Məhkəmə qərarları › İş №2(108)-103/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-103/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-103/2025 30.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, avtomobilə vurulmuş ziyana və avtomobilin dəyər azalmasına görə pul tələbi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2(090)-1/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə m ülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları 1. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsinin əsas yolunda Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarında qapısını açması və qapının arxadan gələn İddiaçı idarə etdiyi özünə məxsus “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin Cavabdeh təqsirindən baş verdiyi müəyyən edilmişdir. Paşa Sığorta ASC ilə aralarında bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən dəymiş zərər “To yota Əhmədli” şirkətinə istinadən 17400 manat məbləğində qiymətləndirilmiş və sığorta ödənişinin maksimum həddi - 5000 manat maddi ziyanın əvəzi olaraq iddiaçıya ödənilmişdir. Lakin iddiaçı nəqliyyat vasitəsini rəsmi servis qarantiyası altında olduğu Toyota Bakı Mərkəzində 2900 manata təmir etdirmişdir. Cavabeh tərəfindən vurduğu maddi ziyana görə iddiaçıya heç bir ödəniş edilməmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2025-ci il tarixdə vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 12400 (on iki min dörd yüz) manat, mülkiyyətində olan “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən tərəfindən ödənilmiş 182.10 (bir yüz səksən iki manat, on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq (Vişnyovka) qəsəbəsinin əsas yolunda Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C230” mi nik markalı, **-NX*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə iddiaçıya məxsus olan və həmin anda idarə etdiyi istehsal ili 2022-ci il olan, “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan da aydın olur ki, yol nəqliyyat hadisəsi Cavabdeh təqsirindən baş vermiş, buna görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Paşa Sığorta ASC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən təşkil edi lən Toyota Bakı mərkəzinin rəsmi servisi “Toyota Əhmədli” filialının xx.xx.2024-cü il tarixli qüsur aktından göründüyü kimi “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 17400 manat məbləğində qiymətləndirilmişdir. Lakin, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində ona və avtomobilinə dəyən ziyan nəticəsində cavabdeh tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Avtomobili iddiaçı 0 km-dən (tam yeni model) 2023-cü il fevral ayında rəsmi Toyota Gəncə filialından almış, hal-hazırda rəsmi Toyota Bakı mərkəzində qeydiyyatdadır və rəsmi servisin qarantiyası altındadır. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfindən avtomobilinin icbari sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və Paşa Sığorta ASC ilə aralarında bağlanmış icbari sığorta müqaviləsi üzrə həmin şirkət tərəfindən 5000 manat sığorta ödənişinin maksimum həddi maddi ziyanın əvəzi olaraq qismən iddiaçıya ödənilmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği (5000 manatı) qüsur aktı ilə təsdiq edilmiş maddi zərərin ümumi məbləğindən (17400 manatdan) çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 12400 manat məbləğində pulun tutularaq kompensasiya şəklində iddiaçıya ödənilməsi zərurəti vardır. Bundan əlavə iddiaçı tərəfindən Cavabdeh avtomobilinə vurduğu zərər nəticəsində kompensasiyanın ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixli pretenziya (bildiriş) məktubu göndərilmiş, lakin bu istiqamət də heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçı mülkiyyətində olan “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil turbo motorlu (3.5 turbo mühərrik həcmi) tam komplektasiyalı yeni model olduğu üçün və 0 km-dən aldığı üçün əmlaka dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 90000 ABŞ dolları (153000 manat) olduğunu nəzərə alsaq, minimum 10% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq iddiaçı mülkiyyətçi kimi təxmini 9000 ABŞ dolları (15300 manat) civarında əlavə zərərə uğramış, (bu əsaslandırma ilə bağlı 1-ci instansiya və Ali məhkəmənin presede nt qərarı iş materiallarına əlavə olunur). Həmin ziyanın vurulması nəticəsində iddiaçı həm də dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də, Cavabdeh maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 3000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir.

4. İddiaçının vəkili və nümayəndəsi Vəkil 18 mart 2025-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət etmiş, iddiaya o cümlədən vəkilə ödənilmiş 2000 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi çərçivəsində baxılmışdır.

5. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-1/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim D.Səfərov) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 14100 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilmiş, İddiaçı tərəfindən ödənilmiş 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 manat və vəkilin göstərdiyi yardıma görə 1000 manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmış, məhkəmə ekspertiza xərci olan 93 saylı ekspert rəyinə görə 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq X3 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına, məhkəmə ekspertiza xərci olan 9/6535-8/2265 saylı ekspert rəyinə görə 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq X1 AZ41NABZ******************** nömrəli hesabına ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-1/2025 saylı i ş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin e-2(090)-01/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qətnamənin məzmununda yol verilmiş yanlışlıq (açıq hesab səhvi) düzəldilmiş, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-01/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qətnaməsində qeyd edilən “14100 (on dörd min yüz)” ifadəsi “12025 (on iki min iyirmi beş)” kimi, “84 (səksən dörd)” ifadəsi isə “71,35 (yetmiş bir manat, otuz beş qəpik)” kimi oxunmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 448.1, 459.1, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 121.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 n oyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Şahbuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2(090)1/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus avtomobilin normal vəziyyətdə bazar dəyəri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən) 140 000 manatdır, onun təmirə məruz qalmış vəziyyətdə qiyməti həmin məbləğdə 10%-dək, yəni 13600 manat daha azdır (ən azı), iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığo rta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquq məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir”. Əvvəla, məhkəmənin istinad etdiyi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyində avtomobilin təmirə məruz qalmış vəziyyətdə qiymətinin həmin məbləğdə 10%-dək, yəni 13600 manat daha azdır (ən azı) olması istiqamətində hər hansı tədqiqat aparılmamış və həmin Ekspertiza Rəyində belə bir ifadə işlədilməmişdir. Əksinə həmin Ekspert Rəyində həmin suala cavab verilmədiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və yenə də Ekspertlər tərəfindən “yerli internet saytlarında qeyd edilən məlumatlarda (elan larda) tədqiqat obyektinə uyğun analoji nəqliyyat vasitələri zədəsiz və rənglənməmiş (istehsal olduğu boya ilə) formada satış üçün təklif olunur. Odur ki qəza nəticəsində avtomobilin dəyərini nə qədər itirmək barədə suala cavab vermək mümkün olmadı”. Belə olan halda, sual olunur, birinci instansiya məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli ekspert rəyini təhrif edərək, guya həmin ekspert rəyində avtomobilin qəzadan sonra dəyərinin 10 faizi həcmində (13600 manat) dəyər itirməsini qeyd etməkdə məqsədi nədir?! Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə avtomobilin qəzadan sonra dəyərinin 10 faizi həcmində (13600 manat) dəyər itirməsini iddiaçı tərəfindən təqdim edilmiş, heç bir mötəbər mənbələrə əsaslanmadan tərtib edilmiş X10 və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.20 24-cü il tarixli Daşınar əmlakın qiymətləndirilməsi barədə rəyi əsasında tərtib etmişdir. Həmin rəylə tanış olduqda, açıq aşkar görünür ki, mütəxəssis tərəfindən hər hansı araşdırma aparılmamış, istinad edilən internet resurslarından çıxarılan elanlarda qeyd edilən avtomobillərin isə hazırki işə aidiyyəti yoxdur. Belə ki, mütəxəssis tərəfindən bazar araşdırması aparılan zaman bazarda eyni model və təmirli avtomobillərin qiymətləri müqayisə edilməli olduğu halda, təmirsiz avtomobillərin qiyməti ilə müqayisə aparılmışdır ki, bu da mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alır. Digər tərəfdən, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, “İddiaçı məxsus olan "X9 LC 300" minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "X7" tərəfindən individual paketlə (xüsusi ön-arxa bamper, qanadlar, salon elementləri) ilə sifariş olunmuşdur. Paketin dəyəri 15 000 (on beş min) manat təşkil edir” hansı araşdırmanın nəticəsi olaraq, mütəxəssisin bu nəticəyə gəlməsi müəyyən edilmir. Bundan başqa, mütəxəssis yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10%-dək (13 600 AZN) həcmində azaldığını "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixinə iş No 258988, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən tərtib etmişdir. (17400 AZN) həcmində. Halbuki, birinci instansiya məhkəməsi qətnaməsində həmin qiymətləndirmə hesabatını sübut kimi qəbul etməmiş və avtomobilə dəymiş ziyanın 2925 manat olduğu qənaətinə gəlmişdir. Hətta, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Yol-nəqliyyat hadisələri ekspert tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir”. Göründüyü kimi, avtomobildə zədələnmiş hissələrin vizual baxışla müəyyən edilməsinin mümkün olmaması təmirin yüksək keyfiyyətlə aparıldığını və avtomobilə dəymiş zərərin ciddi olmadığını göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin heç bir əsası olmayan, qiymətləndirmə şirkətinin rəyinə istinad edərək avtomobilinin əmtəə görünüşünün 10 faiz itirilməsi barədə nəticəyə gəlməsi başa düşülən deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 2925 manat məbləğində zərər dəyməsi və sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pulun tutulması barədə nəticəyə gəlsə də, gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Belə ki, iddiaçı tərəfindən keçirilən mənəvi iztirabın özünü konkret olaraq nədə ifadə etməsi əsaslandırılmamış, məhkəmə də formal mülahizələr əsasında iddia tələbini qismən təmin etmişdir. Bundan başqa, bir inci instansiya məhkəməsi tərəfindən iddiaçının çəkdiyi vəkil xidmətinə görə 1000 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutulması barədə nəticəyə gəlmiş, lakin iş materiallarında vəkilə ödənilən 2000 manat məbləğində xidmət haqqına dair qəbz iş materiallarında yoxdur. Buna baxmayaraq, məhkəmə yalnız iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən arayışa istinad etməklə, hüquqi xidmət haqqı olaraq, cavabdehdən 1000 manat məbləğində xərcin tutulması barədə nəticəyə gəlmişdir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəyən 2925 manat məbləğində pul vəsaiti cavabdehin hesabına sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar da kifayət qədər əsaslı və hər hansı şübhədən kənardır. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi iddiaçının avtomobilinə dəyən zərərin 2925 manat olması və sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi edilməsi müəyyən edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilən mütəxəssis rəyi iş materiallarında olan AR ƏN Ekspertiza Mərkəzinin rəyləri ilə ziddiyyət təşkil edir və məhkəmə əsaslandırmamışdır ki, nə üçün X10 və Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 20 iyun 2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilin ümumi dəyərinin 10 faizi həcmində (13600 manat) azalma olduğu qən aətinə gəlib. Halbuki, birinci instansiya məhkəməsi qətnamədə Paşa Sığorta tərəfindən təqdim edilmiş zərərin 17500 manat olması ilə bağlı qiymətləndirmə rəyini qəbul etməmiş, avtomobilə dəyən zərərin 2925 manat olduğu barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi avtomobilin hadisə nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10 faizinədək (13600 manat) həcmində azalma olduğunu müəyyən etsə də, gəldiyi nəticə ilə bağlı aydınlaşdırmamışdır: - X10 və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi iş materialları ilə təsdiq edilirmi? Mütəxəssis rəyində istinad olunan Paşa Sığorta tərəfindən verilmiş (Toyota Əhmədli) qiymətləndirmə aktı (zərərin 17500 manat olması) məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə müəyyən etmişdir ki, avtomo bilin təmir və ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb edilən vəsait cəmi 2925 manat olmuş və dəyişdirilmiş və təmir edilmiş ehtiyat hissələri həmin qiymətləndirmə rəyində göstərilənlərdən fərqlidir. Belə olan halda, mütəxəssisin həmin qiymətləndirmə rəyinə istinad etməklə, avtomobilin dəyərinin 10 faizi həcmində azalması barədə gəldiyi nəticə şübhə altına alınır və mötəbər hesab edilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam, hərtərəfli baxılmamışdır. Ona görə ki, birinci instansiya məhkəməsinin iddiaçının işlədiyi müddətdə oxşar hərəkətlərə yol verməməsi və işlədiyi müddətdə barəsində hər hansı inzibati tənbeh tətbiq edilməməsi barədə qənaəti işin araşdırılmış hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar da kifayət qədər əsaslı və hər hansı şübhədənkənardır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək yolnəqliyyat hadisəsi olandan sonra “Toyota Center” Mərkəzinə gedib hadisə zamanı maddi ziyan dəymiş avtomobilin şəkilini göstərdiyini, orada ona avtomobilin mərkəzin “Əhmədli” filialında deyil, “Xətai” filialında təmir olunduğunu bildirdiklərini, həmçinin məhkəmədə işin araşdırılması zamanı Şahbuz Rayon Məhkəməsi tərəfindən “Toyota Center” Mərkəzinin “Xətai” filialına hadisə nəticəsində maddi ziyan dəymiş avtomobilin təmirinə nə qədər vəsait xərclənməsi barədə sorğu göndərildiyini və həmin sorğuya əsasən avtomobilin təmirinə 2925 manat vəsait xərcləndiyinin müəyyən edildiyini, Şahbuz Rayon Məhkəməsinin qətnaməsini avtomobilin təmirinə 2925 manat xərclənməsi hissəsində qəbul etsə də, avtomobilin qəzadan sonra dəyərinin 10 faizi həcmində itirilməsinə, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutulmasına və iddiaçının çəkdiyi vəkil xidmətinə görə 1000 manat məbləğində məhkəmə xərcinə qəti olaraq etiraz etdiyini, avtomobilə dəymiş ziyan ekspertiza tərəfindən də 2925 manat müəyyən olunduğunu, sığorta şirkəti isə sığorta hadisəsinə görə iddiaçıya 5000 manat pul ödədiyini, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin yalnız arxa krlosuna maddi ziyan dəydiyini bildirmişdir.

12. İddiaçı lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli old uğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Maddə 1108.1. Ətrafda kılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi 18. “Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı) c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddə 217.4. Məhkəmə (h akim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. V. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillə rə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində Cavabdeh Şahbuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2(090)-1/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

27. Məhkəmə kollegiyası tərəfindən işin hallarının hərtərəfli və obyektiv araşdırılması nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmə li və yeni qətnamə çıxarılmalıdır.

28. Belə ki, iş üzrə avtomobilə dəymiş maddi zərərin həcmi Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə 2925 manat olaraq müəyyən edilmişdir (cild 2, səh 51) Bu məbləğ iddia qaldırılarkən iddiaçı tərəfindən gizlədilmiş, cavabdeh tərəfindən əldə olunaraq məhkəməyə təqdim edilmiş Toyota Bakı Mərkəzinin həmin avtomobilin faktiki təmiri ilə bağlı fakturasında göstərilən 2900 manatla uyğunluq təşkil edir (cild 1, səh 140, 149). İddiaçı avtomobilə dəymiş ziyanla bağlı bundan artıq məbləği əsaslandıra bilməmişdir. Çünki, iddiaçı iddia ərizəsində özü də avtomobilin məhz Toyota Bakı Mərkəzində rəsmi qeydiyyatda olduğunu göstərmişdir. Buna görə iddiaçının niyə məhz Sığorta şirkətinin Toyota Əhmədli şirkətinə (Toyota B akı Mərkəzi ilə bağlı olmasına dair sübut yoxdur) əsasən qiymətləndirilməsinə əsaslanması sual doğurur. Buna görə də məhkəmə faktiki təmir xərcini əks etdirən sənədi və ekspert rəyini daha əsaslı və mötəbər sübut kimi qəbul edir.

29. Avtomobilin bazar dəyərinin azalması nəticəsində dəymiş maddi zərər məsələsi ilə bağlı ekspert rəyi mövcud deyildir, belə ki, ekspertiza qəza nəticəsində avtomobilin bazar dəyərinin hansı məbləğdə azaldığını müəyyən etməyin mümkün olmadığını göstərmişdir (cild 2, səh 53). İddiaçı tərəfin təqdim etdiyi X10 və Qiymətləndirmə Şirkətinin xx.xx.2024-cü il tarixli rəyi isə avtomobilin dəyər azalmasını bazar qiymətinin 10%-i həcmində qiymətləndirmişdir (cild 1, səh 114). Lakin bu qiymətləndirmə hansı metodologiyaya əsaslandığı və hansı real bazar araşdırmasına isti nad etdiyi göstərilmədən aparılmışdır.

30. Azərbaycan Respublikasında məhkəmə təcrübəsində hələlik bu məsələyə dair vahid yanaşma və meyar müəyyən edilmədiyi üçün kollegiya beynəlxalq təcrübədən istifadə etməyi zəruri hesab etmişdir. Bu baxımdan ABŞ və Almaniya məhkəmə təcrübəsi xüsusilə diqqət çəkir və yol-nəqliyyat hadisələri zamanı dəymiş zərərin nəticəsində avtomobilin dəyərinin azalmasının hesablanması üçün beynəlxalq miqyasda ən çox istinad edilən hüquqi standartları formalaşdırmışdır.

31. ABŞ məhkəmə praktikasında “Diminished Value” (avtomobilin qəza səbəbindən bazar dəyərinin azalması) hesablanarkən ən çox istifadə olunan 17(c) formuluna nəzər salaq. Bu formul üzrə ilkin olaraq avtomobilin müəyyən edilən bazar satış dəyərinin 10%-i əsas götürülür və daha sonra avtomobilin aldığı zə rərin ağırlığına görə əmsala vurulur (ağır zədə - 1.00 əmsal, orta zədə - 0.5 əmsal, yüngül zədə - 0.25 əmsal). Bundan sonra avtomobilin yürüş məsafəsi də xüsusi əmsal kimi tətbiq edilir (0-19,999 mil - 1.00 əmsal, 20,000-39,999 mil – 0.80 əmsal, 40,000-59,999 mil - 0.60 əmsal). (ABŞ 17(c) formuluna dair ətraflı məlumat üçün mənbəyə keçid linki).

32. Misal üçün, əgər avtomobilin dəyəri 150 000 ABŞ dolları və yürüşü 20 000 mildirsə və aldığı zərər kiçik dərəcəli sayılırsa, dəyər azalması belə hesablanır: 15 000 dollar (150 000 dolların 10%-i) × 0.25 (kiçik dərəcəli zədələnmə əmsalı) × 0.8 (20000 milə uyğun yürüş əmsalı) = 3000 dollar. Beləliklə, hətta nəzəri olaraq avtomobil dəyərinin 10%-lik əsas məbləği götürülsə də, faktiki zərər dəyər azalmasının əsas ölçüsünə çevrilir və nəticədə real bazar azalması ilkin məbləğin 1-5%-dən artıq olmur.

33. Almaniya məhkəmə təcrübəsində isə bu məsələ "Merkantiler Minderwert" kimi tanınır və avtomobilin zərərdən sonra bazar dəyərindəki azalmanı müəyyənləşdirmək üçün əsasən “Ruhkopf – Sahm” və ya “Hamburger Model” metodları tətbiq olunur. Həmin metodlara görə avtomobilin yaşına və zərərin xarakterinə görə dəyər azalması avtomobilin ümumi bazar dəyərinin əsasən 1-7%-i arasında dəyişir. Adətən kosmetik və kiçik zədələnmələrdə isə bu rəqəm avtomobilin bazar dəyərinin 1-3%-dən artıq olmur (Almaniyanın məhkəmə təcrübəsi barədə daha ətraflı məlumat üçün mənbəyə keçid linki).

34. Beləliklə, qeyd olunan təcrübəyə görə, yol-nəqliyyat hadisələrində zədənin kiçik, orta və ağır olması, həm zərərin avtomobilin konstruksiyasına və texniki təhlükəsizlik elementlərinə təsiri, həm də təmir xərclərinin miqdarı ilə müəyyən edilir. Kiçik zədələnməyə yalnız kosmetik xarakterli pozuntular, məsələn, bumperin, yan ətəyin dəyişdirilmədən düzəldilməsi, cızıq və lokal boya işləri daxildir. Belə hallarda təmir xərcləri avtomobilin bazar dəyərinin 1-3%-ni keçmir və bazar dəyərinin də eyni həcmdə azalmasına səbəb olur. Orta zədələnmələrdə metal hissələrin əvəzlənməsi və daha geniş boya işləri aparılır, lakin struktur bütövlük pozulmur, bu halda təmir xərcləri və bazar dəyəri itkisi adətən 3-7% arasında olur. Ağır zədələnmə isə struktur hissələrin, daşıyıcı elementlərin, təhlükəsizlik sistemlərinin və mühərrik kimi əsas mexaniki hissələrin zədələnməsini əhatə edir və bazar dəyərinin 10-30%-dək azalmasına səbəb ola bilər. Eyni zamanda, beynəlxalq təcrübə təmir xərclərinin zədənin qiymətləndirilməsində mühüm meyar olduğunu vurğulayır. Təmir xərcləri real zərərin miqyasını, dolayısı ilə isə bazar dəyərindəki azalmanı müəyyən edən əsas göstəricilərdən birinə çevrilir.

35. Konkret hazırkı iş üzrə nəzərdən keçirilən qiymətləndirmə şirkəti "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi avtomobilin orta bazar dəyərinin (148.000 manat) müəyyən edilməsi hissəsində kifayət qədər metodologiya və istinadlara söykəndiyindən əsaslıdır. Lakin dəyər azalmasına münasibətdə heç bir metodologiyanın tətbiqinə dair izah verilmədiyindən əsassızdır və real vəziyyəti tam əks etdirmir. Belə ki, qiymətləndirmə şirkətinə iddiaçı tərəfindən yalnız Paşa Sığorta ASC-nin təqdim etdiyi və ümumi təmir xərclərini 17.400 manat göstərən s ənəd verilmişdir. Halbuki avtomobil iddiaçı tərəfindən Toyota Bakı Mərkəzində faktiki olaraq cəmi 2900 manat xərc çəkilərək təmir olunmuş, lakin iddiaçı bu faktı qiymətləndirmə şirkətindən gizlətmişdir. Qiymətləndirmə şirkətinin rəyi də yalnız ona təqdim olunan sənədlərə əsaslanaraq tərtib edilmiş, real təmir xərcləri barədə araşdırma aparılmamışdır.

36. Avtomobilə dəymiş faktiki zərərin 2925 manat olması (avtomobilin dəyərinin təqribən 2%-i), zərərin xarakterinin əsasən kosmetik və kiçik həcmli olduğu ekspert rəylərindən və işin fotolarından açıq-aydın görünür. Belə bir halda, avtomobilin dəyərinin hətta yeni olduğu nəzərə alınsa belə, bazar dəyərində 10%-lik (təxminən 14 min manatlıq) bir azalmanın baş verməsi heç bir beynəlxalq və milli təcrübəyə uyğun deyil və hüquqi əsaslandırılması q eyri-mümkündür.

37. Nəzərə alınmalıdır ki, avtomobilin dəyərindəki azalma faktiki olaraq dəymiş zərərin ağırlığı ilə mütənasib olmalıdır. Kosmetik təmir olunan və cəmi 2925 manat məbləğində təmir xərci çəkilən avtomobilin dəyərində 13600 manatlıq azalma baş verməsi həm iqtisadi, həm də hüquqi baxımdan əsassız və qeyri-mütənasibdir.

38. İddiaçının vəkilinin iddia ərizəsinə əlavə etdiyi oxşar iş üzrə məhkəmə qərarları (cild 1, səh 27) hazırkı iş üzrə məhkəmə üçün məcburi əhəmiyyət daşımasa da kollegiya izah edir ki, həmin işin faktiki halları (dəymiş ziyanın həcmi, dəyər azalmasının dəymiş ziyana nisbəti) hazırda baxılan işin faktiki hallarından tamamilə fərqlidir və vahid məhkəmə təcrübəsi baxımından analoji iş kimi qiymətləndirilə bilməz.

39. İş üzrə təyin olunmuş ekspertiza tərəfindən avt omobilin dəyər azalmasına dair konkret rəy verilməsi mümkün olmamış və qiymətləndirmə şirkətinin təqdim etdiyi rəydə də hər hansı metodologiya ilə əsaslandırılmamışdır. Belə olan halda, kollegiya beynəlxalq təcrübəni nəzərə alaraq, avtomobilin bazar dəyərindəki azalmanın qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilən ümumi bazar dəyərinin (148.000 manat) 3%-i, yəni 4440 manat miqdarında hesablanmasını əsaslı və ədalətli hesab edir.

40. Beləliklə, avtomobilə vurulan 2925 manatlıq maddi zərər və avtomobilin mövcud bazar dəyərinin 4440 manatlıq azalması nəzərə alınaraq, ümumi maddi ziyan 7365 manat təşkil edir. İddiaçıya sığorta şirkəti tərəfindən artıq 5000 manat ödənildiyindən, cavabdehdən tutulmalı məbləğ 2365 manat müəyyən edilir.

41. Mənəvi zərərin əvəzi ilə bağlı iddia tələbinə gəlinc ə, iş üzrə nə mənəvi sarsıntının baş verməsi, nə də bu sarsıntının iddiaçı tərəfindən hansı formada keçirildiyi sübut edilməmişdir. Mülki məsuliyyətin bu elementi Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən sübut olunmadığından, həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir.

42. İddiaçı tərəfindən çəkildiyi iddia olunan vəkil xərclərinə dair iş materiallarında yalnız vəkil xərclərinə dair arayış mövcuddur və müvafiq ödəniş qəbzi təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən vəkil xidmətlərinə görə xərc yalnız ödənişi təsdiq edən sənəd əsasında tutulmalıdır. Bu səbəbdən vəkil xərci üzrə mötəbər sübut təqdim edilmədiyindən həmin tələb də təmin edilə bilməz.

43. Kollegiya hesab edir ki, dövlət rüsumları və məhkəmə eksp ertizası xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq olaraq tərəflər arasında yenidən bölüşdürülməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2(090)-1/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “X9 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2925 manat, həmin nəqliyyat vasitəsinin mövcud bazar dəyərinin aşağı düşməsinə görə 4440 manat olmaqla 7365 manat məbləğindən iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi çıxılmaqla ümumili kdə 2365 (iki min üç yüz altmış beş) manat məbləğində maddi zərər, 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə nisbətdə 14.02 (on dörd manat sıfır iki qəpik) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə (maddi zərərə dair digər hissə, mənəvi zərərə dair tam) rədd edilsin. Məhkəmə ekspertiza xərci olan 93 saylı ekspert rəyinə görə 50 manat məbləğində ekspertiza xərcinin 46.15 (qırx altı manat on beş qəpik) manatı İddiaçı, 3.85 (üç manat səksən beş qəpik) manatı isə Cavabdeh tutularaq X3 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına, məhkəmə ekspertiza xərci olan 9/65358/2265 saylı ekspert rəyinə görə 100 manat məbləğində pulun 92.30 (doxsan iki manat otuz qəpik) manatı İddiaçı, 7.70 (yeddi manat yetmiş qəpik) manatı isə Cavabdeh t utularaq X1 AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 84.04 (səksən dörd manat dörd qəpik) manat miqdarı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar