Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-102/2022 19.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi ), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə və X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin “14” iyun 2022-ci il tarixli, e-2(079)-210/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18 aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabde h2 27 yanvar 2021-ci il tarixli, İK1001916 nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixə olan 3182,66 (üç min bir yüz səksən iki manat, altmış altı qəpik) manat gecikdirilmiş faiz, 5295,14 (beş min iki yüz doxsan beş manat, on dörd qəpik) manat gecikdirilmiş əsas, 94.95 (doxsan dörd manat, doxsan beş qəpik) manat faiz, 13397.36 (on üç min üç yüz doxsan yeddi manat, otuz altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 21970.11 (iyirmi bir min doqquz yüz yetmiş manat, on bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 155.91 (bir yüz əlli beş manat, doxsan bir qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin ( sədrlik edən Z.X.Əliyev) “14” iyun 2022-ci il tarixli, e2(079)-210/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-in xeyrinə 27 yanvar 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi üzrə 18692,50 (on səkkiz min altı yüz doxsan iki manat əlli qəoik) manat əsas, 2733,74 (iki min yeddi yüz otuz üç manat yetmiş dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 21426.24 (iyirimi bir min dörd yüz iyirmi altı manat, iyirimi dörd qəpik) manat kredit borcu, 155.91 (bir yüz əlli beş manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyas iya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e2(079)-210/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, faiz borcunun yenidən hesablanması və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ərizə təqdim edərək 19 avqust 2022ci il tarixə təyi n olunmuş məhkəmə baxışı iclasının işlərin çoxluğunu nəzərə alınaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşə apellyasiya qaydasında baxılması zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiy asına ərizə təqdim edərək iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair ərizəsinə Naxçıvan MR Babək Rayon Məhkəməsində e-2(079)-210/2022 saylı mülki iş üzrə baxıldığını, “14” iyun 2022-ci il tarixli, e-2(079)-210/2022 saylı qətnaməyə əsasən iddia qismən təmin edildiyindən tərəflərindən həmin qərarla bağlı apellyasiya şikayəti verildiyini, apellyasiya şikayətindən imtina etdiklərini bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə xitam verilməsini xahiş etmiş və apellyasiya şikayətindən imtinanın nəticələrini bildiklərini qeyd etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qə bul edilməli və iddiaçı "xxxx" ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cava bdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə iddiaçı "xxxx" ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalı olduğundan apellyasiya şikayəti verilərkən iddiaçı "xxxx" ASC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 77,96 manat (yetmiş yeddi manat doxsan altı qəpik) dövlət rüsumu "xxxx" ASC–yə (VÖEN: **********) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin “14” iyun 2022-ci il tarixli, e-2(079)-210/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 imtinası qəbul edilsin və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 77,96 manat (yetmiş yeddi manat doxsan altı qəpik) dövlət rüsumu "xxxx" ASC–yə (VÖEN: **********) qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-102/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-102/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver