Məhkəmə qərarları › İş №2(108)-118/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-118/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-118/2021 10.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-61/2021 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclası nda baxaraq müəyyən е t d i: Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 15 dekabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2593,33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1392,93 (bir min üç yüz doxsan iki manat, doxsan üç qəpik) manat faiz borcu, 1703,77 (bir min yeddi yüz üç manat, yetmiş yeddi qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371,88 (üç yüz yetmiş bir manat, səksən səkkiz qəpik səkkiz) manat faiz borcunun, cəmi isə 6061,91 (altı min altmış bir manat, doxsan bir qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (Z.X.Əliyev) 01 aprel 2021-ci il tarixli, 2(079)-61/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 10 dekabr 2014-cü il tarixli, 100/00/88311/14 nömrəli kredit müqaviləsi üzrə 2593,33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1101,26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 122,06 (bir yüz iyirmi iki manat, altı qəpik) manat cərimə, müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə gecikdirilmiş vaxt üçün hesablanmış 369,17 (üç yüz altmış doqquz manat, on yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4185,22 (dö rd min bir yüz səksən beş manat, iyirmi iki qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, həmçinin 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumunun da Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, iddianın digər hissədə əsaslı olmadığından rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 21 aprel 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin m ülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Babək Rayon Məhkəməsinin 2(079)-61/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə faiz borcu, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 10.12.2014-cü il tarixli 100/00/88311/14 nömrəli kredit müqaviləsinə əsasən cavab dehə 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond” adlanacaq) “kredit borcunun qaytarılması” tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2593,33 manat əsas 1392,93 manat faiz, 1703,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371,88 manat faiz, cəmi 6061,91 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. Babək Rayon Məhkəməsi 2(079)-61/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnamə ilə iddia tələbini qismən təmin etmişdir. Belə ki, Babək Rayon Məhkəməsi Bankın iddiasını qismən təmin etmiş və Cavabdeh 2593,33 manat məbləğində əsas borcun, 1101,26 manat məbləğində faiz borcunun; 122,06 manat cərimə, 369,17 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz, ümumilikdə 4185,22 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun LPO QSC «Bank Standard): KB-nin xeyrinə tutmuşdur. Babək Rayon Məhkəməsinin 2(079)-61/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də, belə hesab edirlər ki, aşağıda göstərilmiş əsaslar üzrə hazırki apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi Bankın iddia tələblərinin təmin edilməməsinə dair hissədə ləğv olunmalıdır və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Hesab edirlər ki, ekspertiza rəyi tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın deyil onda boşluqlar var, ekspert qarşısında qoyulmuş məsələlər tam həll edilməmişdir, onun əsaslandığı sübutlar qeyri mötəbərdir, bu rəy düzgün nəticəyə gəlməyə imkan vermir və iş üzrə sübut kim i qəbul edilə bilməz. Belə ki, təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində 2611,01 manat məbləğində əsas, 1101,26 manat məbləğində faiz borcu müəyyən edilmişdir. Lakin Məhkəmə qətnamə qəbul edərkən ekspert rəyində yalnız faiz hissəsinə əsaslanmışdır. Bankın iddia tələblərinin qismən təmin edilməsinin əsassızlığı barədə aşağıdakıları qeyd edirlər. Ekspert rəyi aydın və əsaslı olmadığından, şübhə doğurduğundan, qoyulmuş sualları düzgün həll etmədiyindən, onun əsaslandığı sübutlar qeyri-mötəbər olduğundan, ekspert rəyini obyektiv hesab etmək düzgün deyil. LPO QSC “Bank Standard” KB tərəfindən məhkəməyə cavabdehin borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarış təqdim olunmuşdur. Bu halda ekspertin qeyd olunan nəticəyə gəlməsi onlarda əsaslı şübhələr doğurur. Qeyd etməyi lazım bilirlər ki, rəy tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqat aparılmadan verilmişdir və qoyulmuş suallar üzrə əsaslandırılmamışdır, qeyri obyektivliyə yol verilmişdir. Göründüyü kimi ekspert rəyi sübutların aid edilməsi və sübutların mümkünlüyü baxımından qəbul edilə bilməzdir. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi aydın və əsaslı deyil, şübhə doğurur, qoyulmuş suallar tam həll edilməmişdir, onun əsaslandığı tədqiqat materialları qeyri mötəbərdir və ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Eyni zamanda bildirmək istəyirlər ki, əsassız ekspert rəyini mütləq sübut kimi qəbul edərək iddianı qismən təmin edən birinci instansiya məhkəməsi digər sübutlara, ümumiyyətlə, qiymət verməmişdir. Bundan başqa, məhkəmə cavabdehin 1555,31 manat (min beş yüz əlli beş, 31) məbləğində cərimə borcu hissəsində təmin etməmişdir. Halbuki tərəflər arasında bağlanmış və tərəflərin öz iradi ifadəsini göstərən 15.04.2015-ci il tarixli 100/16/102557/15 saylı kredit müqaviləsinin 4.3-cü bəndində qeyd olunub ki, «Borc alan, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi hər gün üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 50% miqdarında cərimə ödəyir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışında əsas borca münasibətdə 1555,31 manat məblə ğində hesablanmış cərimə borcu qarşı tərəfin xeyrinə olan şəkildə təqdim olunmuşdur. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 103.1, 88, 218.1, 220.4-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinin sonunda Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş edilmişdir Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslıl ığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətini təmin etməklə Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-61/2021 nömrəli qətnaməsinin qismən ləğv olunmaqla iddia tələbinin təmin edilməsinə dair iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyаsiya şikayətinin iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası rəyini tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın olmaması, onda boşluqlar olması, ekspert qarşısında qoyulmuş məsələlərin tam həll edilməməməsi, onun əsaslandığı sübutların qeyri mötəbər olması, bu rəyin düzgün nəticəyə gəlməyə imkan verməməsi, iş üzrə sübut kimi qəbul edilə bilməməsi, təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində 2611,01 manat məbləğin də əsas, 1101,26 manat məbləğində faiz borcu müəyyən edilməsi, lakin məhkəmə qətnamə qəbul edərkən ekspert rəyində yalnız faiz hissəsinə əsaslanması, Bankın iddia tələblərinin qismən təmin edilməsinin əsassızlığı, ekspert rəyinin aydın və əsaslı olmadığından, şübhə doğurduğundan, qoyulmuş sualları düzgün həll etmədiyindən, onun əsaslandığı sübutlar qeyri-mötəbər olduğundan, ekspert rəyini obyektiv hesab etməyin düzgün olmaması, LPO QSC “Bank Standard” KB tərəfindən məhkəməyə cavabdehin borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarış təqdim olunması, ekspertin qeyd olunan nəticəyə gəlməsinin onlarda əsaslı şübhələr doğurması, rəyin tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə m aterialların tam və hərtərəfli tədqiqat aparılmadan verilməsi və qoyulmuş suallar üzrə əsaslandırılmaması, ekspert rəyinin sübutların aid edilməsi və sübutların mümkünlüyü baxımından qəbul edilə bilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin sübut kimi qəbul edilə bilməməsi, əsassız ekspert rəyini mütləq sübut kimi qəbul edərək iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin digər sübutlara, ümumiyyətlə qiymət verməməsi, məhkəmənin cavabdehin 1555,31 manat məbləğində cərimə borcu hissəsində təmin etməməsi, halbuki tərəflər arasında bağlanmış və tərəflərin öz iradə ifadəsini göstərən 15.04.2015-ci il tarixli 100/16/102557/15 saylı kredit müqaviləsinin 4.3-cü bəndində «Borc alan, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o c ümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi hər gün üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 50% miqdarında cərimə ödəyir” deyə qeyd olunması, Bank tərəfindən təqdim olunmuş maliyyə arayışında əsas borca münasibətdə 1555,31 manat məbləğində hesablanmış cərimə borcunun qarşı tərəfin xeyrinə olan şəkildə təqdim olunması barədə dəlillərini ümumilikdə müzakirə edərək əsassız olduğu qənaətinə gəlir. Belə ki, iş materiallarına əlavə olunmuş Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 100/00/88311/14 nömrəli kredit müqaviləsindən aydın olur ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Kredit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən müqavilə üzrə kreditor tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, illik 26 faiz dərəcəsi ilə, mənzil təmiri üçün 4000 (dörd min) manat məbləğində kredit verilir; -1.2 - 1.5-ci bəndlərinə görə kreditor borcalana müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə kredit xətti açır. Borc alan müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə müqavilənin 1.1-ci bəndinə əsasən hesablanan faizləri ödəyir. Borc alana kredit üzrə pul vəsaitləri onun yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir; -2.1-ci bənd ilə müəyyən edilir ki, kredit müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla borcalanın yazılı müraciəti daxil oldu ğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq, kreditor tərəfindən borc alanın hesabına köçürülür; -2.5-ci və 2.7-ci bəndlərə görə borc alan müqaviləyə əsasən almış olduğu kreditə görə müqavilənin 1.1-ci bəndində göstərilən illik faiz dərəcəsi məbləğində faiz ödəyir. Kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün günlərin sayına görə (1 (bir) ay 30 (otuz), 1 (bir) il isə 360 (üç yüz altmış) təqvim gün kimi) hesablanır və hər ay borc alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlinə əsasən ödənilir. Bank gününün sonu bankda əməliyyatların dayandırıldığı saat hesab olunur. Faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Ödəniş, müqavilənin 1 nömrəli ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır; -4.1 və 4.1.1-ci bəndlərin tələbinə görə borcalan tərəfindən müqavilənin şərtləri pozulduqda, həmçinin borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə kreditin qaytarılmasını real olaraq təhlükə qarşısında qoyduqda, hazırkı müqaviləyə əsasən verməli olduğu kreditin hamısının və ya bir hissəsinin ödənilməsindən imtina etmək, artıq verilmiş kreditin isə vaxtından əvvəl geri qaytarılmasını tələb etmək, kredit öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranan bütün xərclərin və əldən çıxmış faydanın borc alan tərəfindən ödənilməsini tələb etmək kreditorun hüquqlarıdır; -4.2 və 4.2.1-ci bəndlərlə müəyyən edilir ki, kredit limi ti çərçivəsində pul məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada borcalana vermək kreditorun vəzifəsidir; - 4.4, 4.4.5, 4.4.6 və 4.4.9-cu bəndlərə əsasən alınmış krediti və ona hesablanmış faizləri vaxtı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək, kredit öhdəliklərin icrası ilə əlaqədar bank tarifləri ilə müəyyən edilmiş ödənişlərin və digər xərclərin ödənilməsini təmin etmək, kreditin məqsədli təyinatına riayət etmək, üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya lazımınca icra etmədikdə kreditora müqavilənin 5.2ci bəndində müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini ödəmək borcalanın vəzifəsidir; -5.3-cü bənd ilə müəyyən edilir ki, borcalan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam m əsuliyyət daşıyır. -10.1-ci bənddə qeyd edilir ki, müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 10 yanvar 2015-ci ildən başlayaraq 10 dekabr 2017-ci ilədək hər ay 161,16 (bir yüz altmış bir manat, on altı qəpik) manat ödəməli olması aydın olur. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli, 37 nömrəli ekspert rəyində Qapalı Səhmdar Cəmiyyət “Bank Stan dart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 100/00/88311/14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya olan əsas borcunun 2611,01 (iki min altı yüz on bir manat, bir qəpik) manat, faiz borcunun 1101,26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat, cərimə borcunun 122,06 (bir yüz iyimi manat altı qəpik) manat, müqavilənin bitmə tarixi olan 10 dekabr 2017-ci ildən maliyyə arayışında qeyd edilən 08 oktyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış borcu 369,17 (üç yüz altmış doqquz manat on yeddi qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Mülki işə apellyasiya qaydasında baxılarkən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazi rliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 151 nömrəli ekspert rəyində Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 100/00/88311/14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya olan əsas borcunun 2611,01 (iki min altı yüz on bir manat, bir qəpik) manat, faiz borcunun 1101,26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat, cərimə borcunun 122,06 (bir yüz iyimi manat altı qəpik) manat, müqavilənin bitmə tarixi olan 10 dekabr 2017-ci ildən maliyyə arayışında qeyd edilən 08 oktyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 %-lə hesablanmış borcu 369,17 (üç yüz altmış doqquz manat on yeddi qəpik) manat təşkil etməsi müəyyən olunmuşdur. Azərb aycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertizanın qeyd olunan rəyləri mülki işin materiallarına və işin həqiqi hallarına uyğun olmaqla kollegiya tərəfindən sübut növü kimi qəbul edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6,386.1, 390.1, 425.1, 442, 443.1, 448.1 və 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 78.1 və, 218-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca i cra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllən in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyil. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fond u tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 01 aprel 2021ci il tarixli, 2(079)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesind ə məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402, 40 3.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət e t d i: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar