saylı rəyindən görünür ki, Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin 36 saylı mənzilin hazırki dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Məhkəmə kollegiyası cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə bağlı, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə qeyd edir ki, apelyasiya icraatı zamanı əsas, faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, № 23694 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli **********59914 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh «xxxx» Bankı ASC-nə maliyyə arayışında göstərilən xx xxxxxx 2017-ci il tarixə olan borcu ümumilikdə 24.908,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə ------------------ 21.940,00 ABŞ dolları - faiz borcu üzrə ------------------ 2.968,75 ABŞ dolları; Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı belə hesab edir ki, iş üzrə qiymətləndirmə və ekspertiza xərcləri cavabdehdən alınaraq 100 manat “xxxx” MMC-nin büdcəsinə, 145 manat məhkəmə mühasibatlıq espertizasının xərci isə dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC “xxxx” Bankı və cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iddia tələbi qismən təmin edilsin. X5 21 940.00 ABŞ dolları məbləğdə əsas, 2 745.62 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 24 685.62 (iyirmi dörd min altı yüz səksən beş ABŞ dolları, 62 sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə; dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum X5 alınıb ASC «xxxx» Bankının xeyrinə ödənilsin. İş üzrə qiymətləndirmə və ekspertiza xərcləri cavabdehdən alınaraq 100 manat “xxxx” MMC-nin büdcəsinə, 145 manat məhkəmə mühasibatlıq espertizasının xərci isə dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа)) ödənilsin. Tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzili yönəldilsin. Həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 24 685.62 (iyirmi dörd min altı yüz səksən beş ABŞ dolları, 62 sent) ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manatın, həmçinin qiymətləndirmə xərci 100 manat, ekspertiza xərci 145 manatın ödənilməsi təmin edilsin, əmlakın satışındaın əldə olunmuş məbləğ bütün xərclər çıxıldıqdan sonra qalan vəsait mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti olan əmlaka (mənzilə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X12, X16 və X15 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılsınlar və ev boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli qətnaməsinin “xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC «xxxx» Bankına verilməsi” hissəsində ləğv edilərək, iddianın həmin hissədə baxılmamış saxlanılması nəzərə alınsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar