Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-104/2022 27.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddiası təmin edilərək cavabdeh Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydi yyatda olan Cavabdeh 3000 (üç min) ABŞ dollarının qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə, 4000 (dörd min) manat borc pul vəsaitinin və 110 (bir yüz on) manat dövlət rüsumunun alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borc kimi verdiyi 3000 ABŞ dolları və 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 13 iyul 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o həqiqətən də 2018-ci il tarixində ehtiyacı olduğundan o vaxtlar qonşuluğunda yaşayan Gülnarədən 1100 ABŞ dolları borc pul almışdır. Bunu inkar etmir. Lakin həmin pulu elə həmin il İddiaçı özünə geri qaytarıb vermişdir. İddiaçının mübahisələndirdiyi hazırkı iş üzrə İddiaçı Şərur Rayon Məhkəməsində şahid qismində təqdim etdiyi şəxsləri tanımır. Həmin şəxslər o, Gülnarədən pul alarkən on ların yanında olmamışdırlar. Onları ilk dəfədir ki, məhkəmə zalında görmüşdür. Gülnarənin təqdim etdiyi şahidlər bəlkə də onu orada yaşayan bir şəxs kimi nə vaxtsa görmüşdürlər, onu deyə bilməz, amma, o, onların heç birini tanımır, öncələr görməmişdir. Hesab edir ki, onların məhkəmə zalında verdikləri ifadələr həqiqəti əks etdirmir, onların şahid kimi dediklərinin heç bir mötəbər sübut əhəmiyyəti yoxdur. Həmin şahidlər yalnız iddiaçının sifarişi ilə onun xeyri üçün lazım olanları məhkəmədə deyən şəxslərdir. Şahidlərin verdikləri ifadələrə sadə məntiqlə diqqət etsək, aydın olur ki, onlar dedikləri hallara şahid ola bilməzlər. O nə üçün yad adamların yanında (Şahid2 məhkəmədə dediyi kimi Gülnarə ilə belə əvvəllər heç bir tanışlığı olmamışdır) gedib Gülnarədən borca pul istəyər, ki, orda ola nlar da bunu bilsinlər?! O nə üçün Gülnarədən borca pulu məhz həmin iki şəxs Gülnarəgildə olanda istəməliydi?! Hesab edir ki, məhkəmə bu suallara aydınlıq gətirsə aydın olacaqdır ki, həmin şəxslərin şahidliyi qurmadır, yalandır. Onun Gülnarəyə borclu olduğunu məhkəmədə demələrini Gülnarə həmin adamlara deyibdir. Lakin əsl həqiqətdə məhkəmədə şahid qismində dindirilən şəxslərin (yəni yalançı şahidlərin) yanında heç vaxt Gülnarə ona pul verməmişdir ki, həmin şəxslər də bunu görə bilsin. Həmin şəxslər onun Gülnarədən almadığı pula necə şahidlik ediblər?! Onun üçün anlaşılan deyildir. Həmçinin mütəxəssis qismində dəvət olunmuş X3 iş materialında olan “Whatsapp” yazışmalarını tam şəkildə araşdırmayaraq məhkəməyə dəqiq olmayan məlumat vermişdir. Ümumiyyətlə hesab edir ki, Şərur Rayon Məhkəməsi n ə onun, nə şahidlərin verdiyi ifadələrə, nədəki aralarındakı “Whatsapp” yazışmalarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə aparılan araşdırma zamanı şahidlərin dindirilməsi ərəfəsində dəfələrlə şahidlərə suallar verib mübahisəni mahiyyəti üzrə aydınlaşdırmağa çalışsa da məhkəmə tərəfindən onun qarşı tərəfə və şahidlərə suallar verməyinə şərait yaradılmayaraq, hər dəfəsində 500 manat məhkəmə tərəfindən cərimə ediləcəyi ilə bağlı xəbərdarlıq edilərək yerinə oturdulmuşdur. Qeyd edir ki, onun tərəf və şahidlərə suallar vermək hüququdur və məhkəmə buna şərait yaratmağa borclu idi. Elə bu səbəbdən də məhkəmə araşdırılması tam deyil və yekun nəticədə düzgün qərar verilməmişdir. Ona görə də hesab edir ki, apellyasiya qaydasında işə baxıla rkən məhkəmə heyəti şikayətinin dəlillərini yuxarıda qeyd etdiyi halları (sübutları) tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən gözardı edilmiş sübutlara düzgün hüquqi qiymət verərək ədalətli və qanuni qərar verəcəkdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 1-ci hissəsi, 25-ci maddəsinin 1 və 3-cü hissələri, 26-cı maddəsinin 1-2-ci hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 443.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 76.1 və 88-ci maddələrinin məzmununu apellyasiya şikayətində qeyd edərək məhkəmənin qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının iddiasını əsassız olaraq təmin etdiyini, birin ci instansiya məhkəməsinin həqiqətən borc öhdəliyinin olub-olmamasına dəqiq aydınlıq gətirmədən, tərəflərin məhkəmə baxışında çəkişmə prinsipinə riayət etmədən və işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etdiyini göstərərək Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kollegiyaya göndərdiyi apellyasiya şikayətinə etiraz ərizəsində Cavabdeh ondan aldığı borc pulu 2018-ci ildə qaytardığını bildirsə də, 2019-cu ildə aralarında aparılan telefon yazışmalarında 2019-cu ilin mart ayında pulunu qaytaracağını vəd etmişdir. Nəsibə onun inamını elə qazanmışdı ki, Nəsibənin onu aldatdığını, yalan vəd verdiyini heç cürə ağlına sığışdı ra bilməzdi. Cavabdeh ondan 1100 ABŞ dolları borc aldığını bildirsə də 2018ci ildə aralarında olan telefon yazışmalarında ona 3000 ABŞ dolları borcu olması öz təsdiqini tapır, 2020 və 2021-ci illərə aid telefon yazışmalarında ondan pullarını istəməyinə baxmayaraq cavab verməmiş, axırıncı dəfə isə qızı telefonunu açaraq pulunu yediklərini, üstündən su içdiklərini, qaytarmayacaqlarını, get kimə deyirsən de, get bizi polisə ver deyə bildirmişdir. Ümumiyyətlə Cavabdeh belə dolanışığı, yəni başqalarının pulu hesabına yaşamağı özünə həyat yolu seçmiş, Püstə adlı şəxsdən də aldığı pulları qaytarmadığı üçün Naxçıvan MR Ali Məhkəməsində Nəsibənin işinə baxılarkən xəbər tutaraq o prosesə də getmişdir. Orada onun səsini də telefonuna yazmış və həmin səsyazmada da Cavabdeh ona olan borcunu etiraf etmi şdir. Ümumiyyətlə Cavabdeh yaşayış yerini tez-tez dəyişdirdiyindən, telefon zənglərinə cavab vermədiyindən onu tapıb görüşmək, borcunun qaytarmasını istəmək çətin məsələ idi. 2020-2021-ci illərdə də ondan borcunu istəməyi ilə bağlı mesajlarına cavab vermirdi. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 valideynləri ilə də qonşu olub, həmişə evlərinə tez-tez gəlib-gedən adam olub. Birinci dəfə Cavabdeh 3000 dollar pulu alarkən Şahid1 təmir üçün qardaşına verdiyi telefonu evindən götürməsi üçün gəlmişdi. 2-ci dəfə isə iynə vurdurması üçün onlara gəldiyindən orda Cavabdeh ondan 4000 manat borc pul aldığının şahidi olub. Şahid1 uzun illərdi məktəbdə müəllimə işləyir, özü də çox dürüst insandır. O heç vaxt yalan danışmaz, görmədiyini deməz. Digər Şahid2 da Aybəniz müəllimə ilə birlikdə telefonu göt ürmək üçün gəldiklərindən onun Cavabdeh 3000 ABŞ dolları verdiyinin şahidi olmuşdur. Ümumiyyətlə heç bu şahidlər olmasaydı da Cavabdeh ilə olan telefon yazışmaları, onun borcunu qaytaracağı barədə vədləri də təsdiq edir ki, onun borcu var. Şərur Rayon Məhkəməsində iş ilə bağlı bir neçə məhkəmə iclası keçirilib, Cavabdeh həmin iclasların hamısında iştirak edib və sözünü deyib. Ona danışması üçün sözünü, sualını verməsi üçün hər cür şərait yaradılıb. Apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)271/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)271/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansi yası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa K onvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh uzun illər yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış binasında kirayə ev tutub yaşadığı üçün tanıdığını, həmin vaxtı cavabdehin onların binasında qızı ilə birlikdə boş olan mənzildə kirayədə yaşadığını, bir-birilərinə inamları olduğundan o nəvəsini Türkiyənin Ankara şəhərində müalicəyə aparacağını bildirdiyini, ondan 5000 manat pul istədiyini, uzun illər topladığı 3000 ABŞ dollarını borc olaraq ona verdiyini, 3-4 aya kimi götürdüyü borcu qaytaracağını söz verdiyini, 3000 ABŞ dollar borc pulu evlərində ona verdiyini, həmin vaxtı Şahid2 və Şahid1 da onlarda olduğunu, pulu onların yanında verdiyini, bir müddət keçdikdən sonra Nəsibənin ondan əlavə olaraq 4000 manat da pul istədiyini, Türkiyədə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 150000 manat qiyməti olduğunu, sənədlərinin hazır olduğunu, yalnız imza məsələsinin qaldığını, onu satıb pulunu 2019-cu ilin mart ayının sonun a kimi qaytaracağını bildirdiyini, sonra Nəsibənin ona bildirmədən kirayə yaşadığı mənzildən çıxıb getdiyini, onu axtarmağa başladığını, onun telefon zənglərinə belə cavab vermədiyini, tez-tez kirayə yaşadığı mənzilləri dəyişdiyini, 2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Nəsibənin iştirakı ilə işə baxıldığını öyrəndiyini, oraya gedib Nəsibə ilə görüşdüyünü, ondan pulunu istəyəndə Nəsibənin söz verərək pulunu qaytaracağını bildirdiyini, aralarında olan bu danışığı telefona yazdığını, həmin vaxtdan sonra Nəsibənin ondan yayındığını, onu görəndə isə 9000 manat pulu qaytaracağını bildirdiyini, sonuncu dəfə telefonuna zəng edəndə qızının açdığını, nalayiq ifadələrlə onu təhqir etdiyini, yaxşı edib pulu qaytarmadıqlarını, yeyib üstündən də su içdiklərini, borcun u qaytarmayacaqlarını bildirdiyini, bundan sonra onun borcunu qaytarmayacaqlarını başa düşdüyünü, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldiyini göstərərək Cavabdeh borc kimi verdiyi 3000 ABŞ dollarını və 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haq qında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi Gülnarədən 1100 ABŞ dolları borc pul alması, həmin pulu elə həmin il İddiaçı özünə geri qaytarıb verməsi, iddiaçının mübahisələndirdiyi hazırkı iş üzrə İddiaçı Şərur Rayon Məhkəməsində şahid qismində təqdim etdikləri şəxsləri tanımaması, Gülnarədən pul alarkən həmin şəxslərin onların yanında olmaması, Gülnarənin təqdim etdiyi şahidlər bəlkə də onu orada yaşayan bir şəxs kimi nə vaxtsa görmələri, onların məhkəmədə verdikləri ifadələrin həqiqəti əks etdirməməklə onların şahid kimi dediklərinin heç bir mötəbər sübut əhəmiyyətinin olmaması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə o lunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutul an hallara aid edilə bilməz. Kollegiyada iddiaçının təqdim etdiyi birinci instansiya məhkəməsində mütəxəssisin iştirakı ilə tədqiq olunmuş səs yazısı tərəflərin iştirakı ilə dinlənilmiş, səs yazısında olan danışıqlardakı səslərin iddiaçı və cavabdehə aid olmasını tərəflər bildirmiş, həmin səs yazısında iddiaçının 15 sentyabrda Cavabdeh 1800 dollar və 20 sentyabr tarixində isə 1200 dollar verməsini bildirməsi, İddiaçı Cavabdeh ümumilikdə 3000 dollar verməsini və həmin pulun manatla 5000 manat olmasını bildirməsi, Cavabdeh göstərilən məbləğdə pulun,yəni 3000 ABŞ dollarının ona verilməsini təsdiq etməklə pulun elə dollarla da qaytarılacağını bildirməsi müəyyən edilmişdir. Kollegiyada işə baxılarkən cavabdeh izahatında 3000 ABŞ dolları deyil, 1500 ABŞ dolları məbləğində iddiaçıdan borc pul ald ığını və həmin pulu qaytardığını göstərsə də bununla əlaqədar hər hansı bir mötəbər sübutunu təqdim etməmişdir. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində bunun əksi olaraq iddiaçıdan 1100 ABŞ dolları almasını və həmin məbləği də qaytardığını göstərmişdir. Göstərilənlər cavabdehin borc olaraq mübahisələndirilən 3000 ABŞ dollarına münasibətdə səmimi olmaması barədə nəticəyə gəlmək üçün əsas yaradır. Birinci instansiya məhkəməsi cavabdehdən pulun alınıb iddiaçıya verilməsi nəticəsinə gələrkən şahid ifadələrini əsas götürsə də kollegiya birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin hallarını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, işin araşdırılmış halları və iddiaçının izahatı ilə müəyyən olunm uşdur ki, şahid qismində dindirilmiş Şahid2 iddiaçının tanışı, Şahid1 isə iddiaçının izahatında göstərdiyi kimi onu uşaqlıq vaxtından tanıdığı eyni binada yaşamış qonşusu olmuşdur. Şahid2 kollegiyadakı izahatında 2018-ci ilin sentyabr ayında Şahid1 ilə Gülnarənin evində olarkən Nəsibənin Gülnarədən pul istədiyini, Gülnarənin zərfin içərisində ona pul verdiyini, pulun həmin vaxt sayılmadığını ümumi danışıqlardan verilən pulun dollar olduğunu bildirmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində ilk dəfə şahid qismində dindirilmiş Şahid1 Gülnar adlı tanışı ilə İddiaçı evinə getdiyini həmin vaxt Gülnarənin onların yanında 1200 ABŞ dolları bir və 1800 ABŞ dolları da bir pul verdiyini, 3-4 ay sonra Gülnarəgildə olarkən Nəsibənin ondan əlavə 4000 manat pul almasını bildirmiş, daha sonra i sə işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasına rəsmi qaydada şahid kimi dəvət olunmadığı halda iddiaçı tərəfindən hansı zərurətlə əlaqədar dəvət olunması əsaslandırılmadığı halda 14 iyunda şahid qismində əlavə dindirilərkən Şahid1 2019-cu ilin yanvar ayında İddiaçı evinə gedərkən iddiaçı və cavabdehin birlikdə oturub çay içdiklərini və onun yanında Gülnarənin Nəsibəyə 4000 manat pul verdiyini bildirmişdir. Göründüyü kimi işə baxan məhkəmə hər iki şahidin ifadələri arasında ziddiyyət olmasına və həmin ifadələrin məzmununda göstərilənlərin digər sübutlara uyğun olmamasına baxmayaraq tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranan zaman onların həmin proseslərdə həqiqətən iştirak etməklə real olaraq iddiaçının cavabdehə mübahisələndirilən məbləğdə borc olaraq pul verməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kollegiyada tərəflərin iştirakı ilə iddiaçının təqdim etdiyi səs yazısı tədqiq olunarkən həmin səs yazısında İddiaçı 15 sentyabrda 1800 və 20 sentyabr tarixində isə 1200 ABŞ dollarını Nəsibəyə verdiyini bildirmişdir. Göründüyü kimi mübahisələndirilən 3000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehə eyni gündə deyil, ayrı-ayrı vaxtlarda verilmişdirr. Yəni qeyd olunan halların möcvudluğu hər iki şahidin ifadələrində göstərdikləri 3000 ABŞ dollarının Nəsibəyə verilərkən onların iştirakını istisna etməklə bu barədə ziddiyyətli ifadələr vermələrini göstərir. Bu da hər iki şahidin ifadələrinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Kollegiya İddiaçı 4000 manat məbləğində iddia tələbinin təmin edilməsinə münasibətdə məhkəmənin gəldiyi nəticəni həmin halı təsdiq edən sübutlar olmadığından əsassız hesab edir. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəfindən isə bununla əlaqədar hər hansı sübut təqdim edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də kollegiyada iddiaçı göstərilən məbləğdə pulu konkret olaraq hansı tarixdə və şəraitdə cavabdehə verməsini izah edə bilməmiş, işə baxan biri nci instansiya məhkəməsi yalnız iddiaçının yaxın münasibətdə olduğu Şahid1 ifadəsinə əsaslanıb 4000 manat pulu iddiaçının cavabdehə verməsi nəticəsinə gəlməklə əsassız olaraq həmin hissədə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPMnin 372.7-ci m addəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Beləliklə işin kollegiyada araşdırılmış halları ilə İddiaçı Cavabdeh borc olaraq 3000 ABŞ dolları verməsi öz təsdiqini tapmış, 4000 manat məbləğində pulun borc olaraq iddiaçı tərəfindən cavabdehə verilməsi isə sübuta yetirilməmişdir. Kollegiya Cavabdeh qətnamənin ləğv olunması barədə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər qət edilmiş 4000 manat pulun ondan alınması hissəsinə münasibətdə əsaslı, 3000 ABŞ dollarının alınmasına münasibətdə isə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən ed ir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya qeyd edir ki, Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. İddiaçı isə 4000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə münasibətdə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanun a və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhkəmələr işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən baxmalı və hüquqi mübahisələri müəyyənləşdirilmiş prosessual qaydalar çərçivəsində qanun əsasında həll etməlidirlər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun düzgün tətbiq edilməməsi və ya prosessual tələblərin kobud surətdə pozulması halları baş verərsə bunlar əsassız və yaxud qanunsuz məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnə bilər. Digər tərəfdən belə hallar, eyni zamanda məhkəmə müdafiəsi və ədalətli məhkəmə baxışı hüquqlarının pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassı z hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutları kifayət qədər hərtərəfli tədqiq etməmiş, maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamaqla iddia tələbinin 4000 manat məbləğində pulun alınması hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsi qismən “İddiaçı Cavabdeh pul tələbinə dair iddia sı üzrə 4000 (dörd min) manat borc pulun alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iddia əsassız olduğundan rədd edilməklə iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən 71 manat məbləğində dövlət rüsumu alınıb iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmaqla cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405.0.1 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-271/2022 nömrəli qətnaməsi qismən “iddia təmin edilsin, 4000 (dörd min) manat borc pul vəsaiti və ” sözləri göstərilən hissədə ləğv edilsin, 110 (bir yüz on) manat dövlət rüsumu sözləri göstərilən hissəsi dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh 4000 (dörd min) manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə Cavabdeh 71 (yetmiş bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(108)-104/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-104/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver