Məhkəmə qərarları › İş №2(108)-112/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-112/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-112/2023 14.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-92/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh üç uşağın saxlanılması üçü n müəyyən edilmiş aliment miqdarının artırılaraq 09 aprel 2008-ci il təvəllüdlü X3, 18 may 2009-cu il təvəllüdlü X4 və 08 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat miqdarında alimentin və uşaqların müayinə və müalicəsinə çəkilmiş 1500 (bir min beş yüz) manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 30 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında uşaqların müayinə və müalicəsinə çəkilmiş 1500 (bir min beş yüz) manat pulun tutulmasına dair hissədə tələbindən imtina etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmənin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qərardad ı ilə iddiaçının iddiadan qismən imtinası qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-92/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X3, 18 may 2009-cu il təvəllüdlü X4 və 08 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödə nilməsi, artırılmış alimentin məbləğinin məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsini alimentin miqdarına aid hissədə dəyişdirərək üç övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla üç uşağa görə cəmi 450 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şik ayətinin əsası kimi göstərmişdir ki, o məhkəmədə izahat verərkən uşaqlarının ikisinin xəstəlikdən əziyyət çəkdiklərini, onların müayinə və müalicələrinə xeyli miqdarda pulun xərcləndiyini, övladlarının atasının bu işlərdə iştirak etmədiyini, uşaqlara əlavə olaraq heç bir maddi köməkliyi göstərmədiyini, özünün bağçada tərbiyəçi işlədiyini, ayda 450 manat əmək haqqı aldığını, 300 manat alimentlə birlikdə ailənin aylıq qazancının 750 manat təşkil etdiyini, bunun 250 manatı kirayəyə ödənildiyindən 500 manat pulun ailəyə qaldığını qeyd etmişdir. Ona bundan əlavə ailənin saxlanılması üçün vəsait daxil olmur. Atası da vəfat etdiyindən kömək gözləyəcəyi elə bir adamı da yoxdur. Cavabdeh məhkəmədə izahat verərkən işlədiyini, ayda 407 manat əmək haqqı aldığını, əlil uşağına görə ayda 300 manat pensi ya aldığını, xəstə uşağına 6 aydan bir 800 manatlıq iynə vurdurduğunu, həyat yoldaşının işləyərək ayda 180 manat əmək haqqı aldığını göstərmişdir. Hər iki ailəyə ayda daxil olan qazancı hesablayaraq Cavabdeh hər bir ailə üzvünə düşən aylıq pul onun ailə üzvlərimin hər birinə düşən aylıq qazanılan puldan 70 manata qədər artıq etdiyini qeyd etmişdir. Bundan əlavə Cavabdeh ailə başçısı olmaqla kişidir, günün istənilən vaxtında istənilən işlə məşğul olub ailəsinə əlavə qazanc gətirə bilər. Lakin məhkəmə sadə bu fərqliliyə kifayət qədər diqqət yetirməmiş onun uşaqlarına alimenti nisbətən az miqdarda artırmışdır. Cavabdeh əvvəlki qətnamələrin aliment miqdarları ilə razılaşmamış, alimenti ödəyə bilməyəcəyini bildirmiş, hər iki halda apellyasiya şikayətləri vermiş, lakin apellyasiya məhkəməsi qəbu l edilmiş alimentin miqdarını dəyişməmişdir. Hazırki halda iddiaçı həqiqətəndə nə ödənilən nə də artırılmış aliment məbləğlə ilə uşaqlarını saxlaya bilməyəcəyini qeyd etmişdir.Uşaqlarının məsrəfləri artmış, onun təkbaşına bu məsrəfləri bağlamaq gücü artıq qalmayıb. Apellyator qeyd etmişdir ki, məhkəmə istinad etdiyi maddi hüquq normalarını iddiaçının əleyhinə şərh etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Konustutisiyasının 17-ci maddəsinə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsinə, həmin Qanunun 13cü maddəsinə Azərbaycan Respublikasının ailə Məcəlləsinin 78.2 maddəsinə istinad edib uşağın mənefeyinin qorunmasını qeyd etsə də öz qətnaməsində bu normalara zidd olaraq qərar qəbul etmiş, uşaqların mənafeyini qorumamışdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.(“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi). Nikahın pozulması miqdarında aliment müəyyən etmişdir. İddiaçı hesab edir ki, bu halda maddi hüququ normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlildir. Məhkəmədə sübutlara tam, hərtərfəli araşdırmamış qəbul etdiyi qətnamə qanuni və ədalətli olmamışdır. Qəbul edilmiş qətnamə cavabdeh tərəfin mənafeyinə xidmət etmişdir. Apellyator sonda yuxarıda qeyd etdiklərini nəzərə alaraq Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsinin alimentin miqdarına aid hissədə dəyişdirərək 3 övladının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 1 uşaq üçün 150 manat olmaqla 3 uşağa görə cəmi 450 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 14 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə b axış iclasında İddiaçı 14 avqust 2023-cü il tarixli apellyasiya şikayətindən imtina barədə ərizə ilə kollegiyaya müraciət etmişdir. Ərizədə İddiaçı Cavabdeh qarşı alimentin artırılması ilə bağlı iddia tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(078)-629/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, İddiaçı apellyasiya şikayətindən imtinası qəbul ed ilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə - İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilmə si haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkü n hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən İddiaçı imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəхsə - İddiaçı münasibətdə apellyasiya icraatına хitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar