Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-104/2021 27.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-15/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh verdiyi 109.000 (yüz doqquz min) manat puldan qaytarılmamış qalan 51.850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində borcun ondan tutularaq iddiaçıya ödənilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 10 fevral 2021-ci il tarixli, 2(078)-15/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 51850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində pulun alınaraq iş üzrə İddiaçı verilməsi, İddiaçı tərəfindən "xxxx" ASC Yasamal filialına 14 may 2020-ci il tarixdə 28069 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-15/2021 saylı 10 fevral 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, qətnamənin nəticə hissəsi barədə ona məlum olan hallardan aydın olur ki, işə baxan birinci instansiya məhkəməsi işdə birtərəfli mövqe tutmaqla məhkəmə iclasında tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara və onun əsaslandırılmış izahatına heç bir əhəmiyyət verməmişdir. Bununla yanaşı məhkəmə işin hallarını tam obyektiv və hərtərəfli araşdırmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün həqiqi və faktiki halların aydınlaşdırılması üçün iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən tələbin təmin edilməsi nəticəsinə gəlmişdir. Halbuki vəkili və o iddiaçının məhkəmə iclasında iştirakının zəruri olmasını və tərəflərin təqdim etdiyi sübutların qarşılıqlı suallar əsasında araşdırılmasını tələb etmişlər. Məhkəmə isə iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən, qarşılıqlı araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə tərəfindən daha bir qanun pozuntusuna yol verilmişdir. Vəkili iddia tələbi ilə məhkəməyə təqdim edilmiş materiallar ilə tanış olmaq və zəruri sənədlərin surətlərinin onlara təqdim edilməsinin təmin edilməsi barədə ərizə ilə hakimə müraciət etsə də ərizəni qəbul edən məhkəmə tələb edilən sənədlərin surətinin onlara verilməsini təmin etməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi 10 fevral 2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq bu günədək ona rəsmi təqdim ediməmiş, eləcə də poçt daşımalar vasitəsi ilə ona və iş üzrə vəklinin ünvanına göndərilməmişdir. Hətta qətnamədən çıxarış belə qanunun tələbinə uyğun olaraq ona təqdim edilməmişdir. İki gün sonra sadəcə qətnamənin nəticə hissəsi ba rədə telefon vasitəsi ilə məlumat əldə edə bilmişlər. Ona görə də qəbul edilmiş qətnamənin təsviri və əsaslandırıcı hissəsindən tam məlumatsız olduğundan qətnamədə qeyd edilənlərə, hakimin iddianın təmini üçün hansı hallara istinad etdiyini bilmədiyindən belə bir vəziyyətdə tərəfindən əsaslandırılmış apellyasiya şikayəti təqdim etmək mümkün deyildir. Qətnamənin qəbul edildiyi vaxtdan 1 ay müddətin bitəcəyi baxımdan məcbur olub hazırkı məzmunlu əsaslandırılmamış apellyasiya şikayətini göndərir. Qətnamə ona rəsmi qaydada və ya poçt vasitəsi ilə çatdırıldıqdan sonra tərəfindən əlavə olaraq əsaslandırılmış apellyasiya şikayəti təqdim ediləcəkdir. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək əlavədə göstərmişdir ki, qətnamə ilə tanış olduqdan sonra belə qənaətə gəlir ki, məhkəmə işdə bir tərəfli mövqe tutmaqla iddia tələbinin təmin edilməsi üçün ancaq iddiaçının bir-biri ilə ziddiyyət təşkil edən izahatına üstünlük verməklə kifayətlənmişdir. Məhkəmənin qətnamədə istinad etdiyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12.12.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət etmişdir. Ərizə və izahatında bildirmişdir ki, 2018-ci ilin sentyabr ayında 2011-ci il təvəllüdlü oğlu Mehdinin müəlliməsi olan Cavabdeh ondan 6000 AZN borc istəmiş və aralarında olan razılaşmaya əsasən Afaq 2018-ci ilin dekabr ayında 6200 manat qaytarmalı imiş. O da rəfiqəsi Ayseldən 6000 AZN pul alaraq ünvan 1 ünvanında ona vermişdir. Bir neçə gün sonra Afaq həmin pulu qaytarmaq əvəzinə 1000 AZN p ul istəmiş və yenə rəfiqəsi Ayseldən 1000 AZN pul alaraq ona eyni ünvanda vermişdir. Lakin, Afaq vəd verdiyi vaxtlarda aldığı pulu qaytarmaq əvəzinə yenə pul istəmiş, əvəzində isə o, rəfiqəsi Aysellə yanaşı digər tanışlarından Afaq üçün pul almış və eyni ünvanda ona vermişdir. Beləliklə 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək Afaq tərəfindən qaytarılmalı olan məbləğ 109.000 AZN-ə çatmışdır. Həmin pullar özü ilə yanaşı rəfiqəsi Aysel və digər tanışlarına məxsus olmuşdur. Çoxsaylı təkidlərdən sonra Afaq həmin məbləğin 57 150 AZN qaytarmışdır. Afaqın ona 46.600 AZN borcu qalmışdır. Göründüyü kimi iddiaçı ilkin müraciəti olan Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatında ancaq 2 dəfə Afaqdan bir dəfə 2018-ci ilin sentyabr ayında 6000 AZN və ondan bir neçə gün sonra 1000 AZN aldığını qeyd etməklə Afaqın ona qaytarmalı olduğu məbləğin 109.000 AZN olmasını göstərmişdir. Məhkəmə həmin izahata sübut kimi istinad edərkən diqqət yetirməmişdir ki, iddiaçı həmin izahatında qeyd edir ki, Afaqın ona qaytarmalı olduğu məbləğ 109.000 AZN-nə çatmışdır. Göründüyü kimi izahatında aldığı məbləğ yox qaytarmalı olduğu məbləğin 109.000 manata çatmasını qeyd etmişdir. Həmçinin həmin məbləğin də 109.000 AZN olmasını yox 109.000 AZN-ə çatmasını bununla yanaşı həmçinin də Afaqın ona 46.600 borcu qaldığını göstərməklə bir-birinin əksi olan ziddiyyətli izahat vermişdir. Konkret olaraq Polis Şöbəsindəki izahatında hansı tarixlərdə 109.000 AZN Afaqa pul verməsinə heç bir aydınlıq gətirməmişdir. Hətta pulu ondan nə məqsədlə aldığını PŞ-də göstərməmişdir. İddia ərizəsində isə qe yd edir ki, guya Afaq bağça alacağını deyərək ondan pulları almışdır. Daha sonra PŞ-də verdiyi izahatında Afaqa verdiyi pulları rəfiqəsi Aysellə yanaşı həm də digər tanışlarından alıb Afaqa verdiyini göstərdiyi halda iddia ərizəsində rəfiqəsi Ayseldən aldığı və özünə məxsus puldan 2018-ci ilin sentyabrında Cavabdeh 6000 AZN dekabr ayında 6200 AZN qaytarmaq şərti ilə verdiyini, lakin Afaq vədinə əməl edib pulu qaytarmadığına baxmayaraq, atası Rza Mirzəbəyovun vasitəsilə və şəxsən özü rəfiqəsi Ayseldən aldığı və özünə məxsus puldan 2018-ci ilin noyabr ayının əvvəlində 1500 AZN, noyabr ayının ortasında 3000 manat, dekabr ayının ortası 7000 manat, 2019-cu ilin yanvar ayında 8000 manat, fevral ayının ortasında 5000 manat, mart ayında 5700 manat, aprel ayının əvvəlində 6000 manat və 8950 manat, may ayında isə ardıcıl olaraq 3000, 1600, 15950, 1800, 3700 və 7800 manat, sonuncu dəfə isə iyun ayında 17000 manat olmaqla ümumilikdə 109.000 manat pul verdiyini göstərmişdir. Məhkəmə cavabdehin həm Polis Şöbəsində verdiyi ziddiyyətli izahatına, həm də iddia tələbində bir-biri ilə uzlaşmayan və inandırıcı olmayan qeyd edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsini inandırıcı sübut kimi qəbul etməklə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə iddia ərizəsində göstərilən qaydada iddiaçının cavabdehə məhz 109.000 manat pulun borc verilməsini təsdiq edən heç bir sübuta qətnamədə istinad etməmişdir. İşin qeyd edilən hallarının məhkəmədə tam obyektiv və hərtərəfli araşdırmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün həqiqi və faktiki halları n aydınlaşdırılması üçün iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən ancaq iddiaçının kifayət qədər ziddiyyətli olan işin həqiqi və faktiki hallarına uyğun olmayan tələbi təmin edilmişdir. Halbuki vəkili və o iddiaçının məhkəmə iclasında iştirakının zəruri olmasını və tərəflərin təqdim etdiyi sübutların qarşılıqlı suallar əsasında araşdırılmasını tələb etmişlər. Məhkəmə isə iddiaçının Naxçıvan şəhərinə gedib gəlməsinin çətin olması və bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan aparılması və təqdim etdiyi sübutlar əsasında işə baxılması barədə ərizəsini elan etməklə kifayətlənərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan aparılması nəticəsinə gəlmişdir. Hesab edir ki, məhkəmə işə baxılmasında ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında hə yata keçirilməsini təmin etməli idi. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandıran dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Yenə həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatla rla, sənədlərlə əsaslandırır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işə tərəfin iştirakı olmadan baxmaqla tərəflərin çəkişmə prinsipinin təmin edilməsinə riayət etməməklə qanunun qeyd edilən tələblərini pozmuşdur. Məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 16 oktyabr 2018-ci il tarixdə rəfiqəsi Vəfa ondan 5000 manat borc istəmiş, o da həmin pulu Vəfaya vermişdir. Vəfa aldığı 5000 manat pulu 15 gün sonra Nərimanov rayonu ərazisində yerləşən ”Metroparkın” yanında ona vermişdir. O həmin pulu çantasına qoyub, orada alış-veriş edib evə qayıtmış və evdə bilmişdir ki, Vəfanın ona verdiyi pul naməlum şəraitdə itmişdir. Bu barədə ailəsinə deməkdən çəkindiyi üçün məcbur olub 2018-ci il in sentyabr ayından hazırlaşdırdığı şagird Mehdinin anası iş üzrə İddiaçı başına gələni danışıb ondan xahiş etmişdir ki, 2 ay müddətinə qaytarmaq şərti ilə bankdan ona 5000 manat pul götürüb versin. Sovqat da bankdan pul götürməyin mümkün olmadığını, lakin faizə pul verən birini tanıdığını bildirmişdir. Sovqat ona həmin vaxt 5000 manat vermiş və bildirmişdir ki, dekabr ayında qaytaranda 200-300 manat faizi ilə qaytarsın. Həmin vaxt o Sovqata bildirmişdir ki, pulu 2019-cu ilin fevral ayında qaytaracaq. Həmin vaxt Sovqat onunla razılaşsa da 15 gündən sonra ona zəng edərək “təcili pulu çatdır, üstündə də 1000 manat faiz ver” demiş, o isə cavabında bu qədər yüksək faizi ona verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Sovqat, bacısı və rəfiqəsi evinə gələrək şantaj etməklə hədə-qorxu gələrə k məsələni ərinə deyəcəkləri ilə hədələmiş, ailəsinin məsələdən xəbəri olmasından və ailədə söz-söhbət yaranacağından qorxduğu üçün qızıllarını lombarda qoyaraq 6000 manat pul götürüb Sovqata vermiş, bundan bir neçə gün sonra qohumunda toy olduğu üçün qızıllarını taxacağı üçün məcbur qalıb qızılları lombarddan çıxarmaq istəmiş, məsələni Sovqata demiş, Sovqat isə ona “narahat olma, taparam” demiş, elə həmin gün ona 6000 manat vermişdir. Həmin pulu lombarda ödəyib qızıllarını götürmüş, Sovqat ona 5000 manat və 6000 manat olmaqla cəmi 2 dəfə pul vermişdir. Həmin 5000 manatın üstünə qeyd etdiyi kimi 1000 manat da faiz qoyub Sovqata qaytarmışdır. Digər 6000 manatı isə bir ay sonra qaytaranda Sovqat onunla razılaşmayaraq “hər gün üçün borcun üstünə 10 faiz pul gəldi” demişdir. O isə cavabında “g ötürdüyüm 6000 manatı qaytarıram” desə də Sovqat ona 6000 manat borca əlavə olaraq 18000 manat faiz verməlisən” demişdir. Həmin pulu ödəyə bilməyəcəyini deyəndə Sovqat ona qarşı şantaja, hədə-qorxuya keçmiş, o da ailəsini düşündüyündən, ailənin zərər görməsini istəmədiyindən onun tələb etdiyi 18000 manat faizi qaytarmaq üçün vaxt istəmiş, 5 ay sonra Sovqatın tələb etdiyi 18000 manat faizi qaytaranda Sovqat ona “sən nə danışırsan? 18000 manat faizin də faizi 90000 manat edir, sən mənə 90000 manat verəcəksən” demişdir. Bundan sonra çıxılmaz vəziyyətdə qalaraq, hətta intihar etmək barədə də düşünmüşdür. Çıxış yolu olaraq özünün və qaynanasının da qızıllarını lombarda qoyub, əvəzində lombarddan hissə-hissə götürdüyü 66000 manat pulu Sovqata vermiş, lakin Sovqat bu məsələni ailəsinin bilmədiyin i zəif nöqtəsi kimi istifadə edərək onu öz şantajları, hədə-qorxuları ilə təsir altında saxlayaraq ondan yenidən pul tələb etməkdə davam etmişdir. Artıq dözə bilməyib “mənim imkanım yoxdur, nə istəyirsən elə” demiş, bu söhbətdən sonra elə həmin gün Sovqat Mersedes markalı avtomobillə yanında iki oğlan və bir qızla yaşadığı ünvana gəlib uca səslə səs-küy salaraq onu hədələmiş, həmin vaxt artıq dözə bilməyib həyat yoldaşına zəng edərək evə çağırıb, ona hər şeyi olduğu kimi danışmışdır. Çünki artıq bu hədə-qorxunun bundan sonra da davam edəcəyini düşünmüşdür. Sovqatın birinci işi deyil, həmişə faiz verməklə məşğuldur. Sovqat PŞ- də onun ona 46000 manat borcu qaldığını məhkəmədə isə 51000 manat olduğunu göstərmişdir, ona ümumiyyətlə heç bir borcu yoxdur. O əksinə 6000 manatın əvəzinə ona 66000 manat faiz verməklə müflis vəziyyətə düşdüyünü bildirmişdir. Qeyd edilən məbləğdən əlavə ilkin olaraq Sovqata 6000, sonra 13000, 17000 manat pul vermişdir. Həmin pulları da hesablayanda Sovqata 90000 manatdan çox pul vermişdir. Həmin pulların 11000 manatı aldığı real borc, qalan məbləğ isə Sovqatın günlərə vurmaqla hesabladığı faizlər olmuşdur. Bu hal iddiaçı ilə aralarında olan vatsap yazışmalarının mətni ilə də tam təsdiq olunur. Vatsap yazılarının mətni olan sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən aşağıda qeyd edilən halları əsas götürmüşdür. Qətnamadə qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən, cavabdehin izahatından, iddia ərizəsindən, tərəflər arasında olan vatsap yazılarından tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. Hesab edir ki, məhkəmə bu mövqeyi ilə işə düzgün yanaşmamışdır. Belə ki, onsuz da tərəflər arasında borc münasibətlərinin olması işin mübahisəsiz tərəfidir. İşin mübahisələndirilən halları borcun məbləği və ödənilən məbləğdir. Nə iddia ərizəsində nə də iddiaçının izahatında həmçinin də tərəflərin təqdim etdiyi vatsap yazılarında iddiaçının ona verdiyi pulun məbləğinin 109.000 manat olmasını təsdiq edən heç bir sübut yoxdur. Ancaq iddiaçı ona 109.000 manat borc verdiyini, o isə birinci dəfə 5000 manat iddiaçıdan pul alib 1000 manatı faiz olmaqla 6000 manat qaytardığını, ikinci dəfə isə 6000 manat aldığını, qalan məbləğin isə faiz və faizlərin faizi olmaqla iddiaçının hesablaması olduğunu göstərmişdir. Qeyd etdiyi hallar tərəflər arasında olan vatsap yazılar ı ilə də tam təsdiq olunur. Məhkəmə işdə sübutlara birtərəfli yanaşmaqla tərəflər arasında həqiqətən də borcun 109.000 manat olamasını təsdiq edən hər hansı bir sübuta qətnamədə istinad etməmişdir. Məhkəmə iddiaçının izahatını inandırıcı hesab etdiyi halları qətnamədə heç bir sübutla əsaslandırmamışdır. Məhkəmə belə qənaətə gələrkən ancaq iddiaçının pulları təkidlə tələb etməsini qeyd etməklə kifayətlənmişdir. Lakin real borcu yoxsa faiz və faizin faizlərinin hər gün üçün yüksək məbləğlərlə hesablanmasına və iddiaçı tərəfindən ailəsinə bildirəcəyi hədəsi ilə həmin məbləği ödəməyə məcbur edilməsini təsdiq edən hallar tərəflərin təqdim etdikləri vatsap yazılarında tam təsdiq edilsə də nədənsə məhkəmə həmin halları təsdiq edən sübutlara qətnamədə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə qətnam ədə iddiaçının ilk vaxtlardan pulunu təkidlə tələb etməsini inandırıcı hesab etmişdir. Ancaq işin o halına da qiymət verməmişdir ki, əgər doğrudan da ilk vaxtlardan iddiaçı verdiyi pulları ondan qaytarmağını tələb edirsə və o da həmin pulları qaytarmırdısa iddiaçı 10 ay yəni 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək ona necə pulları verməkdə davam edərək həmin məbləği 109.000 manata çatdırmışdır. Hansı ki, iddia ərizəsində də qeyd edilmişdir ki, iddiaçı pulu təkidlə tələb edir, lakin cavabdeh pulu qaytarmır. Ancaq iddiaçı guya pul verməkdə davam edir. Hətta 2019-cu ilin may ayında ardıcıl olaraq guya 3000, 1600, 15950, 1800, 3700, 7000 və 7800 manat yəni bir ay ərzində 7 dəfə iddiaçının ona pul verməsini məhkəmə heç bir sübuta istinad etmədən inandırıcı hesab etmişdir. İddia çı pullarını təkidlə tələb etdiyi halda cavabdeh isə qaytarmadığı halda iddiaçının cavabdehə pulları verməkdə davam etməsi nə dərəcədə məntiqli və inandırıcıdır? Məhkəmə bu sual ətrafında heç bir araşdırma aparmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 -ci maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı üzərinə düşən borc öhdəliyini yerinə yetirmiş, cavabdehə borc pul vermişdir. Cavabdeh isə aldığı borcu qaytarmamaqla öhdəliyi yerinə yetirmir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə təqdim edilmiş sübutlara birtərəfli yanaşdığından nəzərə almamışdır ki, o aldığı borcu qaytarmaqla borc öhdəliyini yerinə yetirmişə və əlavə də olaraq iddiaçıya şişirdilmiş rəqəmlərlə hesablanan faizlər vermişdir. Sadəcə iddiaçını ödənilmiş faizlərin məbləği qane etməmişdir. İşdə olan sübutlardan da görünür ki, artıq iddiaçı hesabladığı faizləri aylarla deyil, günlərlə hesablamaqla 10 gün gözləməyə görə 5000 manat, 7 gün gözləməyə görə 4000 manat faizlər tələb edir. Belə olan halda hansı borc öhdəliyinin yerinə yetirilməməsindən danışmaq olar? Digər tərəfdən də məhkəmə onu da nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min m anatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə həmçinin də iddianin təmin edilməsi üçün tərəflərin təqdim etdiyi vatsap yazılarına istinad etmişdir. Halbuki həmin vatsap yazılarının mətnində borcun 109.000 manat olması, ümumiyyətlə məbləğin nə qədər olması göstərilməmişdir. Bu digər hallarla da təsdiq edilmir. Belə olan halda məhkəmə hardan o qənaətə gəlib ki, həqiqətən iddiaçı ona 109.000 manat borc vermişdir. Əksinə həmin yazıların mətnindən açıq aydın görünür ki, o iddiaçı tərəfindən verilən yox, tələb edilən məbləği vermədiyi halda ailəsinə bildiriləcəyi hədəsi ilə təzyiqlərə məruz qalmışdır. Hətta Sovqatın 5 günə görə 4000 manat, 10 gün gözləməyə görə 5000 manat faiz verməsə susmayaca ğını bildirdiyi vatsap yazıları tərəfindən məhkəməyə təqdim edilsə də məhkəmə qətnamədə həmin sübutları digər sübutlarla qarşılıqlı təhqiq edərək heç bir qiymət verməmişdir. Əksinə faiz məsələsindən uzaqlaşaraq onun razılığı kimi qiymət verməklə iddia tələbini bu cür pərdələməyə çalışmışdır. Halbuki təqdim edilmiş vatsap yazılarından açıq aydın görünür ki, o yüksək məbləğdə faizlərin ödənilməsi üçün hədə-qorxuya və təzyiqlərə məruz qaldığından onların tələblərini yerinə yetirmək məcburiyyətində qalmışdır. İddiaçı da onun zəif nöqtəsinin bu işin ailədən gizlin olmasından istifadə edərək tələblərini hədə qorxu ilə təmin etdirmişdir. Hansı ki, hər iki tərəfdən məhkəməyə təqdim edilmiş vatsap yazılarının mətnindən onun hədə-qorxuya məruz qalması və bu səbəbdən də ondan tələb edilən yüksək məbl əğdə faiz pullarını ödəməyə məcbur edildiyi tam təsdiq olunur. Bu da onu göstərir ki, iddiaçının əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi vardır. Məhkəmə isə qətnamədə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən hədə-qorxuya məruz qalması barədə heç bir orqana müraciət etməmişdir. Məhkəmənin bu yanaşması da iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbinə görə Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə həmçinin də iddianın təmin edilməsi üçün onu əsas götürməklə qətnamədə qeyd edir ki, cavabdeh onun tərəfindən alınmış pulun faizi ilə birlikdə yəni Sovqatdan aldığı 11000 manatın əvəzinə 66000 manat sonra, əvvəl isə 17000 manat, 13000 manat və 6000 manat faiz verdiyini iddia etsə də tələblərinin və etirazlarının əsası kimi göstərdiyi faktları təsdiq edəcək sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə onun qaytarılan pulların təsdiqi üçün mötəbər sübutlar təqdim etməməklə yanaşı 11000 borc məbləğinə görə qeyd etdiyi məbləğdə faiz verməyini inandırıcı hesab etmir. Lakin məhkəmə iddiaçının ona həqiqətən 109.000 manat borc pul verməsini təsdiq edən iddiaçı tərəfindən hər hansı bir sübutun təqdim edilməməsinə əhəmiyyət vermədən əsassız olaraq iddia tələbinin inandırıcı olması nəticəsinə gəlmişdir. Məhkəmənin işə həmin qaydada yanaşması açıq aşkar işdə birtərəfli mövqe tutmaqla tərəfindən təqdim edilmiş sübutlara heç bir qiymət vermədiyini göstərir. Tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə apardıqları vatsap yazılarından iddiaçı özü faizin yüksək olmasını, o isə faizlərlə yükləndiyini, təzyiqlərə məruz qaldığını, artıq bezdiyi üçün evdə vəziyyəti açıb ailəsinə deyəcəyini təsdiq edən sübutlara məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə qətnamədə vatsap yazılarına sübut kimi istinad edərkən ancaq iddiaçının ondan pul tələb etməsinə istinad etməklə iddia tələbini inandırıcı hesab etməyə çalışmışdır. Həmin yazılardan birinin mətnini qeyd edir: ”Yox e bir aləm faizləri yığıb üstümə heç dinmirəm hələ pis yola da sürəkləyir qızıllarını qoyum lombard var tanış. Men bir aləm faiz vermişəm ona. Bir də mənə yazsa artıq mən evdə açıb deyəcəm”. İddiaçı isə onu sakitləşdirərək ” Yaxşı sakitləş Aysellə özünün danışacağını” bildirir. Daha sonra iddiaçı yazır: “Ayselin yeznəsi 1 həftəyə 5 min faiz deyibdi üstündə verməyə ona görə gözləyəcək. Deyir ki, faiz verib ayba ay faizimizi alırdıq bizə elə sərf edirdi. İndi faizlər yığışır”. Eyni nömrə ilə başqa bir yazının mətnində iddiaçı qeyd edir: ”Burdasız müəllimə? Danışdım indi inanin dedim 10 günə səbr edin uşağın müəlliməsidir. Mehdi var ortada. 10 günə 4 min manat faiz verəsisiniz başqa cürə susmurlar”. Məhkəmə isə qətnamədə qeyd edilən həmin sübutlara qiymət vermədən tələb edilən məbləğin 11000 manata münasibətdə faiz olmasını inandırıcı hesab etmir. Məhkəmə nəzərə almır ki, əgər iddiaçı kimlərinsə adından ondan 1 həftə üçün 5 min faiz, 10 gün üçün 4 min faiz tələb edirsə tələb edilən məbləğin 109.000 manata çatma sı heç də təəcüblü deyildir. Məhkəməyə isə niyə inandırıcı görünmədiyi qətnamədən görünmür. Məhkəmə nədənsə tərəflər arasında aparılmış vatsap yazılarının bir hissəsini iddiaçının xeyrinə qiymətləndirməklə sübut kimi istinad edir, ona münasibətdə isə onun dediklərini təsdiq edən vatsap yazılarına ümumiyyətlə heç bir münasibət bildirməmişdir (Həmin vatsap yazıları şikayətə əlavə olunur). Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinin tələbinə görə mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.1 -ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılma lıdır (MPM-nin 217.3-cü maddəsi). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM maddə 217.4). Məhkəmə qeyd edilən qaydada sübutların araşdırılaraq qiymətləndirilməsinə birtərəfli yanaşmaqla qanunun qeyd edilən tələblərini pozmuşdur. Qətnamədən açıq aydın görünür ki, məhkəmə işdə birtərəfli mövqe tutmaqla məhkəmə iclasında onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla əsaslandırılmış izahatına obyektiv yanaşmamaqla Mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini, çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Pesrublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayətin dəlilləri əsasında işin hallarını tam obyektiv və hərtərəfli araşdıraraq ədalətli nəticəyə gələcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.1 -ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş subutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmənin qətnaməsindən və şikayətdə qeyd edilənlərdən aydın görünür ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməməklə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bununla da qətnamə qəbul edən məhkəmə tərəfindən maddi və prosessual hü quq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1 -ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (maddə 385.1.2); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (maddə 385.1.3); birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi (maddə 385.1.4) məhkəmə qətnaməsinin ape llyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apеllyаsiyа şikаyətinə qаrşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə baxışı iclaslarında iştirak etməmiş, Cavabdeh və onun vəkili Məmmədova Adilə İsa qızı isə sonuncu iclasda iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək və əlavə olaraq iş üzrə iddiaçıdan 2019-cu ilin yanvar ayında 11000 (on bir min) manat alaraq lombarda verib qızıllarını geri aldığını, bir müddət sonra həmin pulu da qatqat artıqlaması ilə iddiaçıya qaytardığını göstərərək apellyasiya şikayəti təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında cavabdehin vəkili Məmmədova Adilə İsa qızı apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şikayəti təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. İş üzrə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı lığı apellyasiya şikayətinin dəlilləri hüdudunda tam yoxlanılır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin madd i və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin sorğusu əsasında Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmu ş vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış rədd materialı kollegiya tərəfindən tədqiq olunmuşdur. Kollegiya apellyasiya şikayətinin məhkəmənin iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən aşağıda qeyd edilən halları əsas götürməsi, qətnamadə iş materiallarında olan sənədlərdən, cavabdehin izahatından, iddia ərizəsindən, tərəflər arasında olan vatsap yazılarından tərəflər arasında borc münasibətlərinin olmasının öz təsdiqini tapdığının qeyd edildiyi, məhkəmənin bu mövqeyi ilə işə düzgün yanaşmadığını hesab etdiyi, belə ki, onsuz da tərəflər arasında borc münasibətlərinin olmasının işin mübahisəsiz tərəfi olduğu, işin mübahisələndirilən hallarının borcun məbləği və ödənilən məbləğ olduğunu, nə iddia ərizəsində nə də iddiaçının izahatında həmçinin də tərəflərin təqdim etdiyi vatsap ya zılarında iddiaçının ona verdiyi pulun məbləğinin 109.000 manat olmasını təsdiq edən heç bir sübut olmadığı, ancaq iddiaçının ona 109.000 manat borc verdiyini, onun isə birinci dəfə 5000 manat iddiaçıdan pul alıb 1000 manatı faiz olmaqla 6000 manat qaytardığını, ikinci dəfə isə 6000 manat aldığını, qalan məbləğin isə faiz və faizlərin faizi olmaqla iddiaçının hesablaması olduğunu göstərməsi, qeyd etdiyi halların tərəflər arasında olan vatsap yazıları ilə də tam təsdiq olunması, Məhkəmənin işdə sübutlara birtərəfli yanaşmaqla tərəflər arasında həqiqətən də borcun 109.000 manat olmasını təsdiq edən hər hansı bir sübuta qətnamədə istinad etmədiyi, məhkəmənin iddiaçının izahatını inandırıcı hesab etdiyi halları qətnamədə heç bir sübutla əsaslandırmadığı, məhkəmənin belə qənaətə gələrkən ancaq iddiaçının pulları təkidlə tələb etməsini qeyd etməklə kifayətləndiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 109.000 (yüz doqquz min) manat puldan qaytarılmamış qalan 51.850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində borcun ondan tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Kollegiya qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı cavabdehin ona 109 min manat məbləğində borcu olduğunu, həmin borcdan 51.850 manat məbləğinin qaytarılmadığını iddia etsə də, cavabdehin ona iddia olunan məbləğdə borclu olmasını sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi vatsap yazışmaların ın surətini sübut qismində qəbul edərək iddianı təmin etmişdir ki, kollegiya həmin nəticə ilə razılaşmır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddia edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verildiyini və qaytarılmadığını sübut etmə vəzifəsi həmin halı iddia edən şəxsə-iddiaçıya aiddir. Tərəflər, aralarında borc münasibərlərinin mövcudluğunu mübahisələndirmir. Odur ki, bu hal işin mübahisəsiz halıdır. İddiaçı borcun məbləğinin 109000 manat olduğunu və həmin məbləğin 51850 manatının qaytarılmadığını, cavabdeh tərəfindən ona 57150 manat qaytarıldığını iddia ərizəsində bildirir. Həmin iddia etdiyi hala sübut kimi aralarındakı vatsap yazışmalarının mətnini göstərir. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddiaçıdan 11000 (on bir min) manat borc alaraq ondan dəfə lərlə artıq məbləğdə (102000 (yüz iki min) manat) pulu iddiaçıya ödədiyini bildirsə də, iddiaçıdan 22 (iyirmi iki) min manat (bir dəfə 5000 (beş min) manat, bir dəfə də 6000 (altı min) manat və axırıncı dəfə də 2019-cu ilin yanvar ayında 11000 (on bir min) manat olmaqla cəmi 22000 (iyirmi iki min) manat) borc aldığını həm işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatında, həm də Xətai RPİ 34-cü Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatında da aldığı borc qarşılığında iddiaçıya 102000 (yüz iki min) manat ödədiyini bildirmişdir. İddiaçının öz iddia ərizəsində cavabdeh tərəfindən borcun bir hissəsinin-57150 manatın qaytarıldığını göstərməsi və Xətai RPİ 34-cü Polis Şöbəsinə verdiyi ərizədə isə 62 (altmış iki) min m anatın, həmin polis şöbəsində verdiyi izahatında da 57150 manat (əlli yeddi min yüz əlli) manatın qaytarıldığını göstərməsi isə cavabdehi həmin borc aldığını qəbul etdiyi 22000 (iyirmi iki min) manat pul məbləğini iddiaçıya qaytardığını sübut etmək vəzifəsindən azad edir. Bu da iddiaçını həmin məbləğə münasibətdə sübutetmə vəzifəsindən azad edir. İş materiallarına əlavə edilmiş vatsap yazışmalarının mətni iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunmuşdur. Yazışmaların mətnini tədqiq edən kollegiya qeyd edir ki, həmin vatsap yazışmaları, eləcə də digər sübutlarla iddiaçının iddia etdiyi borc məbləğinin mövcudluğu təsdiq olunmur. Eyni zamanda kollegiya tərəfindən tədqiq olunmuş Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış rədd materialı ilə d ə iddiaçının iddiası təsdiq olunmur. Belə ki, materialda olan sənədlərdən anlaşılır ki, İddiaçı Xətai RPİ 34-cü Polis Şöbəsinə verdiyi ərizədə Cavabdeh ümumilikdə 108 (yüz səkkiz) min manat borc verdiklərini, Cavabdeh həmin borclu olduğu puldan 62 (altmış iki) min manatı verdiyini, 46600 (qırx altı min altı yüz) manatı vermədiyini, həmin polis şöbəsində verdiyi izahatında isə Cavabdeh 109 (yüz doqquz) minə yaxın pul verdiyini, Cavabdeh həmin borclu olduğu puldan 57150 manat (əlli yeddi min yüz əlli) manatı qaytardığını, hal hazırda 47450 (qırx yeddi min dörd yüz əlli) manat qaytarmalı olmasını bildirsə də, göstərilən materialda olan Cavabdeh izahatından məlum olur ki, o, İddiaçı borclu olmasını qəbul etməmişdir. Kollegiya bir daha qeyd edir ki, iş üzrə sübutlarla iş üzrə cavabdehin iddiaçı dan 22000 (iyirmi iki min) manat pulu borc aldığı və borc aldığı həmin məbləği iddiaçıya qaytardığı təsdiq olunur. Kollegiya apellyasiya şikayətinin məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalı olmasını nəzərə almadığı, məhkəmənin iddianın təmin edilməsi üçün onu əsas götürməklə qətnamədə cavabdehin onun tərəfindən alınmış pulun faizi ilə birlikdə yəni Sovqatdan aldığı 11000 manatın əvəzinə 66000 manat sonra, əvvəl isə 17000 manat, 13000 manat və 6000 manat faiz verdiyini iddia etsə də tələblərinin və etirazlarının əsası kimi göstərdiyi faktları təsdiq edəcək sübut növü məhkəməyə təqdim edə bilməməsini qeyd etməsi, eyni zamanda məhkəmənin onun qaytarılan pulların təsdiqi üçün mötəbər sübutlar təqdim etməməklə yanaşı 11000 borc məbləğinə görə qeyd etdiyi məbləğdə faiz verməyini inandırıcı hesab etmədiyi, lakin məhkəmənin iddiaçının ona həqiqətən 109.000 manat borc pul verməsini təsdiq edən iddiaçı tərəfindən hər hansı bir sübutun təqdim edilməməsinə əhəmiyyət vermədən əsassız olaraq iddia tələbinin inandırıcı olması nəticəsinə gəldiyi, məhkəmənin işə həmin qaydada yanaşmasının açıq-aşkar işdə birtərəfli mövqe tutmaqla tərəfindən təqdim edilmiş sübutlara heç bir qiymət vermədiyini göstərdiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iddia ərizəsində iddiaçı borcun iş üzrə cavabdehə 2018-2019-cu illərdə ayrıayrı vaxtlarda - 2018-ci ilin sentyabr ayında 6000 manat, noyabr ayının əvvəlində 1500 manat, noyabr ayının ortasında 3000 manat, dekabr ayının ortası 7000 manat, 2019-cu ilin yanvar ayında 8000 manat, fevral ayının ortasında 5000 manat, mart ayında 5700 manat, aprel ayının əvvəlində 6000 manat və 8950 manat, may ayında isə ardıcıl olaraq 3000, 1600, 15950, 1800, 3700, 7000 və 7800 manat, sonuncu dəfə isə iyun ayında 17000 manat (cəmi 109.000 manat) şəklində verdiyini bildirir. Birinci instansiya məhkəməsi də iş üzrə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə də istinad edərək, işin qətnamədə qeyd olunan hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, cavabdehin izahatını və təqdim etdiyi sübutları, nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmış dır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 109000 (bir yüz doqquz min) manat məbləğində borc pulu iş üzrə Cavabdeh verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin ikinci tərəf olaraq iş üzrə Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunun tam qaytarılmasını təmin etməmiş, iddiaçıya olan borcdan 51850 (əlli bir min səkkiz yüz əlli) manatını geri qaytarmamışdır. Belə olan təqdirdə Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə müvafiq olaraq 3000 (üç min) manatdan yuxarı olan pul məbləğləri ilə əlaqədar borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin iş materiallarında tərəflər arasında yazılı formada bağlanmış hər hansı borc müqaviləsi mövcud deyil. Sadəcə yuxarıda göstərildiyi kimi iş üzrə cavabdeh iddiaçıdan 22000 (iyirmi iki min) manat borc aldığını bildir mişdir ki, həmin məbləğdən artıq məbləği iş üzrə iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda iş üzrə iddiaçı iş üzrə cavabdehin ona 51850 (əlli bir min səkkiz yüz əlli) manat borclu olmasını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Halbuki iş üzrə belə sübutlar mövcud deyil. Əgər iddiaçı iddiasını sübut edə bilmirsə, cavabdehdən iddiada göstərilənləri təkzib etməsini sübut etməsi gözlənməməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin göstərilən halına düzgün hüquqi qiymət verməmiş, göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməyərək, qətnaməsində qanunla göstərilən sübutlarla təsdiq edilmədiyi halda iş üzrə cavabdehin iddiaçıya 51850 (əlli bir min səkkiz yüz əlli) manat borclu olmasını müəyyən etməklə iş üzrə cavabdehdən 51850 (əlli bir min səkkiz yüz əlli) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə səhv nəticəyə gəlmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya apellyasiya şikayətinin məhkəmənin iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən, qarşılıqlı araşdırma aparmadan qanunsuz qətnamə qəbul etməsi ilə bağlı dəlilinə münasiətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddia çıya məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, o isə məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iş materiallarından görünür ki, o məhkəməyə verdiyi iddia ərizəsinə əlavə etdiyi ərizəsində Naxçıan Muxtar Respublikasına gedib-gəlməklə bağlı yaranan çətinliklə əlaqədar mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göstərilənlərə müvafiq olaqraq da birinci instansiya məhkəməsinin işə iddiaçının iştirakı olmadan baxmasında hər hansı qanun pozuntusu yoxdur. Yuxarıda göstərilənlərə müvafiq olaraq iddianın iddiaçı tərəfindən sübut edilə bilməməsi halını nəzərə alan kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddiasını sübut edə bilməmiş, birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğini təsdiq edən mötəbər sübutlar olmadan iddianı yanlış olaraq əsaslı hesab edib təmin et mişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiy mətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin həmin məhkəmənin “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya qeyd edir ki, iddiaçının iddasında qeyd etdiyi halları sübut edə bilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Cavabdeh öz apellyasiya şikayətində iddianın sübut olunmadığını qeyd edir və kollegiya da bununla razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyinə görə apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-15/2021 nömrəli qətnaməsi tamamı̇ lə ləğv edilməli, iddia rədd eilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxı ş etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamami lə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-15/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-104/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-104/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver