Məhkəmə qərarları › İş №2(108)-111/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-111/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-111/2023 01.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6478.69 (altı min dörd yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat ə sas, 1693.16 (bir min altı yüz doxsan üç manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8171.85 (səkkiz min bir yüz yetmiş bir manat səksən beş qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 101.71 (bir yüz bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Cavabdeh 6478.69 (altı min dörd yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat əsas, 1693.16 (bir min altı yüz doxsan üç manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8171.85 (səkkiz min bir yüz yetmiş bir manat səksən beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC tərəfindən X4 və ya AsanPay vasit əsilə xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 101.71 (bir yüz bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsininin ləğv edilməsini, İddiaçı ASC-nin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini, məhkəmə tərəfindən işə mahiyyət üzrə baxıldığı halda isə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və digər tələblərə dair iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş apelly asiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh şikayəti tərtib edərkən peşəkar hüquqi yardım almadığını, hüquqi bilikləri olduğu üçün şikayətin özü tərəfindən tərtib olunduğunu və buna görə də apellyasiya şikayətinin forma və məzmununa dair tələbə əməl etmədiyini bildirmiş, kollegiyadan müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apelyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olu nmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə k i, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və a nlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla t əsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti tərtib olunarkən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri bəzi hallarda yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada verilmiş olsa da, kollegiyadan qəbul ediləcək qərara münasibətdə xahişin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs şikayətində özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin kollegiya tərəfindən hazırki mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələ araşdırılarkən şikayətin məzmunundan aydın olmuşdur ki, apellyator apellyasiya şikayətinin məzmununa dair yuxarıda qeyd olunan tələblərə əməl etməyərək şikayətində ilkin olaraq Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsininin ləğv edilməsi və İddiaçı ASC-nin iddia ərizəsinin baxılmam ış saxlanılması haqqında qərardad qəbul edilməsi, daha sonra isə ikinci halda məhkəmə tərəfindən işə mahiyyət üzrə baxılacağı halda İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və digər tələblərə dair iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etməklə qəbul ediləcək qərara münasibətdə xahişini konkret olaraq ifadə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin cavabdehə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməli dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(078)-22/2023 nömrəli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Naxçı van Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar