Məhkəmə qərarları › İş №2(107)-962/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-962/2021

23.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-962/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə vəkili X3, Cavabdeh, cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, yolun bağlanması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsindən Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-cu il tarixli 2(033)–13/2009 nömrəli qətnaməsi ilə (hakim Elçin Hüseynov) iddia qismən təmin edilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19.10.2005-ci il tarixli qərarı ilə X16 0,03 ha həyətyani sahəsi verilməsi hissəsində ləğv edilməklə X12 adına verilmiş “torpağın mülkiyyətə verilməsinə dair JN-1372 A KOD 40201004 nömrəli şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh Məmməd qızının adına 07.11.2008-ci il tarixdə 38003638 nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv m hissəsinə onun mülkiyyət hüququnun ləğv edilməsi, həmin 60 kvm sahənin İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçı etibarnaməli nümayəndəsi X17 məhkəmədə iddia qaldıraraq Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19.10.2005-ci il tarixli 117 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında 0,03 ha torpaq sahəsinin X12 mülkiyyətinə verilməsinə dair JN- 1372A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Cavabdeh tərəfindən qanunsuz olaraq açılmış yolun giriş qapısının bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Nümayəndə iddia tələbini artıraraq İddiaçı adına daşınmaz əmlakın dövlət reysterində qeydə alınmış 0,0605 ha torpaq sahəsinin Cavabdeh Məmməd qızının mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv m hissəsinin Cavabdeh mülkiyyətindən çıxarılaraq İddiaçı mülkiyyətində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnaməli nümayəndəsi X17 iddianı müdafiə edərək göstərmişdir ki, Zaqatala şəhəri Sabir küçəsi 29-da, 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218,2 kv.m. yaşayış, 46,7 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evi Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsində qeydə alınmışdır. Lakin hal-hazırda həmin evin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsinə X12 adma torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin ev əvvəllər Əlizadə Şirxanın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adma olub. X18 Əlizadənin adma keçib. Nümayəndə isə həmin evi qızı İddiaçı bağışlayıb. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,0605 ha olmasına baxmayaraq aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Fləyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir. Bundan əlavə həyətin bir hissəsindən Cavabdeh qanunsuz istifadə edərək yol açmışdır, hal-hazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi qanunsuz olaraq Cavabdeh mülkiyyətinə verilmişdir. Hazırda cavabdeh həmin giriş qapısını bağlı saxladığından həyətə girmək çətin olur. Ona görə də cavabdehin istifadə etdiyi giriş qapısı bağlanmalıdır. Onun evinin küçəyə baxan pəncərəsindən yol açılmalıdır. Çünki daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh qanunsuz bağladığı yol İddiaçı adına qeydə alınmışdır. Odur ki, idddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşdiyi ev onun və X5 mülkiyyətindədir.Həmin ev vərəsəliklə keçmişdir. Babazadə Alyona hazırda həmin evdə yaşamır. Həmin evin 0,02 ha həyətyanı torpaq sahəsi vardır. Lakin yerində faktiki olaraq torpaq sahəsi bir qədər artıqdır. O həmin evə reyestrdən çıxarış və texniki pasport almışdır. Mübahisəli sahə onun mülkiyyətinə işlənmişdir. Yaşadığı ev mərhum atası tərəfindən 1960-cı illərdə tikilmişdir. Özü və ailəsi 50 ilə yaxındır ki, həmin giriş qapısından istifadə edirlər.Həmin yol sahəsio 60 kvm-dir.X23 1970-ci illərdə onun mərhum atası Məmməd Babazadəyə dəmir dirəklər üzrində ikinci mərtəbədə evə əlavələr etməyə icazə vermişdir. Son vaxtlara qədər iddiaçı tərəfindən buna heç bir narazılıq olmamışdır. Şirxan və Fikrət Əlizadələrin sağlığında da həmin sahədən yol kimi hər iki ailə istifadə etmişlər. Əgər həmin yol bağlanarsa, onun evinə və həyətinə giriş mümkün olmayacaqdır. İddiaçının nümayəndəsinin pəncərədən yol açılması barədə dedikləri də qanunsuzdur. Bu onun mülkiyyətinə qəsd deməkdir. O həmin giriş sahəsini bağlı saxlamaq fikrində deyildir. Əvvəllər hər iki ailə həmin qapıdan istifadə etdikləri kimi, indi də hər iki ailənin istifadə etməsinə etiraz etmir. İddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X13 göstərmişdir ki, iddiaçı onun qardaşı qızı, cavabdeh Rasimə isə dayısı qızıdır. Həmin həyət keçmişdə alınanda balaca taxta qapı var idi, həmin qapı evin otağına deyil, həyətə açılırdı, həyətin o başına kimi gedirdi. Rasimənin atası Məhəmməd 1960-cı illərdə köhnə evi söküb yerində təzə ev tikmişdir. Bu zaman evə keçid olmadığı üçün atası Şirxan Əlizadə həmin sahədən istifadə üçün icazə verib. Həmin vaxtdan həmin yerdən hər iki ailə istifadə edib. Yerin qanuni istifadəçisi isə atası Şirxan olub. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis kimi dindirilən Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsinin aparıcı mütəxəssisi X14 göstərmişdir ki, mübahisəli yerdə baxış keçirmişdir.İddiaçının evinin yerləşdiri torpaq sahəsinin 605 kvmdən, Cavabdeh torpaq sahəsində 218 kv-dən çox olduğu müəyyən edilmişdir. Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinə dair yerquruluşu izahat layihəsində İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 kvm hissəsi X12 mülkiyyətinə işlənmiş və müvafiq şəhadətnamə verilmişdir. Qalan hissə isə qanunsuz olaraq bələdiyyə mülkiyəyətində saxlanılmışdır. DƏDRXK-də isə İddiaçı 605 kvm torpaq sahəsi qeydiyyata alınmışdır. Cavabdeh ailəsinin mülkiyyətinə isə 214 kvm torpaq sahəsi verilmiş və ona şəhadətnamə işlənmiş evinin qarşısında olan torpaq sahəsinini bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmış, mübahisəli yol sahəsinin (60 kvm) çox hissəsi də qanunsuz olaraq onun mülkiyyətinə işlənmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 göstərmişdir ki, Azərbaycan Respublikası DRX-nin Zaqatala rayon Ərazi idarəsində mühəndis vəzifəsində işləyir. Cavabdeh Məmməd qızınının evinin texniki pasportunu o işləyib. Bu zaman o torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaslanıb. Həmin şəhadətnamədə mübahisəli yolun böyük hissəsi R.Babazadənin mülkiyyətində göstərilib. Evin qarşısında olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq bələdiyyənin mülkiyyətində saxlanılıb. Əslində həmin sahə Cavabdeh olmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Qətnamənin surətini o almamışdır. Onun xəbəri və məlumatı olmadan barəsində qanunsuz qətnamə qəbul edilmişdir. Həmin qətnamə ona təqdim edilməmiş, məhkəmə iclaslarına çağırışa dair bildirişlər oa təqdim edilməmişdir və Zaqatala rayon məhkəməsinin 11 mart 2021-ci il tarixli məktubu ilə həmin tarixli qərardadı aldıqdan sonra həmin qətnamədən məlumatı olmuşdur. Qətnamədən razı deyil. Məhkəmənin çıxartdığı qətnamə qanunsuzdur. O, hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmənin onun mülkiyyətində olan 60 kv.m torpaq hissəsinə dair mülkiyyət hüququnun ləğv edilməsi qanunsuz olmuşdur. Belə ki, həmin torpaq sahəsi onun qanuni mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir. Vərəsəlik hüququ isə Zaqatala rayon Məhkəməsinin 2-131 12.12.1997-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən görünür ki, evə girişçıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda Zaqatala rayon Aqrar İslahat Komissiyası 19.10.2005-ci il tarixdə 117 saylı qərarla ümumi istifadədə saxlanılmış torpaq sahəsinin qanunsuz olaraq X12 mülkiyyətinə verilməsinə dair “JN - 1372 A saylı torpağın mükiyyətə verilməsinə dair” şəhadətnamə hazırlamışdır. Həmin dövrdə qətnamə icra olunarkən əri xəstə olduğundan və onun müalicəsi ilə məşğul olduğundan məhkəmə qətnaməsini ala bilməmiş və beləcə şikayət edə bilməmişdir. Məhkəməyə müraciət etsə də ona qətnamə verilməmişdir. Ümumi istifadədə olan yol sahəsi heç bir şəxsin mülkiyyətinə verilə bilməz. Bu faktı məhkəmə öz qətnaməsində qeyd etmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsinin axırıncı cümləsində qeyd edir ki, həmin torpaq sahəsi yol İddiaçı mülkiyyətinə verilməli və ümumi istifadədə saxlanılmalıdır. Buradan görünür ki, mülkiyyətə verilmiş torpaq sahəsi ümumi istifadədə saxlanıla bilməz, eyni zamanda ümumi istifadədə saxlanılan torpaq sahəsi hər hansı bir şəxsin mülkiyyətinə verilə bilməz. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, faktları kifayət qədər araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz hesab edir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, X12 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şahadətnamə”nin nömrəsi JN-1371A deyil, JN-1372A-dır. İş üzrə cavbdeh Cavabdeh 2/3 hissə və A.R.Babazadənin 1/3 hissə adlarına ********** nömrə ilə qeydiyyata alınmış 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 02 sentyabr 2013-ci il tarixli, 4Ə-593 reyestr nömrəli notarial bağışlama müqaviləsi ilə özgənikləşdirilmiş və həmin müqaviləyə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 12.09.2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsini ləğv edərək icrası mümkünsüz olan hissədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X15 və cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X20 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən X12 0,03 ha, Babazadə Mamed (Məmməd) Mehdi oğlu və ailə üzvlərinin, o cümlədən Babazadə (Babayeva) Rasimənin 0,02 ha həyətyanı torpaq sahələri olduğu məlum olur. Həmin şəhadətnamələrə əsasən hər iki həyətyanı sahələrin bir hissəsi qanunsuz olaraq bələdiyyə mülkiyətində saxlanılmışdır. Əvvəllər Ş.Əlizadənin qanuni istifadəsində olmuş mübahisə obyekti olan giriş yolunun əksər hissəsi Mehdi Babazadənin (qızı Cavabdeh) mülkiyyətinə verilmişdir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan məlum olur ki, İddiaçı Zaqatala şəhəri M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0605 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 8 otaqlı evi, Cavabdeh Məmməd qızının Zaqatala şəhəri M.Ə.Sabir küçəsində xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı paylı mülkiyyətdə ( 2/3 hissə) olan evi vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də vərəsəlik hüququ üzrədir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər qonşu olmaqla Zaqatala şəhəri M.Ə.Sabir küçəsində yaşayanlar İddiaçı mülkiyyətində olan ev əvvəllər X12, sonradan isə X9 məxsus olmuşdur. Həmin evin həyətyanı sahəsi 0,0605 ha olmuşdur. Cavabdeh mülkiyyətində olan ev isə əvvəllər onun atası X10 məxsus olmuşdur. Cavabdeh məxsus ev 1960- cı illərdə tikilmişdir. Həmin evin həyətyanı sahəsi 0,02 ha olmuşdur. Mərhum Şirxan və Fikrət Əlizadələr sağlığında 1960-cı illərdə mərhum X10 özlərinə məxsus həyətyanı sahədə (60 kvm) dəmir dirəklər üzərində ikinci mərtəbədə yaşayış evinə əlavə tikməyə şifahi razılıq vermişlər. Həmin əlavə tikililərin alt hissəsində isə həyətə giriş darvazası qoyulmuşdur. Hər iki ailə həmin giriş qapısından uzun illər istifadə etmişlər.Həmin darvaza 1970- illərdə qoyulmuşdur. Torpaq islahatı zamanı həmin giriş yolu qanunsuz olaraq Cavabdeh mülkiyyətinə işlənmiş, onun istifadəsində olmuş torpaq sahəsinin bir hissəsi isə qanunsuz olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Azərbaycan Respublikası DƏDRX-nin vermiş olduğu çıxarışa əsasən İddiaçı mülkiyyətində 0,0605 ha torpaq sahəsi vardır. Lakin mülki işə əlavə olunan Azərbaycan espublikası DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş,Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair yerquruluşu islahat layihəsindən çıxarışdan məlum olur ki, İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 kvm hissəsi X12 adına işlənmiş, X6 adına işlənməli olan 260 kvm torpaq sahəsi isə qeyri qanuni olaraq bələdiyyə mülkiyyətində saxlanılmışdır. Həmin çıxarışa əsasən Cavabdeh Məmməd qızının mülkiyyətində 214 kvm torpaq sahəsi olmuşdur. Mübahisəli torpaq sahəsi isə 60 kvm-dir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı yaşayış evi və həmin evin yerləşdiyi 605 kv torpaq sahəsi daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığına görə həmin torpaq sahəsinin bir hissəsinin X16 verilməsinə dair şəhadətnamə ləğv edilməlidir. Mübahisəli 60 kv.m. torpaq sahəsindən Cavabdeh və ailəsi yol kimi uzun müddət istifadə etsə də həmin torpaq sahəsi Şirxan və Fikrət Əlizadələrin sonraradan isə İddiaçı qanuni istifadəsində olmuşdur. Ona görə də həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətinə işlənməsi qanunsuzdur. Həmin torpaq sahəsi yol İddiaçı mülkiyyətinə verilməli və ümumi istifadədə saxlanılmalıdır. Məhkəmə kollegiyasının sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X12 adına olan 65 nömrəli “Torpaq qeydi”nə və JN-1372A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X12 və X6 adlarına 18.12.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla notarial qaydada təsdiq edilmiş 13.01.2007-ci il tarixli, 2V/05 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və 13.01.2007-ci il tarixli, 2V/04 reyestr nömrəli “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə”yə əsasən Nümayəndə adına olan 24.02.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Daha sonra həmin çıxarışla notarial qaydada təsdiq edilmiş 28.02.2007-ci il tarixli, 4Ə/1-52 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı adına olan 10.03.2007- ci il tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir; X11 adına olan 104 nömrəli “Torpaq qeydi”nə, 11.10.1996-ci il tarixli, 148 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə, JN-1371A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə və notarial qaydada təsdiq edilmiş 24.10.2008- ci il tarixli, 2V/144 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Cavabdeh Məmməd qızının 2/3 hissə və X7 1/3 hissə üzrə adlarına olan 07.11.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Daha sonra həmin çıxarışla notarial qaydada təsdiq edilmiş 02.09.2013-cü il tarixli, 4Ə/593 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh Məmməd qızının adına olan 12.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin apellyasiya şikayətlərində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 may 2009-ci il tarixli, 2(033)-13/2009 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar