Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-118/2022 04.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(078)-718/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(078)-718/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasını n 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 14 may 2012-ci il təvəllüdlü X3 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı X1 vəkili-nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(1 08)-80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 14 may 2012-ci il təvəllüdlü X3 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(078)-718/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin dəyişdirilməsini və təyin olunmuş aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən təmin edilməni hazırki halda cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə hazırki halda yaşayış minimumunun məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal qida rasionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyi zəruri sayır. Halbuki Azərbaycan Resp ublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin zəruri şərti alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əlavə olaraq İddiaçı iddia ərizəsində atasıgildə ailənin böyük olduğunu, kirayə ev tutmaq imkanının olmadığını, imkanı olmadığından uşaqları ilə birlikdə Naxçıvan şəhərində bibisinin evində yaşadığı qeyd etmişdir. İddiaçı gözəllik salonunda usta olaraq işləyir, aylıq qazançı isə cavabdehin qazançından yaxşıdır. Bibisi dediyi şəxs isə cavabdehin dayısının yoldaşıdır. Həmin evdə kirayə yaşamır, dayısı rəhmətə gedib, övladları olmadığından Gülnar övladları ilə birlikdə həmin evdə yaşayırlar. Əlavə olaraq böyük qızı İncinin hər iki gözündə, kiçik qızı Duyğunun isə süd vəzində və alt çənəsinin inkişafında geriləmə problemləri olduğunu qeyd edir ki, o bir valideyn olaraq həmişə övladlarının yanında olmuş, övladlarının hər hansı bir xəstəliyi yoxdur. Sadəcə iddiaçı Gülnar alimentin artırılması ilə əlaqədar yalandan kirayədə yaşamalarını, uşaqların xəstə olmasını qeyd etmiş lakin uşaqların xəstəliyi və kirayə ilə əlaqədar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə prosesində yenidən ailə həyatı qurduğunu və bir övladının olduğunu özəl şirkətdə işlədiyini, aylıq maaşının 300 manat olduğunu, 300 manat aldığı maaşı iki uşaq və ailə üzvləri ilə birlikdə bölməsini xahiş etmişdir. Lakin məhkəmə 300 manat maaşının 250 manatını iki uşağın saxlanılması üçün alimen tə kəsmişdir. 50 manat maaşı isə evin bütün kommunal xərclərinə və ailənin saxlanılmasına köməklik göstərmişdir. Evdə bir övladı olduğunu, aldığı 300 manat maaşla evdə onunla birlikdə yaşayan ailə üzvlərinin və onların da yaxşı həyat səviyyəsi nəzərə alınmalıdır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələri mövcud mübahisə üzrə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin tələbinə əsasən sabit pul məbləği olan alimentin təyin olunması və təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi üçün əsas aliment verməyə borclu olan şəxsin qazancının qeyri-müntəzəm dəyişkən olması, alimentin valideynin qazancından (gəlirindən) tutulmasının mümkün olmaması, ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Həmin əsaslar isə mövcud mübahisə üzrə mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, 300 (üç yüz) manat əmək haqqı alır, yenidən ailə həyatı qurmuş, bir övladı var. Həmçinin onu da qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir ki, məhkəmə qətnamə qəbul edilən zaman bunu nəzərə almamışdır. Məhkəmə tərəfindən yalnız bir cümlə yazılmaqla iddia tələbi təmin olunmuşdur. Nəticə etibarı ilə işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(078)-718/2022 nömrəli qətnaməsinin dəyişdirlməsini və təyin olunmuş aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyaya 23 sentyabr 2022-ci il tarixdə daxil olmuş apellyasiya şikayətinə qarşı etirazında iddiaçının vəkili-nümayəndəsi Vəkil etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə apellyasiya şikayəti verən şəxs Cavabdeh arasında 06 iyun 2011-ci il tarixdə nikah bağlanmış, nikahdan 14 ma y 2012-ci il təvəllüdlü İnci və 07 sentyabr 2013-cü il təvəllüdlü Duyğu adlarında iki nəfər övladları doğulmuşdur. Apellyasiya şikayəti verən şəxs Cavabdeh ilə aralarında olan nikah Babək Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(079)-209/2015 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən hər iki uşaq onun yanında saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər, bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşağa cəmi birlikdə 160 (bir yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Həmin alimentin artırılması ilə bağlı Naxçıvan şəhər Məhkəməsində iddia qaldırdığım üçün hər bir uşağa 120 manat olmaqla iki uşağa birlikdə cəmi 240 manat miqdarında aliment qət olunsa da Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək hər bir uşağa 100 manat olmaqla cəmi birlikdə 200 manat miqdarında aliment qət olunmuşdur. Atasıgildə ailə böyük olduğundan və kirayə ev tutmaq imkanı olmadığından o övladları ilə birlikdə Naxçıvan şəhərində tənha yaşayan bibisinin evində yaşayır. Emin öz uşaqları ilə qətiyyən maraqlanmır. 8 mart qadınlar bayramında və ad günlərində belə zəng edib, onlarla görüşmür. Görüşmədiyi üçün də uşaqların səhhətində olan problemlərdən xəbəri yoxdur. İki aydan artıqdır ki, Bakı şəhərində əməliyyat olunduğunu, ona görə də işləyə bilmədiyini, buna həkimlər də icazə vermir. O Eminlə ayrılmamışdan da qabaq ona aldığı əməkhaqqıdan əlavə paket də verildiyi üçün qazancı 750 manatdan artıq olurdu. Bundan da əlavə olaraq işlədiyi “BEKO” mağazasından satılmış elektrik avadanlıqlarının quraşdırılması və proqramların yığılmasına evlərə gedib əlavə qazanc da əldə edirdi. Emin anası ilə birlikdə onun evində yaşayır və Türkiyə Respublikasında yaşayan bacısından da maddi dəstək alır. Xəstə olduğundan uşaqları hazırlığa qoya bilmir. Duyğunun alt çənəsi inkişafdan geri qaldığına görə müalicə olunmalıdır, İncinin isə hər iki gözündə zəiflik var, hər 6 aydan bir ona optik eynək alınmalıdır. Emin bir ata kimi qızları ilə maraqlanmır, o də işləyə bilmədiyindən maddi imkanı aşağı olduğu üçün bunların heç birini edə bilmir. Maddi imkanı yaxşı olmadığını, cavabdehin uşaqlara ödədiyi 200 (iki yüz) manat aliment uşaqların maddi tələbatını qarşılamağa yetmədiyini, uşaqlar elə yaş həddindədir k i, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olduğunu, tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini qeyd etmişdir. Uşaqlarına aliment 2019-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da ailə büdcələrinə təsir edir. Bu səbəbdən də övladların saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi aliment çox azdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmayaraq Naxçıvan şəhər Məhkəməsinin qətnaməsinin öz qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya icraatı üzrə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştir akı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. 04 oktyabr 2022-ci ildə apellyasiya şikayətinə baxılarkən Cavabdeh kollegiyaya ərizə təqdim edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(078)718/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində q ətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına büdcə səviyyəsi kodu 142214 olan, 10 avqust 2022-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzi ilə ödədiyi 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı X1 Cavabdeh alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(078)-718/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti vermiş şəxsə münasibətdə apellyasiy a icraatına xitam verilsin. "xxxx" ASC-nin Naxçıvan filialına büdcə səviyyəsi kodu 142214 olan, 10 avqust 2022-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzi ilə ödədiyi 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-118/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-118/2022
04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver