Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-101/2022 19.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e-2(079)-213/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə 19 aprel 2022-ci ildə "Elektron Məhkəmə" İnfo rmasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə olan 1573.60 (bir min beş yüz yetmiş üç manat, altmış qəpik) manat gecikdirilmiş faiz borcu, 2703.81 (iki min yeddi yüz üç manat, səksən bir qəpik) manat gecikdirilmiş əsas borc, 6.30 (altı manat, otuz qəpik) manat faiz borcu, 945.11 (doqquz yüz qırx beş manat, on bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5228.82 (beş min iki yüz iyirmi səkkiz manat, səksən iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 72.29 (yetmiş iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barə də qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e-2(079)-213/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 3648,92 (üç min altı yüz qırx səkkiz manat, doxsan iki qəpik) manat əsas, 914,39 (doqquz yüz on dörd manat, otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4563,31 (dörd min beş yüz altmış üç manat, otuz bir qəpik) manat məbləğində kredit borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmçinin iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat 90 (doxsan) qəpik miqdarının Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız sayıldığından rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e2(079)-213/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, faiz borcunun yenidən hesablanması və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahəiyyətli nümayəndəsi Nümayəndə1 18 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək ərizədə apellyasiya şikayətindən imtina etdiklərini q eyd edərək Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə xitam verilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 19 avqust 2022-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək xx.xx.2022-ci il tarixə, saat 09:30-a təyin edilmiş məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını kollegiyadan xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə kollegiyaya qabaqca dan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Kollegiya iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar 18 avqust 2022-ci il tarixli ərizəsini müzakirə edərək belə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətin dən imtinasının rədd edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılmış və həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtinası qəbul edilərək şikayətdən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya qeyd edir ki, həmin Məcəllənin 369.1-ci maddəsinə uyğun olar aq işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılırsa və ya apellyasiya icraatına xitam verilirsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti verərkən 14 iyul 2022-ci il tarixdə X3 vasitəsi ilə ********* nömrəli qəbzlə ödədiyi 36,15 (otuz altı manat on beş qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e-2(079)-213/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imtinası qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə mülki işin apellyasiya icraatına xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti verərkən 14 iyul 2022ci il tarixdə X3 vasitəsi ilə ********* nömrəli qəbzlə ödədiyi 36,15 (otuz altı manat on beş qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-101/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-101/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver