Məhkəmə qərarları › İş №2(108)-113/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-113/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-113/2021 20.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı 07 sentyabr 2020-ci il tarixdə borcun tutulmasına dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Yelo Bank“ ASC-nin xeyrinə 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3338,34 (üç min üç yüz otuz səkkiz manat otuz dörd qəpik) əsas borc, 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 13,03 (on üç manat üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 26 dekabr 2019-cu il tarixli, 11-Y-2-0-291919 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3338,34 (üç min üç yüz otuz səkkiz manat otuz dörd qəpik) manat, faiz borcuna g örə 278,19 (iki yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat, cərimə borcuna görə 13,03 (on üç manat üç qəpik) manat olmaqla, cəmi 3629,56 (üç min altı yüz iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3659,56 (üç min altı yüz əlli doqquz manat əlli altı qəpik) manat borc pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə tərəflər arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 11-Y-20-2919-19 saylı Kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 29 aprel 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tar ixli, 2(110)-483/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun 3659,56 manat borcu yoxdur, məhkəmə ekspertizası keçirilmədən qət olunmuş qətnamənin hüquqi əsası yoxdur. Qətnamə heç bir maddi və prosessual hüquqa əsaslanmayıb və qət edilib. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçı təşkilat İddiaçı ASC-yə və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə t ərəflərin iştirakları olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh və İddiaçı ASC arasında 26.12.2019-cu il tarixdə illik 20 faizlə 36 ay müddətinə 3500 AZN məbləğində kredit müqaviləsi bağlanmış, cavabdeh banka olan borcunu ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində yalnız borcun məbləğini mübahisələndirmişdir. Cavabdeh apellyasiya şikayətində 3659,56 manat borcunun olmamasını qeyd etsə də bu dəlilini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mad dəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizası keçirilmədən qəbul olunmuş qətnamənin hüquqi əsasının olmaması dəlilinə münasibətdə qeyd edir ki, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(108)113/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 148 nömrəli ekspert rəyi 23 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyinə uyğun olaraq təqdim olunmuş hesabdan çıxarış məlumatları və 26 dekabr 2019-cu il tarixli, 11-Y-2-0-2919-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28.07.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcu 3338,30 (üç min üç yüz otuz səkkiz) manat, faiz borcu 278,19 (iki yüz yetmiş səkkiz) manat, cərimə borcu 13,05 (on üç) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə uyğun olaraq Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin materialları və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksp ertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 148 nömrəli ekspert rəyindən məlum olur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28.07.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcu 3338,30 (üç min üç yüz otuz səkkiz) manat, faiz borcu 278,19 (iki yüz yetmiş səkkiz) manat, cərimə borcu 13,05 (on üç) manat olması müəyyən olunur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsi İddiaçı ASC-nin iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini cavabdehin subyektiv mülahizələri təşkil edir və bu dəlillər Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Kollegiya tərəfindən ape llyasiya şikayətinə baxılarkən Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmiş hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mü lki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsində n Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(110)-483/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar