Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-98/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, çəkilmiş xərcin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən vurulmuş 16060 (on altı min altmış) manat məbləğində maddi zərərin və ödənilmiş 138.48 (bir yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli 12 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri X18, X19, X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X12 3.76 hektar torpaq sahəsi verilmişdir. Bu barədə X18, X19, X16, X20, Cavabdeh3, Cavabdeh1 və X8 adınaŞəki rayon Torpaq Şöbəsi tərəfindən 08 avqust 2002-ci il tarixli JN: 263 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. 23 iyul 2015-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki Rayonu Torpaq Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:0263, KOD:40400018 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 3.76 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus özlərinə məxsus 3/7 hissəsini ona bağışlamışlar. Yəni həmin torpaq sahəsinin 1.61 ha hissəsi onun mülkiyyətinə keçmişdir. 2021-ci ilin yaz aylarında Cavabdeh4 Cavabdeh2 aldadaraq vasitəçilik edərək ona daha öncə satılmış torpaq sahəsini digər şəxsə satmışdır. O bunu eşitdikdə dəqiqləşdirmək üçün AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etdi. AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi 01 iyun 2021-ci il tarixli **********0 saylı məktubu ilə ona bildirdilər ki, sözü gedən torpaq sahəsi Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 29 yanvar 2021-ci il tarixli, 4Ə-111 və 4Ə-112 saylı alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. O həmin 1.61 ha torpaq sahəsinin ətrafını kənar şəxslər və malqara girməməsi üçün xəndək qazaraq ayırmış, xəndəyin üstündən də qaratikan kolu ilə çəpərləmişdi. Həmin ərazidə artıq uzun müddətdir ki, yonca bitkisi əkmişdi. Beləliklə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunsuz və saxtakar əməlləri nəticəsində ona 16160 manat məbləğində maddi ziyan dəmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2015-ci ildə cavabdehlərdən torpaq sahəsini 850 manata almışdır. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. 2018-ci ildə ona satdıqları torpaq sahəsinə başqa bir şəxsə satmışlar. O həmin torpaq sahəsindən uzun müddətdir ki istifadə edir, orada əkinçilik fəaliyyəti ilə məşğul olur. Hal-hazırda torpaq sahəsini əlindən almışlar və nəticədə ona maddi ziyan vurmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə cavabdeh iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, 2005-ci il tarixdən iddiaçı X4 onların torpaq sahəsindən icazəsiz istifadə etmişdir. Qardaşlarının bundan xəbərləri olduqdan sonra isə heç bir problem yaratmamış və ona torpaq sahəsindən istifadə etməsinə icazə vermişlər. Torpaq sahəsindən istifadə etməsi müqabilində iddiaçı onlara 500 manat pul vermişdir. Lakin həmin torpaq sahəsi onların mülkiyyətində olmuş və iddiaçıya satmamışlar. Sonradan həmin torpaq sahəsini başqa şəxsə satmaq qərarında gəlmişlər. İddiaçıya torpaq sahəsini satdıqları zaman 1800 manat pul təklif etsələr də qəbul etməmiş və buna görə də qardaşı ona iki böyük öküz vermişdir. Bundan sonra torpaq sahəsini Feyziyev Rüstəm adlı şəxsə satmışlar. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
5. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı ilə qohumluq əlaqələri yoxdur 2015-ci ildə iddiaçının onlara məxsus torpaq sahəsindən istifadə etdiyindən xəbərləri olmuşdur. Lakin İstifadə etməyinə heç bir maneə yaratmamışlar və iddiaçı bunun müqabilində onlara 500 manat pul vermişdir. Təxmini olaraq iddiaçı qeyd edilən torpaq sahəsindən 2020-ci il tarixə kimi istifadə etmişdir. Lakin halhazırda həmin torpaq sahəsini başqa şəxsə satmışlar.
6. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 27 avqust 2024-cü il tarixli e- 2(075)-1507/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən vurulmuş 16060 (on altı min altmış) manat məbləğində maddi zərərin və ödənilmiş 138.48 (bir yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 1.07 ha torpaq sahəsi cavabdehlər tərəfindən İddiaçı istifadəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi həmin 1.07 ha torpaq sahəsinin ona 850 manat dəyərində satılmasını, lakin daha öncə ona satılmış həmin torpaq sahəsini digər şəxsə satıldığını və nəticədə ona maddi zərər vurulduğunu göstərmişdir.
Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.
11. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür.
12. Məhkəmə qeyd etmişdir ki, hazırki iş materiallarında tərəflər arasında 1.07 ha torpaq sahəsinin alqı-satqısının baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı satqısı ilə bağlı yazılı əqdin (müqavilə) bağlanması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
13. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətlərində olan Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsini İddiaçı bağışlasa da, onların iddiaçıya bağışlamağa subyektiv hüquqları olmamışdır. Həmin əmlak üzrə qeyd olunan sənədləşmə qanunsuz aparılmışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd olunan torpaq sahəsini ona verildiyi gündən hal-hazıra qədər sahibliyində və istifadəsində olduğunu, həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olduğunu, lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində əkinçilik işlərini davam etdirə bilmədiyini bildirmişdir.
15. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı torpaq sahəsini cavabdehin ona alqı-satqı və ya icarə müqaviləsi əsasında verdiyini sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsi məqsədəmüvafiq hesab etmir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 144.1, 152., 152.2, 152.5, 157.4, 324.1, 337.1, 337.2, 560.1, 567, 646.1, 648.1, 648.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3-cü maddələrinə, İnsan Hüquqları və X5 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(075)-1507/2024saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
19. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamaqla bərabər heç iddia ərizəsi ilə tanış olmamışdır. Belə ki, iddia ərizəsində o, qeyd etmişdir ki, 23 iyul 2015-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki Rayonu Torpaq Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:0263, KOD:40400018 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 3.76 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus özlərinə məxsus 3/7 hissəsini ona bağışlamışlar. Yəni həmin torpaq sahəsinin 1.61 ha hissəsi onun mülkiyyətinə keçmişdir.
20. O, həmin 23 iyul 2025-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsini də iddia ərizəsinə əlavə etmişdir. Göründüyü kimi qeyd edilən müqavilə ilə mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə keçməsi tam təsdiq olunur. Buradan da aydın şəkildə göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmək üçün tərəfindən təqdim edilmiş mötəbər sübut olan 23 iyul 2015-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsininin mövcudluğunu gizlətmişdir.
21. Qeyd edir ki, işin bütün faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi Şəki rayonu, Aşağı Göynük kəndində deyil, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşir. İşə baxan birinci instansiya məhkəməsinin Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən hansı torpaq sahəsindən bəhs etməsi aydın deyil. Cavabdehlər ona Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən torpaq sahəsini bağışlamışlar və həmin vaxtı həmin torpaq sahəsini bağışlamaları üçün onların sübyektiv hüquqları olmuşdur. Belə ki, istər iddia ərizəsində istərsə də iddia ərizəsinə əlavə edilmiş 23 iyul 2015-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsində mübahisəli torpaq sahəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 08 avqust 2002-ci il tarixli JN: 263 (KOD ********) saylı Dövlət Aktı ilə onlara məxsus olması tam sübuta yetirilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin ona bağışlanması barədə müqavilə Şəki rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış və həmin vaxt notarius tərəfindən həmin torpaq sahəsinin cavabdehlərə məxsus olmasını müəyyənləşdirmiş və torpaq sahəsinin yüklü olmaması, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağanın qoyulmaması barədə DƏDRX-dn arayış alınmışdır.
22. Həmçinin qeyd edir ki, cavabdehlər X18, X19, X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X17 elə həmin 08 avqust 2002-ci il tarixli JN: 263 (KOD 40400018s)aylı Dövlət Aktı əsasında mübahisəli torpaq sahəsinə Çıxarış almış və həmin çıxarış əsasında mübahisəli torpaq sahəsini satmışlar.
23. Göründüyü işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır və işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə tam ziddiyyətlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi guya mübahisəli torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmaması nəticəsinə gəlsə də yuxarıda da qeyd etdiyi kimi iş materiallarında mövcud olan mötəbər sübut olan 23 iyul 2015-ci il tarixli,4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi bunu tam təkzib etməkdədir. Həmin müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, “Hədiyyə verənlər ŞƏKİ RAYONU BÖYÜK DƏHNƏ KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 3.76 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissələri) “Hədiyyə alanın”mülkiyyətinə verir (lər).” Göründüyü kimi həmin müqavilədən göründüyü kimi cavabdehlər öz mülkiyyətlərində olan torpaq sahəsini onun mülkiyyətinə vermişlər.
24. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək hakimiyyəti orqanlarının borcu olduğu halda işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ bəndini kobud şəkildə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
25. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, 23 iyul 2015-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki Rayonu Torpaq Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:0263, KOD:40400018 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 3.76 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus özlərinə məxsus 3/7 hissəsini ona bağışlamaları barədə 23 iyul 2015-ci il tarixli,4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin iş materiallarında olmasını və həmin mötəbər sübutla mübahisəli torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmasını aydınlaşdırmamışdır.
26. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinin tələblərini kobud surətdə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işə faktlara əsasən deyil sadəcə olaraq formal mülahizələr əsasında baxmış, tərəfindən iddia ərizəsinə əlavə edilmiş mötəbər sübut olan 23 iyul 2015-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsini nəzərə almamış və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
27. Göründüyü kimi qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, formal mülahizələr əsasında iddianı təmin etməmiş, həmin torpaq sahəsinin onun istifadəsində olmaqla tərəfindən torpaq sahəsinə xərcin qoyulmasını aydınlaşdırılmamış və cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona maddi ziyanın dəyməsini nəzərə almamışdır.
28. Yuxarıda da qeyd etdiyi kimi tərəfindən təqdim edilmiş mötəbər sübutlarla iddia tələbinin tam əsaslı olması, cavabdehlər tərəfindən ona maddi ziyanın vurulması öz təsdiqini tapsa da birinci instansiya tərəfindən Mülki Prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 81- ci və 88-ci maddələri kobud şəkildə pozaraq iddianı təmin etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
29. Həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsinin 2015-2018-ci illər ərzində onun istifadəsində olmasını məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə da etiraf etmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə cavabdeh iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 2005-ci il tarixdən iddiaçı X4 onların torpaq sahəsindən icazəsiz istifadə etmişdir. Qardaşlarının bundan xəbərləri olduqdan sonra isə heç bir problem yaratmamış və ona torpaq sahəsindən istifadə etməsinə icazə vermişlər.”
30. Birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmaması nəticəsinə gəlinsə də bu işin hallarına uyğun deyil. Beləki, iş materiallarında mövcud 23 iyul 2015-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi bunu tam təkzib etməkdədir.
31. Odur ki, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(075)- 1507/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında torpaq sahəsini 2021-ci ilin yanvar ayında X1 5-6 ay sonra iddiaçının həmin torpaq sahəsindən çıxdığını göstərmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğuhallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(075)-1507/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli 12 nömrəli qərarı əsasında Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.76 ha torpaq sahəsi X18, X19, X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN-0263 nömrəli Kodu 40400018 olan Dövlət Aktı ilə onların ümumibirgə mülkiyyətlərinə rəsmiləşdirilmişdir. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 23 iyul 2015-ci il tarixdə İddiaçı ilə bağladıqları və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında ümumibirgə mülkiyyətlərində olan, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 3.76 ha torpaq sahəsinin 3/7 hissəsini, yəni 1.61 ha hissəsini İddiaçı bağışlamışlar. Bağışlandığı tarixdən 2021-ci ilin may-iyun aylarınadək həmin torpaq sahəsi İddiaçı faktiki olaraq istifadəsində olmasına baxmayaraq, İddiaçı ona bağışlanmış torpaq sahəsinin adına qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə müraciət etməmişdir. Sonradan isə cavabdehlərin və 3.76 ha torpaq sahəsinin həyatda olan digər mülkiyyətçilərin müraciəti əsasında 26 yanvar 2021-ci il tarixdə 3.76 ha torpaq sahəsinə 1.07 ha və 2.69 ha hissələrdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X17 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrindən ayrı-ayrı çıxarışlar verilmişdir. Daha sonra, yəni 29 yanvar 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələri əsasında Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X17 və X16 26 yanvar 2021-ci il tarixdə mülkiyyətlərinə rəsmiləşdirilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.07 ha və 2.69 ha olmaqla cəmi 3.76 ha torpaq sahəsini X3. Alqı-satqı müqavilələri bağlanan zaman satıcıları Cavabdeh4 təmsil etmişdir. Ona bağışlanmış 1.61 ha torpaq sahəsinin digər şəxsə satılmasından məlumat alan İddiaçı 2021-ci ilin may-iyun aylarında həmin torpaq sahəsini tərk etmişdir. Nəticədə iddiaçı qanuni əsaslarla sahibliyində və istifadəsində olan əmlakından və həmin torpaq sahəsinin kənarının xəndəklə qazılmasına sərf etdiyi vəsaitindən məhrum olmuşdur.
47. Birinci instansiya məhkəməsi isə iddanı rədd edərkən gəldiyi nəticəni hazırki iş materiallarında tərəflər arasında 1.07 ha torpaq sahəsinin alqı-satqısının baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı satqısı ilə bağlı yazılı əqdin bağlanması barədə heç bir sübutun olmaması, iddiaçı tərəfindən bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim olunmaması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətlərində olan Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsini İddiaçı bağışlasa da, onların iddiaçıya bağışlamağa subyektiv hüquqlarının olmaması, həmin əmlak üzrə qeyd olunan sənədləşmənin qanunsuz aparılması, iddiaçının torpaq sahəsini cavabdehin ona alqı-satqı və ya icarə müqaviləsi əsasında verdiyini sübuta yetirə bilməməsi nəzərə alınaraq iddianın təmin edilməsinin məqsədəmüvafiq hesab edilməməsi ilə əsaslandırmışdır.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən olan iddia ərizəsinə əlavə edilmiş 23 iyul 2025-ci il tarixli, 4Ə-392 № reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinindən göründüyü kimi qeyd edilən müqavilə ilə mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə keçməsinin tam təsdiq olunması, torpaq sahəsinin 1.61 ha hissəsinin onun mülkiyyətinə keçməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Şəki rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2000ci il tarixli 12 nömrəli qərarı üzrə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0263 nömrəli Kodu 40400018 olan Dövlət Aktından görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.76 ha torpaq sahəsi X18, X19, X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 mülkiyyətinə verilmişdir.
49. İşdə olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ilə İddiaçı arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.76 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 3/7 hissəsini, yəni 1.61 hektarını hədiyyə alan İddiaçı mülkiyyətinə vermişlər.
50. Göründüyü kimi iş materialları ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 tərəfindən ümumibirgə mülkiyyətlərində olan 3.76 ha torpaq sahəsindən 1.61 hektarının 23 iyul 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında hədiyyə alan İddiaçı mülkiyyətinə verilməsi iş materialları ilə təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsi tam fərqli bir istiqamətdə, yəni gəldiyi nəticəni iddiaçının torpaq sahəsini cavabdehin ona alqı-satqı və ya icarə müqaviləsi əsasında verdiyini sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin onların iddiaçıya bağışlamağa subyektiv hüquqlarının olmaması, həmin əmlak üzrə qeyd olunan sənədləşmənin qanunsuz aparılmasına dair əsaslandırmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
52. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
53. Kollegiya qeyd etməyi vacib hesab edir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarlılığı hazırkı icraatda cavabdeh tərəfdən ümumiyyətlə mübahisələndirilməmişdir. İş materiallarından həmin müqavilənin digər bir icraatda da cavabdeh tərəfdən mübahisələndirilməsi halı müəyyən edilməmişdir. Həmçinin digər bir icraatda iddiaçının tələbi üzrə bağışlama müqaviləsinin etibarsızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə əsaslı hesab edilməmişdir. Yəni digər bir məhkəmə icraatında aparılan araşdırmanın nəticəsi üzrə tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Belə olan təqdirdə əvvəlki məhkəmə icraatında qiymətləndirilmiş bir məsələ üzrə məhkəmənin öz təşəbbüsü ilə yenidən dəyərləndirmə aparması əsassızdır.
54. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işin hallarını hərtərəfli və obyektiv araşdırmaması, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticənin tam ziddiyyətli olması, maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələrin işin hallarına uyğun olmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə apardığı əsaslandırma və gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərinə cavab verməmişdir.
55. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
56. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
57. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
58. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
59. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006cı il tarixli qərarı).
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin ona Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən torpaq sahəsini bağışlamaları, lakin işə baxan birinci instansiya məhkəməsinin Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən hansı torpaq sahəsindən bəhs etməsinin aydın olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, bağışlanan torpaq sahəsinin ünvanının fərqli şəkildə qeyd edilməsi texniki yanlışlıq kimi qiymətləndirilə bilər.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlər tərəfindən ona maddi ziyanın vurulmasının öz təsdiqini tapması, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona maddi ziyanın dəyməsinin nəzərə alınmaması, həmin torpaq sahəsinin onun istifadəsində olmaqla tərəfindən torpaq sahəsinə xərcin qoyulmasının aydınlaşdırılmamasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1.61 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən 23 iyul 2015-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında İddiaçı hədiyyə edilməklə yanaşı, torpağın ona bağışlandığı vaxtdan iddiaçı hədiyyəni qəbul etməklə, ona sahiblənmiş, mülkiyyət hüququnun elementlərindən olan sərəncam hüququnun realizəsini təmin etmək məqsədi ilə ona bağışlanmış torpaq sahəsini adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin torpaq sahəsindən 2021-ci ilin may-iyun aylarınadək istifadə etmişdir. Yəni iddiaçı ona hədiyyə edilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun elementlərini təşkil edən sahiblik və istifadə hüquqlarını əldə etmiş, mülkiyyətə sərəncam hüququnun yaranmasına əsas verəcək qeydiyyatla bağlı prosedurların həyata keçirilməsini gecikdirmişdir.
62. Kollegiya qeyd edir ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
63. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
64. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X29 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X11 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
65. Bu baxımdan kollegiya qeyd etməyi vacib hesab edir ki, bağışlanmış torpaq sahəsinin iddiaçı tərəfindən adına vaxtında qeydiyyata aldırılmaması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin torpaq sahəsini sonradan öz adlarına qeydiyyata aldırmaqla digər bir şəxsə satmalarına əsas verməmişdir. Beləliklə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətin qeydiyyatı ilə bağlı prosedura vaxtında riayət edilməməsindən istifadə edilərək, həmin torpaq sahəsinin digər bir şəxsə satılması nəticəsində iddiaçıya həmin torpaq sahəsinin dəyəri həcmində maddi ziyan dəymişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən 1.61 ha torpaq sahəsinin iddiaçıya bağışlanmasından sonra iddiaçı tərəfindən həmin torpaq sahəsinin ətrafında xəndəyin qazılması cavabdehin nümayəndəsinin də izahatı ilə təsdiq edilmişdir. Hansı ki, torpaq sahəsinin yenidən öz adlarına rəsmiləşdirilərək satılmasından sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən iddiaçının həmin torpaq sahəsində xəndəyin qazılması ilə aparılmış yaxşılaşdırma xərci də iddiaçıya qaytarılmamışdır.
66. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
67. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi də təsbit olunmuşdur.
68. Kollegiya qeyd edir ki, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməməsi qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamənin çıxarılması və iddia tələbi üzrə dəyərləndirmə aparılması zərurətini yaradır.
69. Kollegiya iddia tələbi üzrə dəyərləndrə apararaq qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tələb etdiyi 16060 manat maddi ziyanı iddia ərizəsinin məzmununda ona satılmış torpaq sahəsinin dəyəri olaraq 3200 manat, torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına görə çəkdiyi xərc olaraq 640 manat, torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc olaraq 320 manat, əkdiyi yoncanı biçə bilmədiyi üçün əldən çıxmış fayda olaraq 12000 manat kimi fərdiləşdirmişdir.
70. Bağışlanmış torpaq sahəsinin digər bir şəxsə satılması nəticəsində iddiaçıya həmin torpaq sahəsinin dəyəri həcmində maddi ziyanın dəyməsi, həmçinin torpaq sahəsinin ətrafında xəndəyin qazılması ilə aparılmış yaxşılaşdırma xərcinin iddiaçıya qaytarılmaması hissəsində iddia tələbi üzrə məhkəmə kollegiyası tərəfindən əvvəlki abzaslarda dəyərləndirmə aparılmışdır.
71. Həmçinin məhkəmə kollegiyası tərəfindən torpağın və çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi məqsədi ilə müstəqil qiymətləndiricinin rəyi alınmışdır.
72. Belə ki, işdə olan qiymətləndirici “X15”nin 25 avqust 2025-ci il tarixli 128 nömrəli rəyindən görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1.61 ha torpaq sahəsinin 2024-cü ilin may ayı üçün bazar dəyəri 8900 manat, torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına görə çəkilən xərc isə 368.41 manat təşkil edir.
73. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-98/2025 nömrəli qərardadının icrası üzrə alınmış “X15” MMC-nin 25 avqust 2025-ci il tarixli 128 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, həmin rəy sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında aparılmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
74. Lakin məhkəmə kollegiyası iddia tələbində və qiymətləndiricinin rəyindəki qiymət fərqlərinə münasibətdə qeyd etməyi vacib hesab edir ki, iddiaçı torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına görə çəkdiyi xərcin 640 manat təşkil etdiyini göstərsə də müstəqil qiymətləndiricinin rəyi ilə həmin xərcin cəmi 368.41 manat təşkil etməsi müəyyən edildiyindən, həmin xərcin məbləği müəyyən edilərkən məhz “X15” MMC-nin 25 avqust 2025-ci il tarixli 128 nömrəli rəyinə istinad edilməlidir. “X15” MMC iddiaçıya bağışlanmış torpaq sahəsinin dəyərinin 8900 manat təşkil etməsi nəticəsinə gəlsə də, iddiaçı tərəfindən cavabdehlərdən həmin torpaq sahəsinin dəyəri kimi cəmi 3200 manatın tələb edilməsi nəzərə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
75. İddianın torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkilmiş xərc və əkdiyi yoncanı biçə bilmədiyi üçün əldən çıxmış faydaya dair hissələrinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iddiaçı tərəfindən ona bağışlanmış, lakin sonradan cavabdehlər tərəfindən digər bir şəxsə satılmış torpaq sahəsinin onun istifadəsində olduğu dövrdə ətrafının qaratikan kolu ilə bağlanmasına, həmin torpaq sahəsinə tərəfindən yonca bitkisinin əkilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməklə yanaşı, cavabdehlər tərəfindən də həmin hissədə iddia tələbi qəbul edilməmişdir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
78. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
79. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən ona torpaq sahəsinin dəyəri olaraq 3200 manat maddi ziyanın vurulması, həmçinin torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına görə iddiaçının 368.41 manat xərc çəkməsinin təsdiqini tapması nəzərə alınaraq, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cəmi 3568.41 manat məbləğlə yanaşı həmin məbləğə mütənasib olan 55.68 manat dövlət rüsumunun alınmasını tələb etməkdə haqlıdır. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı yönəlmiş qalan hissələrdə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
80. Kollegiya iddia tələbinin Cavabdeh4 yönəlmiş hissəsində qeyd etməyi vacib hesab edir ki, Cavabdeh4 digər cavabdehləri onların adına qeydiyyata alınmış torpaq sahələrinin X2 təmsil edən şəxs olmuşdur ki, Cavabdeh4 tərəfindən iddiaçıya hər hansı bir ziyan vurulması halı, yəni hazırkı iddia tələbinin cavabdehlərdən Cavabdeh4 yönəlmiş hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
81. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiа qismən təmin edilməli, cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 torpaq sahəsinin dəyəri olaraq 3200 manat, torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına çəkilmiş xərc olaraq 368.41 manat, cəmi 3568.41 manat və 55.68 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir
82. İddianın qismən təmin edilməsi nəzərə alınaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az. MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ **********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
83. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(075)-1507/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiа qismən təmin edilsin. Cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 torpaq sahəsinin dəyəri olaraq 3200 manat, torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına çəkilmiş xərc olaraq 368.41 manat, cəmi 3568.41 manat və 55.68 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az. MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ **********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.