Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-117/2023 28.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X4 etdiyi etiraza açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(108)-131/2021 nömrəli qətnaməsinin dəyişdirilərək sabit pul məbləğində 13 iyul 2017-ci il təvəll üdlü X1 və 20 sentyabr 2019-u il təvəllüdlü X3 yetkinlik yaşına çatnadək bir uşağın saxlanılmasına 220 (iki yüz iyirmi) manat olmaqla iki uşağın saxlanılmasına sabit pul məbləğində 440 (dörd yüz qırx) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxış iclası zamanı İddiaçı 18 iyul 2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X4 işə onun sədrliyi ilə baxılmasına etiraz edərək ərizədə, Şahbuz Rayon Məhkəməsində 2021-ci ildə 2(090)-61/2021 nömrəli mülki işə Şahbuz Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi ilə baxıldığını və aliment tələbinə dair iddia tələbinin qismən təmin edildiyini, hazırda Şahbuz Rayon Məhkəməsində icraatda olan aliment miqdarının dəyişdirilməsi tələbi barədə 2(090)-157/2 023 nömrəli mülki işə Şahbuz Rayon Məhkəməsinin hakimi Daşqın Səfərovun sədrliyi ilə baxılmasına etiraz etdiyini bildirmişdir. Mülki iş İddiaçı etirazına əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya etirazda göstərilən dəlili iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsassızıdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2 və 19.2.3-cü maddələrinə əsasən hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa və ya onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, o, işə baxılmasında iştirak edə bilməz və ona etiraz еdilə bilər. Etirazın dəlili ilə bağlı iş materialları araşdırılarkən müəyyən olunmuşdu r ki, İddiaçı 2021-ci ildə Şahbuz Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq 13 iyul 2017-ci ildə anadan olmuş X1 və 20 sentyabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa sabit məbləğdə 175 manat olmaqla, ümumilkdə 350 manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq 13 iyul 2017ci ildə anadan olmuş X1 və 20 sentyabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa sabit məbləğdə 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iş üzrə İddiaçı apellyasiya şikayəti əsası nda Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, 13 iyul 2017-ci ildə anadan olmuş X1 və 20 sentyabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa sabit məbləğdə 125 manat olmaqla, ümumilikdə 250 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Göründüyü kimi, iş üzrə iddiaçı etirazının dəlilində qeyd etdiyi kimi, 2021-ci ildə də aliment tələbi ilə bağlı Şahbuz Rayon Məhkəməsində hazırki mülki iş üzrə cavabdehə qarşı iddia qaldırmış, həmin işə məhkəmənin hakimi X8 oğlunun sədrliyi ilə baxılmış və qeyd olun an qətnamə qəbul olunmuşdur. Lakin iş üzrə İddiaçı Mülki Prosessual qanunvericiliklə ona verilmiş hüquq müdafiə vasitələrindən istifadə edərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermiş və yuxarı instansiya məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, Şahbuz Rayon Məhkəməsi tək hakimdən ibarətdir və aliment tələbinə dair işlər davam edən hüquq münasibətləri kateqoriyasına aiddir. Kollegiya iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X4 etdiyi etirazı tamamilə mülahizə xarakterli hesab edərək, əsassız sayır və qeyd edir ki, ərizədə göstərilən dəlilin hər hansı hüquqi və faktiki əsası yoxdur. Kollegiya belə hesab edir ki, etiraz ərizəsində göstərilən dəlil öz təsdiqini tapmadığından müv afiq etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsində nəzərdə tutulan halın tətbiqi üçün əsas deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X4 qarşı etirazı təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 22-ci maddələrini rəhbər tutaraq, kollegiya qərarverdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X4 qarşı etdiyi etiraz təmin edilməsin. İddiaçı Cavabdeh q arşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-117/2023
Ali Məhkəmə Qərardad — İş №2(108)-117/2023
28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver