Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-993/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, qərardaddan şikayətə baxılmadan göndərilmə) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)- 2191/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(075)-2191/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tutulması müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay üçün 180 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 33,20 (otuz üç manat, 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən işdə iştirak etməyən şəxs Maraqlı şəxs apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli məktubuna əsasən Şəki Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(107)-305/2024 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh HacıX6 qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq iş materiallarının Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(075)-2191/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(075)- 2191/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-637/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-2191/2023 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, mülki işin materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2191/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2191/2023 saylı qətnaməsindən işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən 9 dekabr 2023-cü ildə verilmiş apellyasiya şikayəti yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kağız daşıyıcıda və elektron iş materialları müqayisəli şəkildə nəzərdən keçirilərkən müəyyən оlunmuşdur ki, 25 iyun 2024-cü ildə işdə iştirak etməyən şəxs Hacı-X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2191/2023 saylı qərardadından şikayət vermişdir. 9 iyul 2024-cü ildə həmin qərardadda yanlışlıq məsələsinə baxan məhkəmə həmin şikayətə baxaraq heç bir münasibət bildirmədən Cavabdeh apellyasiya məhkəməsinə göndərmişdir. O da müəyyən edilmişdir ki, 25 iyun 2024-cü ildə daxil olmuş həmin şikayət 9 iyul 2024-cü il tarixli yanlışlığın düzəldilməsi qərardadından sonra kağız daşıyıcıda işə əlavə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qərardaddan verilən şikayətlərlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş prosessual qaydalara riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi birinci instansiya məhkəməsinin qərardadlarından verilən şikayətlərlə bağlı qətnamədən verilən apellyasiya şikayətlərindən fərqli qaydalar müəyyən etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, qanunvericilik birinci instansiya məhkəməsinin qərardadlarından verilən şikayətlərə həmin qərardadı qəbul etmiş birinci instansiya məhkəməsinin özü tərəfindən baxılmalı olmasını, şikayət təmin edilmədikdə işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini müəyyən edir. Hazırki işdə isə Şəki Rayon Məhkəməsi işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2191/2023 saylı qərardadından verilmiş şikayətə baxmadan Cavabdeh tərəfindən 20 noyabr 2023-cü il tarixli qətnamədən 9 dekabr 2023-cü ildə verilmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərardad 20 noyabr 2023-cü il tarixli qətnamədən işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya baxışında baxılıb-baxılmamasını həll edəcəyindən həmin şikayətə baxılaraq həmin məsələ həll edilmədən 20 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qəbul edilə biləcək qətnaməni şübhə altına ala, o cümlədən Maraqlı şəxs 20 noyabr 2023-cü il tarixli qətnamədən şikayət vermə hüququ olarsa, həmin hüququ məhdudlaşdıra bilər. Ona görə də, hazırki vəziyyətdə Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)-2191/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Şəki Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(075)-2191/2023 saylı qərardadından işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət həll edildikdən sonra Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)-2191/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxıla bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)-2191/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(075)-2191/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Mülki işin materialları Şəki Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(075)- 2191/2023 saylı qərardadından işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətlə bağlı məsələnin həll edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-993/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-993/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver