Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-963/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-961/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 5063.44 manat, faiz borcu üzrə 786.86 manat, cəmi 5850.3 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən 5063.44 manat əsas borc, 1159.02 manat müqavilə müddətinə faiz borcu olmaqla, cəmi 6222.46 manat borcun, məhkəmə rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-961/2019 nömrəli qətnаməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, əsas kredit borcu 5063.44 manat, 1159.02 manat faiz borcu, cəmi 6222.46 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, müştərək qaydada xx xxxxxx 1987-ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində doğulmuş, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan Cavabdeh1, xx xxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Sabir küçəsi m.8A-da qeydiyyatda olan Cavabdeh2 və xx xxxxx 1986- cı il tarixdə Ağdam rayonu, Güllücə kəndində doğulmuş, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olan Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Həmin apelyasiya şikayətinə əsasən mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-963/2020 nömrəli qərardadı ilə apelyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxılması xx xxxxx 2020-ci il tarixə saat 16:00-a Şəki Apelyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilmasi təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli 05 nömrəli qərarında qeyd edilən tövsiyələrə əsasən hazırki işə yuxarıda qeyd edilən tarixdə baxılmamışdır. Hazırkı işə baxılması xx xxx 2020-ci il tarixə saat 12:00-a Şəki Apelyasiya Məhkəməsinin binasına, 16 nömrəli zala təyin edilmişdir. Həmin tarixdə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə məhkəmə iclası keçirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işdə iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası bu günə-17 iyun 2020-ci il tarixə saat 11:30-a təxirə salınmışdır. Cavabdeh1 məhkəmə kollegiyasına ərizə təqdim edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-961/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermədiyini, mülki işdə olan apelyasiya şikayətindəki imzanın ona məxsus olmadığını, dövlət rüsumunun onun tərəfindən ödənmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ərizənin məzmununa uyğun izahat verərək, hazırki iş üzrə apelyasiya şikayətini vermədiyini bildirdi və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək hazırki iş üzrə qətnamədən apelyasiya şikayəti verdiyini, lakin, onun şikayətinin hansı səbəbdən Şəki Apelyasiya Məhkəməsinə göndərilmədiyini bilmədiyini bildirdi, ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-961/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətindəki imza Cavabdeh1 tərəfindən icra olunmаdığı üçün apelyasiya qəbul olunmamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarından müəyən edilir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)- 961/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-963/2020 nömrəli qərardadı ləğv edilməli, apelyasiya şkayəti apelyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamış hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-961/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 963/2020 nömrəli qərardadı ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-961/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-963/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-963/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver