Məhkəmə qərarları › İş №2(107)-975/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-975/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-975/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əsassız varlanma, iddia müddəti) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(075)-728/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 12490 manat borc, 3747 manat əldən çıxmış fayda, 2000 manat məbləğində mənəvi zərər, 250 manat hüquqi yardıma görə vəkilə ödənilən vəsait, ümumilikdə 18487 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.86 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonunun Birinci Biləcik kənd sakini Cavabdeh ilə borc münasibətləri mövcuddur. Belə ki, hər ikisi Qaradağ raynu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. Müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Onunla olan borc məbləği 12490 manat təşkil edir. Lakin borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də qalıq borcunun 11000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, hazırda Şəki rayon Məhkəməsinin icratında olan mülki işdən göründüyü kimi iddiaçı X3 ona qarşı "borcun və əldən çıxmış faydanın ödənilməsinə"dair iddia qaldıraraq məhkəmədən 12490 manat əsas borcun,3747 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin, 250 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin, ümümilikdə 18487 manat vəsaitin, habelə ödənilmiş 145,86 manat dövlət rüsumun ondan alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə qəbul etməyi xahiş edir. İddiaçı iddia tələblərini onunla əsaslandırır ki, onunla Bakı şəhəri Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində işləmişlər, o bazarda işləyən şəxslərə müxtəlif vaxtlarda borca pul vəsaiti vermiş, həmin şəxslərdən biri də o olmuşdur, onunla mövcud olan borcun məbləği 12490 manat olmuş, lakin dəfələrlə borcunu tələb etsə də onun borcunu qaytarmaqdan boyun qaçırmışdır. O bu haqda Bakı şəhəri Qaradağ RPl-nə müraciət etmiş, polis idarəsində verdiyi izahatda ona 11000 manat borcunun olduğunu etiraf etdiyini göstərmişdir. İddiaçının iddia tələblərini qəbul etmir. İddiaçıya ilə heç vaxt borc münasibətləri ilə bağlı rəsmi bağlanmış razılaşmalar, müqavilələr olmamış, müqavilələrdən irəli gelən öhdəliklər mövcud olmamışdır.Belə olduğu halda hesab edir ki, iddiaçı iddia etdiyi borc məbləğini, əldən çıxmış faydanın əvəzini və mənəvi zərəri tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, həqiqətən də 2014 ci ildən Sədərək Bazarında mağazaların birində satıcı olaraq fəaliyyətə başlamışdır. 5 il mddətində satıcı işlədikdən sonra işlədiyi mağaza bağlandığından və işsiz qaldığından 2019-cu ildə Sədərək Ticarət Mərkəzin 2-ci sırasında yerləşən 28 saylı mağazanı ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürüb işləməyə başladı. Mağazaya malı öncədən tanıdığı köynəkçilərdən götürüb satırdı. 2020-ci ildə ölkə ərazisində pandemiya dövrü başlandığından və sərt karantin rejimi tətbiq edildiyindən bazarda mağazaların əksəriyyəti fəaliyyət göstərməmiş, bu səbəbdən də mağazadaki malları satmaqda və mağazanın icarə haqqını ödəməkdə çətinlik çəkirdi. Belə bir vəziyyət eyni bazarda işləyən Vaqif adlı şəxsin vasitəçiliyi ilə bazada hamıya faizə(sənəmə) pul verən şəxs kimi tanınan Mənsurə xanımla 2021-ci ildə tanış oldu və ondan 2021-ci ilin əvvəlindən 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində 3 dəfəyə (5000-5000-2500) manat faizə(sələmə) pul götürdü. İddiaçı həmin pulu verərkən hər dəfə verdiyi pulun 12 faizini üstündən götürdükdən sonra cəmi 11450 manatı pul vermiş və iddiaçıya həmin puldan pulu aldığı müddətdən bazardan çıxdığı müddətədək gündəlik və aylıq olmaqla 2392 manat şəxsən özünə, bazardan çıxdıqdan sonra 1450 manat pulu kart hesabına ödədi (bu haqda ödəniş qəbzləri ərizəyə əlavə edilmişdir.) Beləliklə iddiaçıya ondan faizə aldığı 12450-(əsas məbləqdən) geri qaytarılmış 2392-1450-1560 nəzərə almaqla qalıq borc 7048 manat olmuşdur. Polis İdarəsində izahat verərkən də iddiaçıdan 11000 manat faizə borc pul götürdüyünü bildirmişdir. Bütün bunlara baxmayaraq hesab edir ki,iddia tələbi eyni zamanda da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı X1 qaldırdığı 12490 manat əsas borcun, 3747 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin,n 250 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin, ümümilikdə 18487 manat vəsaitin, habelə ödənilmiş 145,86 manat dövlət rüsumun ödənilməsi haqda tələbin iddia müddəti tətbiq edilməklə rədd edilməsi haqda qətnamə qəbul etməyi xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ümumilikdə 12490 manat faiz borcu götürmüşdür. Həmin borcdan bazarda işlədiyi zaman 2392 manatı əlbəəl gündəlik olaraq qaytarmışdır. Daha sonra ayrı-ayrılıqda 1000 manat, 300 manat və 150 manat olmaqla cəmi 1450 manat borcundan qaytarmışdır. Ən sonuncu ödənişini isə iddiaçıya xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etmişdir. Daha sonra maddi imkanı olmadığından borcundan geri ödəniş edə bilməmişdir. İddia müddətinin tətbiq olunması ilə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. 6.Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsi ilə (E.Vəliyev) İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayılova X2 Elçin Qurban oğlu ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. İddiaçı müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Onunla olan borc məbləği 12490 manat təşkil edir. Lakin borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də qalıq borcunun 11000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. İddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, müəyyən olunur ki, iddia tələbi ilə bağlı müddətin ötürüldüyü üçün rədd edilməlidir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, cavabdeh ən sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etmişdir. Həmin vaxtdan indiyədək isə 2 ildən artıq müddət keçmişdir. İddiaçı məhkəməyə borc tələbi ilə bağlı müraciət etməli olduğu vaxt xx.xx.2024-cü ildə bitdiyi halda o, iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Cavabdeh da məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin müddətin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia rədd edilməli, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia üzrə tələb rədd edildiyindən ödənilmiş 145.86 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 1091.1. 1091.2, 1093.1, 1095-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 11.Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında mövcud olan münasibətlər borc münasibətləridir və öhdəliyin icrasının müddəti konkret qeyd edilməmişdir.

13. Qanunvericiliyə əsasən müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında olan münasibətlər borcla bağlıdır. Cavabdeh 12490 manat borcu götürdüyünü, həmin borcdan bazarda işlədiyi zaman 2392 manatı əlbəəl gündəlik olaraq qaytardığını, daha sonra ayrı-ayrılıqda 1000 manat, 300 manat və 150 manat olmaqla cəmi 1450 manat borcundan qaytardığını, ən sonuncu ödənişini isə iddiaçıya xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etdiyini bildirmişdir. Nədənsə məhkəmə onun ödədiyi 150 manatı sonuncu götürməsi kifayət qədər şübhə doğurur. Hansı ki, əlbəəl də ödəniş etdiyini həm iddiaçı həm də cavabdeh bildirdiyi halda məhkəmədə hansı əminlik oldu ki, məhz xx.xx.2022-ci il tarixdə ödənilən 150 manatı sonuncu ödəniş kimi qəbul etdi?

14. Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh izahatında 2022-ci ildə maddi cəhətdən sıxıntıları yarandığını, İddiaçı borca pul verdiyini eşitdiyini, digər şəxslərə borcu olduğu üçün, həmçinin şəxslərin borcunu ondan tələb etdiyi üçün Mənsurə ilə əlaqə saxlayıb ondan borca hazırda yadında qalmayan məbləğdə pul aldığını, hazırda 11000 manat borcu qaldığını, həmin borcu yaxın günlərdə ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. İddiaçı pulu ala bilmədiyi üçün almaq üçün iddiaçı Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qaradaş rayon Polis İdarəsində şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 20 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı öz hüququnun pozulduğunu 20 may 2024-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilmişdir. Yəni borclu tərəfdən öz öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, borclu tərəf isə öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu cavabdehdən ala bilməyəcəyini görmüş və dərhal polisə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan təxminən 9 ay sonra məhkəməyə müraciət etmişdir. Bu halda müddət tətbiq edilməsi tamamilə əsassızdır və oxşar iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-882/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsində münasibət bu qaydada bildirilmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 279/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır.

15. Odur ki, Şəki Rayon Məhkəməsinin e-2(025)-728/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Şəki Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(075)-728/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdehə 2021-2022-ci illərdə bir neçə dəfə borc pul vermiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat və xx.xx.2022-ci il tarixdə isə 1000 manat məbləğində borc olaraq pul vermişdir. Cavabdeh hər bir borc üçün hər ay ayrı-ayrılıqda ödənişlər həyata keçirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manat məbləğində borcdan 3500 manat, xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manatdan 4256 manat və xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manat puldan isə 60 manat pul qaytarmışdır. Cabvabdehlə öhdəliyin icrasının müddəti müəyyənləşdirilməmişdir. Cavabdehin əvvəlki borcları da nəzərə alınmaqla ona ümumilikdə 12490 manat məbləğində borcu qalmışdır. Odur ki, qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıdan 2021-2022-ci illər ərzində 3 dəfəyə (5000-5000-2500) manat faizə(sələmə) pul götürmüşdür. İddiaçıdan pulu aldığı müddətdən bazardan çıxdığı müddətədək gündəlik və aylıq olmaqla 2392 manat şəxsən özünə, bazardan çıxdıqdan sonra 1450 manat pulu kart hesabına ödəmişdir.Beləliklə iddiaçıya ondan faizə aldığı puldan qalıq borc 7048 manat olmuşdur. Polis İdarəsində izahat verərkən də iddiaçıdan 11000 manat faizə borc pul götürdüyünü bildirmişdir. İddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmiş, həmin vaxtdan sonra maddi cəhətdən sıxıntıları olduğu üçün ödəniş etməmişdir. Bütün bunlara baxmayaraq hesab edir ki, tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Qərarlar:

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

30. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. İddiaçı Şəki Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(075)-728/2025– ci il tarixli qətnaməsinin tam ləğvini tələb etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 34.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aralarındakı şifahi razılaşma üzrə 2021-2022-ci illər ərzində bir neçə dəfə borc pul verməsini, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat və xx.xx.2022-ci il tarixdə isə 1000 manat məbləğində borc olaraq pul verməsini, hazırda cavabdehin ona 12490 manat məbləğində borcunun olmasını əsas gətirərək, həmin məbləğin eyni zamanda əldən çıxmış fayda kimi 3747 manat pulun, 2000 manat mənəvi zərərin 250 manat hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin, ümumilikdə 18487 manat pulun və ödənilmiş 145.86 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh iddiaçıdan 2021-ci ilin əvvəlindən 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində 3 dəfəyə (5000-5000-2500) manat faizə (sələmə) pul götürdüyünü, qalıq borcunun 7048 manat olduğunu, lakin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirmişdir. İddiaçı cavabdeh tərəfindən sonuncu dəfə 1000 manat pul vəsaitinin 2023-ci ilin avqust ayında qaytarıldığını, cavabdeh isə ödəniş qəbzlərini təqdim edərək iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci tarixdə 150 manat ödəniş etdiyini göstərmişlər. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manat və xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manat pula münasibətdə etibarlı borc müqaviləsi mövcud olmamışdır. Əhəmiyyətsiz əqd üzrə hüquqları pozulmuş iddiaçı pul vəsaitinin qaytarılması ilə bağlı iddia ərizəsi ilə 04 fevral 2025-cü il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və onun iddia ərizəsi həmin tarixdə Şəki Rayon Məhkəməsində qeydiyyata alınmışdır.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.

36. Belə ki, kollegiya tərəfindən işin müəyyən olunmuş əsas halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat və xx.xx.2022-ci il tarixdə isə 1000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh iddiaçıdan 5000-5000 manat və sonuncu dəfə 2500 manat məbləğində pul götürməsini qeyd etsədə, məhkəmə kollegiyasının iclasında iddiaçı həmin halı inkar etmiş və cavabdehə sonuncu dəfə 2500 manat deyil, 1000 manat məbləğində borc pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən cəmi 60 manat pul qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

38. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan xx.xx.2022ci il tarixdə verilmiş 5000 manat və xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manata münasibətdə tərəflər arasında yaranan münasibətlər əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri olsada öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, cavabdeh əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına əsassız varlanmış, əhəmiyyətsiz əqd üzrə əldə etdiyi vəsaitin iddiaçıya qaytarılmasını təmin etməmişdir.

39. Məhkəmə kollegiyası apellayasiya şikayətinin iddiaçının öz hüququnun pozulduğunu 20 may 2024-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilməsi, yəni borclu tərəfdən öz öhdəliyinin yerinə yetirilməsini tələb etməsi, borclu tərəf isə öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu cavabdehdən ala bilməyəcəyini görərək dərhal polisə müraciət etməsi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan təxminən 9 ay sonra məhkəməyə müraciət etməsi, bu halda müddət tətbiq edilməsi tamamilə əsassız olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

40. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

42. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı, şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

43. Kollegiya qeyd edir ki, ilk olaraq arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

45. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

46. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad edərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə sonuncu xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manat məbləğində pul vəsaiti istisna olunmaqla, yuxarıda qeyd olunan mübahisəli digər pul məbləğləri üç min manatdan çox olduğundan və tərəflər arasında heç bir yazılı müqavilə bağlanmadığından, mübahisə qeyd olunan hissələrdə borc münasibətlərindən irəli gələn mübahisə deyildir.

47. Kollegiya qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi mövcud olmamaqla, İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh ondan aldığı, lakin qaytarılmamış pul vəsaitini tələb edir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

49. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

50. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

51. İddiçının məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 5000 manat məbləğində pul verilmiş, cavabdeh məhkəməyə ödəniş qəbzlərini təqdim edərək sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etdiyini, iddiaçı isə cavabdehin sonuncu ödənişini 2023-cü ilin avqust ayında 1000 manat olmaqla etdiyini bildirmiş, həmin vaxtdan sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.

52. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlə şifahi qaydada razılaşdığı əhəmiyyətsiz əqd üzrə verdiyi pulun qaytarılması ilə bağlı ən azından özünün etiraf etdiyi 2023-ci ilin avqust ayından öz hüquqlarının pozulduğunu bilmiş və yaxud bilməli olmuşdur.Yəni şəxsin əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə etdiklərinin qaytarılması üçün iddia müddətinin axımı əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən ən azından 2023-cü ilin avqust ayından başlanmışdır.

53. Göründüyü kimi hazırki iş üzrə iddia müddətinin axımı iddiaçının özünün etirafı ilə nəzərə alsaq 2023-cü ilin avqust ayından başlanmaqla 2024-cü ilin avqust ayında başa çatmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

54. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.

55. 72. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

56. Qanunvericiliyin tələbindən göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə edilmişlərin geri qaytarılması tələblərindən irəli gələn iddia müddəti 1 il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manatın qaytarılmamış 940 manatına aid hissəsində iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, buna uyğun hansı iddia müddətinin və hansı münasibətə tətbiq edilməli olmasını aydınlaşdırmamaqla səhvə yol vermişdir. 58.Belə ki, Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

59. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

60. Göründüyü kimi qanunverici borc müqaviləsinin predmetinin məbləği üç min manatdan az olduğu təqdirdə müqavilənin şifahi formada da bağlanmasını nəzərdə tutmuşdur. Belə olan halda xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manata aid hissədə tərəflər arasında borc münasibətləri yarandığından və qeyd olunan məbləğin qaytarılmamış 940 manatına aid hissəsində iddia tələbinin qanuni əsasının düzgün müəyyən etmədiyindən iddia müddətini tətbiq edərək həmin hissədə iddianı rədd etməkdə səhvə yol vermişdir.

61. Belə ki, hazırki iş üzrə iddia müddətinin axımı cavabdehin qeyd etdiyi xx.xx.2022-ci il tarixdən hesablansa belə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir və həmin borc cavabdeh tərəfindən etiraf edilmiş, qeyd olunan borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı isə cavabdeh tərəfindən qeyd olunan məbləğdən 60 manatının qaytarılmasını bildirmişdir. Belə olan təqdirdə iddiaçı cavabdehdən 940 manat məbləğində pul tələb etməkdə haqlı olmuşdur.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını, eləcədə əldən çıxmış fayda olaraq 3747 manat məbləğində pulun cavabdehdən tələb edilməsi üçün əsas ola biləcək hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə də əsassızdır.

62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 940 manata və 30 manat dövlət rüsumuna aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-728/2025 saylı qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 940 manatına və 30 manat dövlət rüsumuna aid hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilsin. Cаvаbdеh Cavabdeh 940 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar