Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-105/2023 16.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15650 ( on beş min altı yüz əlli ) manat məbləğində borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbu l edilməsini məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15650 (on beş min altı yüz əlli ) manat məbləğində pulun və 136.95 (yüz otuz altı manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi, İddiaçı tərəfindən Kapital Bank ASCnin Ordubad rayon filialına xx.xx.2023-cü il tarixdə 3703 nömrəli qəbzlə ödənilmiş 177 manat məbləğində dövlət rüsumun artıq ödənilmiş hissəsi, 40,05 (qırx manat beş qəpik ) manatın İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 20 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon M əhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edilməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləğində, 28 oktyabr 2020-ci il tarixli 3600 manat məbləğində, 28 noyabr 2020-ci il tarixli 3600 manat məbləğində və 28 dekabr 2020-ci il tarixdə 5400 manat məbləğində öz aralarında borc müqaviləsi bağlamışlar və cavabdeh müqavilələr üzrə iddiaçıdan götürdüyü borc məbləğini aylar üzrə ödəməyi və cavabdeh borcunu ödəyərkən müqavi lələrdə nəzərdə tutulmuş cədvəldə tərəflərin lazımı qeydlər edərək imzalanması nəzərdə tutulmuşdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 28 sentyabr 2020-ci il tarixli 4800 manat məbləğində borc müqaviləsi üzrə cavabdeh 1600 manat, 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləği üzrə 600 manat, 28 oktyabr 2020- ci il tarixli 3600 manat olan borc müqaviləsi üzrə 900 manat məbləğində, 28 dekabr 2020ci il tarixli 5400 manat olan borcdan sonra iddiaçıya ödəyəcəyi cəmi məbləğ 15650 ( on beş min altı yüz əlli) manat təşkil etdiyi qətnamədə qeyd olunur. Apellyator bildirmişdir ki, o, məhkəmə gedişinin hər prosesində iddiaçıya borcunun olmadığını bildirmiş, borcunun olmadığını onunla əsaslandırmışdır ki, onların arasında müqavilə tərtib olunsa da, o bir neçə dəfə həmin müqaviləyə imza atsa da, sonradan Sahib imza atmağına ehtiyac olmadığını bildirmiş, bu səbəbdən də aralarında tərtib olunmuş müqaviləni imzalamamış və bankomat kartını Sahibə verərək borc götürdüyü pulun əsas borc və faizlə birlikdə hər ay kartından çəkilməsini demişdir. Xatırlamadığı qədər bankomat kartı Sahibdə qalmış və bütün borcunu ödəmişdir. Sahiblə onun arasında mübahisə olmuş, həmin zaman onların işi Ordubad rayon X6 düşmüşdür. Polis bölməsində Sahibdən müqavilələr tələb olunmuş, müqavilələrin olmadığı bildirilmişdir. Həmin müddətdə Sahib əlaqə saxlayaraq 5400 manat borcunun olduğunu bildirmiş, həyat yoldaşının adına Naxçıvan Bankdan 3100 manat kredit çəkməklə borcu vermişdir. 5 ay bankomat kartından 450 manat pulu Sahib çəkmiş, onun Sahibə borcu qalmamışdır. Lakin heç bir müqaviləyə imza etməmişdir. Ə lavə olaraq Sahib onun məlumatı olmadan 150 manat avans çəkmişdir. O, məhkəmədə bundan əvvəl Sahiblə aralarında pul barədə müqavilə imzalamadığını, həmin müqavilə əsasında faizlə pul götürdüyünü və həmin müqaviləyə də imza etmədiyini şifahi olaraq bildirsə də, müqaviləni tapıb məhkəməyə təqdim edə bilməmiş, məhkəmə bitdikdən sonra müqaviləni tapmış, müqavilə 28 sentyabr 2017-ci il tarixində 2450 manat məbləğində faizə pul götürməklə bağlanmışdır. Əgər 28 sentyabr 2017-ci il tarixli müqavilə Sahibdə olsaydı yenidən 2450 manat pulun ondan tələb edə bilərdi. O, bütün borcunu ödəmişdir. Lakin qeyd etdiyi kimi Sahib imza etməyə gərək olmadığını bildirmiş, bu səbəbdən də imza etməmişdir. Lakin arada olan ziddiyətlərin heç biri məhkəmə tərəfindən araşdırma aparılmadan, sadəcə aralarında bağlanmış müqaviləni əsas götürməklə əsassız bir qərar qəbul edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu, məhkəmənin qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini hesab edir. Apellyator sonda Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il, 2(080)-52/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər 16 avqust 2023-cü il tarixdə apellyasiya şikayətinə baxılarkən məhkəmə iclasında kollegiyaya barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmi şdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: İddiaçı və cavabdeh X4 qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: 1.İddiaçı: Mən iş üzrə İddiaçı Cavabdeh mənə borclu olduğu və iddia tələbimdə göstərdiyim 15650(on beş min altı yüz əlli) manat borcun cavabdeh tərəfindən mənə 12350 (on iki min üç yüz əlli) manat ödənilməsi şərti ilə razılaş ıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: İddiaçı
2. Cavabdeh: Mən iş üzrə Cavabdeh İddiaçı məndən iddia tələbi üzrə tələb etdiyi 15650(on beş min altı yüz əlli) manat borcun 12350 manatının mənim tərəfimdən iddiaçıya ödəməyim şərti ilə razılaşıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasına və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: Cavabdeh Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməl i və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı və Cavabdeh ərizələrini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə barışıq sazişinin təsdiq olunmaması üçün Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında 16 avqust 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində göstərilmi şdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən Cavabdeh apellyasiya şikayəti verərkən "xxxx" ASC-nin Naxçıvan şəhər filialına ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü ildə 12404 nömrəli qəbzlə ödədiyi 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaç ı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: İddiaçı və cavabdeh X4 qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: 1.İddiaçı: Mən iş üzrə İddiaçı Cavabdeh mənə borclu olduğu və iddia tələbimdə göstərdiyim 15650(on beş min altı yüz əlli) manat borcun cavabdeh tərəfindən mənə 12350 (on iki min üç yüz əlli) manat ödənilməsi şərti ilə razılaşıram və bu şərtlər daxilində bar ışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.
2. Cavabdeh: Mən iş üzrə Cavabdeh İddiaçı məndən iddia tələbi üzrə tələb etdiyi 15650(on beş min altı yüz əlli) manat borcun 12350 manatının mənim tərəfimdən iddiaçıya ödəməyim şərti ilə razılaşıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasına və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.” Ordubad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(080)-52/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. "xxxx" ASC Naxçıvan şəhər filialına 1 6 iyun 2023-cü il tarixdə 12404 nömrəli qəbzlə nəğd olaraq (terminal nömrəsi K0500011) ödənilmiş 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.