Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-119/2021 29.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 03 fevral 2021-ci il tarixdə yaşayış sahəsindən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək X3 ilə bi rgə nikahlarından 03.10.2011-ci il tarixdə doğulmuş X4 və 24.05.2014-cü il tarixdə doğulmuş Cavabdeh Məhərrəm oğlu yetkinlik yaşına çatana qədər qayınatası Cavabdeh məxsus Şərur rayon Kürkənd kəndində yerləşən hazırda yaşadığı yaşayış evindən müvəqqəti olaraq istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 06 may 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 nömrəli qətnaməsi nin tamamilə ləğv edilməsi, Cavabdeh qarşı mənzilə istifadə hüququnun təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 nömrəli qətnaməsini qərəzli və tam əsassız hesab etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılarkən onun tərəfindən təqdim olunmuş sübutlara düzgün qiymət verilməmiş, heç bir əsası olmayan, yalnız Cavabdeh sözlərinə əsaslanan bir qətnamə qəbul edilmişdir. Məhkəmə ona heç bir şərait yaratmamış, verdiyi sübutları aydınlaşdırmamış, nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Cavabdehin oğlu X3 ilə 2010-cu ildə ailə qurmuş, nikahları 2012-ci ildə rəsmi qeydiyyata alınmış, ailə qurduqdan sonra Şərur rayonu, Kürkənd kəndində 3 il mü ddətinə qayınatası Cavabdeh evində birlikdə yaşamışlar, daha sonra qayınatası Cavabdeh məxsus 0,1009 ha digər torpaq sahəsində 2 otaqlı yarımtikili evə köçmüşlər. Həmin yarımtikilini təmir-bərpa etdirib abadlaşdırmışlar. Haliyədə birgə nikahdan doğulmuş iki azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayırlar. Sonra xasiyyətlərinin tutmaması və yola getməmələri səbəbindən X3 ilə aralarında bağlanmış 06.03.2012-ci il tarixdə, 54 nömrə ilə qeyd edilmiş nikah Şərur Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(110)-26/2020 nömrəli qətnaməsinə əsasən pozulmuş və həmin vaxtdan cavabdehə məxsus Şərur rayonu, Kürkənd kəndində yerləşən 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşamağa davam etmişlər. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və To rpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli, 06.11.2020-ci il tarixli çıxarışına əsasən həmin 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evi mülkiyyət hüququna əsasən **********62-10301 reyestr nömrəsi ilə qaynatası Cavabdeh adına qeydə alınmışdır. Bu nikahdan doğulmuş uşaqlarının azyaşlı olması və birinin səhər, digərinin isə günorta məktəbə getmələri səbəbindən heç bir yerdə işləmir, adına başqa yaşayış yeri yoxdur. Valideynləri ayrılıb, atası başqa biri ilə ailə qurub, anası isə Bakı şəhərində kirayədə yaşayır, onların yanında qalmağa şərait yoxdur. Ona görə də o, iki azyaşlı uşağı ilə birlikdə birgə nikah dövründə Kürkənd kəndində cavabdehin adına olan və öz vəsaitləri hesabına təmirbərpa etdirərək abadlaşdırdıqları həmin yaşayış evində yaşayır. Bu səbəbdən də məhkəmədən onun azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus 0,1009 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində istifadə hüququnun təmin edilməsini xahiş etmiş, lakin məhkəmə zamanı Cavabdeh evin təmir-bərpa edilərək abadlaşdırılmasına heç bir sübut təqdim etmədən onun vəsaiti hesabına edildiyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verdikləri ifadələr və sübutlar düzgün araşdırılmamış, nəticədə cavabdehin ifadələrinə əsasən qərəzli qətnamə qəbul edilmişdir. Ona görə də Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 nömrəli qətnaməsi ləğv edilməli və onun Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmalıdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı dəfələrlə lazımi qaydada məlumat verilməsin ə baxmayaraq məhkəmə baxışı icalsında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamaqla Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb a şağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və cavabdehin oğlu X1 nikahları 2012-ci ildə rəsmi qeydiyyata alınmışdır. Eyni zamanda mübahisə obyekti olan daşınmaz əmlak, Şərur rayonu, Kürkənd kəndində yerləşən 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli, 06.11.2020-ci il tarixli çıxarışına əsasən mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan işə məhkəmədə baxılarkən onun tərəfindən təqdim olunmuş sübutlara düzgün qiymət verilməməsi, heç bir əsası olmayan, yalnız Cavabdeh sözlərinə əsaslanan bir qətnamə qəbul edilməsi, məhkəmənin ona heç bir şərait yaratmaması, ver diyi sübutları aydınlaşdırmaması, nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etməsi dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı bu qəbildən halların mövcudluğu aşkar edilmədi. Yəni iddiaçı tərəfindən təqdim edilmiş, lakin qiymətləndirilməmiş sübutlar iş materiallarında mövcud olmamışdır. Həmçinin apellyasiya baxışı zamanı, apellyasiya şikayətində qeyd etdiyi dəlillərin araşdırılmasında iştirakının təmin edilməsi məqsədilə dəfələrlə lazımi qaydada dəvət olunmasına baxmayaraq iddiaçı məhkəmə baxışı iclaslarında da iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətində qeyd edilən cavabdehin oğlu X3 ilə 2010-cu ildə ailə qurması, nikahlarının 2012-ci ildə rəsmi qeydiyyata alınması, ailə qurduqdan sonra Şərur rayonu, Kürkənd kəndində 3 il müddətinə qayınatası Cavabdeh evində birlikdə yaşamaları, daha sonra qayınatası Cavabdeh məxsus 0,1009 ha digər torpaq sahəsində 2 otaqlı yarımtikili evə köçmələri, haliyədə birgə nikahdan doğulmuş iki azyaşlı övladları ilə birlikdə həmin evdə yaşamaları, sonra xasiyyətlərinin tutmaması və yola getməmələri səbəbindən X3 ilə aralarında bağlanmış 06.03.2012-ci il tarixdə, 54 nömrə ilə qeyd edilmiş nikahın Şərur Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(110)-26/2020 nömrəli qətnaməsinə əsasən pozulması və həmin vaxtdan cavabdehə məxsus Şərur rayonu, Kürkənd kəndində yerləşən 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşamağa davam etmələri, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli, 06.11.2020-ci il tarixli çıxarışına əsasən həmin 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evinin mülkiyyət hüququna əsasən **********62-10301 reyestr nömrəsi ilə qayınatası Cavabdeh adına qeydə alınması, bu nikahdan doğulmuş uşaqlarının azyaşlı olması və birinin səhər, digərinin isə günorta məktəbə getmələri səbəbindən heç bir yerdə işləməməsi, adına başqa yaşayış yerinin olmaması, valideynlərinin ayrılması, atasının başqa biri ilə ailə qurması, anasının isə Bakı şəhərində kirayədə yaşaması, onların yanında qalmağa şəraitin olmaması dəlillərinə münasibətdə qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 06.11.2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə a lınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010cu il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəm iyyətini açıqlayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daş ınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə sərəncam vermək hüququ isə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən mövqeyinə uyğun olaraq yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30- cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 22 8.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Qərarına uyğun olaraq “MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət re yestrində qeydə alınması.... Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.”. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvlər i kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə müvafiq olaraq kollegiya qeyd edir ki, mülkiyyətçinin gəlininin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən şəxslərdən biri olmadığına görə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasında olmadığına görə iş üzrə İddiaçı iş üzrə cavabdehin ailə üzvü hesab edilə bilmədiyindən onun iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iş üzrə materiallardan məlum olur ki, İddi açı ilə Cavabdeh arasında notariat qaydasında təsdiq olunmuş razılaşma olmamışdır. Bu da iddiaçının Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evində istifadə hüququnun olmasını istisna edir. Apellyasiya şikayətində iddiaçının, qayınatası Cavabdeh məxsus 0,1009 ha digər torpaq sahəsində 2 otaqlı yarımtikilini təmir-bərpa etdirib abadlaşdıraraq ora köçmələri barədə qeyd olunan dəlili ilə əlaqədarı kollegiya qeyd edir ki, iddiaçının cavabdehə qarşı çəkilmiş xərcin ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ mövcuddur və bu hüquqdan istifadə edə bilər. Lakin, hazırki mülki işin predmetini təşkil etmədiyindən kollegiya tərəfindən bu halın müzakirə olunaraq qiymətləndirilməsi qanunvericiliyə uyğun deyil. Beləliklə, məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəl illəri əsassız hesab edir və qeyd edir ki, iddiaçı məhkəməyə yaşayış sahəsindən yaşayış və istifadə hüququnun verilməsinə əsas ola biləcək zəruri halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməs inin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 384.0.1, 393 və 402406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)206/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(110)-206/2021 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-119/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-119/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver