Məhkəmə qərarları › İş №2(108)-113/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-113/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-113/2022 31.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(079)-291/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 may 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 16 mart 2020-ci il tarixli, İK 1603/07 nömrəli kredit müqaviləsi üzrə 20 may 2022-ci il tarixə olan 1043,08 (bir min qırx üç manat, səkkiz qəpik) manat gecikdirilmiş faiz, 1633,73 (bir min altı yüz otuz üç manat, yetmiş üç qəpik) manat gecikdirilmiş əsas borc, 5.96 (beş manat, doxsan altı qəpik) manat faiz borcu, 3147,14 (üç min bir yüz qırx yeddi manat, on dörd qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5829,91 (beş min səkkiz yüz iyirmi doqquz manat, doxsan bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78,30 (yetmiş səkkiz manat, otuz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 05 i yul 2022-ci il tarixli, e-2(079)-291/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16 mart 2020-ci il tarixli, İK 1603/07 nömrəli kredit müqaviləsi üzrə 3777,08 (üç min yeddi yüz yetmiş yeddi manat, səkkiz qəpik) manat məbləğində əsas borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı “Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, e-2(079)291/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, faiz borcunun yenidən hesablanması və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün 19 avqust 2022-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 22 avqust 2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə apellyasiya şikayətindən imtina barədə ərizə ilə kollegiyaya müraciət etmişdir. Ərizədə göstərilmişdir ki,iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinə Babək Rayon Məhkəməsində baxılaraq e- 2(079)-291/2022 saylı mülki iş üzrə 05 iyul 2022-ci il tarixli, 2(079)-291/2022 nömrəli qətnaməyə əsasən iddia qismən təmin edildiyindən həmin qərarla bağlı apellyasiya şikayəti verilmişdir. Ərizədə hə mçinin apellyasiya şikayətindən imtina olunması göstərilərək Azərbaycan Respublikası MPM-in 369-cu maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə xitam verilməsi xahiş edilmiş, həmçinin apellyasiya şikayətindən imtinanın nəticələrindən məlumatlı olduqları qeyd olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. 31 avqust 2022-ci il tarixdə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan kollegiya belə hesab edir ki, apellyasiya şikayəti verilən zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün həmin Məcəllənin 363-cü maddəsində nəzərdə tutulmuş ə saslar mövcud deyil. Qeyd olunanları nəzərə alaraq kollegiya belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(079)-291/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilməlidir. Lakin kollegiya icraatda olan mübahisə üzrə apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona gö rə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə hesab edir ki, Babək Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(079)-291/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar olduğundan, yəni verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən mümkün hesab edilsə də, tələb hüququ olan iddiaçı tərəf ərizə ilə müraciət edərək verdiyi şikayətindən imtina etdiyindən Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 368.1-ci maddəsinin tələbi ilə müəyyən olunan növbəti prosessual hərəkəti edilməməli, verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsi nə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 39.15 (otuz doqquz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardad larından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(079)-291/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəхsə -"xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına хitam verilsin. "xxxx" Аçıq Səhmdar Cəmiyyətinin mədaxil kassasına 27 iyul 2022-ci il tarixdə ********* nömrəli qəbzlə AZ47AİİB**********3100201500 nömrəli hesaba ödənilmiş 39.15 (otuz doqquz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad çıxarıl dığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar