Məhkəmə qərarları › İş №2(108)-121/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-121/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-121/2023 13.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlunun heyətində, Məmmədov Qərib Rəşid oğlunun katibliyi ilə, Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(110)-371/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) 16 may 2023-cü il tarixli, 2(110)-371/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilməklə Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-227/2022 saylı qətnaməsi ilə müə yyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Yardımlı rayon Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X2 xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq anası ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilməsi, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və X2 iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22 (iyirmi iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün hər uşağa görə 240 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində müəyyən edilməklə alimentin artırılması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(110)-371/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 22 iyun 2023-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin qismən ləğv edilməklə alimentin miqdarının qismən azaldılaraq bir uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sab it pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(110)-371/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinə əlavə olunmuş sənədlə dövlət rüsumu 22 manat deyil 15 manat ödənildiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh 18 iyul 2023-cü il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(110)-371/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh münasibətdə bərpa edilməklə apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası na daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki durumda heç bir yerdə işləmir və gəliri (qazancı) yoxdur. İddiaçı ilə ailə həyatı qurmamışdan əvvəl birinci nikahı olmuşdur və hal-hazırda həmin nikah pozulmuşdur. Hazırda həmin nikahdan da iki uşağı vardır. Birinci nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilir. İnsan Hüquqlarının və X7 haqqında komissiyasının 6- cı maddəsinə, Azərbaycan Respublikası Konstitisiyasının 17-ci, Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə əsasən iddiaçı nəzərə almalıdır ki, həmin maddələrdə nəzərdə tutulan normalar təkcə onun himayəsində olan uşağa deyil, həm də öz yan ında olan uşaqlara aiddir. Qazancı olmadığı halda özünü necə dolandırmalıdır? Əgər qidalanmasa, geyinməsə yaşaya bilərmi? İşləmək üçün dövlət orqanlarına müraciət etsə də müraciətləri cavabsız qalmışdır. Hal-hazırda da işsizdir. Alimenti atalar verir, atalar boşanmadan sonra təkrar nikaha daxil olurlar və təkrar nikahdan yeni uşaqlar doğulur və aliment ödəyən atanın maddi vəziyyəti ağırlaşır və ödəniş qabiliyyəti zəifləyir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra onun birinci nikahdan olan uşaqlarını da dolandırmaq ehtiyacı yarandığı üçün maddi vəziyyəti pisləşə və hətta alimenti ödəmək imkanı olmaz. Amma, bunu sadəcə özünə rəva bilmir, nə qədər çətin olsa da, əvvəlki nikahdan olan 2 uşağına görə hər ay 150 manat pul ödəməkdə davam edir. Bundan artığına sadəcə gücü ça tmır. Həmçinin birinci instansiya məhkəməsinə təqdim edilmiş əvvəlki nikahdan olan uşaqlara görə 6740 manat aliment borcunun olması, həmin borcu hələ də ödəyə bilmədiyini sübut edən Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, A-24 saylı arayışı da hüquqi fakt kimi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Onun alimentin miqdarının azaldılmasını tələb etmək üçün ona hüquqi əsas verən digər hal isə ondan ibarətdir ki, o, xx.xx.2023-cü ildə yenidən rəsmi nikaha girərək yenidən ailə həyatı qurmuşdur (rəsmi nikahını sübut edən 5 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İİ №558302 nikah haqqında şəhadətnamənin surətini apellyasiya şikayətinə əlavə edir) və bu birgə nikahdan da dünyaya gələcək övladları olacaqdır. Hazırki qətnamə ilə əgər alimen t məbləği hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat kimi qüvvədə qalarsa, yeni doğulacaq övladını necə saxlayacaq?! Məgər onun maddi durumumun daha da pis vəziyyətə düşməsi, həmin övladının yaşayış rifahının pisləşməsinə və onun istər daxili, istərsə də beynəlxalq yurisdiksiya ilə qorunan uşaq hüquqlarına təsir etməyəcəkmi?! Ona görə də hesab edir ki, belə bir vəziyyətdə iddia tələbinin aliment tələbi hissəsində əsassızlığı göz qabağındadır və aliment tələbi hissəsində 380 manat təmin edilə bilməz. O, hazırki nikahdan olan bir uşağa görə iddiaçıya maksimum 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəyə bilər, ondan artıq ödəməyə maddi imkanı və gücü yoxdur. Əgər hazırki maddi imkansızlıq ucbatından Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(110)-371/2023 sayl ı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 190 manat, cəmi 380 manatı ödəmək iqtidarında olmayacaqsa, bu aliment məbləğinin belə yüksək təyin edilməsinin nə mənası və hüquqi perspektivi vardır?! Hesab edir ki, bu heç bir hüquqi və məntiqi əsasa söykənmir. Lakin, həmin məbləğin ağlabatan şəkildə, onun da bir insan kimi mənafeyi nəzərə alınmaq şərti ilə müəyyən edilərsə, o da həmin məbləği ödəmək iqtidarında olar və əlbəttə ki, gələcəkdə maddi imkanı artdıqca valideynlik öhdəliyini anlayaraq həmin məbləğdən artıq şəkildə öz övladlarına ödəyəcək. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(110)-371/2023 saylı qərəzli, ədalətsiz, qeyri-obyektiv, əsassız və qanunsuz qətnaməsi ilə hüquqları kobud şəkildə pozulduğundan məhkəmə qətn aməsi qismən ləğv edilməli və iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Şərur Rayon Məhkəməsinin baxılan hazırki məhkəmə işində Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsi ilə qorunan işinə qərəzsiz yanaşılma kimi hüququ kobud şəkildə pozulmuşdur. Çünki, məhkəmə prosesində onun maddi imkansızlıqla bağlı, ailə vəziyyəti ilə bağlı gətirdiyi əsaslı dəlillər məhkəmə tərəfindən tam araşdırılmamış, nəzərə alınmamış və nəticədə də qərəzli şəkildə məhkəmə qətnaməsi çıxarılmışdır. Şərur Rayon Məhkəməsinin hazırki qətnaməsi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur, çünki onun qazancının olmaması, hazırki qətnamə ilə onun birinci nikahdan olan övladları üçün ödəməli olduğu aliment imkanından məhrum etm əsi, eləcə də hazırki nikahdan da yeni dünyaya gələcək körpəsinin və ailəsinin də yaşayış təminatını və maddi rifahını təhlükə altında qoyduğunun fərqinə varmayıb. Ona görə də bu qanunsuz, əsassız və ədalətsiz qətnamə ləğv olunmalıdır. Şərur Rayon Məhkəməsinin hazırki qətnaməsi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur, çünki məhkəmə tərəfindən onun gətirdiyi dəlillər əsasında mövcud ailə və maddi vəziyyətindəki dəyişikliklər nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində onun təqdim etdiyi hüquqi faktlara əsaslanmadan məhkəmə qətnaməsi çıxarılmışdır. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(110)371/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməklə alimentin miqdarının qismən azaldılaraq bir uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il və Cavabdeh isə xx.xx.2023-cü il tarixli teleqramları ilə kollegiyaya müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh və İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)227/2022 saylı qətnaməsi ilə cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında saxlanılması və hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinin qət olunduğunu, həmin məbləğin iki uşağın saxlanması və onların xərclərinin ödənilməsinə kifayət etmədiyini bildirərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün hər uşağa görə 240 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin kollegiyada araşdırılmış halları və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı və C avabdeh 14.012015-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 17 dekabr 2014-cü ildə X8 və 12 fevral 2017-ci ildə X6 adlı iki uşaqları doğulmuş, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmaqla hər iki uşağın anaları İddiaçı yanında saxlanılmaqla, Cavabdeh hər ay bir uşaq üçün 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir his səsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağ ın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqq ında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya Cavabdeh əvvəlki nikahdan olan 2 uşağına görə hər ay 150 manat pul ödəməkdə davam etməsi, həmçinin birinci instansiya məhkəməsinə təqdim edilmiş əvv əlki nikahdan olan uşaqlara görə 6740 manat aliment borcunun olması, xx.xx.2023-cü ildə yenidən rəsmi nikaha girərək yenidən ailə həyatı qurması və bu birgə nikahdan da dünyaya gələcək övladları olacağı ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərildiyi kimi Cavabdeh birinci nikahdan olan uşaqlarına görə 6740 manat borcunun olması və hər ay uşaqlarına 150 manat aliment ödəməsi, xx.xx.2023-cü ildə yenidən rəsmi nikaha girərək yeni ailə qurmasını və hər uşağa görə 160 manat olmaqla 320 manat sabit pul məbləğində aliment ödəmək imkanının olmasını göstərməsi məhkəmənin qətnaməsinin dəyişdirilərək qət edilmiş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin dəlillərinə münasibətdə hesab edir ki, göstərilən həmin halları işə baxan məhkəmə kifayət qədər araşdırıb diqqətəlayiq olan digər halları nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. İşin araşdırılmış hallarından da göründüyü kimi cavabdeh birinci nikahdan olan iki uşağının saxlanması üçün Yardımlı Rayon Məhkəməsinin 01 may 2014-cü il tarixli qətnaməsi ilə qət olunmuş alimenti hazırda iki uşağa görə deyil 17 yaşı tamam olmuş bir uşağına münasibətdə ödəyir və cavabdehə münasibətdə 6740 manat alimentə görə borcun olması isə hazırkı iş üzrə qət edilmiş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Bundan əlavə, kollegiya qeyd edir ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uş aqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəm ənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 09 dekabr 2022-ci il tarixli «Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial nor ma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 220 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfi ndən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, işə baxan məhkəmə qətnamənin əsaslandırıcı hissəsində alimentin miqdarının dəyişdirilməli olması nəticəsinə gəlsədə qətnamənin qət etdi hissəsində bunu Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə lə ğv edilə bilməz. Kollegiya qətnamənin qət etdi hissəsində olan həmin sözü ismin müvafiq halında “aliment miqdarı dəyişdirilərək” sözü kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçü n əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək qət olunmuş alimentin miqdarının hər uşağa görə 160 manat olmaqla 320 manat müəyyən edilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilmə sin. Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(110)-371/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar