Məhkəmə qərarları › İş №2(107)-989/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-989/2020

04.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-989/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1960/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2019-cu il tаrixli 2(014)-19602019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2 və İddiaçı3) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilərək Ağdaş Rayon X2 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə JN-2922A KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılması üçün Cavabdeh tərəfindən törədilən süni maneələrə son qoyulması qət edilmişdir. İşin halları İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Ağdaş Rayon AİK-ın xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən JN-2922A KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onların mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində ayrı-ayrılıqda inşa edilmiş iki fərdi yaşayış evində DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən suni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 birinci instansiya məhkəməsində iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Torpaq islahatı zamanı Ağdaş şəhər ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi Ağdaş Rayon AİK-ın xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən onların paylı mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-2922A KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilmişdir. Odur ki, onların Ağdaş Rayon Məhkəməsinə müraciətləri nəticəsində texniki səhv düzəldilmişdir. Sözügedən torpaq sahəsi üzərində iki fərdi yaşayış evi vardır. Birində o və ailəsi, digərində isə cavabdeh yaşayır. Qeyd edir ki, mövcud qətnamə üzrə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etsələr də, xx xxxxx 2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən F.Çələbiyev qeyd olunan ünvana getmiş, lakin cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın sənədləşdirilməsi üçün DƏDRX-in 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də, mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və onun reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən iddiaçılara hər hansı bir maneçilik törədilmir. Həyətlərinə gələn reyestr xidmətinin işçilərinə heç bir maneçilik törədilməmişdir. Odur ki, tərəfindən heç bir maneçilik törədilmədiyi üçün iddianın təmin edilib-edilməməsinə hər hansı bir etirazı yoxdur. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1960/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin mübahisəli həyətdə yerləşən valideynləri tərəfindən inşa edilmiş yaşayış evində anadan olaraq həmin evdə böyümüş, həmin evdən başqa yerdə yaşamamışdır. Həmin evdə pasport qeydiyyatındadır, orada evlənərək ailə qurmuşdur. İddiaçıların məhkəməyə təqdim etdikləri JN-2922A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən iddiaçılar məhkəməyə müraciət edəndən sonra xəbəri olmuşdur. Onda ona məlum olub ki, iddiaçılar ondan xəbərsiz yalnız öz adlarını şəhadətnaməyə yazdırmışlar. Onun adını isə qəsdən həmin şəhadətnamənin mülkiyyətçilər siyahısına salmamışlar. Düzdür o, həmin şəhadətnaməni və Ağdaş Rayon AİK-ın həmin qərarını məhkəmədə mübahisələndirəcək. İddiaçı iddia ərizəsində məhkəməni aldadaraq 0.06 hektar həyətyanı torpaq sahəsində iki ayrı-ayrılıqda evlərin olmasını göstərmişdir. Halbuki, həmin həyətdə yalnız bir yaşayış evi var. Sadəcə evin bir tərəfində iddiaçılar, digər tərəfində isə o, ailəsi ilə birlikdə yaşayır, iddiaçılar indi də valideynlərinə məxsus evi də torpaq kimi onun adı olmadan hansısa yollarla öz adlarına özəlləşdirmək, sonra da onu ailəsi ilə birlikdə həmin evdən çıxarmaq istəyirlər. Ona görə də o, həmin torpaq sahəsini və üzərində yerləşən valideynlərinə məxsus evlə bağlı hər hansı inventarlaşdırma işlərini aparan nümayəndəyə iradını bildirmişdir. Belə ki, həmin nümayəndə birmənalı şəkildə ona deyib ki, torpaq kimindirsə, ev də onun adına qeydə alınacaq. Bütün bunlara aydınlıq gətirmək üçün işə baxan məhkəmə həmin idarənin həyətə gələn nümayəndəsinin məhkəməyə dəvət edərək dindirməmişdir. Göründüyü kimi, iddiaçılar və onların sifarişini yerinə yetirmək istəyən 17 saylı Ərazi İdarəsinin nümayəndəsi həmin evi də yalnız iddiaçıların adına qeydə almaq istəməklə onun vərəsəlik, bununla da mülkiyyət hüququnu pozmaq istədiyinə görə ona maneçilik törətmişdir. Ona görə də hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi işin həqiqi halları və tələbin mahiyyəti hərtərəfli və tam araşdırılmadığından, iddia tələbinin əsasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmamasını və yalnız iddiaçının mənafeyi nəzərə alınaraq qəbul edildiyindən ləğv edilməli, iddia tələbi əsassız olduğundan rəddedilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)- 1960/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1960/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Torpağın mülkiyyətə verilməsinə dair JN-2922A KOD 90301004 saylı şəhadətnamədən görünür ki, torpaq islahatı zamanı Ağdaş şəhər ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon X2 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən İddiaçı1 Zaməddin oğlu, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Ağdaş şəhərində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin İddiaçı1 Zaməddin oğlu, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilməsinə dair adlarına işlənmiş JN-2922A KOD 90301004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 xx xxxxx 2019-cu il tarixli ərizəçi İddiaçı1 göndərdiyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, xx xxxxx 2019-cu il tarixində Ağdaş şəhəri Ş.Şamil küçəsində yerləşən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən F.Çələbiyev qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilmədiyinə görə inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İşin halı ondan ibarətdir ki, Torpaq islahatı zamanı Ağdaş şəhər ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi Ağdaş Rayon X2 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən onların paylı mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-2922A KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilmişdir. Odur ki, onlar Ağdaş Rayon Məhkəməsinə müraciətləri nəticəsində texniki səhv düzəldilmişdir. İddiaçılar həmin qətnamə üzrə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, DƏDRX-in 17 saylı Ərazi idarəsinin mütəxəssisləri həmin müraciət əsasında sözügedən torpaq sahəsinə gəlmiş, lakin tərəflər arasında mübahisə olduğu, cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamış, bununla da DƏDRX-in 17 saylı Ərazi idarəsinin mütəxəssisləri öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilməmiş və iddiaçının reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X4 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X4 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1960/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1960/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar