Məhkəmə qərarları › İş №2(107)-978/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-978/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-978/2023 29.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 qarşı "pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tələbin qeyri müəyyənliyi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 qarşı "pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 481/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 2,85 ha və 1,36 ha torpaq sahələrinin hazırki bazar dəyəri 13680 (on üç min altı yüz səksən) manat və 5168 (beş min bir yüz səkkiz) manat, ümumilikdə 18848 (on səkkiz min səkkiz yüz qırx səkkiz) manat pulu ona ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində 2,85 ha və 1,36 ha torpaq sahələrinin hazırkı bazar dəyəri 13680 manat və 5168 manat, ümumilikdə 18848 manat pulu tələb etsə də, hazırkı halda həmin torpaqlara görə onun tərəfindən ödənilmiş ümumilikdə 3600 manat pulun 2023-cü ildə olan dəyərinin alınması məqsədəmüvafiq hesab edilmişdir. İddia ərizəsində göstərdiyi kimi 2012-ci ildə cavabdehlərə 2,85 ha torpağa görə 2600 manat, 1,36 ha torpağa görə isə 1100 manat olmaqla ümumilikdə 3700 manat pul ödəmişdir. Bununla bağlı banka müraciət etmiş və oradan ona verilmiş məktubda 2009-cu ildən 2022-ci ilə qədər olan orta illik inflyasiya göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2012-ci ildən 2022-ci ilə qədər olan ümumi inflyasiya dərəcəsi 62,6 %-dir. Göstərilən səbəblərdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 2012-ci ildə ödədiyi ümumilikdə 3700 manatın qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-481/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 ödənilmiş 3700 manat qətnamənin icra olunduğu günə inflayasiya dəyərinin (dərəcəsi) hesablanaraq İddiaçı qaytarılması, qətnamə icra olunarkən cavabdehlərdən tutularaq iddiaçıya ödəniləcək məbləğə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 аpellyаsiyа şikаyətləri vermişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmasını, Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-481/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-481/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, vəkili X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-481/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəsində Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 2012-ci ildə ödədiyi ümumilikdə 3700 manatın qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq ona verilməsini xahiş etsə də, o tələb edilən pulun hansı dəyərdə ona verilməli olduğunu, eyni zamanda tələbin cavabdehlərdən kimə və hansı miqdarda yönəlməsi və yaxud həmin məbləğin onlardan müştərək qaydada alınıb verilməli olmasını göstərməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinin tələbini pozmuşdur. Kollegiya qeyd edir ki, tələbin dəyəri və kimə və hansı miqdarda yönəldiyi müəyyən olunmadığından, iddia tələbi təmin və ya rədd oluna bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbli iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 481/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 qarşı "pul” tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-481/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə1 və Cavabdeh3 qarşı "pul” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar