Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-983/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyan, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitini alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 1(025)- 27/2022 saylı xx.xx.2022-ci il tarixil hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci, 177.2.1 -ci, 177.2 1-ci 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaran 01/bir iİ 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 05 oktyabr 2023-cü il tarixdə böyük icra məmuru Aysel Həsənova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmşdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu (Attenti markalı, 35630432 №-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru. 01 ədəd sadə elektron qolbaq, 01 ədəd mobil qurğu üçün qoruyucu hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsi olan mobil qurğunun ana palatasını zədəliyib istifadəyə tam yararsız hala salaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. M.Sənani elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri olan 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, 40 qəpik) manat pulun təqdim olunmuş müvafiq hesaba ödənməsi barədə xx.xx.2023-cü ii tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq, o, tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyan könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 7 iyun 2023-cü il tarixli, 2(025)- 776/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh üzərinə İddiaçı tərəfindən quraşdırılmış seriya nömrəsi 35630432 olan "Attenti V6" markalı mobil qurğunu zədələyərək istifadəyə tam yarasız vəziyyətə salmış və iddiaçıya 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmuşdur, iddiaçı maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında cavabdehdir və 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddələrinə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 76.1, 76.2 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş ED 000192 saylı “Elektron nəzarət vasitənin vəziyyəti haqqında Texniki Rəy” görə Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin sifarişi əsasında ENV-ni tətbiq edən İddiaçı tərəfindən nəzarət obyekti olan, onun üzərinə quraşdırılmış seriya nömrəsi 35630432 olan "Attenti V6" markalı mobil qurğuya xx.xx.2023-cü il tarxidə baxış keçirmiş, baxış zamanı “Ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yarasız” olması barədə rəy verilmişdir. Göründüyü kimi baxış zamanı “Ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yarasız” olması barədə ekspertiza rəyi verilməsinə baxmayaraq, həmin elektron vasitənin müdaxilə nəticəsində korroziya olub-olmaması barədə hər hansı fikir bildirilməmişdir. Ona görə də məhkəmə mülki işi obyektiv və ədalətli araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, ekspert rəyi tərtib olunarkən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni qəsdən edilmiş hərəkətlərlə zədələdiyi və ya digər üsulla yararsız vəziyyətə saldığı aydınlaşdırılmamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikasının Kostitusiyasmm 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci si 10 aprel tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)- 776/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. İddia tələbi isə əsassızdır. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2227.40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitini alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələblə bağlı məhkəməyə müraciət etmək barədə subyektiv hüququ mövcud deyildir. Qeyd olunanlar hazırki iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/531 etibarnamənin surətindən görünür ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutularaq təmirə yararlı olduqda aidiyyəti təşkilatın hesabına, təmirə yararsız olduqda isə X1 hesabına köçürülməsini təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağls Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunur. Göründüyü kimi iddiaçı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən subyektiv hüququ olmamamışdır. Belə ki, yuxarıda qeyd edilən etibarnamədən də görünür ki, İddiaçı Azərbacaycan Respublikası Ədliyyə Nazirliyinin adından məhkəmədə iddia qaldırmaq hüququ olmamışdır. Etibarnamədən də göründüyü kimi, ərizəsini yazmaq və imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunur. Yəni, İddiaçı məhkəmədə Ədliyyə Nazirliyinin adından iddia ərizəsini imzalamaq səlahiyyəti olsa da, Ədliyyə Nazirliyinin adından iddia qaldırmaq hüququ olmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 73.4-cü maddəsinə əsasən, “hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.” İş materiallarından görünür ki, həmin etibarnamə Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmişdir. Lakin, onun etibarnamə vermək səlahiyyətinin olması iş materialları ilə müəyyən edilmir.. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(025)-776/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-983/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-983/2023
26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver