Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-963/2024 22.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 29 may 2024-cü il tаrixli, 2(051)-668/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 29 may 2024-cü il tаrixli, 2(051)-668/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “sosial şəbəkələrdə işgüzar nüfuzuna, həkim adına xələl gətirən, onu nüfuzdan salan yalan və həqiqəti əks etdirməyən məlumatların yalan olması barədə təkzib verməsi, 10.000 manat maddi və 20.000 manat mənəvi zərər olaraq tululub İddiaçı ödənilməsi” barədə ilkin iddia tələbi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdehin ondan yazılı üzr istəməsi, ona vurduğu mənəvi zərərə görə 16.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı(bundan sonra- iddiaçı) nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1(bundan sonra- cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 tərəfindən həmin qətnamədən ayrıayrılıqda apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1 və 363.1.2). İş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 90(doxsan) manat, cavabdeh tərəfindən verilmiş şikayətə isə 70(yetmiş) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki ilkin iddia tələbi üzrə iddianın qiyməti 30.000, qarşılıqlı iddia tələbi üzrə iddianın qiyməti isə 16.000 manat təşkil edir. Dövlət rüsumunun hesablanması kalkulyatorunda aparılan hesablamaya əsasən müəyyən edilir ki, ilkin iddia tələbinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 180 manat, qarşılıqlı iddia tələbinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği isə 138 manat olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələblərinə görə isə apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği ilkin iddia tələbi üzrə 90 manat, qarşılıqlı iddia tələbi üzrə isə 69 manat məbləğində olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilkin iddia üzrə 90 manat, qarşılıqlı iddia üzrə isə 69 manat olmaqla, cəmi 159 manat təşkil etməlidir. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayətlərinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin 29 may 2024-cü il tаrixli, 2(051)-668/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətləri mülki işlə birlikdə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-963/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-963/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver