Məhkəmə qərarları › İş №2(108)-112/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-112/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-112/2024 07.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 02 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək 13 dekabr 2009-cu il tarixdə doğulmuş X4, 05 dekabr 2011ci il tarixdə doğulmuş X7 və 25 mart 2014-cü il tari xdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 180 manat olmaqla, hər ay 540 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən M.F.Məmmədov) iddianın qismən təmin edilmiş, Babək Rayon Məhkəməsinin 2(079)-222/2019 nömrəli, 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, 13 dekabr 2009-cu il tarixdə doğulmuş X2, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X6 və 25 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 140 manat olmaqla, hər ay 420 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ve rilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 70.40 manat alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsini dəyişib alimentin miqdarını hər uşağa 100 manat müəyyən edilməklə 300 manat miqdarında aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin qətnaməsini qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassız (iş materialları ilə təkzib edilir) hesab etdiyini, birinci instans iya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxıldığını, işin faktiki hallarının araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, məhkəmə qətnaməsində İddiaçı ona qarşı aliment miqdarının artırılması tələbinə dair məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-222/2019 nömrəli, 11 sentyabr 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3 uşağın saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən olunan aliment miqdarının dəyişdirilərək hər uşağa sabit 180 (bir yüz səksən) manat olmaqla, cəmi sabit 540 (beş yüz qırx) manat miqdarında alimentin ödənilməsini tələb etdiyini, Culfa Rayon Məhkəməsinin 14 mart 2024cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsi ilə ona hər uşağa sabit 140 (yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirm i) manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinin qət edildiyini, onun hal-hazırda işlədiyini, aylıq rəsmi əmək haqqının olduğunu, əmək haqqının məbləğinin 350 (üç yüz əlli) manat olduğunu, onun 3 (üç) uşağın saxlanılması üçün hər uşağa 100 manat olmaqla cəmi 300 manat miqdarında aliment pulu ödədiyini, aylıq gəlirinin demək olar ki, çox aşağı olduğunu, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment pulunu çətinliklə ödədiyini, hal-hazırda ailəli və himayəsində 1 (bir) övladının olduğunu və aliment miqdarının artırılmasının həmin uşağın həyat səviyyəsinə mənfi təsir edəcəyini, onun bununla bağlı birinci instansiya məhkəməsində ifadə versə də, məhkəmə tərəfindən buna məhəl qoyulmadığını, sabit pul məbləğinin miqdarının məhkəmə tərəfindən tərəflərin maddi və ailə v əziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edildiyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini hesab etdiyini, məhkəmədə İddiaçı ona qarşı aliment miqdarının artırılması tələbinə dair 3 (üç) uşağın saxlanılması üçün 420 (dörd yüz iyirmi) manat aliment pulunun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini, onun maddi və ailə vəziyyətinin hansı səviyyədə olmasını tam sübuta yetirmədiyini, nəticə etibarı ilə işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyətinin şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəyinə inandığını, Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsini dəyişib alimentin miqdarını hər uşağa 100 manat müəyyən edilməklə cəmi 300 manat miqdarında aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətininin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75, 78, 112-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında maaşının miqdarını, ailəli olduğunu apellyasiya şikayətində qeyd etdiy ini, 350 manat əmək haqqı aldığı halda ona 420 manat aliment kəsildiyini, bu pulu necə ödəyə biləcəyini bilmədiyini, keçən il evləndiyini, hazırda özünün ailəli olduğunu, yoldaşının birinci evlilikdən olan 1 az yaşlı qız uşağının hazırda onun himayəsində olduğunu, əlavə olaraq heç bir yerdən gəliri olmadığını, “Güvən İnşaat” da işlədiyini, təsərrüfatının olmadığını, sadəcə maaşla dolandıqlarını, boşanma barədə iddianı özünün qaldırdırdığını, heç bir xəstəliyinin olmadığını, ikinci dəfə evlənən vaxtı da işlədiyini, 380 manat maaş aldığını, onun 300 manatını alimentə verdiyini, 80 manatla özünün dolandırdığını, hazırda 350 manat maaş alıb 300 manatını alimentə verdiyini, yerdə qalan 50 manatdan əlavə ata-anasının pensiyası ilə dolandığını, ataanasının ona uşaqların saxlanması üçün əlavə pul verməyib, “sən pul verirsən” dediklərini, boşanmada iştirak etdiyini, penitensiar xidmətinin onu proseslərə gətirdiyini, həmin vaxt aliment kəsilmədiyini, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onu çağırıb nə qədər aliment ödəmək imkanın olduğunu soruşduqlarını, hər uşağa 100 manat olmaqla, 300 manat aliment ödəyə biləcəyini dediyini, Babək rayonu, Güznüt kəndində yaşadığını, atasının əkin işi ilə məşğul olduğunu, atasının 80, anasının 76 yaşının olduğunu, həyat yoldaşının işləmədiyini, 7 yaşında qızının 150 manat aliment aldığını, özünün uşaqlarından heç biri ilə ünsiyyətinin olmadığını, uşaqların qorxduqları üçün yanına gəlmədiklərini, uşaqları axırıncı dəfə 2018-ci ildə gördüyünü, oğurluqla bağlı 2019-cu ildə azadlıqdan məhrum olunduğunu, həmin vaxtda da boşandığını, 2022-ci ildən ali ment ödədiyini, 20192022-ci illərdə cəzaçəkmə müəssisəsində olduğu üçün aliment ödəmədiyini göstərərək Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsini dəyişib alimentin miqdarını hər uşağa 100 manat müəyyən edilməklə 300 manat miqdarında aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında cavabdehin dediklərinin hamısının yalan olduğunu, qış vaxtı 20 manat taksiyə verib icra şöbəsinə getdiyini, cavabdehin orada uşaqlara 200 manat aliment verməyə razı olduğunu dediyini, özünün isə cavabdehin evdən onun qızıllarını, evinə gələn qonaqların pullarını oğurladığını dediyini, yalvardıqdan sonra alimenti 300 manat etdiklərini, alimentin məhkəmədə yox, icrada kəsildiyini, təzə liklə 200 manat borc edərək uşaqları aparıb onlara əyin-baş aldığını, uşaqların sevindiyini, hazırda övladları ilə ata evində Gal kəndində yaşadığını, ondan və uşaqlarından başqa qardaşının ailəsinin də ata-ana ilə yaşadığını, gəlinləri yaxşı olduğundan yola getdiklərini, özünün evinin olmasını istədiyini, oğlunu ata evindən əsgərliyə yola salmaq istəmədiyini, ona görə də 500 manat aliment istədiyini, 500 manat aliment alıb, onun 200 manatı ilə hər ay pul yığıb ev də yox butka almaq istədiyini, dövlətin müəyyən etdiyi qayda ilə 700 manata kimi aliment ala biləcəyini, cavabdehin işləmədiyini fikirləşərək onun 200 manatını güzəşt etdiyini, heç olmazsa, 400 manatın ödənilməsini istədiyini, Gal kəndindəki məktəbdə 10 uşaq varsa, onlardan 3-ü onun uşaqları olduğunu, balaca oğlunun ata görmədiyi ni, onun böyüyüb polis olaraq atasını tutacağını dediyini, cavabdeh ana-atası ilə qapılarına gələrək uşaqlarını öyrətdiyini, onlara nənə, baba, ananı bıçaqlayıb onun yanına gəlmələrini dediyini, bunu eşidəndən sonra uşaqları onun yanından uzaqlaşdırdığını, uşaqların atalarına onları indiyədək nənə-babanın saxladığını, “nəyə görə onları bıçaqlamalıdırlar” dediklərini, cavabdeh həbsdə olduğu 3 il müddətində cavabdehin ata-anasının uşaqlara və ona baxdıqlarını, cavabdehin onu şəhərə aparıb 6 ay ancaq oğurluqla o qapıya, bu qapıya apardığını, onu aparıb toyuq damlarında işlətdiyini, atasını kreditlərə saldığını, cavabdehin ona yalandan xəstə olduğu barədə deyərək onu 1000 manat borc almağa məcbur etdiyini, onun üç uşağına atalıq etmədiyini, onun oğurluqlarından bezdiyini, ona görə boşandığını, axırı valideynlərinin onu yanlarına apardıqlarını, özünün işləmədiyini, iş olduğu halda 300 manatla dolanacağını, cavabdehin dalına da düşməyəcəyini, uşaqlarını ötürüb başqa yerə də gedə bilmədiyini, anasının xəstə olduğunu, 420 manata qane olmasa da, məhkəmənin qərarı ilə razılaşdığını, ana-atasının da pensiya aldıqlarını, onların da köməklik etdiklərini, ana-atasına məxsus mal qaraya baxdığını, südü-qatığı artıq olanda da onları satıb pulunu götürüb uşaqlarını saxladığını, bunlardan aya 60, 80, 100 manata kimi pul qazandığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş 336369, 666213 və 081379 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 13 dekabr 2009-cu il tarixdə X4, 05 dekabr 2011- ci il tarixdə X7 və 25 mart 2014-cü il tarixdə X8 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(079)-222/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, 13 dekabr 2009-cu il tarixdə doğulmuş X4, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X7 və 25 mart 2014cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının yarısı miqdarında aliment müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 nömrəli, 16 yanvar 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Culfa rayonunun Gal kəndində yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş 1 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh 01 fevral 20 24-cü il tarixdən MMC-də fəhlə vəzifəsində işləyir, aylıq əməkhaqqı 350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib- edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh qarşı 02 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək 13 dekabr 2009-cu il tarixdə doğulmuş X4, 05 dekabr 2011ci il tarixdə doğulmuş X7 və 25 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 180 manat olmaqla, hər ay 540 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən mübahisələndirilən qətnamə qəbu l edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə biləcəyi, alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbinin qeyd olunan maddənin göstərişinə uyğun olduğu, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarının 2019-cu ildəki müvafiq xərclərin miqdarından fərqləndiyi, digər tərəfdən, uşaqlar böyüdükcə o nların saxlanması üçün çəkilməli olan xərclərin həcminin də artması, belə olan halda iddiaçının maddi vəziyyətinin pisləşməsi, iddiaçının cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməməsi, cavabdehin işlədiyini, 350 manat əməkhaqqı aldığını bildirməsi, məhkəməyə bu barədə arayış təqdim etməsi, üç uşağın saxlanılması üçün 300 manat məbləğində alimentin ödənilməsinin iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğunu, qeyd edilənlərin isə alimentin sabit pul məbləğində tutulması üçün əsas olması, belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilməsi, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarının məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan di gər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatın səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsi, alimentin sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməsi, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, uşaqların hazırda İddiaçı yanında yaşaması, uşaqların gündəlik qayğılarının iddiaçının üzərinə düşməsinin diqqətəlayiq hal kimi nəzərə alınması, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas tutulması, həmçinin cavabdehin təkrar ailə qurmasının nəzərə alınması ilə əsaslandıraraq Cavabdeh uşağın saxlanması üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumunun yarıdan çox hissəsini, yəni hər ay bir uşaq üçün 140 manatın aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin m ümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilmə li olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik or qanları tərəfindən edilsin. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya Cavabdeh apellyasiya şikayətində “onun hal-hazırda işlədiyini, aylıq rəsmi əmək haqqının olduğunu, əmək haqqının məbləğinin 350 (üç yüz əlli) manat olduğunu, onun 3 (üç) uşağın saxlanılması üçün hər uşağa 100 manat olmaqla cəmi 300 manat miqdarında aliment pulu ödədiyini, aylıq gəlirinin demək olar ki, çox aşağı olduğunu, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment pulunu çətinliklə ödədiyini, hal-hazırda ailəli və himayəsində 1 (bir) övladının olduğunu və aliment miqdarının artırılmasının həmin uşağın həyat səviyyəsinə mənfi təsir edəcəyini, onun bununla bağlı birinci instansiya məhkəməsində ifadə versə də, m əhkəmə tərəfindən buna məhəl qoyulmadığını, sabit pul məbləğinin miqdarının məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edildiyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini hesab etdiyini, məhkəmədə İddiaçı ona qarşı aliment miqdarının artırılması tələbinə dair 3 (üç) uşağın saxlanılması üçün 420 (dörd yüz iyirmi manat) aliment pulunun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsinin onun maddi və ailə vəziyyə tinin hansı səviyyədə olmasını tam sübuta yetirmədiyini” dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, bu dəlillər apellyasiya şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilik lə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü q aydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Yuxarıda göstərilənlərə qiymət verərək kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, Cavabdeh göstərdiyi dəlillər həmin şikayətin təmin edilməsi üçün əsas sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh q arşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 14 mart 2024cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mül ki iş üzrə Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-81/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar