Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-961/2025 30.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e-2(019)-13/2025 saylı qətnаməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcu, 9129,4 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 29319,33 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və hazırki iddianın qaldırılması üçün ödənilmiş 21,05 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və X3 münasibətdə təmin edilməməsi, iş üzrə 251 manat ekspertiza xərcinin İddiaçı QSC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1818/2021 saylı qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(107)- 855/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
3. İş materiallarında olan 30 aprel 2014-cü il tarixli 19M00000154 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə Cavabdeh1 mülkiyyətində olan, ünvan 1ində xüsusi mülkiyyətdəki 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş, ipoteka predmetinin dəyəri 18823 manat 20 qəpik müəyyən edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0.2232 ha torpaq sahəsi 13 №li reyestr kitabının 4 №li vərəqində xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 13 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
6. İş materiallarında olan Balakən rayon VVAQ şöbəsi tərəfindən 31 iyul 1998-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı 428099 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X4 arasında nikah Balakən rayon VVAQ Şöbəsində 31 iyul 1998-ci il tarixdə 48 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Baradova soyadı verilmişdir.
7. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestri orqanına göndərilmişdir.
8. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 17 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 43000 manat, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,2232 ha torpaq sahəsinin ilkin satış qiyməti 25000 manat müəyyən edilmişdir.
9. İş materiallarında olan "xxxx" MMC-ninin 18 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 42000 manat, Likvid dəyərinin 36000 manat, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,2232 ha torpaq sahəsininin bazar dəyərinin 11000 manat, likvid dəyərinin 9500 manat olması müəyyən edilmişdir.
10. İş materiallarında olan "xxxx" MMCtərəfindən 30 may 2025-ci il tarixdə verilmiş KC/M-01-001/2025 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən 30 may 2025-ci il tarixinə ünvan 1i ünvanında olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 312.30 kv.m ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə; bazar dəyəri 97 900,0 (doxsan yeddi min doqquz yüz) manat, likvid dəyəri: 78 000,0 (yetmiş səkkiz min) manat təşkil edir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsi ilə Cavabdeh1 müştərək qaydada 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, 29319.33 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 21.05 manat dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 müştərək qaydada 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb və 21.05 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-855/2020 saylı qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 855/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1818/2021 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. xx.xx.2013-cü il tarixli 19L000000362 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 19M000000154 saylı ipoteka müqaviləsi əsasında ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 4 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayıl Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir.
13. Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(019)-13/2025 saylı qərardadı ilə iddia tələbinin icraatına “ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi”nə aid hissədə xitam verilmişdir.
14. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 07 iyul 2025-ci il tаrixli, e-2(019)-13/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ dolları məbləğində əsas borc, 9129.4 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 29319.33 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1i ünvanında, xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 78000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, 29319.33 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), ödənilmiş 21.05 manat dövlət rüsumu, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulmaı, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.5, 295, 317.2, 319.1, 399.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Nümayəndə və vəkil Nümayəndə2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının iddia ərizəsində göstərilən dəlillərinə hüquqi qiymət verərək iddianın təmin edilməsi qənaətinə gələrək iddia tələbini qismən təmin edərkən öz mövqeyinin iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən ipoteka predmetinin real bazar və likvid dəyərlərini aşağı müəyyən etmiş, torpaq sahəsi üzrəində yerləşən tikililər nəzərə alınmadan ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin dəyərini müəyyən etməklə mübahisəni düzgün həll etməmişdir. Belə ki, 0.2232 ha torpaq sahəsi üzərində çoxsaylı tikililər mövcuddur ki, belə olan halda 0.2232 ha torpaq sahəsinin dəyəri əmlaklarla birlikdə artmış olur. Məhkəmə isə ipoteka predmetini dəyərləndirərkən torpaq sahəsi üzərində yerləşən digər tikililəri nəzərə almadan ipoteka predmeti olan daşınmaz əmlakları dəyərini real bazar qiymətlərindən aşağı qiymətləndirmiş və bu barədə qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e- 2(019)-13/2025 saylı qətnaməsinin qismən ləğv edilərək iddianın ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində araşdırma aparılmaqla qismən təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e-2(019)-13/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur;
27. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
28. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
29. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Maddə 739.1 (köhnə redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
37. Maddə 1.0.9. İlkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
38. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
39. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
40. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
41. Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
42. Maddə 47.4. Həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e- 2(019)-13/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
57. Müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsi ilə Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb və 21.05 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 13 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 855/2020 saylı qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-855/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1818/2021 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 4 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit borcu ödənmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Balakən Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qənamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti vermişdir.
58. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ...Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 29319.33 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin ev 78000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmalı, 29319.33 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), ödənilmiş 21.05 manat dövlət rüsumu, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalıdır.
59. Apellyasiya şikayətinin başlıca dəlili işə baxan məhkəmə tərəfindən ipoteka predmetinin real bazar və likvid dəyərlərini aşağı müəyyən edilməsi barədədir.
60. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, iş materiallarında ipoteka predmetinin likvid dəyəri barədə bir-birindən fərqli məlumatlar var.
61. Belə ki, işdə olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 17 yanvar 2023-cü il tarixli mütəxəssis rəyində ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin ilkin satış qiyməti 43000 manat, 0,2232 ha torpaq sahəsinin ilkin satış qiyməti 25000 manat, "xxxx" MMC-nin 18 avqust 2023-cü il tarixli mütəxəssis rəyində ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin bazar dəyərinin 42000 manat, likvid dəyərinin 36000 manat, 0,2232 ha torpaq sahəsininin bazar dəyərinin 11000 manat, likvid dəyərinin 9500 manat olması müəyyən edilmişdir.
62. Birinci instansiya məhkəməsi həmin rəylərlə müəyyən edilmiş ipoteka predmetini təşkil edən daşınmaz əmlakların likvid dəyərləri ilə razılaşmayaraq həmin əmlakların yenidən qiymətləndirməsinin aparılmasını məqsədəmüvafiq hesab etmişdir.
63. "xxxx" MMC tərəfindən 30 may 2025-ci il tarixdə verilmiş KC/M-01-001/2025 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən 30 may 2025-ci il tarixinə ünvan 1i ünvanında olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 312.30 kv.m ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 97900 manat, likvid dəyəri 78000 manat təşkil edir.
64. Birinci instansiya məhkəməsi həmin məbləği ağlabatan və işin hallarına uyğun hesab etmişdir.
65. Kollegiya ipoteka predmetinin birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı sayaraq eyni zamanda vurğulayır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində onların qarşılıqlı razılaşması əsasında ipoteka predmetlərinin qiyməti 18823 manat həddində müəyyən edilmişdir.
66. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) işə baxan məhkəmələrə təqdim etməmişdir.
67. Ona görə də kollegiya həmin dəlili əsassız sayır.
68. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğu, o cümlədən, düzgün tətbiq etmədiyi, sübutları tam araşdırmadığı və nəticədə işin hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etdiyi göstərilsə də şikayətdə pozuntunun və qətnamənin qeyri-obyektivliyinin nədən ibarət olduğu əsaslandırılmamış, hansı sübutların araşdırılmadığı qeyd olunmamışdır.
69. Kollegiya apellyasiya şikayətinin məhkəmənin ipoteka predmetini dəyərləndirərkən torpaq sahəsi üzərində yerləşən digər tikililəri nəzərə almaması barədə dəlili ilə bağlı qeyd edir ki, istər tərəflər arasında bağlanmış ipoteka müqaviləsində, istərsə də Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yalnız xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi göstəririlmişdir.
70. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, formal mülahizələrdən ibarətdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
72. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
73. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
74. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
75. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
77. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e-2(019)-13/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tаrixli, e-2(019)-13/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov