Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-116/2023 08.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 650 (altı yüz əlli) manat məbləğində vurulmuş zərər və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çı xarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin tələb hissəsində səhvən iddia olunan məbləğin cavabdehlər Cavabdeh və X3 tutulması xahiş edildiyini, tələblərinin yalnız Cavabdeh barəsində olduğunu, qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə verilmiş 650 (altı yüz əlli) manat məbləğinin və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 650 (altı yüz əlli) manat ödənilmiş sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 680.40 (altı yüz səksən manat qırx qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh 10 iyul 2023-cü ildə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 cavabdeh tərəfindən üçüncü şəxs qismində işə cəlb olunaraq işin faktiki hallarının araşdırılması və Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil ona görə ki, Şərur Rayon Məhkəməsi mülki iş üzrə he ç bir obyektiv araşdırma aparmamış, tərəflərin iştirakı olmadan, işin faktiki hallarını dəqiq araşdırmadan və səbəblərini nəzərə almadan, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlara əsaslanaraq işi mahiyyəti üzrə tam və hərtərəfli araşdırmadan iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı ilkin olaraq iddia tələbinin tələb hissəsində iddia olunan məbləğin cavabdehlər Cavabdeh və X3 tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmiş, zərərçəkənin avtomobilinin zədələnməsi nəticəsində 650 manat məbləğində sığorta ödənişi verilmiş, buna görə də zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələ nməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC iddia tələbinin tələb hissəsində səhvən iddia olunan məbləğin cavabdehlər Cavabdeh və X3 tutulmasını xahiş etdiyini, tələblərinin yalnız məndən, yəni Cavabdeh olduğunu, qeyd olunanları nəzərə alaraq məhkəmədən tələb olunan 650 manat məbləğin və 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. Apellyator qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobil tərəfindən xx.xx.2020-ci il tarixdə Şərur rayon bir sayı Notariat ofisi tərəfindən verilmiş AR-İ M 280747 saylı mülki etbamaməyə əsas ən idarə edirdi və o cümlədən hadisə zamanı nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 da onun yanında olmuş, lakin səhhəti ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edə bilmədiyindən həmin vaxt nəqliyyat vasitəsini özü idarə etmişdir. Hadisə zamanı avtomobilin mülkiyyətçisi X5 onun yanında olması Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini mülki etibarnamə əsasında idarə etməyi və mülkiyyətini X5 onun yanında olması nəzərə alınmamış və iddiaçı "xxxx" ASC əsassız olaraq ödənilmiş sığorta məbləğinin ondan tutulmasını tələb etmişdir. Qeyd olunmuşdur ki, məhkəmə mülki işə onların iştirakı olmadan birtərəfli qaydada baxaraq, yalnız iddiaçı "xxxx" ASC-nin iddia tələbində göstər ilən xüsusatlara əsaslanaraq qərəzli qətnamə qəbul etmişdir. Halbuki, mülkiyyətçi X8 ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, işin hərtərəfli və obyektiv araşdırılması, zəruri sübut və materialların məhkəməyə təqdim olunması məqsədi ilə onun cavabdeh tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Apellyator sonda nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 cavabdeh tərəfindən üçüncü şəxs qismində işə cəlb olunaraq işin faktiki hallarının araşdırılması və Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(110)-542/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 3 97.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslə rə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qətnamənin ləğvinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq və mülki iş materiallarını nəzərdən keçirib, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də sığortalanmışdır. - PGU-223557 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdi yi “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Fort Transit” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Dairəvi yolda toqquşmuş, sonuncuya 650 manat maddi ziyan dəymişdir. - Naxçıvan MR DYPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, «Ford Transit» markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələrə görə 340 manat, işçilik haq qı 310 manat olmaqla, cəmi 650 manat xərc çəkilmişdir. - xx.xx.2023-cü il tarixli 169376 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 bank hesabına 650 manat köçürülmüşdür. - Azərbaycan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şərur rayon Ələkli kəndində qeydiyyatda olan X6 məxsusdur. - Elektron notariat sistemindən çıxarışdan məlum olur ki, Cavabdeh “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. - ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB** ****************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətində Şərur Rayon Məhkəməsinin 09 iyun 2023cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsinin ləğvinə əsas kimi, “...yol-nəqliyyat hadisəsi zamanı avtomobili tərəfindən xx.xx.2020-ci il tarixdə Şərur rayon bir sayı notariat ofisi tərəfindən verilmiş AR-İ M 280747 saylı mülki etibamaməyə əsasən idarə etdiyini, hadisə zamanı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 da onun yanında olduğunu, lakin səhhəti ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edə bilmədiyindən həmin vaxt nəqliyyat vasitəsini özünün idarə etdiyini, hadisə zamanı avtomobilin mülkiyyətçisi X5 onun yanında olmasının Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən verilmiş arayışda da ö z əksini tapdığını, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini mülki etibarnamə əsasında idarə etdiyini və mülkiyyətçi X5 onun yanında olmasının nəzərə alınmadığını, iddiaçı "xxxx" ASC-nin əsassız olaraq ödənilmiş sığorta məbləğinin ondan tutulmasını tələb etdiyini, məhkəmənin mülki işə onların iştirakı olmadan birtərəfli qaydada baxaraq, yalnız iddiaçı "xxxx" ASC-nin iddia tələbində göstərilən xüsusatlara əsaslanaraq qərəzli qətnamə qəbul etdiyini” göstərmiş və məhz bu göstərilən dəlillərə əsaslanaraq Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(110)542/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi bu dəlilləri mülki iş üzrə təqdim olunmuş sübutlarla qarşılıqlı surətdə tədqiq edərək də lillərin tamamilə əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, apellyatorun qeyd etdiyi hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas sayıla bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuş və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Yuxarıda qeyd olunan sənədlərdən də göründüyü kimi “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. PGU-223557 nömrəli sığorta aktına əsasən Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyy at nişanlı avtomobil ilə X2 idarə etdiyi “Fort Transit” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan şəhəri Dairəvi yolda toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətinə əsasən «Ford Transit» markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrə görə 340 manat, işçilik haqqı 310 manat olmaqla, cəmi 650 manat xərc müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 169376 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 bank hesabına 650 manat köçürülmüşdür. İs tər birinci instansiya məhkəməsində təqdim olunmuş iş materiallarından, istərsə də apellyasiya şikayətinin məzmunundan aydın olmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən zaman iş üzrə Cavabdeh “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, lakin yol nəqliyyat hadisəsi baş verən zaman “Hyundai Sonata” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 onunla birlikdə avtomobildə olmuşdur. Belə olan halda isə yol nəqliyyat hadisəsi baş verən zaman avtomobilin idarə edilməsi üçün yazılı qaydada verilmiş etibarnamənin olması zərurəti aradan qalmış olur. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla digər hallarda etibarnamənin olmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maadəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dai r etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istis mar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. - 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəm əsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsindən Cavabdeh t ərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(110)-542/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-116/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-116/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver