Məhkəmə qərarları › İş №2(107)-993/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-993/2021

26.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-993/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiа qismən təmin edilmiş, Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına İddiaçı məxsus əmlakda ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, idia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı mülkiyyətinə yaradılmış maneələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 saylı qərarına əsasən ona və ailə üzvləri X2, X5, X6 və X1 birlikdə Şəki rayonu, Oxud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,31 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-0045, KOD 40400058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, Şəki rayonu, Oxud kənd N.Nərimanov adına kolxozun 1975-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən onun istifadəsində torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. Yaşadıqları ev həmin torpaq sahəsində yerləşir. O, mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini reyestrdə qeydiyyata aldıraraq adına çıxarış almaq istəyir. Buna görə də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, keçmiş gəlini olmuş və hazırda həmin evdə yaşayan iş üzrə Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılmasına imkan verməmiş, buna görə də evinə gəlmiş mütəxəssislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur və ona mülkiyyətində olan evindən istifadə etməsinə maneəçiliklər yaradır, mütəxəssislərin həmin evdə ölçü işləri aparmasına maneəçilik törədir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı mülkiyyətinə yaradılmış maneələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsi ölçülərək ona təhvil verilməli, onun üzərindəki evdə adına sənədləşdirilməlidir. Hesab edir ki, iddiası əsaslıdır və iddiasını müdafiə edir. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı oğlu X5 ilə 15 oktyabr 2014-cü il tarixdə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahda 18 noyabr 2015-ci il tarixdə Aytac adlı uşaqları anadan olmuşdur. Lakin, sonradan münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, yetkinlik yaşına çatmayan uşağı onun yanında saxlanılmışdır. Aralarında bağlanmış nikah pozulmasına baxmayaraq, hazırda da İddiaçı məxsus olan və gəlin köçüb yaşadığı Şəki rayonu, Oxud kəndində yerləşən evində yaşayır. O, həqiqətən də, həmin ünvanda ölçü işləri aparmağa gəlmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərinin aparılmasına imkan verməmişdir. İddiaçı onu həmin evdən çıxarmaq fikrində olduğuna görə ölçü işlərinin aparılmasına etiraz etmişdir. Göstərilənlərə əsasən iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 1992-ci ildə N.Nərimanov adına kolxoz tərəfindən iddiaçıya verilmiş torpaq sahəsi uzun illərdir ki, onların adına qeydiyyata alınmır və o, orda yaşadığı müddətdə həmin evin sənədləri olmamışdır. Hesab edir ki, onunla bu məsələ məsləhətləşdirilməli, onun razılığı nəzərə alınmalıdır. Evə xeyli mbləğdə xərc çəkmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0045, KOD 40400058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 saylı qərarına əsasən İddiaçı və ailə üzvləri X2, X5, X6 və X1 birlikdə Şəki rayonu, Oxud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,31 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X11 filialı tərəfindən verilmiş 04 oktyabr 2018-ci il tarixli, 1196 nömrəli arxiv arayışından görünür ki, Şəki rayonu, Oxud kənd N.Nərimanov adına kolxozun 1975-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 853-cü sırada İddiaçı torpağının cəmi 0,08 olması qeyd edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(075)-830/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən X7 ilə Kərimova (Bəkirova) Günel Kamal qızının arasında 15 oktyabr 2014-cü il tarixdə Şəki şəhər İHB-nin Oxud kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış 40 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşağ-18 noyabr 2015-ci il təvəllüdlü X8 anası Kərimova (Bəkirova) Günel Kamal qızının yanında qalmış, 18 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin tutularaq Kərimova (Bəkirova) Günel Kamal qızına verilməsi, aliment tutulmasının əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Şəki rayonu, Oxud kəndində yaşayan İddiaçı ünvanlanmış 10 iyun 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0,0798 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən qeydiyyata alınması istənilən fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində qeydiyyata alınması mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına 1 (bir) ay müddətinə dayandırma verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Şəki rayonu, Oxud kəndində yaşayan İddiaçı ünvanlanmış 08 iyul 2020ci il tarixli məktubda göstərilmişdir ki, Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0,0798 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən qeydiyyata alınması istənilən fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində qeydiyyata alınması mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmış, lakin qeyd olunan müddət ərzində fərdi yaşayış evi üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cü maddəsinə əsasən ərizənin icrasından imtina edir. Fərdi yaşayış evi üzərində çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılacağı və mübahisə həll olunacağı təqdirdə təkrar müraciət əsasında ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.5, və 157.4-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1 və 10.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 saylı qərarına əsasən İddiaçı və ailə üzvləri X2, X5, X6 və X1 birlikdə Şəki rayonu, Oxud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,31 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-0045, KOD 40400058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X11 filialı tərəfindən verilmiş 04 oktyabr 2020-ci il tarixli, 1196 nömrəli arxiv arayışı ilə Şəki rayonu, Oxud kənd N.Nərimanov adına kolxozun 1975-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 853-cü sırada İddiaçı 0,08 hektar torpaq sahəsinin olması müəyyən olunur. İddiaçı yaşadığı fərdi yaşayış evi qeyd edilən torpaq sahəsində yerləşir və o, həmin fərdi yaşayış evini reyestrdə qeydiyyata aldıraraq adına çıxarış alması ilə bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, İddiaçı keçmiş gəlini olmuş və hazırda həmin evdə yaşayan iş üzrə Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərinin aparılmasına imkan verməmiş, buna görə də İddiaçı evinə gəlmiş mütəxəssislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı fərdi yaşayış evi üzərində çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılacağı və mübahisə həll olunacağı təqdirdə təkrar müraciət əsasında ərizəsinin icrasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını müdafiə edir, Cavabdeh isə iddianı qəbul etmir. Göründüyü kimi İddiaçı Şəki rayonu, Oxud kəndində torpaq sahəsi vardır və İddiaçı həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi reyestrdə dövlət qeydiyyatına alınmamışdır. Lakin, İddiaçı fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına İddiaçı məxsus əmlakda ölçü işlərinin aparılmasına maneəçilik yaradır. Nəticədə isə İddiaçı qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Buna görə də İddiaçı Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına ona məxsus əmlakda ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Lakin, Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılacağı və fərdi yaşayış evi üzərində çöl ölçmə işlərinin aparılması üçün şərait yaradılacağı halda təkrar müraciət əsasında ərizəsinin icrasına DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qanunamüvafiq qaydada baxılacağını nəzərə alaraq, məhkəmə İddiaçı iddia tələbinin istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına İddiaçı məxsus əmlakda ölçü işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılmalı, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Tələb edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(075)- 132/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar