Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-102/2025 11.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından imtina barədə qərardaddan şikayətə dair (Açar sözlər: müddətin bərpasından imtina) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli buraxılmış müddətin bərpasından imtina barədə qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı Əkbərov X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “Kapital Bank”dan götürdüyü 5588 manat, 300 manat “Bir Bank”-da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxartdığı pul, 417 manat, “lambard”-dan qızılı götürdüyü üçün ödədiyi pul, 2000 manat Cavabdeh oğlu Azada verdiyi pul və 120 manat ödədiyi dövlət rüsumu, cəmi 9625 (doqquz min altı yüz iyirmi beş) manat pulun tutularaq ona verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun, 115 manatının özünə aid edilməsi, iddiaçı tərəfi ndən iddia ərizəsi verilərkən artıq ödənilmiş 5 (beş) manat dövlət rüsumunun özünə qaytarılması qət edilmişdir.
3. Qətnamə tərəflərə 6 dekabr 2024-cü il tarixdə göndərilmiş, İddiaçı qətnaməni 19 dekabr 2024-cü il tarixdə almışdır.
4. İddiaçı 29 dekabr 2024-cü il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Naxçıvan MR Ali Məhkəməsi tərəfindən apellyasiya şikayəti MPM-in 362-ci maddəsinin tələbinə əsasən Ordubad Rayon Məhkəməsinə göndərilmişdir.
5. Ordubad Rayon Məhkəməsi 21 yanvar 2025-ci il tarixdə apellyasiya şikayətinin elektron qaydada verilmə tələbini yoxlamadan apellyasiya şikayətini mülki işlə birlikdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərmişdir.
6. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(108)-40/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada verilməməsi, həmçinin şikayətin qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun tərtib edilməməsi əsası ilə qeyri-mümkün hesab edilərək şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir.
7. Ordubad Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır.
8. İddiaçı 16 mart 2025-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir.
9. Ordubad Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli qə raradadı ilə müddətin keçməsi və prosessual müddətin bərpa olunması barədə vəsatətin verilməməsi əsası ilə apellyasiya şikayəti iddiaçıya geri qaytarılmışdır.
10. İddiaçı təkrarən 25 aprel 2025-ci ildə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Ordubad Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli qəraradadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir.
12. Həmin qərardaddan İddiaçı 11 may 2025-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə şikayət verərək həmin qərardadın ləğv edilməsini, apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpa olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyasına göndərilmə si barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
13. Şikayətin əsası kimi Ordubad Rayon Məhkəməsinin iş üzrə qərarını iddiaçının 19 dekabr tarixdə alması, 6 yanvar 2025-ci ildə isə apellyasiya şikayəti verməsi, 22 yanvar tarixdə apellyasiya şikayətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin işi apellyasiya şikayətini qeyri-mümkün hesab edərək Ordubad Rayon Məhkəməsinə geri qaytarması, Ordubad Rayon Məhkəməsi tərəfindən isə 26 fevral tarixdə işi İddiaçı göndərməsi, iş materialı iddiaçıya çatan kimi iddiaçının 16 mart tarixdə yenidən müraciət etməsi, müraciəti zamanı isə müddətin ötürüldüyünün ona bildirilməsi, halbuki, prosesin başından bütün lazımi tədbirləri görməsi, hüquqi məlumatsızlığının olması, rüsumu düzgün müəyyə n edib ödəməkdə çətinlik çəkməsi, lakin bu hüququnun həyata keçirilməsində maneə olmamalı olması, bütün proses boyu lazımi hüquqi hərəkətləri etməsi, ümumi baxanda qətnamənin qəbulu müddətindən zaman keçməsinin görsənməsi, lakin bütün bu müddət ərzində hər dəfə lazımi qaydada ərizə ilə müraciət etməsi, əlil bir vətəndaş olaraq bu prosesdə ona dəstək olunmalı və bu müddətdə həm müalicə alması, həm də ona vurulmuş ziyanın qaytarılması ilə məşğul olmasının prosessual müddətin bərpası üçün əsas olması göstərilmişdir.
14. Ordubad Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli qərardadı ilə şikayət əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi verildiyi gündən 1 ay müddətində verilə bilər. qaydada
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
20. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)
21. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri
22. Məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır... Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasi ya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli Qərarı)
23. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş s əbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. (K.N.Qəribovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı)
24. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı).
25. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi me xanizminin təmin edilməsini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli qərarı) c) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri
26. Prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Laberger Fransaya qarşı iş üzrə xx.xx.2006-cı il, Valçli Fransaya qarşı iş üzrə xx.xx.2007ci il, Puaro Fransaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli qərarlar). İİİ. Məhkəmə kollegiyasının mövqeyi
27. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun vermədiyi üçün geri qaytarılmış, buna görə də yenidən apellyasiya şikayətini təqdim edərkən qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür. Beləliklə, iddiaçının apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verməməsi onun iradəsindən asılı olmamışdır, əksinə iddiaçı müvafiq sənədləri təqdim etmək üçün səy göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpa edilməməsi nəticəsində şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Buna görə müddətin bərpası hüquqi baxımdan düzgün hesab olunmalıdır.
28. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə ə lаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, buraxılmış müddətin bərpasından imtina barədə qərardad ləğv olunmalı, buraxılmış prosessual müddət həmin şəxsə münasibətdə üzürlü sayılaraq bərpa olunmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(080)-227/2024 nömrəli buraxılmış müddətin bərpasından imtina barədə qərardadı tam ləğv edilsin. Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət İddiaçı münasibətdə bərpa olunsun. Prosessual h ərəkətlərin qaytarılsın. aparılması üçün iş Ordubad Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Zamiq Əliyev Rayon Məhkəməsinə