Məhkəmə qərarları › İş №2(108)-12/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-12/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-12/2022 17.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı Cavabdeh qarşı 07 may 2021-ci il tarixdə kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cəmi borcu 7942,34 manat- bundan 3690,64 manat əsas, 2039,25 manat faiz, 1703,47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 508,98 manat faiz borcunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, C avabdeh 09 iyun 2015-ci il tarixli 100/01/110809/15 nömrəli kredit müqaviləsindən yaranmış 3672,01 manat əsas, 1292,92 manat faiz borcu, 10,59 manat məbləğində cərimə, 501,84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 5477,36 manatın və 20,68 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankı 06 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməklə cəmi 7942,34 manat-bundan 3690,64 manat əsas, 2039,25 manat faiz, 1703,47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 508,98 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09.06.2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsinə əsasə n cavabdehə 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, bankın iddia tələbində əsaslı olaraq tələb etdiyi əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği ilə məhkəmə tərəfindən cavabdehlərdən tutulan əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği arasında kəskin azaldılmış fərq vardır. Kredit müqaviləsin ə əsasən borc alan cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditora müqavilədə müəyyən edilmiş faiz miqdarında cərimə və dəymiş zərəri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 3672,01 manat, faiz borcu 1292,92 manat, cərimə borcu 10.59 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği məbləğində göstərilmişdir. Bank tərəfindən b orclunun əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz borclarının dəqiq hesablanmasına dair maliyyə arayışı, həmçinin də ödəniş və gecikmələrin göstərildiyi hesabdan çıxarış məhkəməyə təqdim edilmiş, ekspertizanın əsassız və natamam rəyi nəticəsində cavabdehdən tutulan borc məbləği iddia tələbindəki məbləğə münasibətdə kəskin azaldılmışdır. Kredit Müqaviləsinin 5.4.5-ci bəndində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 5.4.9-cü bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. Birinci instansiya məhkəməsi tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə ol an qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankına və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankının nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasındakı izahat ında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şika yətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatını, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09.06.2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) fai z ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilməsi təşkil edir. İddiaçı tərəfindən mübahisələndirilən hal isə Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsi üzrə iddianın təmin olunmamış hissəsi təşkil edir. Kollegiya apellyasiya şikayətində qeyd olunan Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsinin maddi və prosessual normaların pozulması ilə qəbul edilməsi, belə ki, bankın iddia tələbində əsaslı olaraq tələb etdiyi əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği ilə məhkəmə tərəfindən cavabdehlərdən tutulan əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği arasında kəskin azaldılmış fərqin ol ması, kredit müqaviləsinə əsasən borc alan cavabdehin bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditora müqavilədə müəyyən edilmiş faiz miqdarında cərimə və dəymiş zərəri ödəməyi öhdəsinə götürməsi, məhkəmənin kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin etməsi, ekspertiza tədqiqatının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcunun 3672,01 manat, faiz borcunun 1292,92 manat, cərimə borcunun 10.59 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin 501,8 4 manat məbləğində göstərilməsi, bank tərəfindən borclunun əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz borclarının dəqiq hesablanmasına dair maliyyə arayışı, həmçinin də ödəniş və gecikmələrin göstərildiyi hesabdan çıxarışın məhkəməyə təqdim edilməsi, ekspertizanın əsassız və natamam rəyi nəticəsində cavabdehdən tutulan borc məbləğinin iddia tələbindəki məbləğə münasibətdə kəskin azaldılması, birinci instansiya məhkəməsinin tərəflərin arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymaması, maddi və prosessual hüquq normalarını pozması, düzgün tətbiq etməməsi dəlillərinə münasibətdə qeyd edir ki, mülki işin apellyasiya instansiya məhkəməsində icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmi ş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 347 nömrəli rəyi 27 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. Həmin rəyə uyğun olaraq 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsi üzrə 01.01.2013-cü ildən 03.03.2021-ci illəri əhatə edən hesabdan çıxarış məlumatlarında maliyyə arayışında göstərilən cərimə məbləği öz əksini tapmadığı, lakin 10,59 (on) manat məbləğində cərimə hesablandığı, hesabdan çıxarış məlumatlarında və kredit müqaviləsi üzrə başqa bir cərimə məbləğinin hesablanması ilə bağlı məlumat olmadığı, Cavabdeh başqa bir cərimə məbləği hesablanmadığı, Cavabdeh tərəfindən LPO QSC “Bank Standard” KB-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarı ş məlumatları, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına və 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh LPO QSC “Bank Standard” KB-yə 03.03.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 3672,01 (üç min altı yüz yetmiş iki manat bir qəpik) manat, faiz borcu 1292,92 (bir min iki yüz doxsan iki manat doxsan iki qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 501, 84 (beş yüz bir manat səksən dörd qəpik) manat və hesabdan çıxarış məlumatlarında öz əksini tapan cərimə borcu 10.59 (on manat əlli doq quz qəpik) manat olmaqla cəmi borcunun 5477,36 (beş min dörd yüz yetmiş yeddi manat otuz altı qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə uyğun olaraq işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kredit müqaviləsi üzrə əsas, faiz,cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu borcunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ekspertiza keçirilmədən məhkəmə tərəfindən müstəqil müəyyən edilə bilməz. Azərbaycan Respublikası MP M-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Qərarın 3.2-ci bəndinə uyğun olaraq qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdıra bilər, iddia tələbinə uyğun olaraq yekun akt çıxara bilər. Məh kəmə tərəflərin əvəzinə sübut toplaya, yekun akt çıxararkən özünün topladığı həmin sübutlara istinad edə bilməz. Məhkəmənin öz səlahiyyətlərindən istifadə edərək sübut toplaması çəkişmə və bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan ekspert rəyləri ilə Cavabdeh LPO QSC “Bank Standard” KB-yə 03.03.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 3672,01 (üç min altı yüz yetmiş iki manat bir qəpik) manat, faiz borcu 1292,92 (bir min iki yüz doxsan iki manat doxsan iki qəpik) manat, gecikdirilmiş vaxt üçün he sablanan faiz borcu 501, 84 (beş yüz bir manat səksən dörd qəpik) manat və hesabdan çıxarış məlumatlarında öz əksini tapan cərimə borcu 10.59 (on manat əlli doqquz qəpik) manat olmaqla cəmi borcunun 5477,36 (beş min dörd yüz yetmiş yeddi manat otuz altı qəpik) manat təşkil etdiyi bir daha təsdiq olunur. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayətində Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(111)-106/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına səbəb ola biləcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı o lan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir və ona görə də iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissə sində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 392 və 393 maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(111)-106/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində ola n QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(111)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar