Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-965/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)-87/2021 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)-87/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 310,2 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********02140 nömrəli abonent koduna vurulmuş 3708 kub metr təbii qazın dəyəri 370 (üç yüz yetmiş) manat 80 (səksən) qəpik debitor borc məbləğinin silinməsi, Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması, “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia tələbi üzrə 20 (iyirmi) manat dövlət rüsumu ödənildiyi nəzərə alınaraq qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənməsi qət edilmişdir. İşin halları "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat məbləğinin və 20,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********02140 nömrəli abonent koduna vurulmuş 3708 kub metr təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 10 iyul 2019-cu il tarixdə “İddiaçı” X2 X6 İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacına baxış keçirilmişdir. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29 avqust 2019-cu il tarixli 29/1710-02174-2 nömrəli akta əsasən sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 avqust 2019-cu il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” X2 RQİİ-nə göndərilmişdir. Akta əsasən 30 avqust 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 3708 kub.metr itirilmiş qazın dəyəri 370,8 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh hesablanmış ziyan məbləğindən 60,6 manat ödəniş etmiş, 310,2 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İBnin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu X6 İdarəsinin əməkdaşları tərəfindən 10 iyul 2019-cu il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “İddiaçı” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yararsız hesab edilmişdir. Ona görə də 29 avqust 2019-cu il tarixdə “təbii X4nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında 30 avqust 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 3708 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Qaz İdarəsinin nəzarətçisi qaz pulu borcunu ödəməyi tələb etdiyinə görə o, mahiyyətini dərk etmədən 2020-ci ilin sentyabr – dekabr aylarında cəmi 270 manat ödəniş etmişdir. Sonradan bilmişdir ki, ödədiyi həmin məbləğin bir qismi istifadə etdiyi təbii qaza, bir qismi isə akt əsasında hesablanmış dəymiş ziyanın əvəzinə silinmişdir. İddia tələbi ilə tanış olduqdan sonra ondan tələb olunan məbləğin istifadə etdiyi qazın dəyəri deyil, akt əsasında yazılmış cərimə olduğunu bilmişdir. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. İddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 ifadə verərək göstərmişdir ki, Maarif İbrahiomov onun oğludur. Qaz sayğacı oğlunun adına olsa da həmin evdə ailəsi ilə birlikdə o yaşayır. İstifadə etdikləri təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X5 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X5 apellyasiya şikayətini ilk iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)- 87/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın tam təmin edilməsinə və qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı "İddiaçı" İstehsalat Birliyinin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)-87/2021 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 10 iyul 2019- cu il tarixdə Cavabdeh İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X4na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. İşdə olan “İddiaçı” İB-nin “Təbii X4nın pozulması haqqında” 29 avqust 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd axınlı su qızdırıcı və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. İşdə olan “İddiaçı” İB-nin Ağsu X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3708 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İşdə olan 30 noyabr 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin avqust ayının sonuna Cavabdeh **********02140 nömrəli abonent koduna akt üzrə 370,8 manat borc vurulmuşdur. İşdə olan 17 sentyabr 2020, 19 oktyabr 2020, 17 noyabr 2020 və 17 dekabr 2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 2020-ci ilin sentyabrdekabr aylarında cəmi 270 (iki yüz yetmiş) manat “İddiaçı” İstehsalat Birliyinin hesabına ödəmişdir. İşdə olan 21 sentyabr 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı isə tam təmin edərkən “X4”nın 4.2, 4.9, 5.2 və 5.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1, 8.1.2 və 9.1.5-ci maddələrinə istinad etmişdir. “X4”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən 10 iyul 2019-cu il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X4na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 avqust 2019cu il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı 3708 kub metr müəyyən edilmiş, 370,8 manat itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh 2020-ci ilin sentyabr-dekabr aylarında “İddiaçı” İstehsalat Birliyinin hesabına 270 manat ödəniş etmişdir ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən həmin ödənişin 60,6 manat hissəsi akt əsasında hesablanmış borc məbləğinə çıxılmışdır. “İddiaçı” İstehsalat Birliyi iddia tələbini təmin olunaraq Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 3708 m3 - 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İBnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinin rədd edilməsini, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********02140 nömrəli abonent koduna vurulmuş 3708 metr3 təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, ilkin iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 3708 kub metr miqdarında, yəni 370,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 3708 kub metr itirilmiş təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. İş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyindən “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı qismən, qarşılıqlı iddianı tam təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissəsində ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X7 оğlunun apellyasiya şikаyəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)-87/2021 nömrəli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(037)-87/2021 nömrəli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edilməmiş hissəsində və təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-965/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-965/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver