Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-962/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. (Hüseynova) X18 (bundan sonra -iddiaçı) X8 ilə 19 iyul 2005-ci il tarixdə rəsmi nikaha daxil olub. İddiaçı ailə qurduğu vaxt ərinin valideynlərinə məxsus evə köçüb. Birgə nikahdan üç uşaqları var. Uşaqlar yetkinlik yaşına çatmayıblar. 2012-ci ildə Balakən rayonunda baş verən zəlzələ nəticəsində iddiaçını köçdüyü ev dağılıb, həmin evin əvəzinə dövlət tərəfindən 2 otaqlı ev verilib.
2. Həmin ev (Balakən şəhəri, Səməd Vurğun küçəsi, 19) Cavabdeh (bundan sonracavabdeh) adına tam, evin yerləşdiyi 0,0730 ha torpaq sahəsi isə cavabdeh və iddiaçını əri də daxil olmaqla 5 nəfərin adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2017-c ildə qeydə alınıb.
3. Cavabdeh iddiaçının qayınanasıdır. İddiaçının əri X8 06 noyabr 2019-cı ildə ölüb.
4. Mübahisə Balakən şəhəri, Səməd vurğun küçəsi, ev 19-a iddiaçının istifadə hüququnun yaranması və həmin evə köçürülmə barədə yaranıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (sonradan tələbin həcmini artırmaqla) ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə məxsus Balakən şəhəri, Səməd vurğun küçəsi, ev 19-a istifadə hüququnun yaranması və üç uşağı ilə birgə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda göstərilən faktiki əsaslarından çıxış edərək tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı dağılan evin əvəzində dövlət tərəfindən verilən 2 otaqlı evi sonradan birlikdə əlavə artırmalar edərək, 5 otalı evə çevirmişlər. Həmin evə yalnız qaynanası öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
7. İddiaçının 2019-cu ilin noyabr ayında əri özünü asaraq intihar etmişdir. Bundan sonra iddiaçının qayınanası ilə münasibətləri daha da pisləşməyə başlamış, 2019-cu ilin dekabr ayında qaynanası iddiaçını və uşaqlarını evdən zorla çıxarmışdır. İddiaçı hazırda Balakən rayonu, Hənifə kəndində yerləşən ata evində yaşayır, atası da 2019-cu ilin iyun ayında vəfat etmişdir. 3 otaqlı həmin evdə iddiaçı anası və qardaşının 4 nəfərdən ibarət ailəsi çox çətin şəraitdə yaşayırlar.
8. İddiaçı heç bir yerdə işləmir və əlavə heç bir qazançı yoxdur. Buna görə də iddiaçının özünə öz vəsaiti hesabına mənzil əldə etmək imkanı yoxdur. Bundan başqa, iddiaçı həmin evin yaxşılaşdırılmasında öz vəsaiti ilə iştirak etmişdir.
9. İddiaçı dəfələrlə gəlin köçdüyü və yaşadığı evə qayıdıb orada yaşamağa cəhd etsə də, cavabdeh onu evə buraxmamışdır. İddiaçı və uşaqları öz iradələrindən asılı olmayaraq evdən istifadə edə bilmirlər.
10. Tərəflər arasında mübahisəli hüquq münaisbəti 2005-ci ildə yarandılğından və həmin vaxt qeyd edilən ev cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmadığından mübahisəyə qanunun analogiyası 01 oktyabr 2009-cu ilədək qüvvəd olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu ilədək qüvvəd olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etmişdir.
12. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - mübahisədə adı keçən ev 27 noyabr 2017-ci il tarixli çıxarışa əsasən cavabdehə məxsusdur. İddiaçı həmin evdə qeydiyyatda deyil; - iddiaçı ailədə mütəmadi münaqişə yaradıb, həm də iddia ərizəsində heç yerdə işləməməsini göstərib. Bu da göstərir ki, iddiaçı münaqişəli əmlaka vəsait xərcləməzdi və onun buna imkanı yox idi; - iddiaçının ərinin intihar etməsində də iddiaçının hərəkətləri səbəb olmuşdur; - Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000ci ildən sonra yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll edilməlidir. Bu səbəbdən də iddia əsassızdır.
13. Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və uşaqları; 29 yanvar 2005-ci il təvəllüdlü X9, 13 mart 2006-cı il təvəllüdlü X19 və 15 sentyabr 2009-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X9, X19 və X10 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov)
14. Birinci instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdehin oğlu Rövşən Hüseynovla 2005-ci il tarixdə rəsmi nikahla evlənmişdir. Həmin nikahdan iddiaçının 2005-ci il təvəllüdlü X9, 2006cı il təvəllüdlü X19 və 2009-cu il təvəllüdlü X10 adlı üç uşağı var. İddiaçı ailə qurduqdan sonra ərinin valideynlərinə məxsus yaşayış evinə köçərək onlarla birlikdə orada yaşamış, 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət onlara 2 otaqlı ev tikmişdir. Sonradan onlar birlikdə həmin evdə əlavə artırmalar edərək, 5 otağa çevirmişlər. Həmin evə iddiaçının qayınanası olan cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçının uşaqları: xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X19 və xx.xx.2009-cu il təvəllüdlü X2 qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneələr yaradılır, həmçinin mübahisəli ev yaşayış üçün yararlıdır.
15. Birinci instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab edib ki, iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin razılığı ilə 2005-ci ildə cavabdehin oğlu Rövşən Hüseynovla nikahını rəsmiləşdirərək gəlin köçərək, cavabdehn ailə üzvü olduğundan və cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair 2005-cı ildən cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları həmin evdə doğulduqlarından və orada yaşadıqlarından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evi olduğundan, iddiaçının uşaqları ilə həmin evdən istifadə hüququ müəyyən olunmalı və onlar yaşamaq üçün həmin evə köçürülməlidir.
16. Birinci instansiyası məhkəməsi hesab edib ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2005-cı ildə yarandığından və həmin vaxt mübahisəli Balakən şəhəri, S.Vurğun küçəsi ev 19 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından (Cavabdeh 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət tərəfindən tikilmiş həmin evə mülkiyyət hüququ yalnız xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır) mübahisəyə qanunun analogiyası üzrə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi zəruridir.
17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 27.1, 27.2, 27.3-cü, Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, 123-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 3 və 5-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslnadırıb ki, iddiaçı 2005-ci ildən mübahisəli evə heç bir qeyd-şərt göstərilmədən evə faktik mülkiyyət hüquqları əsasında sahiblik və ondan istifadə edən cavabdehlərin razılığı ilə köçürüldüyündən və həmin şəxslərlə və orada yaşayan digər şəxslərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşadığından, iddiaçının uşaqları sözügedən evdə doğulub orada yaşadığından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan mübahisəli ev olduğundan iddiaçı uşaqları ilə həmin evdən istifadə və yaşamaq hüququ əldə etmişlər.
18. Birinci instansiya məhkəməsi iddiaçının iradəsinin ziddinə olaraq, onun və uşaqlarının mübahisəli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onların Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirib.
19. Birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə etirazının dəlillərini – iddiaçının oğlunu ər kimi tanımaması, ona hörmət qoymaması, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək, onu ölüm həddinə çatdırması, oğlunun onun hərəkətlərinə tab gətirməyərək, 2019-cu ilin noyabr ayında özünü asaraq intihar etməsi, iddiaçının həm də ona bir qaynana kimi hörmət etməməsi, heç nədən evdə mübahisə edərək, uşaqları da özü ilə aparıb ata evində qalaraq, onları əsəbləşdirməsi, bu minvalla ərinin ölümünə səbəb olması, iddiaçının nəvələrinə də psixi təsir edərək, onları onunla pis rəftara sövq etməsi – əsassız sayıb və göstərib ki, cavabdeh iddianın təmin olunmaması zərurəti ilə bağlı birbaşa faktoloji və hüquqi bağlılıqda olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddianın əsassız olmasını sübut edə bilməmişdir. Halbuki MPMnin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
20. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, 123-cü maddələri ilə yanaşı, yeni Mənzil Məclləsinin 30.1, 30.2 və 30.4cü maddələri ilə əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. (hazırki qərarın 12-ci bəndi)
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1307/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və tətbiq etydiyi maddi hüquq normaları ilə razılaşmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
25. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020ci il tarixli, 2(107)-1307/2020 saylı qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2593/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(107)- 1307/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı, oğlu X25 oglu ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə evlilikdən üç uşaqları dünyaya gəlmişdir. İddiaçı öz iddiasında göstərir ki, güya əri vəfat edəndən sonra o, onu üç uşaqla evdən qovmuşdur. O, ərinin sağlığında onu bir ər kimi tanımamış, ona hörmət bəsləməmiş, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək onu ölüm həddinə çatdırmışdır. Oğlu kənddə onun hərəkətlərinə tab gətirməyərək intihar edərək özünə qəsd etmişdir. İddiaçı onunla birgə yaşadığı vaxtlar nəinki ərinə, ona bir qaynana kimi heç vaxt hörmət qoymayıb. O, heç nədən evdə mübahisə edərək uşaqları da özü ilə aparıb ata evində qalaraq onların əsəbləriylə oynayırdı və o bu minvalla ərinin ölümünə səbəb oldu. İddiaçının ailə daxili münaqişələrinə hətta nəvələri də bir növ adət etmişlər. O, onlara psixi təsir edərək nəvələrini onunla pis rəftara sövq edir, onlara öyrədir ki, nənəyə deyin ki, oğlun özünü asdı bəs sən niyə özünü asmırsan, indiyə kimi qalıbsan. O, hal-hazırda iddiaçı ilə yaşamasa da oğlunun yadigarı olan hər üç nəvəsinə baxmış və onun qonşuları da bunu təsdiq edərlər. İddiaçı oğluyla faktiki nigahda olması barədə məhkəməyə nigah haqqında şəhadətnamə təqdim etsə də, ərinin vəfatından sonra yəni 2019-cu il tarixindən Ailə Məcəlləsi ilə nigah faktiki pozulmuş hesab edilir. Eyni zamanda adı çəkilən əmlakın onun mülkiyyətində olmasını təsdiq edən DƏDRX-nin ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışı mövcuddur. Daha sonra Daxili İşlər Nazirliyinin Balakən rayon şöbəsi tərəfindən verilən ******* saylı arayışından da görünür ki, iddiaçı onun mülkiyyətində pasport qeydiyyatında belə deyil. İddiaçı heç yerdə işləməməsini və qazancı olmamasını eyni zamanda mülkiyyətində olan evinin yaxşılaşdırılmasında vəsait xərcləməsini bildirir. Onun ailələrində mütəmadi olaraq münaqişələr yaratması, bunu deməyə əsas verir ki, o münaqişəli əmlaka heç vaxt vəsait xərcləməzdi və onun buna imkanı da yox idi. İddiaçının ərizədəki tələbi irəli sürmə hüququ ümumiyyətlə yoxdur. Belə ki, həmin evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində onun adına qeydə alınıb. Məhkəmə işə baxarkən işdə onun iştirakını təmin etməmiş, lazımi qaydada işin hansı tarixə təyin olması barədə ona bildiriş göndərməmiş və çıxardığı qətnamədə guya 04 may 2020-ci il tarixində məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməyinə baxmayaraq həmin tarixdə məhkəmə iclasına gəlmədiyini və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini öz qətnaməsinə köçürməklə işdə iştirak etməməyinə bu formada don geyindirmişdir. İşə baxan hakim yuxanda göstərilən qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq işi tam araşdırmadan qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixində cavabdehin razılığı ilə həmin mənzilə köçmüşdür, həmin mənzil həmin dövrdə heç kimin mülkiyyətində olmadığından, iddiaçı evə gəlin köçərkən onunla heç bir müqavilə bağlamaq mümkün olmamışdır və bununla hakim İddiaçı faktiki mülkiyyətində olan mənzilini onun da mənzili olması kimi qənaətinə gəldikdən sonra onun iddiasını təmin edən qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)- 207/2020 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu il)
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 139.1. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 146.1., 146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli Qərarı - Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarı
37. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
V. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh 20 sentyabr 2010-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatda olan digər şəxslər-X24, X11, X9, X19, X10, X14r.
42. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********06-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-cu il tarixli Çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi 22 №li reyestr kitabının 2 №li vərəqində xx.xx.2017-cu il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə Cavabdeh, torpaq sahəsi ümumi birgə X6, torpaq sahəsi ümumi birgə X1, torpaq sahəsi ümumi birgə X4, torpaq sahəsi ümumi birgə X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
43. Qeyd olunduğu kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(107)-1307/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
44. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə 23 may 2022-ci il tarixli, 2(102)-2593/2022 saylı qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etsə də, iddiaçının 2005-ci ildə köçdüyü evin hüquqi statusunu (mülkiyyətdə və ya dövlət mənzil fondunda olması, özbaşına tikili olması və s.) müəyyən etməmişdir. İddiaçının 2005-ci ildə köçdüyü evin hüquqi statusunu müəyyən etmədən də mübahisəyə köhnə Mənzil Məcəlləsinin qeyd edilən normalarının tətbiqini əsaslı saymaq olmaz. Məhz evin statusu müəyyən edilməklə, mübahisənin Mülki Məcəllənin 228-ci maddəsi və ya köhnə Mənzil Məcəlləsinin normaları baxımından həll edilməsi məsələsinə qiymət vermək olar. Üstəlik, birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında belə nəticəyə gəlinib ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən də görünür ki, mübahisəli hüquq münasibəti 2005-ci ildən yaranıb.
45. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, köhnə Mənzil Məclləsinin normaları ilə yanaşı, yeni Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-ci maddələrin də istinad etmiş, eyni zamanda həmin maddələri də iddianın təmin edilməsi baxımından əsas götürüb-götürmədiyini qətnamədə əsaslandırmamışdır. Ümumiyyətlə, yeni Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə nəyə görə istinad edilməsi qətnamədən görünmür. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (Mülki Prosessual Məcəllə, 218.1. 220.4-cü maddələr)
46. Həmçinin işin müəyyən edilmiş hallarına görə iddiaçı 2005-ci ilə ilkin olaraq ərinin valideynlərinə məxsus evə (həmin evin hüquqi statusu yuxarıda qeyd edildiyi kimi müəyyən edilməyib) köçüb, ev zəlzələ nəticəsində dağılıb, həmin evin əvəzində dövlət tərəfindən verilən ev 2017-ci ildə cavabdehin adına qeydə alınıb. Belə olan halda, iddiaçının 2005-ci ilə köçdüyü evin hüquqi statusu müəyyən edilməklə, iddianın əsaslılığına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarının kontekstində də qiymət verilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
47. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
48. Hazırkı apellyasiya baxışı zamanı “ünvan 4 ünvаndа yerləşən Cavabdeh məxsus yаşаyış evinin 2012-ci il tаrixdə Zаqаtаlа-Bаlаkən ərаzisində bаş vermiş zəlzələ nəticəsində dаğılmаmışdаn əvvəl həmin yаşаyış evinə cаvаbdehin mülkiyyət hüququnun dövlət qeydiyyаtınа аlındığını təsdiq edən sənədlərin və ümumiyyətlə zəlzələdən əvvəl həmin fərdi yаşаyış evinin hüquqi stаtusu (mülkiyyətdə və yа dövlət mənzil fondundа olmаsı, özbаşınа tikili olmаsı və s.) bаrədə hüquq müəyyənedici sənədlərin” təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bаlаkən filialına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu məktubları göndərilmişdir.
49. Həmin sorğu məktublarına cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubunda qeyd olunmuşdur ki; - 2012-ci ildən əvvəlki dövr üzrə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 18 saylı Zaqatala Ərazi İdarəsində yalnız Balakən rayonu, Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli 02 nömrəli qərarı ilə Cavabdeh Ramazan qızının və ailə üzvlərinin adlarına tərtib edilmiş JN-629A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi mövcuddur.
50. Həmin məktuba əlavə olunmuş Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamənin (JN 629A, kod ********) təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh, X20, X15, X16 və X3 mülkiyyətinə 0,08 ha həyətyanı topaq sahəsi verilmişdir.
51. Balakən RİH-nin Balakən şəhər İƏD üzrə Nümayəndəliyinin 16 avqus 2022-ci il tarixli 220 saylı məktububda göstərilmişdir ki, ünvan 6 ünvanda yerləşən Cavabdeh məxsus olmuş fərdi yaşayış evinin 2012-ci ildə Zaqatala-Balakən ərazisində baş vermiş zəlzələ nəticəsində dağılmamışdan əvvəlki dövr üçün hüquqi statusu, mülkiyyətdə və ya dövlət mənzil fonduna olması, özbaşına tikili olması, həmin dövr üçün fərdi yaşayış evinin mülkiyyətini təsdiq edən sənədin olması barədə Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində məlumat aşkar edilmədi.
52. Həmin məktuba əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsinin 16 avqust 2022-ci il tarixli 1359 saylı arayışdam məlum olur ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 1996-2000, 2000-2012-ci illər üzrə olan əhalinin qeydiyyat kitablarında şəhərin hal-hazırkı S.Vurğun küçəsi (keçmiş N.ünvan 7 ünvanda aşağıda adları qeyd edilmiş şəxslərin qeydiyyatda olması haqqında məlumat aşkar olunur:
- 1996-2000-ci illər üzrə əhalinin qeydiyyat kitabından çıxarış
1. X7 - a/başçısı (vəfat edib)
2. Cavabdeh - yoldaşı
3. X20 - oğlu
4. X15 - qızı
5. X16 - qızı
6. X12 - qızı
7. X21 - nəvəsi
- 2000-2012 -ci illər üzrə əhalinin qeydiyyat kitabından çıxarış
1. Cavabdeh - a/başçısı
2. X20 - oğlu
3. X15 - xx.xx.2012 ci il tarixdə Ə.Ansuxski küçəsi bina 1 mənzil 27 saylı ünvana qeydiyyata düşüb.
4. X16 - xx.xx.2012 ci il tarixdə Talalar kəndinə qeydiyyata düşüb
5. X12 - xx.xx.2008 ci il tarixdə Hənifə kəndinə qeydiyyata düşüb
6. X21 - nəvəsi xx.xx.2012 ci il tarixdə Ə.Ansuxski küçəsi bina 1 mənzil 27 saylı ünvana qeydiyyata düşüb.
7. İddiaçı - gəlini xx.xx.2006 cı il tarixdə Hənifə kəndindən qeydiyyata düşüb.
8. X9 - nəvəsi
9. X19 - nəvəsi
10. X13 - nəvəsi
53. Göründüyü kimi, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış ev cavabdehin qanuni isifadəsində (sonradan paylı mülkiyyətində) olan torpaq sahəsində inşa edilsə də, həmin ev lazımi qaydada rəsmiləşdirilməmişdir. Həmin ev dağıldıqdan sonra tikilmiş mübahisə predmeti olan ev isə 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır.
54. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
56. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. ... Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. (29-cu bənd)
57. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin cavabdehin adına dövlət qeydiyyatına məhz 2017-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.
58. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı və onun üç uşağının mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar da əsassızdır.
60. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
61. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov