Məhkəmə qərarları › İş №2(107)-989/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-989/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-989/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(051)-590/2022 saylı qətnaməsindən cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdən əmək haqqının vaxtında verilməməsi səbəbi ilə işdən ayrıldığı üçün ona düşən 3179 manat pulun Mingəçevir şəhər Mingəçevir şəhər Mingəçevir İcra Hakmiyyəti nəznində Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X1 alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(051)-590/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, əmək haqqının ödənilməmiş hissəsi olan 2953 (iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 6 (altı) ay müddət ərzində, əmək haqqının ödənilməmiş hissəsi olan 2953 (iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi təmin edilməklə qətnamənin 6 (altı) ay müddət başa çatdıqdan sonra icra edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Həmin apelyasiya şikayətinə əsаsən işə Şəki Apelyasiya Məhkəməsində mahiyyəti üzrə bаxılаn zaman cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş ve apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətindən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə münasibətdə işin apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(051)-590/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar