Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-122/2025 21.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-490/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 12603.72 manat məbləğində əsas kredit borcunun, 1059.33 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 0 manat məbləğində cərimənin, cəmi 13663.05 manat məblə ğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 130.99 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-490/2025 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Cavabdeh 12603.72 (on iki min altı yüz üç manat yetmiş iki qəpik) manat əsas və 1059.33 (min əlli doqquz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 13663.05 (on üç min altı yüz altmış üç manat beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC tərəfindən 11 fevral 2025-ci il tarixli, **********05 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 130.99 (yüz otuz manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun Cavab deh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək borclunun mirası qəbul etmiş vərəsələri, hər bir vərəsəyə nisbətdə müəyyən olunmalı olan borc öhdəliyi, kredit borcuna hesablanmış faiz öhdəliyi və digər ziddiyyətli məqamlar aydınlaşdırılmadığından Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)490/2025 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsini n tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apell yasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin m aterialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin ha lları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə if adə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin daxil olmuş iş materiallarından aydın olur ki, apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada verilsə də, şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, cavabdehin şikayəti 2 saylı Əlavədə müəyyən olunmuş cədvəl formasında tərtib edilməmiş, cavabdeh mübahisələndirdiyi məhkəmə aktının ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməmişdir. Həmçinin kollegiya tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən apellyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin (qəbzin) apellyasiya şikayətinə əlavə olunmadığı müəyyən edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminə nəzər salan zaman apellyasiya şikayəti verilərkən xx.xx.2025-ci tarixdə, ********** qəbz nömrəsi ilə 65.49 (altmış beş manat, qırx doqquz qəpik) məbləğində dövlət rüsumunun ödənildiyi görünsə də, həmin qəbzin surətinin apellyasiya şikayətinə əlavə olunmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə görə, şikayətə dövlət rüsumunun ödənilm əsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1 və 363.1.2-ci maddələrini tələbinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa... apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-490/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin cavabdehə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1. 1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1, və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-490/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabde hə geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-122/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-122/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver