Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-118/2024 12.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 26 yanvar 2024-cü il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10000 manat borcun və dövlət rüsumu kimi ödədiyi 120 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Culf a Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10000 manat borc, 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə 06 may 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, aş ağıda qeyd olunanlara əsasən qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Göründüyü kimi hazırkı borc müqaviləsi üzrə Cavabdeh borc verilmiş vəsaiti qaytarmaq öhdəliyi olsa da, İddiaçı da müqavilə ilə borc kimi verilməsi nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermək öhdəliyi mövcuddur. Aydındır ki, Cavabdeh borc kimi alınmış vəsaiti qaytarmaq öhdəliyinin yaranması üçün ilkin olaraq o həmin vəsaiti almalıdır, yəni İddiaçı həmin vəsaiti ona verməlidir. Lakin Cavabdeh belə bir öhdəliyi yaranmamışdır. Belə ki, məhkəmə tərəfindən sadəcə tərəflərin müqavilə bağlaması faktına istinad olunmuş və bununla da İddiaçı 10000 (on mi n) manat məbləğində pulu Cavabdeh verdiyi qeyd olunmuşdur. Göründüyü kimi, bu hal məhkəmə tərəfindən məhkəmə araşdırmasının, qanunvericiliyin şərhi və tətbiqinin qeyri-peşəkarcasına həyata keçirildiyini göstərir. Tərəflər arasında borc müqaviləsinin bağlanması onların müqavilə şərtləri ilə bağlı razılığını ifadə etməklə hazırki iş üzrə sadəcə onların müqavilə ilə və qanunvericiliklə üzərlərinə qoyulmuş vəzifələri qəbul etməsini ifadə edir. Bu vəzifələrin müqavilənin tərəfləri tərəfindən yerinə yetirilməsi isə ancaq onlar tərəfindən bunu təsdiq edən sübutlar və iş materiallarında olan digər sənədlərlə təsdiq oluna bilər. Qeyd olunanlardan məlum olduğu kimi birinci instansiya məhkəməsi qanunvericiliyin şərhi və tətbiqi üzrə kobud pozuntulara yol vermiş və əsassız olaraq İddiaçı müqavilə şə rti ilə bağlı razılığını bildirməsini onun tərəfindən bu şərtin icra olunması kimi qiymətləndirmişdir. İddiaçı 10000 (on min) manat məbləğində pulun Cavabdeh verilməsi vəzifəsini yerinə yetirmədiyi və onun tərəfindən pulun verilməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün Cavabdeh bu vəsaiti ona qaytarmaq öhdəliyi də yaranmamışdır. Buna görə də Cavabdeh 10000 (on min) manat məbləğində pulun tutulması qanunsuz, əsassız və qərəzlidir. Kolegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 25 iyun, 17 iyul və 11 sentyabr 2024-cü il tarixlərdə kollegiyaya teleqram vasitəsilə müraciət edərək məhkəmə baxışı iclaslarında səhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini özünün şəkər xəstəsi olduğundan uzaq yola çıxa bilmədiyini, Culfa Rayon Məhkəməsinin qərarını dəyiş mədən qüvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə sonuncu məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. 22 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında borc müqaviləsini özünün imzaladığını, iddiada qeyd olunan tarixdə o, iddiaçının qeyd etdyi 10000 (on min) manat yox, 1500 (bir min beş yüz) manat borca pul götürdüyünü, iddiaçının ona dediyinə görə hansısa sənədə komissiyon olaraq pul tutulduğuna görə 100 manatını götürüb ona 1400 (bir min dörd yüz) manat pul verdiyini, həmin pulu da əlbəl deyil ona məxsus olan hesab kartına 07 avqust 2023-cü il tarixdə atdığını, pulu Bakı şəhərində “Razin” ərazisində götürdüyünü, onun Ağcabədi şəhərinə getmədiyini, iddiaçını tanımadığını, iddiaçı ilə vasitəçinin köməkliyi ilə əlaqə yaratdığını, iddiaçını bir dəfə maşında gördüyünü, həmin vaxtda da iddiaçı onun hesab kartına 1400 (bir min dörd yüz) manat pul atdığını, iddiaçının ona dediyinə görə həmin pulu qaytarmadığı təqdirdə 10000 (on min) manatın yazıldığını, pul qaytarılan zaman isə həmin kağızın yırtılıb atılmasını bildirdiyini, həmin sənədin notarius təsdiqli olmadığını, 1400 (bir min dörd yüz) manat puldan 2 ay ərzində 1000 (bir min) manatını qaytardığını 400 (dörd yüz) manatının isə qaldığını, ödədiyi pula dair hər hansı bir sübutunun olmadığını, onun iddiaçıdan 10000 (on min) manat məbləğində pul almadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)73/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. 25 iyun 2024-cü il və 22 iyul 2024-cü il tarixlərdə keçirilən məhkəmə baxışı iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şika yətinin təmin edilməsini, Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəli llərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçi hakimin məruzəsini, mülki iş üzrə işdə iştirak etmiş cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün ondan borc pul istəmiş, müqaviləyə əsasən qaytarmaq şərti ilə 07 avqust 2023-cü il tarixdə ona 10000 (on min) manat borc pu l vermişdir. Pulu Cavabdeh şəxsən vermiş, aralarında borc müqaviləsi imzalanmışdır. Cavabdeh hazırda pulu ona qaytarmaq istəmir. Beləliklə cavabdehin ona 10000 (on min) manat borcu yaranmışdır. Bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etmiş, lakin o, yalan vədlər vermiş, onu aldatmışdır. Ona görə də o, məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 10000 (on min) manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 120 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşka ra çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübut etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan 07 avqust 2023-cü il tarixdə X3 və Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, borc müqaviləsinin 2-ci maddəsinə əsasən B.Ələkbərov 10000 (on min) manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh 10000 (on min) manat məbləğində pulu qəbul etmiş və müqaviləni imzalamışd ır. Kollegiya qeyd edir ki, hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı iddiaçı və cavabdeh arasında bağlanmış borc müqaviləsinə istinad edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət vermişdir. Kollegiya cavabdeh tərəfin diqqətinə çatdırır ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf iq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən mü vafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandı rılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi). İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, Cavabdeh 10000 (on min) manat pulun verilməsini əks etdirən 07 avqust 2023-cü il tarixdə tərtib olunmuş müqaviləni şəxsən imza etmiş və həmin borc pulu qaytarmaq barədə öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehdən pulu dəfələrlə tələb etmiş lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəl lənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya şikayətində göstərilmiş “qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hansı faktiki halların aydınlaşdırılması göstərilməmiş və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi isə hansı sübutetmə vasitəsi ilə sübuta yetirilməsi öz əksini tapmamışdır. Kollegiya apellyasiya şikayətində göstərilmiş “göründüyü kimi hazırki borc müqaviləsi üzrə Cavabdeh borc verilmiş vəsaiti qaytarmaq öhdəliyi olsa da, İddiaçı da müqavilə ilə borc kimi verilməsi nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermək öhdəliyi mövcuddur. Aydındır ki, Cavabdeh borc kimi alınmış vəsaiti qaytarmaq öhdəliyinin yaranması üçün ilkin olaraq o, həmin vəsaiti almalıdır, yəni İddiaçı həmin vəsaiti o na verməlidir. Lakin Cavabdeh belə bir öhdəliyi yaranmamışdır. Belə ki, məhkəmə tərəfindən sadəcə tərəflərin müqavilə bağlaması faktına istinad olunmuş və bununla da İddiaçı 10000 (on min) manat məbləğində pulu Cavabdeh verdiyi qeyd olunmuşdur” dəlilinə münasibətdə qeyd edir ki, 22 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh verdiyi izahatında bildirmişdir ki, o borc müqaviləsini özü imzalamış, lakin o, iddiaçıdan 10000 (on min) manat yox, 1400 (bir min dörd yüz) manat borc pul almışdır, həmin pul iddiaçı tərəfindən onun kart hesabına göndərilmişdir, o aldığı borc puldan iki ay ərzində 1000 manatını qaytarmış, 400 manatı isə qalmışdır. Lakin iddiaçı bildirdiklərini hər hansı bir sübutetmə vasitəsi və ya şahid ifadəsi ilə təsdiq etdirə bilməmişdir, hə mçinin o, iddiaçıdan 10000 (on min) manat pulu almadığını iddia etməsinə baxmayaraq o bu barədə də kolegiyaya heç bir mötəbər və legitim sübüt təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya 10000 (on min) manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edilir. Cavabdeh tərəfindən imza edilərək təsdiqlənən 07 avqust 2023-cü il tarixli borc müqaviləsinə şübhə ilə yanaşmaq və etibarsız hesab etmək üçün heç bir əsas yoxdur. Belə ki, cavabdeh borc müqaviləsinə imza etməklə borc aldığını, həmin məbləğdə borcunun olduğunu könüllü şəkildə etiraf etmiş, həmin müqavilənin aldatma, zorakılıq, hədə-qorxu və digər bu kimi halların təsiri altında imzalandığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, borc un qaytarılması barədə iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi əsaslı olan bu tələbi təmin etməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 07 avqust 2023-cü il tarixdə bağlanmış müqavilənin cavabdeh tərəfindən imzalanması mübahisə olunmur. Həmçinin kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsi mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipinə əsaslanır. Yəni hazırki mülki işdə Cavabdeh iddiaçıdan könüllü borc götürmüşdür. Onlar arasında öhdəlik münasibətləri tərəflərin iradə sərbəstliyinə uyğun olaraq yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra e dərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, cavabdeh məhkəməyə Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsinin iddianın təmin olunması hissəsinə münasibətdə dəyişdirilməsinə əsas ola biləcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də iddia özü-özlüyündə əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən doğru olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh tərəfindən iddi açıdan iddia ərizəsində qeyd edilən məbləğin alınmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, işə baxılması zamanı hər hansı bir halın araşdırılması ilə əlaqədar vəsatət verilməmişdir. Cavabdeh iddiaya qarşı etirazının əsasını sübut edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli h üquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Ra yon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 18 a prel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(089)-73/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-118/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-118/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver