Məhkəmə qərarları › İş №2(107)-987/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-987/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-987/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi olan 2086 manatın, iddia irəli sürülərkən ödənilmiş 41 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 08 iyun 2022-ci il tarixli, 2(019)- 179/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi ziyana görə 600 (altı yüz ) manat, ödənmiş dövlət rüsumu xərcinin 12 (on iki ) manatı, nümayəndəyə görə ödənmiş xərcin 29 manatı, cəmi 641(altı yüz qırx bir) manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 35,50 manatı İddiaçı,14,50 manatının isə Cavabdeh tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE ********************,X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Həsənov X3 Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən (i/m səh. 107) müəyyən olundu ki, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdən az, cəmi, 15 manat dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə etmişdir. Halbuki, cavabdeh 20.43 (iyirmi manat 43 qəpik) manat dövlət rüsumu ödəməli idi. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçının 40 manat 86 qəpik dövlət rüsumu ödəməli olduğunu nəzərə aldıqda cavabdeh də Apellyasiya instansiyası üçün həmin məbləğin yarısını ödəməli idi ki, bunu da etməmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, dövlət rüsumunun lazımi qaydada ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpelyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apellyasiya şikayəti qaytarılır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar