Məhkəmə qərarları › İş №2(108)-120/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-120/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-120/2021 09.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə Kəngərli Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(111)-154/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kəngərli Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(111)-154/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.Ə.Əhmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddə tin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə Kəngərli Rayon Məhkəməsində 05 mart 2021-ci il tarixdə baxılmış və həmin tarixli qərardad qəbul edilərək vəsatət təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət etmiş və şikayət 15 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayətdə qərardadın ləğv edilməsini, qərardad ləğv olunmadığı təqdirdə Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsinə əsasən işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin şikayətə Kəngərli Rayon Məhkəməsi tərəfindən 18 mart 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materi alları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmiş, kollegiyanın 13 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət mümkün hesab edilməmiş, Cavabdeh şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb olmuş nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir. İşə apelyasiya qaydasında baxılması zamanı Cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək mübahisə üzrə qarşı tərəflə aralarında razılıq əldə olunduğunu göstərib Kəngərli Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(111)-154/2020 nömrəli qərardadından verdiyi şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya iş üzrə Cavabdeh şikayətindən imtinasına dair ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehə münasibətdə şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369-cu maddəsinin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina qəbul edildikdə apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verilir və bu birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə şikayətdən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından şikayətdən imtina qəbul edilməli, şikayətdən imtina etmiş şəxsə münasibətdə şikayət üzrə icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(111)-154/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətdən i mtinası qəbul edilsin və ona münasibətdə şikayət üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar