Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-107/2022 30.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə və Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(079)289/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 may 2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı k redit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 03 dekabr 2019-cu il tarixli, 182İK031219 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1 349.49 (bir min üç yüz qırx doqquz manat 49 qəpik) manat gecikdirilmiş faiz borcu, 4 259.86 (dörd min iki yüz əlli doqquz manat 86 qəpik) manat gecikdirilmiş əsas borc, 14.38 (on dörd manat 38 qəpik) manat faiz borcu, 2 006.02 (iki min altı manat 02 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7 629.75 (yeddi min altı yüz iyirmi doqquz manat 75 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 96.30 (doxsan altı manat 30 qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması nı məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən G.M.İsmayıl) 24 iyun 2022-ci il tarixli, 2(079)-289/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 6265.88 (altı min iki yüz altmış beş manat səksən səkkiz qəpik) manat əsas borc, 456.14 (dörd yüz əlli altı manat on dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 14.38 (on dörd manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6736.4 (altı min yeddi yüz otuz altı manat qırx qəpik) manat kredit borcunun müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə əsaslı olmadığından rədd olunması qət olunmuşdur. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(079)-289/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, faiz borcunun yenidən hesablanması və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, Babək Rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət vermədən və iddiaçı tərəfin mənafeyini nəzərə almadan qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmiş, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, kredit ödənişləri cədvəli üzrə əsas borc və faiz borcunun hes ablanması annuitet qaydasında aparılır və faiz borcu qalıq əsas borcun məbləğinə əsasən hesablanır. Ödənişlərdə gecikmələr olduğu zaman yuxarıda da qeyd edildiyi kimi gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə qalıq əsas borc üzrə 10% əlavə cərimə hesablanır. İddia ərizəsinin verildiyi Cavabdeh2 adına 555 gecikmə gününə müvafiq olaraq, ümumilikdə 1363.87 (bir min üç yüz altmış üç manat, səksən yeddi qəpik) manat (iddia ərizəsinin verildiyi tarixədək ödəməli olduğu, lakin ödəmədiyi faiz ödənişləri+cərimə borcu+gecikdirilməmiş faiz borcu bankın məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixi ilə faiz borcunun ödənilməli olduğu xx.xx.2022-ci il tarixi aralığında hesablanmış faiz məbləği) faiz borcu hesablanmalıdır. Qalıq məbləğə uy ğun illik 17% faiz borcu və gecikmiş günlərin sayına müvafiq olaraq 10% cərimə borcu hesablanmışdır və məhkəmə tərəfindən keçirilən bu və ya digər əvvəllər iştirak olunan iclaslarda dəfələrlə gecikdirilmiş faiz borcu anlayışı ilə ifadə olunan məbləğin həm Borcalan tərəfindən iddia ərizəsinin verildiyi tarixədək hesablanan, ödənilməli olan, lakin ödənilməyən faiz borcunun, həmdə gecikdirilmiş günlərə müvafiq olaraq hesablanan 10% cərimə məbləğinin cəmi olduğu bildirilmişdir. Lakin məhkəmə tərəfindən bu nəzərə alınmayaraq, ödənilməli olan faiz borcu belə nəzərə alınmamışdır. Məhkəmə tərəfindən cərimə faiz borcu üzrə hesablanan məbləğ iddia məbləğinə daxil edilməyərək iddianın faiz borcuna münasibətdə qismən əsaslı olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətində bu yanaşmanın açıq şəkildə səhv olduğu, Borcalan tərəfindən uzun müddət ərzində kredit borcu üzrə ödənişlərinin vaxtında və lazımınca aparılmadığı nəzərə alınmayaraq, məhkəmənin ekspertiza təyin etmədən sadəcə ödəniş cədvəli üzrə hesablamalarının əsassız olduğu və gecikdirilmiş faiz borcu olaraq qeyd edilən 1 349.49 (bir min üç yüz qırx doqquz manat 49 qəpik) manat məbləğin iddia ərizəsinin verildiyi tarixədək ödəməli olduğu, lakin ödəmədiyi faiz borcu ilə cərimə məbləğinin cəmi olduğu bildirilmişdir. Faiz borcunun fərqli olması ondan meydana gəlmişdir ki, məhkəmə tərəfindən gecikdirilmiş günlərə uyğun hesablanan xərclər nəzərə alınmamış, bununla bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq iddianın dəqiqləşdirilməsi barədə təklif verilməmiş, məhkəmə öz mülahizəsinə uyğun olaraq yalnış hesablama apararaq nəticədə faiz borcunun düzgün hesablanmaması qənaətinə gəlinmişdir. Cavabdehlər kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyin şərtləri pozulmuş və ödənişlər ödəniş cədvəli üzrə müəyyən edilmiş qaydada aparılmadığından borc məbləği artmışdır. Xüsusi bilik tələb olunan sahədə ekspert biliyinə müraciət edilmədən birbaşa məhkəmənin sadəcə ödəniş cədvəlindəki məbləğlərə uyğun öz hesablamaları əsasında çıxardığı məbləğlər qərar çıxar ılması üçün əsas sayıla biləcək hal deyil. Məhkəmə tərəfindən çıxarılan qətnamədə iddiaçının cavabdehlərə qarşı gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi tələb etmək hüququ olsa da, cavabdehlərdən onun qarşısında olan öhdəliyini icra etməmələrinə görə cərimə borcu tələb etməməsi yanaşmasına münasibətdə apellyasiya şikayətində qeyd edilmişdir ki, Babək Rayon Məhkəməsinə göndərilən iddia ərizəsində kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanmasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının MM-in 445.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müdd ətdə icra edilməməsi, Borclunun icranı gecikdirməsi sayılması və icranı gecikdirmiş Borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıması; Azərbaycan Respublikasının MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmə hüququ, Azərbaycan Respublikasının MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülməsi qeyd edilmiş və dəfələrlə keçirilən məhkəmə iclaslarında gecikdirilmiş faiz borcu anlayışına aydınlıq gətirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vax tında icra edilmiş olsaydı, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəkilində istifadə edərək gəlir əldə etmiş olardı. Nəticədə iddiaçının tələbinin əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə əsassız sayılması qanunsuz və əsassız qərardır. Babək Rayon Məhkəməsi tərəfindən ekspertiza ilə bağlı heç bir qərardad qəbul olunmamış, ekspert rəyi alınmadan hakimin öz mülahizəsinə əsasən iddia məbləği hesablanaraq qətnamə çıxarılmışdır. Həmçinin hazırki qətnamə ilə cavabdehin üzərinə vurulan ziyandan daha az məbləğin ödənilməsi öhdəliyi qoymuşdur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 89.1, 97, 77.3, 218.2, 184.3, 97.1, 386, 388, 389, 390, 357.1, 358.0.3, 360, 361.4, 362, 372.1, 372.2, 384.0.2, 385.1, 385.1.1, 387.1, Mülki Məcəllənin 1096.1, 115-ci maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayən də 18 avqust 2022ci il tarixli apellyasiya şikayətindən imtina barədə ərizə ilə kollegiyaya müraciət etmişdir. Ərizədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinə Babək Rayon Məhkəməsində e-2(079)-289/2022 saylı mülki iş üzrə baxıldığı, 24 iyun 2022-ci il tarixli, 2(079)-289/2022 nömrəli qətnaməyə əsasən iddianın qismən təmin edildiyindən həmin qərarla bağlı apellyasiya şikayəti verdikləri, apellyasiya şikayətindən imtina edərək Azərbaycan Respublikası MPM-in 369-cu maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə xitam verilməsinin xahiş edildiyi, həmçinin apellyasiya şikayətindən imtinanın nəticələrini bildikləri qeyd olunmuşdur. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçı "xxx x" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2 -ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərkən ödənilm iş 48,15 (qırx səkkiz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kas sasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(079)-289/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəхsə-"xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına хitam verilsin. Naxçıvanbank ” Аçıq Səhmdar Cəmiyyətinin mədaxil kassasına 20 iyul 2022-ci il tarixdə ********* nömrəli qəbzlə AZ47AİİB******************** nömrəli hesaba ödənilmiş 48,15 (qırx səkkiz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-107/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-107/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver