Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-999/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçi İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması tələbinə dair" mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddiа qismən təmin edilmiş, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 3816.54 manat əsas borc, 1790.89 manat faiz borcu, 15.59 manat cərimə olmaqla cəmi 5623.02 manat məbləğində kredit borcunun və 026R********** saylı kredit razılaşması üzrə 6030.98 ABŞ dolları əsas borc, 3262.27 ABŞ dolları faiz borcu, 22.77 ABŞ dolları cərimə olmaqla cəmi 9316.02 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan manatına olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı QSC-nin hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 3816.54 manat əsas borc, 1790.89 manat faiz borcu, 615.59 manat cərimə olmaqla cəmi 6223.02 manat məbləğində və 026R********** saylı kredit razılaşması üzrə 6030.98 ABŞ dolları əsas borc, 3262.27 ABŞ dolları faiz borcu, 972.77 ABŞ dolları cərimə olmaqla cəmi 10266.02 ABŞ dolları məbləğində kredit borclarının və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında ona 24 ay müddətinə, aylıq 2.75 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Eyni (xx.xx.2015-ci il) tarixli digər kredit razılaşması əsasında isə ona 24 ay müddətinə aylıq 2 faiz olmaqla 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərlə razılaşma və ödəniş planlarına dəyişiklik edilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2008-ci il və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit xətti müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka 026R********** saylı kredit razılaşması üzrə cəmi 6223.02 manat və 026R********** saylı kredit razılaşması üzrə 10266.02 ABŞ dolları məbləğində kredit borcları qalmışdır. Bundan başqa, bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də İddiaçı QSC məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Bundan başqa, apelyasiya şikayətində göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli 15L000000102 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 2.75 faiz ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 2 faiz ilə 24 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 150000 ABŞ dolları kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etmiş, kredit razılaşmaları üzrə hesablanmış cərimə məbləğlərini azaltmaqla səlahiyyəti daxilində cavabdehlərə müəyyən güzəştlər də etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə iddiа tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə,... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclununicranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı bоrcun ödənilməsinə dair tələbi əsаslıdır. İddiаnın borc məbləğinin borcalan və zаminlərdən müştərək qaydada tutulması tələbi də əsаslıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə görə, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Göründüyü kimi, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda zaminlər, yəni digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da borcalan Cavabdeh1 ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafələri nəzərə alınır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı QSC-nin cavabdehlərdən 026R********** saylı kredit razılaşması üzrə 615.59 manat və 026R********** saylı kredit razılaşması üzrə 972.77 ABŞ dolları məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə cavabdehlərin əsaslı mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu 026R********** saylı kredit razılaşması üzrə 15.59 manat və 026R********** saylı kredit razılaşması üzrə 22.77 ABŞ dolları məbləğinə azaltmışdır. Məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsi hesablanmış cərimə məbləğlərini qalan əsas borc məbləği və faiz borcu ilə müqayisə edərək həmin cərimə məbləğlərini tənasübsüz surətdə yüksək hesab edərək azaltmaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-ın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci instansiya məhkəməsi 30 manat dövlət rüsumunu cavabdehlərə aid etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması barədə dəlilləri əsassızdır. Apelyasiya şikayətinin dəlillərindən biri də sözügedən kredit razılaşmalarının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi, bununla əlaqədar mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl olunmaması, belə vəziyyətdə birinci instansiya məhkəməsinin iddianı baxılmamış saxlamalı olduğu halda bunu etməməsi göstərilmişdir. Həmin dəlillə bağlı Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi BankındanCavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 026R********** saylı və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmaları ilə götürdüyü kreditlər üzrə qalıq borcların restrukturizasiyaya düşüb-düşməməsi və düşmədiyi halda bunun səbəbi barədə məlumat və sübutlar sorğu edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 16-03645-2020 nömrəli sorğuya cavabında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətlə bağlı bildirilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 adı Fərman çərçivəsində kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına düşməmişdir. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixində bağladığı 2 kredit müqaviləsi üzrə müvafiq olaraq 4.378,72 manat və 6.919,35 ABŞ dolları məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin “xxxx” ASC ilə bağlanılmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 31.572,15 manat və ləğv prosesində olan “xxxx” ASC ilə bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 617,40 ABŞ dolları məbləğlərində əsas kredit borcları ödənilməmiş qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2019cu il tarixinə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17.000 manatdan yuxarı olduğu üçün onun adı bu hissədə Fərmanın təsiri dairəsinə daxil edilməmişdir. Mərkəzi Bankın məlumatı əsasında məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayətinin onun kredit borcuna münasibətdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq olunması barədə tələbi də əsassızdır; Cavabdeh1la bağlanmış kredit müqavilələri (razılaşmaları) xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşmür. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir, həmin şikayət təmin edilə bilməz. İddiaçı QSC-nin iddiasının qismən təmin edilərək, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 3816.54 manat əsas borc, 1790.89 manat faiz borcu, 15.59 manat cərimə borcu olmaqla cəmi 5623.02 manat və 026R********** saylı kredit razılaşması üzrə 6030.98 ABŞ dolları əsas borc, 3262.27 ABŞ dolları faiz borcu, 22.77 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9316.02 ABŞ dolları məbləğlərində kredit borcunun və 30 manat dövlət rüsumu əvəzinin tutulub İddiaçı QSC-yə ödənilməsinin qət edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə düzgün və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC cavabdehlərə qarşı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-117/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2(107)-999/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-999/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver