Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-114/2022 25.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-288/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 may 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 20 avqust 2019-cu il tarix li, 92İK200819 nömrəli kredit müqaviləsi üzrə 18 may 2022-ci il tarixə olan 1330.14 (bir min üç yüz otuz manat, on dörd qəpik) manat gecikdirilmiş faiz, 2456,80 (iki min dörd yüz əlli altı manat, səksən qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 3786,94 (üç min yeddi yüz səksən altı manat, doxsan dörd qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57,87 (əlli yeddi manat, səksən yeddi qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2(079)-288/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20 avqust 2019-cu il tarixli, 92İK200819 nömrəli kredit müqaviləsi üzrə 2456,80 (ik i min dörd yüz əlli altı manat, səksən qəpik) manat məbləğində kredit borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı “Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 18 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 17 iyun 2022ci il tarixli, e-2(079)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, faiz borcunun yenidən hesablanması və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, B abək Rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət vermədən və iddiaçı tərəfin mənafeyini nəzərə almadan qanunsuz və əsassız məhkəmə aktı qəbul etmiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, kredit ödənişləri cədvəli üzrə əsas borc və faiz borcunun hesablanması annuitet qaydasında aparılır. Ödənişlərdə gecikmələr olduğu zaman yuxarıda da qeyd edildiyi kimi gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə qalıq məbləğə 10% əlavə cərimə hesablanır. İddia ərizəsinin verildiyi 18 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 868 gecikmə g ününə müvafiq olaraq, ümumilikdə 1330.14 (bir min üç yüz otuz manat, on dörd qəpik) manat (iddia ərizəsinin verildiyi tarixədək ödəməli olduğu lakin ödəmədiyi faiz ödənişləri+cərimə borcu) faiz borcu hesablanmalıdır. Qalıq məbləğə uyğun gecikmiş günlərin sayına müvafiq olaraq cərimə faizi hesablanmışdır və məhkəmə tərəfindən keçirilən bu və ya digər iştirak olunan iclaslarda dəfələrlə gecikdirilmiş faiz borcu anlayışı ilə ifadə olunan məbləğin həm Borcalan tərəfindən iddia ərizəsinin verildiyi tarixədək hesablanan, ödənilməli olan lakin ödənilməyən faiz borcunun, həmdə gecikdirilmiş günlərə müvafiq olaraq hesablanan 10% cərimə məbləğinin cəmi olduğu bildirilmişdir. Lakin məhkəmə tərəfindən bu nəzərə alınmayaraq, ödənilməli olan faiz borcları belə nəzərə alınmamışdır. Məhkəmə tərəfindən g ecikdirilmiş faiz borcu üzrə hesablanan məbləğ iddia məbləğinə daxil edilməyərək faiz borcunun olmaması müəyyən edilmişdir. Apellyasiya şikayətində bu yanaşmanın açıq şəkildə səhv olduğu, Borcalan tərəfindən uzun müddət ərzində kredit borcu üzrə ödənişlərinin vaxtında və lazımınca aparılmadığı nəzərə alınmayaraq, məhkəmənin ekspertiza təyin etmədən sadəcə ödəniş cədvəli üzrə hesablamalarının əsassız olduğu və gecikdirilmiş faiz borcu olaraq qeyd edilən 1330.14 (bir min üç yüz otuz manat, on dörd qəpik) manat məbləğin iddia ərizəsinin verildiyi tarixədək ödəməli olduğu, lakin ödəmədiyi faiz borcu ilə cərimə məbləğinin cəmi olduğu bildirilmişdir. Faiz borcunun fərqli olması ondan meydana gəlmişdir ki, məhkəmə tərəfindən gecikdirilmiş günlərə uyğun hesablanan xərclər nəzərə alınmamış, bununla bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq iddianın dəqiqləşdirilməsi barədə təklif verilməmiş, məhkəmə öz mülahizəsinə uyğun olaraq yanlış hesablama apararaq nəticədə faiz borcunun düzgün hesablanmaması qənaətinə gəlinmişdir. Cavabdehlər kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyin şərtləri pozulmuş və ödənişlər ödəniş cədvəli üzrə müəyyən edilmiş qaydada aparılmadığından borc məbləği artmışdır. Xüsusi bilik təl əb olunan sahədə ekspert biliyinə müraciət edilmədən birbaşa hakimin sadəcə ödəniş cədvəlindəki məbləğlərə uyğun öz hesablamaları əsasında çıxardığı məbləğlər qərar çıxarılması üçün əsas sayıla biləcək hal deyil. Məhkəmə tərəfindən çıxarılan qətnamədə iddiaçının cavabdehlərə qarşı gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi tələb etmək hüququ olsa da, cavabdehlərdən onun qarşısında olan öhdəliyini icra etməmələrinə görə cərimə borcu tələb etməməsi yanaşmasına münasibətdə apellyasiya şikayətində qeyd edilmişdir ki, Babək Rayon Məhkəməsinə göndərilən iddia ərizəsində kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin ü zərinə 10% əlavə cərimə hesablanmasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının MM-in 445.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, Borclunun icranı gecikdirməsi sayılması və icranı gecikdirmiş Borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıması; Azərbaycan Respublikasının MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmə hüququ; Azərbaycan Respublikasının MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) b aşa düşülməsi qeyd edilmiş və dəfələrlə keçirilən məhkəmə iclaslarında gecikdirilmiş faiz borcu anlayışına aydınlıq gətirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmiş olsaydı, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəkilində istifadə edərək gəlir əldə etmiş olardı. Nəticədə iddiaçının tələbi əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən əsaslı sayılması qanunsuz və əsassız qərardır. Babək Rayon Məhkəməsi tərəfindən ekspertiza ilə bağlı heç bir qərardad qəbul olunmamış, ekspert rəyi alınmadan hakimin öz mülahizəsinə əsasən iddia məbləği hesablanaraq qətnamə çıxarılmışdır. Həmçinin hazırki qətnamə ilə cavabdehin üzərinə vurulan ziyandan daha az məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 89.1, 97, 77.3, 218.2, 184.3, 97.1, 386, 388, 389, 390, 357.1, 358.0.3, 360, 361.4, 362, 372.1, 372.2, 380.1 384.0.2, 385.1, 385.1.1, 387.1, Mülki Məcəllənin 1096.1, 115-ci maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına 19 avqust 2022-ci il tarixdə daxil olmuşdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 22 avqust 2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə apellyasiya şikayətindən imtina barədə ərizə ilə kollegiyaya müraciət etmişdir. Ərizədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinə Babək Rayon Məhkəməsində e-2(079)-288/2022 saylı mülki iş üzrə baxıldığı, 17 iyun 2022-ci il tarixli, 2(079)-288/2022 nömrəli qətnaməyə əsasən iddia qismən təmin edildiyindən həmin qərarla bağlı apellyasiya şikayəti verdikləri, apellyasiya şikayətindən imtina edərək Azərbaycan Respublikası MPM-in 369-cu maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə xitam verilməsinin xahiş edildiyi, həmçinin apellyasiya şikayətindən imtinanın nəticələrini bildikləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü onun daxil olduğu vaxtdan 5 iş günü ərzində yoxlayır. 25 avqust 2022-ci il tarixdə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan kollegiya belə hesab edir ki, apellyasiya şikayəti verilən zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün həmin Məcəllənin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd olunanları n əzərə alaraq kollegiya belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-288/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilməlidir. Lakin kollegiya icraatda olan mübahisə üzrə apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəm iyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə hesab edir ki, Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-288/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar olduğundan, yəni verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən mümkün hesab edilsə də, tələb hüququ olan iddiaçı tərəf ərizə ilə müraciət edərək verdiyi şikayətindən imtina etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 368.1-ci maddəsinin tələbi ilə müəyyən olunan növbəti prosessual hərəkət edilməməli, verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul ed ilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 28.94 (iyirmi səkkiz manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti veri lməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavab deh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-288/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Apellyasiya şikayətindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəхsə - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə apellyasiya icraatına хitam verilsin. "xxxx" Аçıq Səhmdar Cəmiyyətinin mədaxil kassasına 15 iyul 2022-ci il tarixdə ********* nömrəli qəbzlə AZ47AİİB******************** nömrəli hesaba ödənilmiş 28.94 (iyirmi səkkiz manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəy
Məhkəmə qərarları › İş №2(108)-114/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-114/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver