Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-114/2024 30.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 30 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat borcun və 129 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun alınara q ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi, iddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsini ləğv edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kolleg iyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qətnamə ilə razılaşmadığını, xx.xx.2022-ci il tarixdə Ordubad rayon Gəncə kənd sakini X4 ondan 75 (yetmiş beş) baş yanı balalı xırda buynuzlu heyvan satın aldığını, 5 nəfər şəxsin iştirakı ilə 4 ay müddətində pulu ödəməyi öz öhdəsinə götürdüyünü, müddətin bitməsinə 15 gün qalmış özünə qəsd edərək özünü öldürdüyünü, bildiyinə görə həmin heyvanları onun satdığını və əldə olunan pul vəsaitini ailəsinin ehtiyacları üçün xərclədiyini, Aza kənd sakini Cahangir adlı şəxsin 3 ədəd Qazel markalı avtomaşını ilə heyvanları yığıb X5 təhvil verdiyini, vasitəçilərin Emil, Yaqub və Samir olduğunu, heyvanları satandan 1 həftə sonra ona heyvanı alan X4 dələduzluqla məşğul olduğunun deyildiyini, həyat yoldaşı və Dizə kənd sakini Əli adlı şəxs ilə onları n evinə getdiyini, bu zaman Səfərin əmisi Kamil evə gələrək ona “get Ordubada araşdır, biz indiyə qədər heç kimin malını mənimsəməmişik, narahat olma, ona zamin dururam” dediyini, bundan sonra evə qayıdaraq, bir daha onlara müraciət etmədiyini, Səfər vəfat etdikdən sonra mərhumun evinə getdiyini, Səfərin həyat yoldaşı və atasının “Səfər ölübsə, pul da ölüb” dediklərini və bu qapını bir də açmamağını söylədiklərini, Səfərin 26 iyul 2022-ci il tarixdə Ordubad şəhərində vəfat etdiyini, onunla Cavabdeh arasında bağlanmış nikahın 08 aprel 2013-cü il tarixdə Ordubad rayon qeydiyyat şöbəsində 19 nömrə ilə qeydə alındığını, Səfərin qanuni varisi kimi Növrəstənin çıxış etdiyini, məhkəmənin qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini, məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu və qeyd olunan halları tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini, eyni zamanda qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edərək, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini bildirərək göstərilənləri nəzərə alaraq Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-816/2024 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 1306.1 -ci, 1306.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci, 14.2-ci, 76.1-ci, 76.3-cü, 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişdir Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatında cavabdehin özünün həmin puldan faydalandığını, güznütlü oğlanın və Sabirin onu Səfərlə tanış etdiklərini, müqaviləni öz aralarında yazıb imzaladıqlarını, sonra Babək rayon Notariat Ofisinə getdiklərini, orada onlara indi icazə verildiyini, müqavilə 3 adamın əli ilə təsdiqləndiyi halda etibarlı olduğunu, onların da belə etdiyini, Səfərin heyvanları apardığını, bir gün Səfəri onunla tanış edən in sanın həmin adamın dələduz olduğunu dediyini, buna görə də yoldaşı ilə birlikdə Səfərin evinə getdiyini, ordubadlı Əlini də özü ilə götürdüyünü, gedib Səfərin 1 gecəyə heyvanların 15-20-ni, ən yaxşılarını satdığını gördüyünü, birini də kəsib ətindən yemək bişirdiklərini, həmin yeməkdən onun və yoldaşının qabağına da qoyduqlarını, əslində məqsədinin heyvanları götürmək olduğunu, bu vaxt Səfərin əmisi Kamilin gəldiyini, Səfər haqqında belə sözlər deyiblər dediyini, əmisinin də “biz bir adamın toyuğuna daş atmamışıq, o sözləri bizi istəməzlikdən deyiblər, biz yaxşı insanıq” dediyini, yoldaşının da cavabdehə “ əgər ərin fırıldaqçıdırsa bunun ziyanını səndə çəkərsən, əgər ərin fırıldaqçıdırsa biz heyvanlarımızı aparaq” dediyini, cavabdehin həmin vaxt orada ərini tərifləməyə başladığını, bu söz lərlə onu fikrindən yayındırdığını, 10-15 gün sonra Bakıya gedəcəyini, Səfərə ona o vaxta kimi 500 manat borcundan verməsini dediyini, Səfərin da “gəl 500 manat verim” dediyini, səhəri gün yoldaşı ilə Bakıya getdiklərini, orada olanda Səfərin özünü öldürməsi xəbərinin gəldiyini, onun da Səfərin telefonuna zəng vurduğunu, Ordubadın prokurorunun cavab verdiyini, “baxın görün Səfərin nisyə dəftərində mənə borcu var” deyə soruşduğunda, var deyildiyini, sonra “onu özünü öldürmə həddinə çatdıranı axtarırsınızsa, borclarını qaytaranı da axtarırsınız” deyə soruşduğunu, prokurorluqdan ona gedib özünün borc sahibindən maraqlanmasını dediklərini, onun da Səfərin evinə pulu almaq üçün getdiyini, Səfərin yoldaşının ona “Səfər ölübsə, borc da ölüb” dediyini, atasının da eyni sözü dediyini, polisə müraci ət etdiyini, onların 6 ay üstündən müddət keçməlidir dediklərini, onun bu müddəti gözləyib məhkəməyə müraciət etdiyini, onun “dağda istidə çadır qurub heyvan saxlamamışam ki, pulumu kimsə yesin” dediyini, onun heyvanlarının pulu ilə Səfərin özünə mətbəx düzəltdiyini, cavabdehin həmin heyvanın ətindən onun qabağına yemək də gətirdiyini, mal verib qarşı tərəfin pul qazandığını indi isə cavabdehin hər şeyi danmasını bildirərək, Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasındakı izahatında İddiaçı 150 manatlıq heyvanı 300 manata ərinə satdığını, iddiaçının onlara xəstə, qoca qoyunlar verdiyini, yold aşını ziyana saldığını, buna görə nisyə verməyə razı olduğunu, ərini borca salıb onu özündən asılı vəziyyətdə saxladığını, yoldaşına dəfələrlə hədə-qorxu gəldiyini, yoldaşının buna görə intihar etdiyini, 2 ildir ki, onun boğazından yapışdığını, pulu istədiyini, yoldaşı ilə iddiaçının nə alıb, nə vermələrindən onun xəbərinin olmadığını, yoldaşının psixi xəstəliyi olduğunu, onun sözünə qulaq asmadığını, onu arvad yerinə qoymadığını, ərinin ona “qonaqların qabağına yemək qoy” deməsinə görə, onun da qoyduğunu, onun qonaqların nə üçün gəldiyini bilmədiyini, hazırda camaatın ona verdiyi fitrə ilə iki yetim qız uşağını saxladığını, öz evinin olmadığını, qaynatasının evində bir otaqda qızları ilə qaldığını, iddiaçıya veriləcək maşınının, evinin olmadığını, iddiaçı qapıya gələndə ona “Səfər ölübs ə, borc da ölüb dediyini”, göstərərək, Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiyada şahid qismində dindirilmiş Şahid4 ifadəsində aprelin 15-i prostat probleminə görə Bakıya getməli olduğunu, oğlunda 1-ci arvadından boşandıqdan sonra 2012-ci ildən psixoloji problemlərin yarandığını, o getdikdən sonra, oğluna kiminsə “get heyvan al gətir sat” dediyini, Səfərin Nehrəm kəndinə getdiyini, ordan burdan kimdə heyvan olduğunu soruşduqda Kərimdə olduğunu öyrəndiyini, Səfərin heyvandan başı çıxmayan adam olduğunu görən Kərimin ona dişi yox, erkək, südsüz heyvanları verdiyini, bu heyvanların südü olmadığını, dişi olmadığını, təz dən qaytarılacağını düşünərək, Səfərin ona 800 manat verəcəyi olduğundan ondan 500 manat aldığını, Səfərin gətirdiyi heyvanlardan çoxusunun qırılıb, keçindiklərini, oğlunun başı pozulduğundan əti aparıb 4 manat 50 qəpiyə-5 manata qəssablara verdiyini, 200 manatlıq heyvanı 350-500 manata satdığını, iyul ayının əvvəlində Kərimin zəng vurub pulunu istəməyə başladığını, Səfərin ona pulun olmadığını dediyini, Kərimin iyulun 9-da gəlib qapını döyüb Səfəri çölə çıxararaq “3 gün vaxt verirəm, ya pulumu ver ya da səni öldürərəm, evini yandıraram” dediyini, o getdikdən sonra Səfərin ondan bundan pul istəməyə başladığını, heç kimdən bir qəpikdə əldə edə bilmədiyini, ayın 14-ü gecəsi evi yuxuya verdikdən sonra gedib həyətin dibində istifadəsiz hamamda lezvanı götürüb özünü kəsdiyini, ayın 15-də səhər saat 5-də yoldaşının onu qanın içində ölüb hamamda qaldığını gördüyünü, prokurorun, müstəndiqin tökülüb gəldiklərini, sonra ona zəng edib tez özünü yetir deyildiyini, Səfəri Gənzə kəndində dəfn etdiklərini, 4-cü günü onu Kənan müəllim çağıraraq kimlərinsə oğlundan şikayətçi olduğunu, ona “gəl danış biz yazaq pozaq, bizim borcumuzdur” dediyini, uşağının ölüb getdiyini, qapısının bağlandığını dediyini, iddiaçının 20 qoyun balası sataraq bu pulu çıxaracağını, oğlunun ölən günün 11-də iddiaçının gəlib qapını döyərək Səfərin evinin olub-olmadığını soruşduğunu, özünün ona “Səfərin evi idi, sənin üzündən indi torpağın altındadır” deyərək qapını çırpmaq istədiyini, Kərimin müqavimət göstərdiyini, istədi yıxılsın özünü saxladığını, Kərimə “məndən nə istəyirsən, o prokuror, o müstəntiq, o birsinin d ə torpağın altında olduğunu” dediyini, uşaqların hələdə ondan “baba ata niyə Moskvada qalır, niyə gəlmir?” soruşduqlarını, iddiaçıda vəkələtnamənin, şahidin, sübutun, etibarnamənin olmadığını, ona pul vermədiyini, özünün onu qovaladığını, Kərimin çıxlb getdiyini, sonra özünün Bakıya getdiyini, dekabra qədər xəstəliyi ilə bağlı gedib-gəldiyini, 18 aydan sonra Növrəstəyə Ordubad Rayon Məhəməsinə getməsi barədə neçə səfər ərizənin gəldiyini, narahat olub xəstələnməməsi səbəbindən Növrəstənin ona qorxub zəng vurmadığını, onun isə heç nədən xəbərinin olmadığını, Ordubad Rayon Məhkəməsinin də vəziyyətin nə yerdə olduğunu görüb əfv verdiyini, Kərimin də yəqin Ordubad olduğundan, onun qohumlarının məhkəmə ilə araları yaxşı olduğunu fikirləşib şikayət yazdığını, mayın 14-dü Bakıdan qayıtdığını, Növ rəstənin ona “ mən sənə deməmişdim, məni məhkəmədən 3-4 dəfə çağırıblar, gedib izahat vermişəm” dediyini, biraz narahat olduğunu, ayın 14-ü poçtalyonun məktub gətirdiyini, məktubu açıb oxuduqda İddiaçı Ordubad Rayon Məhkəməsinin onun xeyrinə qərar vermədiyindən ona inanmayıb aparıb Ali Məhkəməyə şikayət verdiyini, ondan sonra Kərimin yoldaşı ilə gəlib pulunu istəyərkən Növrəstənin onlara “pulunu Səfər aparıb get ondan al” dediyini, onun da “elə etmə ki, uşaqlarını girov götürüm”dediyini, gəlininin isə “uşaqları girov götürmə, apar bazarda sat öz pulunu götür, qalanı da gətir ver mənə” dediyini, 2 gün sonra birdə gələrək “elə etmə ki qardaşını öldürüm, gətirim basdırım onun yanında” dediyini, gəlininin isə “birini öldürdün, indi də keçdin o birisinə, niyə sən reketsən?”cavab verdiyini, özün ün qapıya çıxandan sonra Kərimin “elə etmə ki orqanlara 100.000 pul töküm, bu işi həll edim” dediyini, onun qara günə qaldığını, xırda nəvəsinin “ deyiblər atan ölüb” deməsinə “o başqa Səfərdir, atan deyil, sənin atan Moskvadadır, pasportunu düzəldib gələcək” cavab verdiyini, bazara gedəndə uşaqlar yesin deyə birinin qovun, birinin qarpız, birinin çörək,1 kq ət alıb verdiklərini, bu vəziyyətdə, bu yetimçiliklərinə baxmayaraq Kərimin gəlib onlardan pul tələb etdiyini, özünün şikayət etmədiyini, etdiyi halda Kərimi 3 günü içəri saldıracağını, pulu ölüb bunun halal xoş, özünün də balası ölüb halal xoş dediyini, vəziyyətin gəlib bu yerə çatdığından, gəlinini məhkəmələrdə fırladıb ora-bura, isti maşında gedib-gəldiyinə görə ondan üzr istəməsini, uşaqların birinin 6 yaşında o birisinin 9 yaşın da olduqlarını, bu uşaqlar həddi-buluğa çatana kimi hərəsinə 100 manat ödəməsini istədiyini, məktubda 75 baş heyvanın verildiyinin yazıldığını, başqa heç bir hesabı görmədiyini, Səfərin heyvanları satdığını, qırılanların qırıldığını, evdə 1 manatın qalmadığını, qonşuya heyvan almasını atasına bildirməməsini dediyini, Səfərin satdığı heyvanların pullarını birindən alıb başqasına verdiyini, gələndən sonra həyətdə 1 baş da heyvan olmadığını, oğlundan sonra 2 uşaqdan başqa heçnə qalmadığını, oğlunun onun evində yaşadığını, özünün yoldaşının koronadan rəhmətə getdikdən sonra Bakıda qaldığını, onların heçnəyi, toyuğun belə olmadığını, evi 2007-2008-ci ildə Bakıdakı oğlunun remont elədiyini, evin pərdələrinin gəlininin mamasının 4000 manat kredit götürüb aldığını, hərdən 1000-1500 manat gətirib q ızının dolanışığı üçün verdiyini, oğlunun əvvəllər Moskvada olduğunu, 2012-ci ildən birinci yoldaşından ayrıldıqdan sonra heyvan satışı ilə məşğul olduğunu, ona 22 baş heyvan aldığını, qəşənglərini qəssaba satdığını dediyini, onları satdıqdan sonra əldə olduğu 6500 manatın da, heyvanların da getdiyini, oğlunun heyvan gətirib satdığını ordan burdan eşitdiyini, bunu Bakıdan gələndən sonra bildiyini, oğlunun birindən 20 manat, birinə ot biçib pul aldığını, hərdən onun kartından da pul aldığını, oğluna “inək al yoldaşın südünü sağsın, apar sat belə dolan, 5000-6000 var, yesən onu yerinə gətirə bilməyəssən” deyib evdən çıxdığını, aprelin 15-də Səfərə may ayında 6000 manat ödəməli olduğunu, 7000 manat olsa 1000 manatını xərcləməsini, may ayına əl vursan əngələ düşəcəyini dediyini, o getdikdən so nra Səfərin 6000 manatı da xərclədiyini eşitdiyini, günahın öləndə olduğunu, Kərimin pulu ölübsə, onun da oğlunun öldüyünü, oğlunun heyvanları yararsız görüb dəyər dəyməzinə hamısını satdığını göstərdi. Kollegiyada şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində vətəndaşların heç birini şəxsən tanımadığını, məhkəmədən ona bildiriş gəldikdən sonra bu məsələni bildiyini, vəfat edən şəxsi tanımadığını, sadəcə vəfat etdiyi vaxtda şəhərdə heyvan alış- verişi etdiyi barədə söhbətlər yayıldığını, kimnənsə heyvan alıb pul müqabilində, aparıb başqa şəxslərə aşağı qiymətə satdığını, pulu da xərclədiyini, ondan buna bundan ona vəziyyətdə olduğunun bildirildiyi, onlarda kiminsə əmlakının olubolmaması şəhər içi nümayəndəlikdə qeydə alınmadığını, əmlaklar daşınmaz əmlaka məxsus olduğundan, kiminsə adına əmlakın olub-olmadığının oradan öyrənildiyini, Səfərin heyvan alıb satdığını qıraqdan eşitdiyini, onun əmlakı barəsində məlumatın qeydə alınmadığını, baytarlıq idarəsindən gedib heyvanlara baxıb, onlara məlumat verildikdən sonra onların qeydə aldıqlarını, təsərrüfat kitablarının ildə bir dəfə yazıdığını, hər ilin ilk yanvar ayında qeydiyyat apardıqlarını, ona görə həmin ayda olsa qeydə alınmalı idi, hər bir məlumatın ildə bir dəfə toplanıb yazıldığını, təsərrüfat başı kitablarının onlara 2022-ci ildə verildiyini, həmin ilə qədər onlarda o kitabların olmadığını, statistika idarəsində olduqlarını, 2022-ci ildən bu günə qədər məlumatların vardırsa olacaqlarını, yoxdursa olmayacaqlarını, ümumi Naxçıvan Muxtar Respublikasında icra nümayəndəliyinə təsərrüfat başı kitabların 1 yan var ayının 2022-ci ildə veridiyini, ondan 1 gün qabaq ki məlumatlarının artıq onlarda olmadığını, təsərrüfat başında ailə üzvlərinin adlı siyahısının, onlara bildirilən heyvanların, evin kvadratına aid olan məlumatların qeyd olunduğunu, kitabdan çıxarışı təqdim edə biləcəyini bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə qeyd edilmişdir ki, “mən X8 12850 manat dəyərində Kərimdən heyvan götürdüm, iyulun 30-na kimi ödəyəcəyəm” sözləri yazılmış və imza edilmişdir. İş materiallarına əlavə edilmiş 603186 nömrəli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X8 və Cavabdeh Mərdan qızı arasında nikah Ordubad Rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X9 15 iyul 2022-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 26.07.22-ci il tarixdə 152 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 Ordubad Rayon Şöbəsinə göndərilən sorğudan, X4 adına Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir əmlakın qeydə alınmadığı, Şahid4 adına isə 0.0857 ha torpaq sahəsi üzərində ümumi sahəsi 198.40 m2 olan fərdi yaşayış evinin Azərbaycan SSR KTN tərəfindən aprel 1986-cı il tarixdə 1423 inventar nömrəsi ilə inventarlaşdırılması və onun adına texniki pasport hazırlandığı, lakin həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı məlum olmuşdur. İş materiallarına əlavə olunmuş, Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Prokurorluğuna göndərilən sorğudan, Ordubad şəhər sakini olmuş mərhum X4 ölməsi ilə bağlı Ordubad rayon prokurorluğuna hər hansı bir məlumatın daxil olmadığı və materialın araşdırılmadığı məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Ordubad Rayon İƏDÜ Nümayəndəliyinin 20 avqust 2024-cü il tarixli 5-25-1/2-44/-2024 nömrəli məktubunda 2022-ci ilin təsərrüfatbaşı kitablar Ordubad Rayon Statistika İdarəsi tərəfindən işlənməsi, Ordubad Rayon Statistika İdarəsinin onlara təhvil verildiyi 2022-ci ilə dair təsərrüfatbaşı kitablarda Ordubad şəhər sakini Cavabdeh Mərdan qızı və mərhum X8 barədə heç bir məlumatın qeydə alınmaması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad Rayon notariusunun 07 avqust 2024-cü il tarixli 82 nömrəli məktubunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(108)-114/2024 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, Ordubad şəhəri, N.Tusi küçəsi 9 ünvünda yaşamış X4 alına xx.xx.2024-cü il tarixli elektron informasiya sisnemindəki və reyestr kitablarındakı axtarışın nəticələrinə əsasən Ordubad Rayon Notariat Ofisində vərəsəlik işinin açılmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və on a etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı Cavabdeh qarşı 30 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərə k Cavabdeh ona olan 12850 (on iki min səkkiz yüz əlli) manat borcun və 129 manat dövlət rüsumunun, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kollegiya iddiaçının şikayətinin dəlillərinə işdə toplanmış subutlarla birlikdə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslı olmaqla şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsasdır. İddiaçı məhkəmə kollegiyasındakı izahatında razılığa əsasən Səfərin ondan 75 baş xırda buynuzlu heyvan alıb pulunu 2022-ci ilin iyul ayının 30-dək ödəyəcəyini, həmin adamın dələduz olduğunu eşidib yoldaşı ilə birlikdə Səfərin evinə getdiyini, Səfərin 1 gecəyə heyvanların 15-20-n i, ən yaxşılarını satdığını, birini də kəsib ətindən yemək bişirdiklərini gördüyünü, həmin yeməkdən onun və yoldaşının qabağına da qoyduqlarını, məqsədinin heyvanları götürmək olduğunu, bu vaxt Səfərin əmisi Kamilin gəldiyini, ona Səfər haqqında belə sözlər deyiblər dediyini, əmisinin də “biz bir adamın toyuğuna daş atmamışıq, o sözləri bizi istəməzlikdən deyiblər, biz yaxşı insanıq” dediyini, yoldaşının da cavabdehə “əgər ərin fırıldaqçıdırsa bunun ziyanını sən də çəkərsən, əgər ərin fırıldaqçıdırsa biz heyvanlarımızı aparaq” dediyini, cavabdehin həmin vaxt orada ərini tərifləməyə başladığını, bu sözlərlə onu fikrindən yayındırdıqlarını, 10-15 gün sonra Bakıya gedəcəyini, Səfərin ona o vaxta kimi borcundan 500 manat verdiyini, Bakıda olanda Səfərin özünü öldürməsi xəbərinin gəldiyini, qay ıtdıqda onun da Səfərin evinə pulu almaq üçün getdiyini, Səfərin yoldaşının ona “Səfər ölübsə, borc da ölüb” dediyini, atasının da eyni sözü dediyini, polisə müraciət etdiyini, sonra məhkəməyə müraciət etdiyini, onun heyvanlarının pulu ilə Səfərin özünə mətbəx düzəltdiyini, ailəsini dolandırdığını, cavabdehin də bunlardan xəbərinin olduğunu, onun da bəhrələndiyini, mal verib qarşı tərəfin pul qazandığını, indi isə hər şeyi danmasını bildirdi. Cavabdeh iddiaçının izahatında göstərdiyi xüsusatları təkzib edə bilməmiş, birinci instansiya məhkəməsində verdiyi izahatında ümumiyyətlə heç nədən xəbəri olmadığını, iddiaçı ilə onun mərhum həyat yoldaşı arasında bağlanmış borc müqaviləsindən xəbəri olmadığını, hazırda onun adına həyat yoldaşından qalma hər hansı bir əmlakın olmadığını, qaynatasına m əxsus evdə yaşadıqlarını bildirsə də, məhkəmə kollegiyasında fərqli izahatlar verərək həyat yoldaşının heyvan alıb satdığını, İddiaçı 150 manatlıq heyvanı 300 manata onun ərinə satdığını, buna görə nisyə verməyə razı olduğunu, ərini borca salıb onu özündən asılı vəziyyətdə saxladığını, yoldaşına dəfələrlə hədə-qorxu gəldiyini, yoldaşının buna görə intihar etdiyini, yoldaşı ilə iddiaçının nə alıb, nə vermələrindən onun xəbərinin olmadığını, yoldaşının psixi xəstəliyi olduğunu, onun sözünə qulaq asmadığını, onu arvad yerinə qoymadığını, ərinin ona “qonaqların qabağına yemək qoy” deməsinə görə, onun da qoyduğunu, onun qonaqların nə üçün gəldiyini bilmədiyini göstərməsi onun mübahisələndirilən məsələdən tam məlumatlı olmasına dəlalət edir. Kollegiyada şahid qismində dindirilən Şahid4 məhkəmədə verdiyi ifadəsində xəstəliyinə görə Bakıya getməli olduğunu, oğlunun əvvəllər Moskvada olduğunu, 2012-ci ildən birinci yoldaşından ayrıldıqdan sonra heyvan satışı ilə məşğul olduğunu, Səfərin Nehrəm kəndinə gedib nisyə heyvan aldığını, Səfərin heyvandan başı çıxmayan adam olduğunu görən Kərimin ona dişi yox, erkək, südsüz heyvanlar satdığını, Səfərin gətirdiyi heyvanlardan çoxusunun qırılıb, keçindiklərini, oğlunun başı pozulduğundan əti aparıb 4 manat 50 qəpiyə-5 manata qəssablara verdiyini, 200 manatlıq heyvanı 350-500 manata satdığını, iyul ayının əvvəlində Kərimin zəng vurub pulunu istəməyə başladığını, Səfərin ona pulun olmadığını dediyini, Kərimin iyulun 9-da gəlib qapını döyüb Səfəri çölə çıxararaq “3 gün vaxt verirəm, ya pulumu ver ya da səni öldürərəm, evini yandıraram” dediyini, o getdikdən sonra Səfərin heç kimdən bir qəpikdə əldə edə bilmədiyini, ayın 14-ü gecəsi hamamda lezvanı götürüb özünü kəsdiyini, ayın 15-də səhər saat 5-də yoldaşının onu qanın içində ölüb hamamda qaldığını gördüyünü, bunları Bakldan gələndən sonra eşitdiyini, Səfərin satdığı heyvanların pullarını birindən alıb başqasına verdiyini, gələndən sonra həyətdə 1 baş heyvan da olmadığını, oğlunun onun evində yaşadığını, evi 20072008-ci ildə Bakıdakı oğlunun remont elədiyini, evin pərdələrinin gəlininin anasının 4000 manat kredit götürüb aldığını, hərdən 1000-1500 manat gətirib qızının dolanışığı üçün verdiyini göstərmişdir. Beləliklə də işin araşdırılması zamanı tərəflərin verdiyi izahatlarla, dindirilmiş şahid ifadəsi ilə mərhum X4 2012-ci ildən başlayaraq heyvan alqı-satqısı ilə məşğul olmas ı, onun iş üzrə İddiaçı razılığa əsasən xx.xx.2022-ci il tarixdə 12850 manat dəyərində 75 baş yanı balalı xirda buynuzlu heyvan alması, aldığı heyvanların pulunu iyulun 30-dan gec olmayaraq ödəməsini öhdəsinə götürlməsi, bu barədə yazdıqları razılaşmaya imza etməsi, Səfərin həmin heyvanları Ordubad rayonuna aparması, iddiaçının Səfər Qədimovun dələdüz insan olduğunu eşidərək yoldaşını da götürərək Ordubada Səfərin evinə gedib heyvanları qaytarmaq istəməsi, Səfərin 1 gecəyə heyvanların 15-20-ni, ən yaxşılarını satdığını görməsi, birini də kəsib ətindən yemək bişirildiyini, həmin yeməkdən onun və yoldaşının qabağına da qoyulması, bu vaxt Səfərin əmisi Kamilin gəlməsi, onun iddiaçıya “biz bir adamın toyuğuna daş atmamışıq, o sözləri bizi istəməzlikdən deyiblər, biz yaxşı insanıq” deməsi, cava bdehin də həmin vaxt orada ərini tərifləməyə başlaması, cavabdehin hər şeydən xəbərinin olması, onun da bəhrələndiyini, iddiaçının Bakıda olduğu vaxt Qədimov Səfərin özünü öldürməsi xəbərinin eşitməsi, qayıtdıqdan sonra Səfərin evinə pulu almaq üçün getməsi, mərhumun yoldaşının da atasının da iddiaçıya “Səfər ölübsə, borc da ölüb” deməsi, Səfərin satdığı heyvanların pullarını birindən alıb başqasına verməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payina mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius təfəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki işin araşdırılması zamanı tərəflərin izahatları, şahid ifadəsi ilə iddiaçının və məhrum X4 arasında alqı satqının baş tutması, alınan heyvanların X8 tərəfindən Ordubada aparıb cavabdehin bugün də yaşadığı həyətə yığması, onların satılması, iddiaçının həyat yoldaşı ilə qoyunların qaytarması məqsədi ilə Səfərin qapısına getməsi, heyvanlardan birinin kəsilərək hətta bişmiş yeməkdən onların da qabağına qoyulması, cavabde hin də həmin vaxt orada ərini tərifləməyə başlaması, iddiaçın pulları ilə Səfərin özünə mətbəx düzəltməsi, ailəsini dolandırması, iddiaçının Səfərin evinə pulu almaq üçün gedərkən mərhumun yoldaşının “Səfər ölübsə, borc da ölüb” deməsi, alınmış heyvanların satılması ilə Cavabdeh bəhrələnməsi, hal hazırda həmin evdə yaşamasının davam etdirilməsi tam sübuta yetirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutları kollegiyaya təqdim edə bilməmişdir. Kollegiya qeyd olunanlara qiymət verərək hesab edir ki, Cavabdeh ona irəli sürülmüş iddia üzrə məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə ə sasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı X11 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən ed ilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsndə müəyyən edilmiş hallar və ya əlavə olunmuş sübutlar əsasında yeni qətnamə qəbu l edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli qələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək hazırki iş üzrə səhv nəticəyə gəlmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilməsi üçün əsasdır. Kollegiya iddiaçı X7 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və Ordubad Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsi tamamilə ləğv olunmaqla iddia tələbi təmin olunmaqla Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat borc və 129 manat dövlət rüsumu, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manat alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 402, 403, 404, 405.0.1, 406-cı maddələrini rəhbər tutaraq kollegiya Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ordubad Rayon Məhkəməs inin 20 fevral 2024-cü il tarixli, 2(080)-16/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli) manat borc və 129 manat məbləğində dövlət rüsumu, ümumilikdə 12979 ( on iki min doqquz yüz yetmiş doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-114/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-114/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver