Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-118/2023 08.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən ona məxsus olan “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vur duğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manatın və dövlət rüsumunun 34.65 (otuz dörd manat altmış beş qəpik) alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsi ilə (Sədrlik edən G.X.Səfərəliyeva) iddia təmin edilmiş, Cavabdeh “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pulun alınaraq İddiaçı oğuna ödənilməsi, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Kəngərli filialına 13049 nömrəli qəbzlə ödənilmiş 34.65 (otuz dörd manat altmış beş qəpik) manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 20 iyul 2023- cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir sübuta istinad etmədən iddia tələbini təmin etmişdir. Belə ki, avtomaşınla bağlı heç bir usta dəvət etmədən, maşınla bağlı ehtiyat hissələrinin alınması ilə bağlı məhkəməyə heç bir sübut təqim edilməməsinə baxmayaraq tələb təmin olunmuşdur. Ekspert rəyində 1100 (bir min yüz) manat göstərilməsinə baxmayaraq iddia tələbi 1465 (bir min dörd yüz altmış beş) manat həcmində müəyyən olunmuşdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir, hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyator şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə istinad edərək delikt öhdəliyinin qanundan əmələ gəlməsinin, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələndiyini, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün, törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməli olduğunu; əməlin tə qsirli olaraq törədilməsi - təqsirin subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva etdiyini; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmasının; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərtlərinin mövcud olmasının tələb olunduğunu, işdə maddi hüquq normalarının ekspert rəyi ilə iddia tələbinin təmin edilməsi hissəsində pozulduğunu, məhkəmənin qətnaməsində göstərilən nəticələrin işin həqiqi halları ilə uzlaşmadığını qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəl ləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya cavabdehin apellyasiya şikayətində məhkəmənin heç bir sübuta istinad etmədən iddia tələbini təmin etməsi, belə ki, avtomaşınla bağlı heç bir usta dəvət etmədən, maşınla bağlı ehtiyat hissə lərinin alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməməsinə baxmayaraq tələbin təmin olunduğu, ekspert rəyində 1100 (bir min yüz) manat göstərilməsinə baxmayaraq iddia tələbinin 1465 (bir min dörd yüz altmış beş) manat həcmində müəyyən olunduğu, işdə maddi hüquq normalarının ekspert rəyi ilə iddia tələbinin təmin edilməsi hissəsində pozulduğu, məhkəmənin qətnaməsində göstərilən nəticələrin işin həqiqi halları ilə uzlaşmadığına dair gətirdiyi dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, iş materiallarında olan: -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** BK *** qeydiyyat nişanlı Chevrolet markalı, Malibu minik modelli, sedan tipli, istehsalat tarixi 2017, ban nömrəsi 1G1ZD5ST8JF104307 olan qara metallik nəqliyyat vasitəsi İddiaçı mül kiyyətindədir. -İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, xəta nəticəsində İddiaçı məxsus Chevrolet Malibu markalı ** BK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sol hissəsinə maddi zərər yetirmişdir. -TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan aydın olur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli 548496 nömrəli avto servis tələb formunda ** BK *** qeydiyyat nişanlı Chevrolet Malibu markalı nəqliyyat vasitəsinin sıradan çıxan hissələri üçün aşağıdakılar qeyd olunub: 1. bufer ön komplekt-1ədəd-120 manat; 2. sol dumannı komplekt-1 ədəd-80 manat; 3. üst radiator barmaqlığı-1 ədəd-70 manat; 4. alt radiator barmaqlığı-1 ədəd-120 manat; 5. su çiləyən baçoku-1 ədəd-80 manat; 6. rol air bag-1ədəd-250 manat; 7. qoruyucu qutusu qapağı-1 ədəd-35 manat; 8. bufer alt köpüyü-1 ədəd-70 manat; 9. boya və ləvazimat-1 ədəd-100 manat; 10.malyar və dəmirçi işi-1 ədəd-400 manat; 11. kompyuter diaqnostika-1 ədəd-20 manat; 12.ön ətəklikləri-1ədəd-120 manat olmaqla, cəmi 1465,00 manat. Mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(078)367/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 19 aprel 2023-cü il tarixli 343 nömrəli rəydə qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materialının 10-cu səhifəsində olan usta Raminin iştirakı ilə X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 548496 nömrəli nöqsan aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı “Chevrolet Malibu minik” markalı, sedan tipli, qara metallik rəngli, mühərrikin iş həcmi 1490 kub.sm, ban nömrəsi 1G1ZD5ST8JF104307 olan **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1275 manat. O cümlədən-Dəyişilməli hissələrin qiyməti-925 manat; -Təmir-bərpa işlərinin qiyməti-350 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma (925-3%-6 dəfə) tətbiq edilməklə 1120.5 manat. O cümlədən:-Dəyişilməli hissələrin qiyməti-770.5 manat; -Təmir-bərpa işlərinin qiyməti-350 manat. Kollegiya tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarında olan sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək İddiaçı məxsus Chevrolet Malibu markalı ** BK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sol hissəsinə maddi zərər yetirmiş, həmin inzibati xətanın törədilməsinə görə isə barəsində 60 manat məbləğində olmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. ** BK *** qeydiyyat nişanlı Chevrolet Malibu markalı nəqli yyat vasitəsinin təmir-bərpa xərcləri avto servis tələb formuna əsasən ümumilikdə 1465,00 manatdır, mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qərardadı əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası aparılmış, ekspert rəyində bu məbləğ dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla təxminən 1275 manat, dəyişilməli hissələrin qiymətinə aşınma (925-3%-6 dəfə) tətbiq edilməklə 1120.5 manat göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərin dən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2 və 14.2.6-cı maddələrinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyin qeyd olunan müddəalarının məzmunu onu deməyə ə sas verir ki, öhdəlik bir şəxsin başqa şəxsə zərər vurması nəticəsində də yarana bilir və bu halda zərər dəyən şəxsin kreditor qismində çıxış etməklə borcludan vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı halda isə zərərin ödənilməli olan əvəzi tam həcmdə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsi rli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu tö rədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsi nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında o da qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəs inə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən,... Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənili r. Bəhs olunan plenum qərarında o da göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə mövcud vəziyyətdə iddiaçıya vurulmuş zərərin cavabdeh tərəfindən ödənilməsini istisna edən, onu məsuliyyətdən azad edən hər hansı hal mövcud olmadığından birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında qanuni və əsaslı nəticəyə gəlmişdir. Zərərin həcminin müəyyənləşdirilməsi baxımından isə ekspert rəyində 1100 (bir min yüz) manat göstərilməsinə baxmayaraq iddia tələbinin 1465 (bir min dörd yüz altmış beş) manat həcmində müəyyən olunduğu, işdə maddi hüquq normalarının ekspert rəyi ilə iddia tələbinin təmin edilməsi hissəsində pozulduğu ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, 19 aprel 2023-cü il tarixli 343 nömrəli ekspert rəyində sözügedən minik avtom obilinin təmir-bərpa xərci təxminən müəyyən edilərək həmin rəyin tədqiqi hissəsində qeyd şəklində avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişikliyin olmasının istisna edilmədiyi, aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edildiyi göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Birinci instansiya məhkəməsi təmir-bərpa xərcinin miqdarına münasibətdə ekspert rəyində qeyd olu nmuş məbləği də nəzərə alaraq, digər sübutlarla yanaşı qiymətləndirmə aparıb haqlı olaraq irəli sürülmüş tələb həcmində iddianı təmin etmişdir. Kollegiya ekspert rəyində sözügedən minik avtomobilinin təmir-bərpa xərcinin təxminən müəyyən edildiyini, həmin rəyin tədqiqi hissəsində qeyd şəklində avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişikliyin olmasının istisna edilmədiyini, işdə olan sənədlərdən zərərin sübuta yetirildiyini və zərərin həcminin avto servis tələb formunda tam olaraq 1465.00 manat məbləğində göstərildiyini, bununla da qanunvericiliklə hazırki vəziyyətdə zərərin əvəzinin tam həcmdə ödənilməli olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsi 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pulun alınaraq İddiaçı ödənilməsilə əlaqədar düzgün və qanuni nəticəyə gəlmişdir. Beləliklə, kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)367/2023 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərini əsassız hesab etdiyindən qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməs i üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənləri nəzərə almaqla kollegiya bildirir ki, barəsində şikayət verilmiş birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan.... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyal arının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-118/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-118/2023
08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver