Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-975/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh qanunsuz olaraq bir ədəd Eldar şamı ağacını kəsdirməsi nəticəsində təbiətə vurduğu 18000 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X2, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, S.W.İ.F.T BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, hesab nömrəsi: AZ50CTRE********************. VÖEN: **********, D2. ödənişlə əlaqədar əlavə informasiya-XHK 2195301, D3. büdcə təsnifatının kodu-142595, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RETSİ-nin əməkdaşlarının araşdırması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayan və Göyçay Şəhər Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cavabdeh 2020-ci ilin fevral ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X5 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli, 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və müsbət rəyi olmadan həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 ədəd köküstə yaş halda Eldar şamı cinsindən olan ağacın kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18000 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Cavabdeh bu əməlləri ilə Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Cavabdeh təqsirsiz hesab olunaraq ona bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmiş və Göyçay Rayon Məhkəməsinin müvafiq hökmü qüvvədə saxlanılmaqla apellyasiya protesti təmin edilməmişdir. Növbəti mərhələlərdə verilmiş şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Nəhayət hüquqi çəkişmələrdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-6/2024 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası CMnin 259.2.4 və 308.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə, məhkum və onun müdafiəçisinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin ibtidai istintaq və ya məhkəmə istintaqları zamanı təqsirləndirilən şəxs Cavabdeh öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə təbiətə vurduğu 18000 manat maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 18000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də Cavabdeh köküstə yaş halda bir ədəd Eldar şamı ağacını qanunsuz kəsdirməklə təbiətə vurduğu xeyli miqdarda ziyanın, yəni 18000 manat dəyərində olan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Göyçay Rayon Məhkəməsində iddia qaldırılması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim E.Qurbanov) 12 iyun 2024-cü il tarixli, 2(046)- 975/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 18000 manat məbləğində pul alınaraq İddiaçı hesabına köçürülməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 144 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ona maddi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmünə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmünə görə ünvan 1 ünvanında yaşayan və Göyçay Şəhər Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cavabdeh 2020-ci ilin fevral ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X5 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli, 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və müsbət rəyi olmadan həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 ədəd köküstə yaş halda Eldar şamı cinsindən olan ağacın kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18000 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi, dəymiş maddi zərərin 18000 manat məbləğində olması təsdiq olunmuş. Zərərin məhz iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəyməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından və cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən sonradan mülki icraat qaydasında iddia vermək hüququna malik olmuşdur. Ona görə də məhkəmə Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tələbi irəli sürmək subyektiv hüquqa malik olmamasına dair dəlilini əsassız hesab edərək nəzərə almamışdır. Beləliklə, mülki hüquq pozuntusu nəticəsində iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə maddi zərərin məhz 18000 manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab etmişdir ki, dəymiş maddi zərərin əvəzi olaraq 18000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməli, bununla da iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alıb hesab etmişdir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilməli olan 144 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 82.4, 87.3, 180.2, 14.2, 77.1, 107, 119.1, 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiа tələbi ilə rаzılаşmаyıb qeyd еtmək istəyir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir iddia tələbinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Qeyd olunan normalara əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərək onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün iki şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən iki şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş, iddiaçıya hər hansı zərər vurmadığını nəzərdən qaçırmış, yalnız iddiaçı tərəfin təqdim etdiyi reallığı əks etdirməyən sənədlərə əsaslanaraq birtərəfli qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərərçəkmiş şəxs qismində tanına bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçınə Cavabdeh tərəfindən 18000 manat maddi ziyan vurulmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. İşin bu halı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmü ilə təsdiq edilir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmünə görə ünvan 1 ünvanında yaşayan və Göyçay Şəhər Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cavabdeh 2020-ci ilin fevral ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən X5 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005ci il tarixli, 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və müsbət rəyi olmadan həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 ədəd köküstə yaş halda Eldar şamı cinsindən olan ağacın kəsilməsi barədə cinayətdən xəbərsiz olan X1 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 18000 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi, İddiaçınə dəymiş maddi zərərin 18000 manat məbləğində olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi norma olan 21.1-ci maddəsi ilə yanaşı, delikdən bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)- 975/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(046)-975/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-975/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-975/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver