Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-987/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X5 ibarət tərkibdə; Məhkəmə iclas katibi – X6 oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərər və borc tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)- 518/2025 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüuqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala Rayon Muxax kəndində yerləşən 0,5582 ha kənd təsərrüfatı təyinatlı torpaq sasəsinin mülkiyyətçisi Cavabdeh1dur.
2. İş materiallarında olan 16 avqust 2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar müqavilədən görünür ki, satıcılar Cavabdeh1 və Cavabdeh2 ümumi istifadədə olan fındıq bağını 1398 kv.m sahə 22 topa sahəni razılaşdıqları 3000 manat müqabilində İddiaçı Ş. Oğluna satmışdırlar, İddiaçı torpaq sahəsini daimi mülkiyyətinə almaq üçün 3000 manat (1,70 kursla) 1764 ABŞ dolları ödəyərək almışdır. Müqavilə satıcıların torpağı alıcının mülkiyyətinə keçirmək müddətinə qədər qüvvədədir. Satıcılar qısa torpaq sahələrini Dövlət Reyestrindən qeydiyyat çıxarış əldə edib notariat qaydada alqı-satqı əməliyyatlar aparacağına vəd verirlər. müddət ən gec 1 ay olacaq. Bunun üçün 3000 manat puldan 200 manatı alıcıya verəcək. Müqavilə şahidlər və tərflər tərəfindən imzalanmışdır.
3. İş materiallarında olan 16 avqust 2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar müqavilədən görünür ki, satıcılar Cavabdeh1 və Cavabdeh2 3 nəfər ailə üzvünün hər birinə 0,22 ha pay torpağı norması ilə 0,66 ha pay torpağı 4000 manata İddiaçı satdılar və kursu 1,703 hesabı ilə 2350 ABŞ dolları nağd şəkildə alıcıdan aldılar. Torpaq sahəsinin”planı və ölçü” sənədi verilmədiyi üçün notarial qaydada alqö-satqı olmamışdır. Satıcılar öhdələrinə alırlar ki, torpaqı 1ay müddətindəmülkiyyət sənədi əldə edərək alqı-satqı qaydasında alıcıya mülkiyyət sənədi verəcəklər.
4. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli izahatdan görünür ki, 0,1398 ha fındıq sahəsinin İddiaçı satışı zamanı 3000 manat nağd ödəniş, sənədlərin qeydiyyatı ilə əlaqədar reyestr xidmətinə 135 manat ödəniş, notariusda vərəsəlik şəhadətnaməsi üçün 41 manat nağd ödəniş və yenidən Reyestr xidmətindən çıxarışın əldə edilməsi üçün 66 manat pulu da İddiaçı ödəmişdir. Cəmi 3000 manat əvəzinə 322 manat, yəni 242 manat əlavə ödəniş, bundan başqa xeyli gediş-gəliş və s. əlavə xərclər çəkmişdir. Ona görə də o Cavabdeh1 242 manat fərqi və əlavə xərcləri İddiaçı ən geci 2 ay müddətinə ödəyəcəkdir.
5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən **********66 olan torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, X2 Kamal İsa oğlu tərəfindən X7 1000 manat müqabilində satılmışdır.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1398 ha torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, Cavabdeh1 tərəfindən X4 1500 manat müqabilində satılmışdır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,5582 ha torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, X9 və Cavabdeh1 tərəfindən X1 3500 manat müqabilində satılmışdır.
8. İş materiallarında olan AZ-X3 Cəmiyyətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə ilə bağlı rəydən görünür ki, Zaqatala rayonu Muxax kəndi inzibati ərazisində 0,5582 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2021-ci ildə dəyəri 7535 manat, 2022-ci ildə dəyəri 8090 manat, 2023-cü il ildə dəyəri 8260 manat, 2024-cü il tarixdə dəyəri 8480 manat, 2025-ci il ildə dəyəri 8800 manat olmuşdur. II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən ona vurduqları 8000 manat zərər pulu, 242 manat qalıq borc məbləği və 103 manat dövlət rüsumunun müştərək qaydada alınıb xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 ilə 16 avqust 2020-ci il tarixdə aralarında rəsmi şəkildə bağlanmış, “Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar müqavilə”yə əsasən, 1398 kv.m, 22 topa fındıq cərgəsi almışdır. Razılaşdıqları 3000 manat pulu nağd ödəmişdir. 16 avqust 2020-ci il tarixdə digər “alqı-satqı müqaviləsi”nə əsasən 0,66 hektar 4 nəfər ailə üzvünə məxsus əkin təyinatlı torpağa razılaşdığı 4000 manatı nağd şəkildə ödəmişdir. Fındıq bağı sahəsinin “Planı və ölçüsü” sənədini ona təqdim edərək Kamal bildirdi ki, müqavilələr özü və anası tərəfindən imzalanaraq, anası gözdən əlil olduğuna, atası vəfat etdiyinə və digər pay sahibi Moskva şəhərində yaşadığı üçün bir ay müddətinə 0,66 ha sahənin də “Plan və ölçü” sənədini əldə edib digər payçılar və vərəsələrdən aldığı etibarnamələr əsasında təkbaşına özü notariusda alqı-satqı sənədi verəcək. Hətta notarius xərclərini də özü ödəyəcəkdir. Torpaq sənədləri tam olmadığına görə alqı-satqını notarial qaydada aparmaq mümkün olmadı və yazılı şəkildə tərəflərin öhdəlikləri, hüquqları və məsuliyyətləri müəyyən edən müqavilələr bağlandı. Müqaviləyə qeyd hissəsində Kamal müqaviləni şəxsən oxuduğu, şərtlərlə razı olduğunu bildirən əlavə qeyd etmiş, öz yazısı və imzası ilə təsdiqləmişdir. Bir aydan çox keçmiş məhsul yığımında ona məlum oldu ki, fındıq topaları az məhsuldar olmaqla mövcud satış qiymətindən 50 faiz baha satılmışdır. Magistral yol kənarında yerləşdiyi başqa məqsədlərə yararlı olacağını düşündüyü sahənin yol kənarından 86.kv.m hissəsi saxta yolla həyətyanı kimi işlətmiş, hazırda həmin hissəni 8000 manata başqa kənd sakininə satmışdır. Asfalt yola çıxışı qalmamış və hər topaya 137 manat ödədiyim 2-3 topa fındıq topası da həmin hissəyə düşür. Bu səbəbdən fındıq sahəsinə verdiyi 3000 manatı geri tələb etimişdir. Kamal isə qonşu torpaq sahəsinin mülkiyyətçisi Mənsur adında şəxsin sahəni almaq istədiyini, lakin sənədləşmə üçün pulunun olmadığını bildirmişdir. O, 3000 manatı geri almaq üçün tələb olunan 242 manat Reyestr və Notarius xərclərini çəkmək məcburiyyətində qalmışdır. Kamal 15 aprel 2021-ci il tarixdə torpağı satdıqdan sonra xərclədiyi 242 manat pulu ən gec 2 ay müddətinə ödəyəcəyi barədə yazılı izahat versə də bu günə qədər pulu qaytarmamışdır. 4 il ərzində 0,66 ha “Armudluq” adlanan ərazidə torpağın alqı-satqı sənədlərini tələb etsə də Kamal “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ala bilmədiyi bəhanəsi ilə alqı-satqını rəsmiləşdirməmişdir. 2024-cü ilin yay aylarında “Plan və ölçü” sənədini aldığını bildirdi və bəhanələr gətirdi ki, digər payçılar və vərəsələrin verdiyi etibarnamələrin müddəti bitmişdir, yəni, etibarnamələr aldıqda problemsiz alqı-satqı edəcək. Əslində onu aldadıb bu müddətdə başqa alıcı axtarırmış ki, onun 4 il ərzində 1500 manat əlavə xərc və əziyyət çəkdiyi sahəni başqa şəxsə satıb pulu mənimsəsin. O 4 il ərzində 0,66 ha sahəyə dondurma şumu və yaz şumu 70 manat, mala 25 manat, sahəyə 6 reys peyin səpini – 600 manat, səpin - 30 manat, yonca toxumu (50 kq) – 250 manat, sahənin kol-kosdan təmizlənməsi – 50 manat, daş-kəsəkdən təmizlənməsi 4 reys - 150 manat, sair xərclər 50 manat olmaqla cəmi 1500 manat əlavə xərc çəkmişdir. Beləliklə, Kamal qeyri-məhsuldar, daşlıq sahəni tərəfindən yaxşılaşdırılaraq məhsuldar vəziyyətə gətirdikdən sonra Muxax kənd sakini X1 7500 manata satmış, pulu mənimsəmiş, ondan aldığı pulu, çəkdiyi 1500 manat xərci və 242 manat qalıq borcunu geri ödəməmişdir, dələduzluq etmişdir. Aralarında bağlanmış müqavilə şərtinə görə hər hansı səbəbdən torpağın onun adına sənədləşdirilməsi mümkün olmadıqda satıcılar eyni miqdarda (0,66 ha) və eyni keyfiyyətdə yonca sahəsi alıb əvəzinə mülkiyyətinə verəcəyi barədə razılığa gəlmişlər. O da həmin şərtlə razıdır. Eyni keyfiyyətdə 0,66 ha torpağın alış qiyməti 8000 – 10.000 manat həddindədir. Onun sahəyə çəkdiyi xərclər, gördüyü işlər barədə əlində xeyli sayda faktları, sübutları, şahidləri, səs yazıları və videoçəkilişlər vardır. Müqavilələrin tətib olunması və imzalanması barədə belə video çəkilişi, şahid imzaları, sübutları vardır. Əslində Kamal onu aldadaraq 8742 manat pulumu mənimsəyərək cinayət əməli törətmiş, etibardan sui istifadə etmişdir.Eyni torpağı bir neçə şəxsə satıb alıcılar polisə müraciət etdikdən sonra pullarını geri ala bilmişlər. Ona görə də məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin.
11. Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı ondan və əlil anasından qanunsuz tələb etmiş olduğu zərər pullarının, dövlət rüsumunun və qalıq borcun tələb edilməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq ondan və anasından maddi zərərin və borcun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə tanış olmuşdur. İddiaçının iddasını qanunsuz və əsassız sayır və onun iddiasını aşağıdakı səbəblərə görə qəbul etmir: İddiaçı iddia ərizəsində göstərir ki, güya onun və anasının onlara məxsus olan torpaq sahəsini ona satılması üçün rəsmi müqavilə bağlamışlar. Əslində isə onlar arasında ümumiyyətlə belə müqavilə mövcud olmamışdır. Rəsmi müqavilə olmadığı üçün tərəflər arasında heç bir hüquq və vəzifələr yaranmır. Ona görə də onlar arasında heç bir hüquq və vəzifələrdən söhbət belə gedə bilməz. İddiaçı iddia ərizəsində göstərir ki, güya ki, torpağın rəsmi sənədləri olmadığı üçün dövlət notariat kontorunda müqaviləni rəsmləşdirmək mümkün olmamışdır. Belə olduğu halda o, notariat qaydasında sənədləri olmasa belə Mülki Məcəllənin 402-ci maddəsinə əsasən onlarlə ilkin müqavilə bağlamalı idi. Ona görə də o, bunu etməmişdir. İddiaçı kənd təsərrüfatı üzrə mütəxəssisdir. Lakin o, daim dələduzluqla məşğul olub. Əhalini “vəkiləm” deyərək aldadaraq onlardan qanunsuz olaraq pullarını alıb, onları aldadır. Onun bu hərəkətləri barəsində Zaqatala rayon Polis şöbəsi və rayon Prokurorluq tərəfındən dəfələrlə xəbərdarlıq edilərək, ona bildirilmişdir ki, qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olmaq məsuliyyət yaradır və o bu işdən əl çəkməlidir. Lakin o, yenə də bu çirkin işlərlə məşğul olur. İddia ərizəsinə Mülki Məcəllənin bir neçə maddələrini köçürüb ərizəyə əlavə etmiş və özünü elə təqdim etmişdir ki, güya ki, o qanunları bilir. Lakin onun Mülki Məcəlləyə istinad etdiyi maddələrin onun iddiasına heç bir aidiyyatı yoxdur və təxribat yolu ilə nəsə əldə etmək istəyir. O ondan 3800 manat pulu almışdır. Həmin pulun 3000 manat fındıq topaları üçün, qalmış 7700 manat pulu isə 0.66 ha torpaq sahəsi üçün ödəməli idi. Lakin o həmin məbləğdən cəmi 800 manat ödəmişdi. Arasında olan razılığa görə iddiaçı ona 11500 manat pul ödəməli idi. Lakin o bu pulu ödəməmişdir. Hüquqi savadı olmadığı üçün o bu işə girişmişdir. Sonradan isə 3 nəfər ailə üzvü razı olmadığına görə o ona bu barədə bildirmiş və o ona bildirmişdir ki, onda qoy o həmin torpaq sahəsindən müvəqqəti olaraq istifadə etsin. O da ona imkan vermişdir ki, 4 il fasiləsiz olaraq həmin torpaqdan istifadə etsin. Həmin müddət başa çatdıqdan sonra o ondan 8000 manat qanunsuz pul tələb etmişdir. O da bununla əlaqədar DİN-nin 102 nömrəsinə zəng etmiş və bunu bildirmişdir. Onun bu şikayəti əsassız olduğu üçün rədd edilmişdir. İddiaçı yenidən Zaqatala rayon Polis şöbəsinə müraciət edərək ondan ona vurulmuş ziyanın və ona qarşı olunmuş dələduzluğun araşdırılmasını xahiş etmişdir. Polis şöbəsi də onun bu xahişini rədd etdikdən sonra təkrarən məhkəməyə müraciət etmişdir. İddiaçı hal-hazırda da qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olur. Vətəndaşları aldatmaqla onlardan pul alır və onun bu hərəkəti də rayonda qanuni fəaliyyət göstərən vəkillərin fəaliyyətinə xələl gətirir. “Məhkəmədə nümayəndəlik” qüvvədə olduğu vaxtlarda o vətəndaşları aldadaraq onların adından etibarnamələr almaqla məhkəmələrə işə çıxmaqla bu çirkin oyunları oynamışdır. Hal-hazırda isə o, başqa üsullarla əhalini aldadaraq onlara qarşı dələduzluq edir. Onun məhkəmədə qaldırmış iddia ərizəsindəki bütün hallar saxtadır. Real vəziyyəti əks etdirmir və onun məqsədi ondan ibarətdir ki, nə olur-olsun təki ondan bir şey qoparsın. Ona görə də onun iddiası rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsinin iddiaçıya icarəyə verildiyini, torpaq sahəsinin mülkiyyətçisinin özü olduğundan öz mülkiyyətində olan torpaq sahəsini satdığını bildirmişdir. O, eyni zamanda mübahisəli torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən doğru müəyyən edilmədiyini və sahəsinin icarəyə verildiyi vaxtla indiki vaxtda dəyərlərinin fərqli olsa da hazırda həmin torpağın dəyərinin 8000 manat olmadığını qeyd etmişdir. O, etiraz ərizəsində qeyd etdiklərini bir daha təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 800 manat məbləğində vurulmuş zərər, 242 manat qalıq borc məbləği və 11,84 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 91,76 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehlərə və onların ailə üzvlərinə məxsus 1398 kv.m və 0,66 ha pay torpaq sahələrinə dair razılaşma olmuş və bu razılığa dair sadə yazılı formada 16 avqust 2020-ci il tarixdə müqavilələr bağlanmışdır.
17. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya 800 manat maddi zərər dəymişdir və 242 manat qalıq borc məbləği mövcuddur və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 16, 18, 21.1, 21.2, 152.1, 157.2, 157.8, 213.1, 222.1, 222.3, 324.1, 324.2, 324.3, 324.4, 329.1, 385.1, 386.1, 390.1, 425.1, 439.4, 560.1, 1091.1, 1091.2.-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ...tərəflər arasında bağlanmış 16 avqust 2020-ci il tarixli müqavilə şərtinə görə öhdələrinə almışlar ki, 1 ay müddətində mülkiyyət sənədi əldə edərək alıcıya mülkiyyət sənədi verəcəklər, müqavilənin 1.4-cü bəndində isə mülkiyyət sənədi verilməsi mümkün olmadıqda 2350 ABŞ dolları pulu torpağa alıcının çəkdiyi bütün xərclər və zərərləri ödəyəcəklər, hər hansı səbəbdən torpağın onun (iddiaçının) adına sənədləşdirilməsi mümkün olmadıqda satıcılar eyni miqdarda (0,66 ha) və eyni keyfiyyətdə yonca sahəsi alıb əvəzinə mülkiyyətinə verəcəyi barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərindən görünür ki, satıcılar torpağı ya alıcının adına sənədləşdirməli, yadakı eyni miqdarda (0,66 ha) və eyni keyfiyyətdə yonca sahəsi alıb əvəzinə alıcıya verməli idilər. Müqavilənin şərtindən görünür ki, müqavilənin şərtləri konkret olaraq qeyd olunmuşdur. Mübahisəli torpaq sahəsinin digər ümumbirgə mülkiyyətçilərinin etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 müqaviləni şəxsən oxuduğu, müqavilə şərtlərinə razı olduğu və imza ilə təsdiq etdiyi barədə müqaviləyə əlavə qeyd etmişdir. Qeyd etdiklərindən əlavə cavabdehin yazmış olduğu ifadələrdən başqa müqavilənin şərtləri ilə razı olmasını sübut edən video yazı mövcuddur ki, məhkəməyə sözügedən video təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində təsdiq etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, lakin torpaq sahəsinin alqı-satqı məbləği olarq razılaşdırılmış 7700 manat pulu alıcı 0.66 ha topraq sahəsi ilə bağlı ödəməli idi, lakin həmin məbləğdən cəmi 800 AZN pul ödəmişdir. Lakin məhkəmə iclasında vermiş olduğu izahatında bildirir ki, iddiaçı ilə aralarında alqı-satqı münasibətləri olmamış, iddiaçı tərəfindən ödənildiyini bildirdiyi 800 manat məbləğin isə 4 ilin icarə haqqı olmasını vurğulayır. Cavabdehin məhkəmə iclasında vermiş olduğu izahat və etiraz ərizəsində qeyd etdikləri bir biri ilə ziddiyyət təşkil edir. Məhkəmə həmin ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansısa bir tədbir görməmişdir. Əgər tərəflər arasında cavabdehin bildirdiyi kimi icarə hüquq münasibətləri var idisə, cavabdeh icarə müqaviləsini məhkəməyə təqdim edərdi. Mülki iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, həmin müqavilə tərəflərin həm hüquqlarını, həm öhdəliklərini, həm də vəzifələrini müəyyən etmişdir. Belə olan təqdirdə mülki iş üzrə cavabdehlər tərəfindən müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə cavabdehlər tərəfindən dəymiş zərər tam şəkildə iddiaçıya ödənilməlidir. Lakin məhkəmə iddianı təmin etməməklə qeyd olunan maddi hüquq normasının, işə əlavə edilmiş sənədləri və tərəflər arasında bağlanmış müqavilənin tələblərini nəzərə almamış, nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsinə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin mübahisələndirilən hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 324. Əqd anlayışı və onun növləri - 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (...)
33. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 1091. Əsassız varlanma anlayışı - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
50. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsi qismən ləğv edilməlidir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
54. Müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehlərə və onların ailə üzvlərinə məxsus 1398 kv.m və 0,66 ha pay torpaq sahələrinə dair razılaşma olmuş və bu razılığa dair sadə yazılı formada 16 avqust 2020-ci il tarixdə müqavilələr bağlanmışdır.
55. İddiaçı iddia edir ki, hər iki müqaviləyə əsasən cavabdehlər 3000 manat və 4000 manata torpaq sahələrini İddiaçı xeyrinə özgəninkiləşdirməyi qəbul etmişdirlər. Həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehlərə ABŞ dolları məzənnəsi ilə ödənilmişdir. Torpaq sahələrinin alqı-satqısına dair müqavilələr notarial qaydada təsdiq edilməmişdir. Həmin torpaq sahələrinə hüquq müəyyənedici sənədlər alındıqdan sonra onun mülkiyyətçiləri tərəfindən başqa şəxslərə özgəninkiləşdirilmişdir. İddiaçı 1398 kv.m torpaq sahəsinə görə cavabdehlərə ödədiyi 3000 manat pulu geri aldığını, lakin 0,66 ha torpaq sahəsinə görə ödədiyi 4000 manat pulu geri almadığını bəyan edir.
56. Eyni zamanda iddiaçı həmin torpaq sahəsinin yaxşılaşdırılmasına 1500 manat xərclədiyini, cavabdehlərin həmin torpaq sahəsini notarial qaydada başqa şəxsə 7500 manata satdıqlarını, ondan aldıqları pulu, çəkdiyi 1500 manat xərci və 242 manat qalıq borcunu geri ödəmədiklərini, aralarında bağlanmış müqavilə şərtinə görə hər hansı səbəbdən torpağın onun adına sənədləşdirilməsi mümkün olmadıqda satıcılar eyni ölçüdə (0,66 ha) və eyni keyfiyyətdə yonca sahəsi alıb əvəzinə onun mülkiyyətinə verəcəyi barədə razılığa gəldiklərini, eyni keyfiyyətdə 0,66 ha torpaq sahəsinin alış qiymətinın 8000 – 10.000 manat həddində olduğunu əsas gətirərək 8000 manat zərər pulu, 242 manat qalıq borc məbləğini cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən ona 800 manat pulun və 242 manat əlavə xərclərin ödənildiyini, başqa ödənişlərin olmadığını bildirmiş və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
57. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya 800 manat maddi zərər dəymişdir və 242 manat qalıq borc məbləği mövcuddur və buna görə də iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir.
58. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Cavabdeh1 izahatını (etirafını) əsas götürmüşdür.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymayaraq ilk növbədə onu qeyd edir ki, tərəflər arasında notarial qaydada olmasa da, sadə yazılı formada torpaq sahəsinin alqı-satqı müqavilələri bağlanmış, həmin müqaviləni nəinki, tərəflər, eyni zamanda şahidlər imzalamışlar. Hətta tərəflər müqaviləyə bir neçə yerdən imza atmışlar. Göstərilənlər işin mübahisəsiz hallarına aiddir.
60. Yəni iddiaçının 0,66 ha torpaq sahəsinə (notariat orqanında alqı-satqı zamanı həmin torpaq sahəsinin ölçüsü 0,5582 ha göstərilmişdir) görə cavabdehlərə 2350 ABŞ dolları (AZN məzənnəsi ilə 4000 manat ödədiyi öz təsdiqini tapır.
61. Digər tərəfdən kollegiya qeyd edir ki, Cavabdeh1 birinci instansiya və apellyasiya məhkəməsində vermiş olduğu izahatlarla iddiaya yazılı etirazında qeyd etdikləri bir biri ilə uzlaşmır. Məhkəmə iclaslarında mübahisə predmeti olan torpaq sahəsini iddiaçıya icarəyə verdiyini göstərsə də, etirazda torpaq sahəsinin satışı müqabilində iddiaçının ona 4000 manat deyil, yalnız 800 manat verdiyini göstərir.
62. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 həmin ziddiyyətin məntiqli və ağlabatan izahını verə bilməmişdir.
63. Belə olan halda iddia tələbi həmin hissədə (4000 manat) əsaslıdır.
64. Kollegiya iddiaçının torpaq sahəsinin yaxşılaşdıırılmasına 1500 manat xərc çəkməsi iıə bağlı qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinə yonca əkdiyini, əkdiyi ildə nisbətən az miqdarda, sonrakı illərdə mövsüm ərzində 4-5 çalım olmaqla hər çalımda 70- 100 arası yonca presi (bağlaması) əldə etdiyini bildirmişdir. Bu isə o anlama gəlir ki, iddiaçı həmin torpaq sahəsinə çəkmiş olduğu xərci artıqlaması ilə götürmüşdür.
65. Kollegiya eyni eyni ölçüdə və eyni keyfiyyətdə torpaq sahəsinin 8000-10000 manat həddində olması və cavabdehlərin həmin torpaq sahəsini 7500 manata satmaları ilə bağlı qeyd edir ki, işdə olan notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsindən görünür ki, sözügedən torpaq sahəsi 3500 manata satılmışdır (bax: 7-ci bənd).
66. Kollegiya onu da qeyd edir ki, iddiaçı özü etiraf etmişdir ki, digər torpaq sahəsinə görə cavabdehlərə ödədiyi 3000 manatı geri almışdır. Yəni cavabdehlərdən əlavə pul tələb etməmişdir.
67. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, iddia vurulmuş zərərə görə 4000 manat tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.
68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
70. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsi qismən - “vurulmuş zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin məbləğ 4000 (dörd min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 50-ci bənd). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tаrixli, e-2(033)-518/2025 saylı qətnaməsi qismən - “vurulmuş zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat məbləğində pul və 62,42 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun yerdə qalan hissəsi (apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum da nəzərə alınmaqla) iddiaçıya aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov