Məhkəmə qərarları › İş №2(108)-101/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-101/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-101/2021 04.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəcəfova Taliyə Tofiq qızının katibliyi ilə, İddiaçı-nin Cavabdeh kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddi açı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı-nin xeyrinə 3278.98 manat məbləğində əsas borcun, 4041.27 manat məbləğində faiz borcunun, 52.62 manat məbləğində cərimə borcunun, cəmi 7372.87 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı-nin xeyrinə 16 dekabr 2015-ci il tarixli, RP/30929/55/9 nömrəli kredit müqaviləsindən yaranmış 3278.98 manat məbləğində əsas borcun, 4041.27 manat məbləğində faiz borcunun, cəmi 7320.25 (yeddi min üç yüz iyirmi manat, iyi rmi beş qəpik) manat borcun və 29.78 (iyirmi doqquz manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh 08 fevral 2021-ci il tarixli vəsatətlə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Həmin Məhkəmənin 05 mart 2021-ci il tarixli, 2(111)-42/2020 saylı qərardadı ilə vəsatət təmin edilməmiş, müddətin bərpa olunmasından iş üzrə Cavabdeh münasibətdə imtina edilmişdir. Məhkəmənin qərardadından narazı qalan Cavabdeh 05 aprel 2021-ci il tarixli şikayətlə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Həmin Məhkəmənin 2(111)-42/2020 saylı, 05 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış pro sessual müddətin bərpa edilməsini və Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 14 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət əsaslı hesab edilməyib, təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 saylı 05 mart 2021-ci il tarixli qərardadı ilə Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 saylı 10 iyun 2020-ci il tarixli qətnaməsindən onun verdiyi apellyasiya şikayəti geri qayta rılmışdır. Bu zaman məhkəmə ona istinad etmişdir ki, qətnamə imzalanaraq qəbul edilmiş, lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, məhkəmə imtina barədə qərardadda göstərmişdir ki, həmin qətnamənin surəti 15 iyun 2020-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanına (Kəngərli Rayon İcra Hakimiyyəti X1 Ərazi dairəsi üzrə Nümayəndəliyə rəsmi qaydada verilmişdir və buna görə də cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Bu səbəbdən də iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəbdən olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən müddətin buraxılmasının səbəbi üzrlü hesab edilə bilməz və beləliklə müddətin bərpasından imtina edilməlidir (qeyd olunan məhkəmə qərar dadının surəti ona poçt vasitəsilə rəsmi qaydada 29.03.2021-ci il tarixdə təqdim olunmuşdur). Göstərilən hal Mülki-Prosessual qanunvericiliyinin ümumi və əsas prinsiplərinin birbaşa və kobud pozuntusudur, məhkəmə qətnaməsinin surətinin hər hansı dövlət orqanına və ya təşkilatına təqdim olunması, onun cavabdehə rəsmi qaydada təqdim olunması kimi qiymətləndirilə bilməz, ona görə ki, qanunvericiliyin birmənalı tələbinə görə ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs imkan tapan kimi məhkəmə sənədlərini ünvan sahibinə çatdırmalıdır. Həmin qətnamənin surəti isə ona 01 fevral 2021-ci il tarixdə çatdılmışdır. Bildirir ki, həmin qətnamənin qəbul edilməsi ona Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsində məlum olmuşdur. Belə ki, o Naxçıvan Muxtar Respublikası Kəngərli ra yonu, Yurdçu kəndində rəsmi qeydiyyatdadır. Lakin uzun illərdir ki, faktiki olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 72, mənzil 42-da yaşayır. Bu səbəbdən də qeyd olunan məhkəmə qətnaməsinin surətini almayıbdır. Belə olan təqdirdə 23 oktyabr 2020-ci il tarixli ərizə ilə Kəngərli Rayon Məhkəməsinə yazılı müraciət edərək, Məhkəmənin 10 iyun 2020-ci il tarixli, 2(111)-42/2020 saylı qətnaməsinin surətinin, yaşadığı ünvana göndərilməklə, ona təqdim olunmasını xahiş edibdir. Göndərilmiş cavab məktubunda göstərilmişdir ki, sözügedən məhkəmə qətnaməsinin surəti Kəngərli RİHB-nin X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmişdir. Nümayəndəliyə yazılı müraciətindən sonra məhkəmə qətnaməsinin surəti Nümayəndəlik tərəfindən rəsmi qaydada poçt vasitəsilə 01 fevral 2021ci il ta rixdə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-in 135.1 və 135.2-ci maddələrində göstərilir ki, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yəni, ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs imkan tapan kimi məhkəmə sənədlərini ünvan sahibinə çatdırmalıd ır. Həmin qətnamənin surəti isə ona 01 fevral 2021-ci il tarixdə çatdılmışdır. Belə ki, həmin qətnamənin ona rəsmi qaydada çatdırıldığı poçt zərfinin üzərində «Azərpoçt MMC» Bakı şəhər Nərimanov rayon Filialının 1052 saylı şöbəsinin möhürü əks olunmuşdur ki, orada da poçt göndərişinin daxilolma tarixi «01.02.2021» kimi qeyd olunmuşdur. Məhz bu tarixdə apellyasiya şikayəti poçt şöbəsinə təqdim olunmuşdur. Daha sonra o apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində poçt şöbəsinə təqdim edibdir. Sözügedən qətnamənin Kəngərli Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi dairəsi üzrə Nümayəndəliyinə təqdim olunması o demək deyildir ki, həmin qətnamə onun özünə təqdim olunmuşdur. Göründüyü kimi, onun tərəfindən qətnamənin 15 iyun 2020-ci il tarixdə alınmasını təsdiq edən - qanunvericiliklə müəyyən edilmiş hər hansı sənəd, onun tərəfindən imzalanmış müvafiq poçt xəbərnaməsi mülki işin materiallarında yoxdur. Bununla da apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməlidir. Beləliklə, onun tərəfindən Azərbaycan Respublikası MPM-in 360-ci maddəsinin tələbləri pozulmamışdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-in 260.5, 259.0.6 və 259.0.7-ci maddələrində istinad edilmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə İddiaçı-yə və Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında tərəflər iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq İddiaçı-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mü mkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” iş üzrə qərarının 89-cu paraqrafında qeyd edilir ki, “Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. Avropa Məhkəməsi xatırladır ki, ötürülm üş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.” Yuxarıda adı çəkilən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” iş üzrə qərarının məzmunundan da göründüyü kimi ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə verilə bilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət şəxsin onunla bağlı qərarın mövcudluğundan hansı tarixdən xəbərdar olduğu andan başlayır. Cavabdeh isə şikayətində də qeyd etdiyi kimi barəsində qəbul edilən Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 1 0 iyun 2020-ci il tarixli qətnaməsindən Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsində xəbərdar olmuşdur. Belə ki, iş materiallarında olan müvafiq “İcra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan və məlumatdan da aydın olduğu kimi sözügedən qətnamənin icrasının təmini məqsədi ilə Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 10.06.2020 tarixli icra sənədi 24.08.2020-ci il tarixdə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh 23 oktyabr 2020-ci il tarixli ərizə ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətinin ona göndərilməsini xahiş etmiş, Cavabdeh müraciətinə cavab olaraq məhkəmə tərəfindən ona ünvanlanmış 04 noyabr 2020-ci il tarixli məktubda isə qətnamənin qeydiyyatda olduğu Kəngərli Rayon X1 ərazi dairəsi üzrə nümayəndəliyindən ala bilməsi barədə məlumat verilmişdir. İşin yuxarıda şərh edilən hallarından da aydın olduğu, həmçinin özünün də şikayətdə göstərdiyi kimi Cavabdeh müvafiq qətnamənin mövcudluğundan qeyd etdiyi tarixdən əvvəl məlumatı olsa da o, yalnız 22 fevral 2021-ci il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək qətnamənin ona 01 fevral 2021-ci il tarixdə təqdim olunduğunu göstərmişdir. Bununla da Cavabdeh barəsində qətnamə qəbul edilməsi ilə bağlı məlumatının olmasına baxmayaraq müvafiq prosessual hərəkətləri qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə etmədiyi aydın olur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından və Kəngərli Rayon Məhkəməsinin 2(111)42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadında düzgün nəticəyə gəlindiyindən şikayət təmin olunmamalı, Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM -nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmasın. Kəngərli Rayon Məhkəməsinin 2(111)-42/2020 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar