Məhkəmə qərarları › İş №2(107)-98/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-98/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-98/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Dəmirbank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Dəmirbank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları 22.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-in Ağsu filialından illik 25 faizlə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 08.06.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 9319.98 ABŞ dolları əsas borcu, 1000.99 ABŞ dolları faiz borcu və 90.07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8411.04 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 22.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-in Ağsu filialından illik 25 faizlə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq öhdəliyini ödəməkdən boyun qaçırmışdır. 08.06.2016-cı il tarixədək Cavabdeh1 banka 7319.98 ABŞ dolları əsas, 1000.99 ABŞ dolları faiz, 90.07 ABŞ dolları cərimə, cəmi 8411.04 ABŞ dolları borcu qalmışdır. Həmin məbləğin ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, həmin məbləğlərin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və "DəmirBank” ASC Cavabdeh1 arasında bağlanmış 22.07.2014-ci il tarixli kredit müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “DəmirBank'’ ASC-in nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirmişdir ki, 22 iyul 2014-cü il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Əvvəllər öhdəliyini vaxtında həyata keçirsə də, sonradan devalvasiya ilə əlaqədar ödəniş edə bilmədiyini bildirmişdir. Müəllim işlədiyini qeyd edərək ’’Kapital" banka da borcunun olduğunu və bu ay həmin banka ödənişi sona çatdırdıqdan sonra hər ay “DəmirBank"a ödəniş edəcəyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirmişdir ki, 22 iyul 2014-cü il tarixdə “DəmirBank" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlandığını və həmin kredit müqaviləsinin təminatı olaraq onunla həmin tarixdə zaminlik müqaviləşi bağlandığını bildirmişdir. Hal-hazırda Padarqışlaq kəndində icra nümayəndəsi vəzifəsində işlədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər İddiaçı ASC-nin Ağsu filialı ilə 22.07.2014-ci il tarixli. ********* saylı kredit və 450004608/ZM saylı zaminlik müqaviləsinin tələblərini pozaraq müqavilə üzrə rhdəliklərini lazımınca icra etməmələri nəticəsində icranı gecikdirməsi və nəticədə "xxxx" \SC-nə 08.06.2016-cı il tarixə qədər 7319.98ABŞ dolları əsas, 1000.99ABŞ dolları faiz. 90.07. ABŞ dolları cərimə, cəmi 8411.04 ABŞ dolları borcu qalması sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki. iddiaçı "xxxx" ASÇ ilə :avabdeh Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, savabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da idiaçının əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən cavabdehdən 12.07.2014-ci il tarixli, ********* saylı kredit müqaviləsinə görə 7319.98ABŞ dollar məbləğində ;sas, 1000.99 ABŞ dollar məbləğində faiz, 90.07. ABŞ dolları cərimə, cəmi 8411.04 ABŞ dolları borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin 17.02.2016-ci il tarixli. 5126/38/450004608 saylı xəbərdarlıq məktubları ilə cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri halda kredit müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmələri haqqında xəbərdarlıq etmiş, xəbərdarlıq onlara təqdim edilmişdir. Lakin cavabdehlər kredit müqaviləsi üzrə üzrə öhdəliklərini yenə də icra etməmiş və İddiaçı ASC-nin mənafeyinə mühüm zərər vurmuşdurlar. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22.07.2014-ci il tarixli. ********* saylı kredit müqaviləsi ləğv edilməlidir. Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsi ilə (hakim Tahir İsmayılov.) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada "DəmirBank” ASC-nin xeyrinə 22.07.2014-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 7319.98ABS dolları əsas, 1000.99ABŞ dolları faiz, 90.07 ABŞ dolları cərimə, cəmi 8411.04 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC - nin hesabına ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-ci il tarixli. ********* saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385, 386, 423, 442, 443, 445, 448, 462, 472, 739 və 741-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan İddiaçı ASC-nin Ağsu filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-ci il tarixli. ********* saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə 25 faiz ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Ağsu filialı ilə Cavabdeh2 arasında bağlanmış 22.07.2014-cü il tarixli, 450004608/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin olaraq 22.07.2014-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 25 faiz ödənilməsi şərti ilə, 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat verir və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 17.02.2016-ci il tarixli. 5126/38/450004608 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən borcun 15 gün müddətində icra edilməsi xahiş olunmuş, əks halda qanunvericikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İş materialına əlavə edilmiş 08.06.2016-cı il tarixli maliyyə arayışından görünür ki. Cavabdeh1 7319.98ABŞ dolları əsas, 1000.99ABŞ dolları faiz, 90.07 ABŞ dolları çərimə, cəmi 8411.04 ABŞ dolları borcu vardır. Qətnamədən narazı olan Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu rayon Məhkəməsinin 2(016)-1815/2016 saylı iş üzrə 19.09.2016-cı il tarixli qətnaməsi qeyriobyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Ağsu rayon Məhkəməsinin 2(016)-1815/2016 saylı mülki iş üzrə 19.09.2016-cı il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalarına görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, 22.07.2014-cü il kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-in Ağsu filialından illik 25 faizlə 36 ay müddətinə 10000 dolları məbləğində kredit verilmişdir və götürülmüş kredit tam olaraq ödənilmişdir. Cavabdehlərin banka hazırda heç bir borcu yoxdur. İddiaçının onlara qarşı iddiaları əsassızdır və reallığı əks etdirmir. Cavabdehlər məhkəmə iclasında heç vaxt iddianı etiraf etməmişlər. Buna baxmayaraq məhkəmə heç bir araşdırma aparmamış, borcun həmin dövrə aid məbləğini hesablamaq üçün ekspertiza təyin etməmişdir. Ona görə də, cənab Prezidentin Fərmanı ilə nəzərdə tutulan kompensasiya nəzərə alınmaqla hazırkı mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunmalıdır. Belə olduğu halda hətta onların banka artıq ödəməsinin olması müəyyən olunacaq. Ona görə də, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 və Cavabdeh1 hüquqi vаrisləri X6, X7, X9 və X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hiiquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 -ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, reniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o mmlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan anılmalıdır. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə fcrjlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil «umaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)- 1815/2016 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində götürülmüş kreditin tam olaraq ödənilmiş olması və hazırkı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyator kreditin tam şəkildə ödənildiyini qeyd etməsinə baxmayaraq bunu təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. O, həmçinin, digər Cavabdeh1 ilə birlikdə birinci instansiya məhkəməsinin 19 sentyabr 2016-cı ildə keçirilmiş məhkəmə iclasında iştirak edərək verdiyi izahatında həmin müqavilə üzrə özünün zamin olduğunu, Padarqışlaq kəndində icra nümayəndəsi vəzifəsində işlədiyini və Cavabdeh1 borcunu vaxtında ödəyəcəyini bildirmişdir. Həmin məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, əvvəllər öhdəliyini vaxtında həyata keçirsə də, sonradan devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. "xxxx" ASCyə də borcu vardır ki, həmin borcu ödədikdən sonra hər ay pulu olduqca hissə-hissə İddiaçı ASC-yə ödəniş edəcəkdir. Apellyator apellyasiya şikayətində cavabdehlərin məhkəmə iclasında heç vaxt iddianı etiraf etməmələri, borcun həmin dövrə aid məbləğini hesablamaq üçün ekspertizanın təyin edilməməsi, cənab Prezidentin Fərmanı ilə nəzərdə tutulan kompensasiyanın nəzərə alınmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırki iş üzrə apellyator məhkəmə prosesində iştirak etdiyi üçün məhkəmənin qəbul etdiyi qərardan məlumatlı olduğu halda, həmin qərarın qəbul edilməsindən təqribən 5 il, əsas borclunun ölməsindən isə 3 il vaxt keçdikdən sonra apellyasiya şikayəti vermiş, məhkəmə iclas protokoluna isə göstərdiklərini təsdiq edən heç bir qeyd verməmişdir. Həmin qətnamə qəbul edilərkən cavabdehlər borcun məbləğini mübahisələndirmədiklərindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Cavabdehlər borcu qətnamə icraya yönəldikdən sonra ödəmiş olduqları təqdirdə isə həmin məsələlər icra prosesində həll edilməlidir. Borclunun halhazırda borcunu hansı məbləğdə ödəməsindən asılı olmayaraq 19 sentyabr 2016-cı ildə qətnamə qəbul edilərkən onun borcunun olmaması nəticəsinə gəlməyə əsas vermir. Apellyatorun borclarının Prezidentin Fərmanının əhatə dairəsinə düşüb-düşməməsi məsələsinə gəlincə isə, bildirilir ki, qeyd olunan Fərman 28 fevral 2019-cu ildə qəbul edildiyindən həmin qətnamə qəbul edilərkən mövcud olmuş hallara Fərmanın tətbiq olunması qeyri-mümkündür. Həmin Fərmanın tətbiq olunmasından ötrü mövcud olmalı olan 4 halın hər hansı biri ilə bağlı apellyator tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(016)-1815/2016 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar